Azərbaycan Respublikası Prezidentinin



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə31/40
tarix22.07.2018
ölçüsü4,66 Mb.
#58400
1   ...   27   28   29   30   31   32   33   34   ...   40

Mübariz  Yusifov

Neçin döyüb incidir ağbirçək bir qadını.

Yetim malını yemək ədalətmidir məgər?

Hələ də lənətlənir, Abxazda qarətçilər.

Adil olsa şah əgər hamı ona baş əyər 

Bəslər məhəbbətini  bütün canlar, könüllər 

Dağ kimi ucalmışdı bir zaman türk dövləti 

Sarmışdı  məmləkəti ədaləti, şəfqəti 

Sən yıxdın o şöhrəti, batıb getdi  o ad -san 

Demək sən türk deyilsən, yağmaçı bir hindusan. 

S-X,  2004,  110-111.

Sultan  Səncər  (1086-1157)  Səlcuqilərdən  Məlik  şahın 

oğludur.  Sultan  Səncər Böyük  Səlcuqilər dövlətinin hökmdarı 

olmuşdur.  Onun  hökmdarlığı  dövründə  ölkədə  sülalədaxidi 

çəkişmələr  davam  edirdi.  Bu  çəkişmələrlə  yanaşı  kənar 

müdaxilələr  də  var  idi.  Bunlardan  biri  də  1153-cü  ildə 

Xorasan  oğuzları  liə  müharibə  idi  ki,  sultan  Səncər  əsir 

düşmüşdü.  Bununla  da  Səlcuqilər  dövləti  süquta  uğradı. 

Nizami  də  bu  böyük  dövlətin  süquta  ubramasına  təəssüflənir 

və  bunda  Sultan  Səncərin  ədalətsizliyini  qarının  dili  ilə 

çatdırır.  Çatdırır ki,  türkəsilli  hökmdarlar ibrət  götürsünlər və 

ölkədə ədalət çırağı yandıra bilsinlər.



4.  Qalibiyyət motivləri

Nizaminin  poemalannda  qalibiyyət  motivləri  olduqca 

mühüm  bir  yer  tutur.  Nizaminin  dövründə  və  eləcə  də 

Nizamidən əvvəlki  zamanlarda Azərbaycan  başqa-başqa yadelli 

işğalçıların  təcavüzünə  məruz  qalırdı.  Nəticədə  ölkənin 

bütövlüyü parçalanır, qədimdən davam edən sərhədləri pozulur. 

Əhali  maddi,  mənəvi,  fıziki-cismani  təsirlər  qarşısında  baş 

verən çətinliklərə dözməyərək pərən-pərən düşürdü.  Bu halda, 

xalqın  sosial  rifahından  və  dirçəlişindən  söhbət  gedə  bilməzdi.

Nizamidə  azərbaycançıhq

Bu  barədə  «Nizaminin  dövrü  və  ictimai  mühiti»  hissəsində 

müxtəsər  şəkildə  bəhs  edilmişdir.  Nizami  isə  bir  təəssübkeş 

vətən  övladı  kimi  bu  ağn-acıları  istər-istəməz  öz  içərisində 

yaşadırdı.  Odur  ki,  poemalanndakı  müharibə  və  döyüş 

səhnələrinin  təsvirində  zahirən  qələbələri  Azərbaycandan 

olmayan  başçılara  aid  edirsə  daxildə,  batində  bu  qələbələri 

xeyirin  şər  üzərindəki,  ədalətin  zülm  üzərindəki,  bolluğun, 

fıravanlığın  məhrumiyyətlər  üzərindəki  qələbəsi  kimi  təsvir 

edirdi. Öz cəmiyyətində xeyirxahlığın, ədalətliliyin, bolluğun və 

fıravanlığın  bərqərar  olmasını  daim  arzuladığı  kimi  həmin 

qələbələrin  Azərbaycanla  bağlı  təsvirini  özünün  mənəvi  borcu 

hesab 

etmişdir. 



Sanki 

hər 


bir 

qələbə 


onun 

daxili 


mənəviyyatından,  daxili  hiss  və  duyğularından  qopub  can 

yanğısı  içərisində  öz  vətəninə  doğru  qanad  açırdı.  Nizaminin 

vətənpərvərlik  duyğusu  o  qədər  güclü  olmuşdur  ki,  hətta, 

Xosrov  İran  şahlanndan  olsa  da  belə  onun  iranlı  Bəhram 

Çubinlə döyüşünü və  qələbəsini  türk adı altında ürəyində  daimi 

məhəbbət  bəslədiyi  Azərbaycana  aid  edir.  Bu  məhəbbət 

Nizamidə  o  qədər  güclüdür  ki,  hətta,  qalib  tərəfin  döyüşünü 

belə «türksayağı» döyüş kimi qələmə alır:

O qədər talandı qoşun və yaraq 

Talanmışdı  sanki dağ üstündə dağ 

Dəmir dağ yerindən tərpənən zaman 

Sanki yer titrədi, qopdu bir tufan. 

Xosrov cəm edilmiş bu igidlərin 

İçindən ayırdı bir qırx, əlli min 

Qəflətən  bir gecə keçdi hücuma 

Don zirehə döndü,  qılınc da cama 



Türk kimi bir döyüş başladı  həm də 

Türk kərənayları səslənən dəmdə 

Bəhrami-çubinlə düz gəlmədi baxt 

Xosrov Pərviz şaha qaldı  qılınc-taxt 

Bəhram  qaçdı  Çinə, tutmadı  qərar 

Qəza üz verəndə meydan daralar.

X-Ş, 2004,  147-148-149.

1 2 5 ^ ^ .



Mübariz  Yusifov

«Yeddi  gözəl»  əsərində  Bəhram  Gurun  çinlilərə 

döyüşündə  qələbəni  Bəhram  Gurun  tərəfində  təsvir  edir. 

Doğrudur,  Bəhram  Gur  iranlı  idi.  Çin  haqqında  Nizaminin 

təsvirlərində o yerdə ki,  söhbət xeyirxahlıqdan,  ədalətlilikdən 

gedir,  orada  qələbə  də  üstünlük  də  türk  adı  ilə təqdim  olunan 

başçılara  aid  edilir.  Xəbislik,  ədalətsizlik  olan  yerdə  isə, 

məsələn  çinli  çindir,  hindli  hind.  Bəhramın  çinlilərlə 

döyüşündə  isə  çinlilərin  məqsədi  qəsbkarlıqdır.  Odur  ki, 

qələbə  Bəhramın tərəfində təsvir edilir.  Nizami  Azərbaycanlı 

təəssüratı  ilə  Bəhrama  rəğbət  göstərir.  Hətta,  Çin  tərəfdən 

qoşunda  türk  adlandırılan  döyüşçülər  iştirak  etsə  belə,  onlar 

ədalətsiz  döyüşə  girdiyi  üçün  Nizami  onları  özününkü  hesab 

etmir  və  onları  qələbəyə  naümid  qoyur,  necə  ki,  Sultan 

Səncər  türk  əsilli  olduğu  halda  ədalətsizliyinə  görə  onu 

qarətçi,  «yəğmaçı»  adlandırır.  Deməli,  Nizaminin  amalında 

türklər  o  cümlədən,  Nizaminin  aid  olduğu  Azərbaycanlı 

etnosu  ədalətli  və  xeyirxah  əm əllər  sahibi  olmalıdır.  Belə 

deyilsə,  onlara  türk  (Azərbaycanlı)  demək  olmaz,  ən  doğma 

qan qohumluğu çatan insanlar olsa da belə.

Nizami 

çox  böyük  sevgi  və  məhəbbətlə  türk 



(Azərbaycanlı)  adında  ədalətlilik  və  humanistlik  görür.  Öz 

milli  təəssüratını  da  bu  qayda  üzrə  təsvir  edir.  Bunu  döyüş 

səhnəsinin aşağıdakı təsvirindən də görmək olur:

Gecə sanki qara bir ənbərdi, xam 

Xaqanla Bəhramtək vuruşdu Bəhram. 

Çıxalı  qılınclar ağır qınından 

Şahın nərəsindən və basqınından 

O türk ordusunun artdı  dəhşəti 

Qılıncdan küt oldu, ayaqdan iti 

Bəhram qılıncını çaldı,  çaldı hey 

Türklər rühdan düşdü, bihal qaldı  hey

Y -G , 2004,110-111.

İskəndərin  döyüş  səhnələrində  nə  üçün  daim  şair  onu 

qalib  kimi  təsvir  edir?  Çünki  İskəndərin  məqsədi  işğalçılıq



Nizamidə  azorbaycançılıq

deyil,  ədaləti  bərqərar  etmək  üçündür.  Ona  görə  də  Nizami 

İskəndərin  qələbəsini  özünün  qələbələri  kimi  təsəvvür  edir, 

öz  xalqının  zülm  və  ədalətsizliyə  üstün  gəlməsi  kimi 

işıqlandırır.

İskəndər  zənci  qoşunu  ilə  vuruşur,  qalib  gəlir.  Bu, 

xeyirin  şər  üzərindəki  qələbəsinin  nümunəsi  kimi  təsəvvür 

edilir.  İskəndərin  Dara  ilə  döyüşü  də  xeyirin  şər  üzərində 

qələbəsinin  rəmzi  kimi  qələmə  alınaraq  təsvir  edilir.  Nizami 

ədalətliliyi  hər  şeydən  üstün  tutub  onu  öz  xalqının  timsalında 

türk  adı  ilə  bağladığı  üçün  döyüşün  təsvirində  türklüyə  aid 

etiketlərdən, türk təşbehlərindən də istifadə edir:

Şeypurlar qoparır Aslan nərəsi 

Dimağı  doyurur naym nəfəsi.



Türk nayı qopardı elə bir şivən 

İgidlər coşaraq qopdu yerindən.

İ,  1,141.

Nizami  İskəndəri  ədalətin  bayraqdan  kimi  qələmə 

aldığı  üçündür ki,  İskəndərə aid döyüş səhnələrində türk adını 

epitet və  təşbeh  kimi  işlədir.  İsəkndərlə  Daranın  qarşılaşması 

səhnəsi  Firdovsinin  «Şahnamə»sində  də  vardır.  Bu  döyüş 

doğrudan  da  tarixdə  İskəndərin  qələbəsi  kimi  verilir.  Hər  iki 

şairin  təsvirində  bu  döyüşün  nəticəsi  birdir.  Fərq  odur  ki, 

Nizami  İskəndəri  Yunan  hökmdan  Filippin  oğlu  kimi  təsvir 

edir.  Firdovsi  isə bu məğlubiyyəti  özünə sığışdırmır.  Ona görə 

ki,  İran  şahlarının  sülalə  hakimiyyəti  arasındakı  bağların 

qırılmasını  qələmə  almaq  ona  çətin  görünür. 

Bunun 


nəticəsidir ki,  Firdovsi yalançı  dəlillər tapıb İskəndəri  Daranın 

oğlu  kimi  qələmə  verir.  Bəlkə  də  Firdovsi  həmin  fikri  ona 

görə  daha  ciddi-cəhdlə  canlandırır  ki,  eradan  əvvəl 

VI 


əsrin 

sonu  və  V  əsrin  əvvəllərində  İskəndərin  vətəni  olan 

Makedoniya  İranlılar  tərəfindən  zəbt  edilmişdi.  Sonra 

Makedoniya  hakimləri  istiqlaliyyət  əldə  edərək  güclü  bir 

dövlət  yaratdılar.  Firdovsi  isə  bu  tarixi  bildiyi  üçün  İranın 

məğlubiyyətini  aidiyyəti  olmayan  və  həqiqətə  yaxınlaşmayan

127



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə