Azərbaycan Respublikası Prezidentinin



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə30/40
tarix22.07.2018
ölçüsü4,66 Mb.
#58400
1   ...   26   27   28   29   30   31   32   33   ...   40

Mübariz  Yusifov

Şəhriyari-növcavan Sultan Camal ol  şah kim, 

Xosrovu-ali ələmdir valiyi vala himəm1 

Sultan Əbu-Əlfəzayil, Mir Əhməd ol mələk kim 

Bir bəhrdir ki, bulmaz əql ona hiç sahil.1

 2

Nizaminin  əsərlərində,  ümumiyyətlə,  türk  sözü,  türk 



adı  Azərbaycanlı  mənasında çox  böyük bir rəğbətlə xatırlanır. 

Nizami  igidlik,  qoçaqlıq,  qəhrəmanlıq  səhnələrini  təsvir 

etdiyi  məqamda  türk  adından  epitet  kimi  istifadə  edir, 

gözəllik,  etibarlılıq,  düzlük,  sədaqətlilik  anlayışlarını  bu  adla 

bağlayır.  Obrazların  dünyagörüşünü  təsvir  etdiyi  məqamda 

yenə  də  türk  (Azərbaycanlı)  adma  üstünlük  verir.  Aşağıdakı 

kimi  nümunələrdə  həmin  anlayışlar  qabarıq  şəkildə  öz 

ifadəsini tapır:



Türklərdən  çox ikən qoşunu rumun 

Hindi qılıncıyla etdi  səmigun.

.  X-Ş,  2004,  39.

Saçın ağ, saçın qara,  başında səngərmi  var? 



Türk ordusu elə bil zəncirlərlə çarpışar. 

S-X, 2004,  113.

Zorba türk borusu etdikcə şiddət 

Türklərin  qoluna gəlirdi  qüvvət 

İ, I,  2004,  325.



Türk ki, yəğma elədi,  kim dayanar önündə 

Evini hindli qula ismarlar hansı bəndə? 

S-X,  2004,  162.

1 Bax: Divani-Nizami Gəncəli.  (Türkcə (Azərbaycanca) qəsidələr, qəzəllər. 

Xədəviyyə nüsxəsi, Bakı, «Nurlar», 2006, (hazırlayan Dr. Hüseyn Şərqi.  Soytürk. 

Tehran nüsxəsi əsasında).

2 Bax:  Yenə orada, s.  16.

Nizamidə  azərbaycançılıq

Bizim hacı  elə ki,  Kəbədən geri döndü 

Öz hindlisi  önündə bir türk kimi göründü.

S-X, 2004,  162.



Türk kimi üstümü hücumla alsın 

Bu qənd şirnisini  aparsın o qənd.

X-Ş, 2004,  224.

Azərbaycanlı  təəssüratı  altında  işlətdiyi  türk  adı  ilə 

gözəllik,  əzəmət,  sədaqətlilik,  doğruluq  kimi  mənalar  ifadə 

edilir:


Heykələ vurmuşdu elə bir bəzək 

Türklərin  nəqşinə bağladı  ipək.

İ,  I, 2004,318.



Türk gözəli gülərkən qəndin qəlbi daralır 

Ceyranların gözündən gözlər sürməni alır.

S- X, 2004,  84.

Lalənin bağrı qara-ərəb yavrusu kimi 



Türk yasəmən Yəməndə süheyl ulduzu kimi. 

S-X,  2004,  74.

Bu türk xasiyyətli dövran dörünkən 

Hürmüzü eylədi  ikicə gözdən 

X-Ş, 2004,  110.

Nizaminin  Azərbaycanın  təəssüratı  ilə  təsvir  etdiyi 

hadisələr  fonunda  işlətdiyi  türk  adı  ilə  ya  başqa  xalqlara 

məxsus  yaxşılıqlar  təsvir  olunur,  ya  da  Nizami  obrazları 

özlərinin  yaxşı  tərəflərini  canlandırmaq  üçün  fəxrlə  türklərə 

məxsus olduqlarına diqqəti cəlb edirlər.

«Yeddi  gözəl»də  kürd  qızı  haqqında  bəhs  edilərkən 

onun cəlbediciliyi türk qızlarmdakı işvəkarlığa bənzədilir:

^

119^



Mübariz  Yusifov

Bir kürd vardı mallı, pullu, kefi  çağ 

Qurdun bəlasından sürüsü uzaq.

Onun türk baxışlı, xoş hindu xallı 

Bir qızı vardı ki, xeyli kamallı.

Y-G, 2004, 228-229.

Nizami  Adəm  haqqında  danışanda  onu  Xəta  (Çin) 

türkünə bənzədir:

Ay kimi şölə saldı, Xəta türkünə döndü 

Papağının altında Xəta zülfii göründü 

Bir yüngüllük gətirdi tövbə dağ cüssəsinə 

Yer üzündə Tanrının döndü xəlifəsinə.

S-X, 2004,91.

«Yeddi  gözəl»də  Zərdüştilər  haqqında  bəhs  edəndə 

onları əsli-nəcəbi rumlu olan bir türk kimi təsvir edir:

Bir zülmətdi  sqnki nurdan boğulur 

Ya lalə bitirmiş saçlarında hur 

Bir türkdü rumluydu əsli-nəsəbi 

Hindlilər göz nuru vermiş ləqəbi.

Y-G,  2004,  120.

Nizami  özünün  Azərbaycanlı  təəssüratı  ilə  gözəllərin 

Çindən, 


Hinddən, 

Ərəblərdən, 

Farslardan 

(Əcəmdən) 

olmasına  baxmayaraq  onların  təsvirində  «türk»  sözünü 

sevdiyi,  xoşladığı, rəğbət bəslədiyi bir epitet kimi  işlədir:



Çinli türk:  - Xəzər dağından Çin suyuna qədər 

Türklərlə doldudur bütün bu yerlər 

Bilirəm rumlan sevməyir bir türk 

Rumlara kinləri rusdan da böyük 



Türklərin  oxuyla yenə bu zaman 

Qabar əskik olmaz rus ayağından.

İ,  I, 2004,  322.

120


Nizamidə  azorbaycançılıg

Məqsədim Yəğmaya, Çinə çapmaqdan 

Yəğma,  Çin gözəli deyildir,  inan 

Çin  türkü, beynində nə varsa burax,

Bu kəskin küləkdə yandırma çıraq 

İ,  I, 2004,  277.

(Yəqma-Şərq  ədəbiyyatında  gözəlləri  ilə  məşhur  olan 

qədim Orta Asiya şəhərlərindən birinin adı olmuşdur).

Çinli - türk:

Çinli türk gözəli açıldı gültək 

Meyxana yolunu süpürdü külək 

Yenə Arişmedes gələrək cuşa 

Bənzədi  gül görmüş uçan bir quşa 

İ,  II, 2004,  53.

Hindli-türk:

İlanla tovuzun bir arası var 

Odur,  hər ikisi xallı  olurlar

Atası bir hindli,  anası türkkən 

İki  irqdən doğmuş ikdişə bax sən 

X-Ş, 2004,  358.



Türk şimalı idi o hindli afət 

Şaha hind elindən vermişdi  cənnət 

İ, I,  2004,  265.

türk sözlü hindu nəsilli  ceyran 

Açdı xəznəsini  müşkünün haman 

Y -G ,2004,  128




M übariz  Yusifov

Gecə  türk üzlümü görmüşmü, nədir 

Xalımtək mənə bir hindli bəndədir. 

X-Ş,  2004,  367.

Mahir hindu onun könlünü çaldı 

Türk sfət hinddunun sorağın aldı 

X-Ş, 2004,  77.



Ə rəb-türk:

Həmən qəbilənin gözəl qızlan 

Aldı ortalığa bizim dildarı 

Ərəb torpağında türk idi  onlar 

Xoşdur ərəb boylu türk olan nigar 

L-M, 2004,  100.  '



Ə cəm  (İran)-türk:

Ərəb ayı kimi sifəti vardı 



Ə cəm  türkü kimi könül ovlardı. 

Saçları  gecəydi,  camalı bir bağ 

Sanki qara qarğa tutmuşdu çıraq 

L-M, 2004, 65.

Nizami  öz  Afaqı  (Appağ) haqqında danışarkən  sevgi və 

ehtiramla  onu  «türk  yarım»,  «türküm»  adlandırır  və  səmimi 

qəlbdən tərifləyir:

Kətan geyib gəlir ay camallı türk yarım 

Sökülmüş kətan kimi çatlayır dodaqlarım.

S-X,  2004,  84.

Əğyara qəzəbli, mənə mehriban 

Könül yoldaşımdı o nazlı canan 



Türklərtək olmuşdu bir köçə möhtac 

Türklərtək elədi  yurdumu yarac

Nizamido  azərbaycançtlıq

O türküm getdisə bir gün çadırdan 

Saxla türkzadəmi,  sən,  ey Yaradan.

X-Ş,  2004,  342.

«Xosrov  və  Şirin»də  Şirin  Xosrova  özü  haqqında 

danışanda  özünü  türk  adlandırır.  Xosrovu  isə  «sərxoş  türhrə 

(yəni  qəmi-dərdi  özündən  uzaqda  saxlayan,  həyatdan  zövq 

almağa meylli olan) bənzədir:

Qara gözlü türkəm, bu dam üstə mən 

Ağ hindi adını almışam  səndən.

X-Ş, 2004,  146.

Hinduların hələ atəşpərəstdir 

Sərxoş türklər kimi gözlərin məstdir.

X-Ş,  2004, 252.

Azərbaycanlı  təsəvvüründəki  türk  adı  Nizami  üçün  o 

qədər  doğmadır  ki,  hətta,  hər  hansı  bir  türk  əslli  şəxs  (istər 

adi  adam  olsun,  istər  hökmdar)  bir  naqis  iş  görürsə  onu  türk 

kimi  qəbul  etmək belə  onun əqidəsinə yad görünür.  Məsələn, 

«Sirlər  xəzinəsi»ndə  bir  zaman  dağ  kimi  ucalan  dövlətin 

qayğısız,  zalım  hökmdarların  ucbatından  dağıdıldığını  yanğı 

ilə  qələmə  alır.  İncidilmiş  bir qarının  dilindən  Sultan  Səncərə 

deyilir ki,  ədalətsiz  olduğun  üçün  sən  türk  deyilsən,  qarətkar 

bir  hindusan.  Yəni  ki,  türk varsa  o  ədalətlə  yanaşı  olmalıdır. 



Türk,  ədalətliliyi  həmişə  başı  üstündə  müqəddəs  bir  bayraq 

kimi  gəzdirib  dalğalandırmalıdır.  Poemanın  «Qarı  ilə  Sultan 

Səncərin hekayəsi» hissəsində deyilir:

Bəla görmüş bi qadın bağrı qan, gözü yaşlı 

Bir gün  Sultan Səncərin ətəyindən yapışdı. 

Kefli bir qarğa gəlib alt-üst etdi yerimi 

Şillə çəkdi  üzümə, yoldu birçəklərimi. 

Yaxamdan yapışır ki, de qatilin adını 

Filan gecə kim vurdu kənddə filan adamı 

Sərxoş qatil özüykən qırır qol-qanadımı




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə