Azərbaycan Respublikası Prezidentinin



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə39/40
tarix22.07.2018
ölçüsü4,66 Mb.
#58400
1   ...   32   33   34   35   36   37   38   39   40

Mübariz  Yusifov

Bir  daha,  təkrarən  demək  lazımdır  ki,  Nizaminin  hər 

misrasında,  hər  cümləsində,  h ər  beytində  Azərbaycançılıq 

ruhu yaşayır.  Azərbaycan  milli-mənəvi  və  mədəni  təbiəti  ilə, 

məişət  həyatı  ilə  çox  sıx  bağlı  olan  xalq  deyimləri  mənəvi 

ruhu özündə  daha çox  saxlamaqdadır.  Onu  da demək lazımdır 

ki,  Nizamidə  xalq  deyimləri  olduqca  zəngindir.  Bu  zənginlik 

nə  qədər  artıq  tədqiq  olunursa  o  qədər  də  Nizaminin 

Azərbaycan 

həyatı 


ilə 

bağlılığının 

daha 

çox 


arqumentləndirilməsi  imkanları  əldə  edilir.  Çünki  xalqın 

ictimai  təfəkküründən  yaranan  bütün  deyimlər  onun  özünün 

milli  ruhu ilə bağlı  olur.  Milli ruh  isə özünə qatışıq götürmür; 

o xalisdir,  təmizdir,  şəffafdır.

5.  Nizaminin dilində Azərbaycan sözləri

Nizaminin dilində  Azərbaycan  sözlərinin işlədilməsinin 

də  özünəməxsus  yeri  yardır.  Nizaminin  dili  Azərbaycan 

sözləri  ilə  zəngindir.  Ancaq  Nizaminin  Azərbaycançılığının 

ən  bariz  göstəricisi  oan  bu  faktik  materialın  tədqiqinə 

indiyədək  çox  da  artıq  diqqət  olmamışdır.  Nizamidə  milli 

mədəniyyətin,  milli  mənəvi  keyfıyyyətlərin  və  ictimai 

təfəkkürün  qaynaqlarından  törəmiş  atalar  sözlərinin,  zərbi- 

məsəllərin,  hikmətli  sözlərin  tədqiqi  nə  qədər  vacibdirsə, 

sözlərin  tədqiqi  və  təhlili  ondan  qat-qat  daha  artıq  vacibdir. 

Atalar  sözləri,  zərbi-məsəllər və hikmətli  sözlər nə  dərəcədə 

milli  keyfiyyətləri  əks  etdirsə  də  onların  formalaşmasında 

sərhəd  məhdudiyyəti  olmayan  təfəkkür  tipologiyasının  da 

təsirini istisna etmək olmaz.  Yəni  ki,  məsələn, «Dağ dağa rast 

gəlməz,  insan  insana  rast  gələr»  atalar  sözünün  fars  dilində 

«Kuh  be  kuh  nə  mirəsəd,  insan  be  insan  mirəsəd»,  «Az  ye, 

həmişə ye» atalar sözünün «Kəm-kəm mixor, həmişə mixor», 

«Ölənin  dalınca  danışmazlar»  atalar sözünün  «Əz  kəse  morde 

bəd  nəbayəd  qoft»,  «Eşşək  həmin  eşşəkdir,  palanı  özgədir» 

atalar  sözünün  «Xər  həmin  xərəst,  çuli  digərəst»  kimi 

variantları  mövcuddur.  Belə  nümunələrin  sayını  artırmaq  da

Nizamidə  azərbaycançılıq

olar.  Ancaq  hər  bir  dilin  öz  qrammatik  qaydaları  əsasında 

düzələn  sözlər  arasında  oxşar variantlar tapmaq  çətindir.  Ona 

görə  də  Nizaminin  dilində  Azərbaycan  sözlərinin  tədqiqi 

millilik  baxımından  mühüm  rol  oynayır.  Nizaminin  dilində 

Azərbaycan  sözlərinin  tədqiqi  sahəsində  mühüm  addımlar 

olan yazılar bu  istiqamətdəki  araşdırmalar üçün açılan yolların 

başlanğıcı kimi  olduqca təqdirəlayiqdir.1

Nizaminin dilində işlənən sözlər kəmiyyətcə Nizaminin 

özündən  əvvəl  və  sonra  fars  dilində  yazılması  əsərlərdə 

işlədilən 

Azərbaycan 

sözlərindən 

qat-qat 


artıqdır. 

Nizamişünas  tədqiqatçı  Cahan  Ağamirov  Nizamidə  işlənmiş 

118 Azərbaycan sözünün siyahısını vermişdir.*

 2

Məmməd  Əmin  Rəsulzadə  Nizami  əsərləri  üzərində 



tədqiqat  apararkən  40-dan  artıq  sözü  təhlil  edir,  onları  fars 

dilində  işlədilən  beytlərin  içərisində  araşdıraraq  tərcümə 

variantlarını  da  verir.  Görünür,  Azərbaycan  sözlərini  təhlil 

etmək  tədqiqatçının  birbaşa  məqsədi  olmamışdır.  Odur  ki, 

həmin sözləri əsərin «Əlavələr» hissəsində  qeydə alır və belə 

bir izahat da  verir:  «Nizaminin şeirlərində  bir çox türk  sözləri 

vardır.  «Xəmsə»ni  bu  baxımdan  xüsusi  araşdırmadıq.  Yalnız 

rast gəldiklərimizi nümunə olsun deyə, qismən qeyd etdik».3

Nizaminin  milliliyini,  onun  Azərbaycançılıq  ideyalarını 

konkret,  dəqiq,  aydın  faktlarla  canlandırmaq  baxımından  bu 

nümunələrin 

müəyyən 


qisminin 

təhlilini 

vermək 

məqsədəuyğun  olardı.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  bu 



sözlər  ta  qədimdən  Azərbaycan  dilində  işlənmiş  ifadə 

vasitələri  olduğundan  onların  bir  çoxuna  qədim  dil  mətnləri 

əsasında  tərtib  edilmiş  lüğətlərdə  də  rast  gəlmək  olur.  Bəzi 

sözlər indi  də  işlək olduğu  halda onların bir qismi köhnələrək

'  Bax:  Həmid  Araslı.  Nizamidə  xalq  sözləri  və  xalq  ifadələri.  «SSRİ  EA  Azərbaycan 

lilialı  xəbərləri».  1942,  №

8

,  s.  34;  Məmməd  Əmin  Rəsulzadə.  Azərbaycan  şairi 



Nizami  Gəncəvi.  Bakı,  «Azərbaycan  Dövlət  Nəşriyyatı»  1991,  s.  224-228;  Cahan 

Ağamirov.  Nizami  yaradıcılığında  işlədilən  türk  sözləri  və  Azərbaycan  zərbi- 

məsəlləri. Gəncə, 2005,  65 s.

2

 Cahan Ağamirov. Nizami və türklük.  Gəncə, 2008,  s. 40-43.



3

 Məmməd Əmin Rəsulzadə. Azərbaycan şairi Nizami.  Bakı, «Azərbaycan Dövlət 

Nəşriyyatı»,  1991, s.  224.



Mübariz  Yusifov

wm

dilin  işlək  fondundan  çıxmışdır.  Buna  görə  də  Nizaminin 

dilində  işlədilmiş  Azərbaycan  sözlərinin  tədqiqi  bir  tərəfdən 

onun 


«Xəmsə»sində 

milliliyin 

və 

Azərbaycançılıq 



ideyalarının 

canlandınlmasmm 

təhlili 

baxımından 

maraqlıdırsa,  digər  tərəfdən,  türk  dillərinin,  eləcə  də 

Azərbaycan  dilinin  tarixi  leksikologiyasma  aid  tədqiqatların 

dərinləşdirilməsi  baxımından  etibarlı  bir  mənbə  kimi 

əhəmiyyətlidir.  Nizaminin  dilində  işlənmiş  aşağıdakı  kimi 

sözlər bu gün də Azərbaycan dilində işlənməkdədir:

Alaçuq.  Alaçuq  (alaçıq)  sözü  öz  mənasını  Azərbaycan 

dilində  indi  də  itirməmişdir.  Bu  söz,  eyni  zamanda, 

dilimizdəki  «dəyə»  sözünün  bir  variantı  kimi  işlənir.  Alaçıq 

əvvəllər keçə  örtüklə  örtülürdü.  Güman ki,  alaçıq  rəngbərəng 

(göy  və  ya  qara)  rəngli  keçələrlə  örtüldüyü  üçün  ona  alaçıq 

adı  verilmişdir.  Dəyə  hazırlanmasında  isə  daha  çox  çadırdan 

istifadə  edilir.  Ancaq  istisna  deyildir  ki,  dəyə  örtüyündə 

keçədən də istifadə olunmasın.

Nizamidə alaçıq sözü belə işlənir:

Çe konəd be pa-ye pilan alaçuq-e torkmani?

Fil ayağı qarşısında türkmən alaçığı  necə dayana bilər?.

(Rəsulzadə, 224,*  1.)



Alaçıq  sözü  xeymə,  çadır,  alaçıq,  dəyə  mənasında 

Mahmud  Kaşqaridə  və  başqa  qədim  türk  mənbələrində  də 

qeydə  alınmışdır:  «Braman  körkin  belgürtip  qariçantri 

t(eginniq)  alaçu  tuşusunta  yoriyur  erkən».  (Tanrı  İndira) 

brəhmən  görkəmində  şahzadə  hariçandranın  alaçığının 

qarşısından keçdi.) (DTS,  33)**.

Alaçıq  (aləçuq)  sözü  Həsən  Zərinəzadənin  «Fars 

dilində Azərbaycan sözləri» kitabında da qeydə alınmışdır.*

 1

*  Məmməd  Əmin  Rəsulzadə.  Azərbaycan  şairi  Nizami.  Bakı.  Azərbaycan  Dövlət 



Nəşriyyatı,  1991.

'  Древнетюркский словарь, Ленинград, «Наука»,  1969

Вах: Həsən Zərinəzadə. Fars dilində Azərbaycan sözləri.  Bakı, Azərb.  SSR EA nəşr.. 



1962, s.  147 (Bundan sonra: Zərinzadə).

Nizamidə  azərbaycançılıq

Ekdeş.  Bus  öz  Nizamidə  iki  maddənin  qatışığı  kimi 

mənalandırılır:

Gerami ekdeşəst in nəqş-e dəmsaz 

Pedər hindu-vo-madər tork-e tənnaz.

Atası hindu, anası nazlı türk olan 

Bu xoşagəlimli nəqş çox ekdeş bir şeydir.

(Rəsulzadə, 224,  3).

Ekdeş  sözü  qədim  mənbələrdə  «ögdəş»  şəklində  qeyd 

edilmiş,  mənası  «anabir  qardaşlar»  kimi  göstərilmişdir: 

«Qandaş quma urur, ögdəş özü tartar (Atabir qardaşlar didişər, 

anabir qardaşlar birləşər) (DTS,  379).



Ekdeş  sözünü  Həsən  Zərinəzadə  də  qeydə  almışdır. 

Həsən Zərinəzadə bu sözün  həm iki  irqdən olan (irqdaş), həm 

də 

ögey 


qardaşlar 

mənasında 

işləndiyini 

göstərir. 

(Zərinəzadə,  143).

Bu  söz  hazırda  Azərbaycan  dilində  işlənmir.  Onun 

əvəzinə  ögey sözü  işləkdir.  Ancaq Nizami  dövründə  ona tanış 

olmuş bu söz tarixi  leksikologiya baxımından maraqlıdır.



Beyrəq.  Beyrək  sözü  Nizamidə  bayraq  mənasında 

işlənmişdir.

Pərvin ze hərir-e zərd-o əzrəq 

Bər səncəq-c zər keşide  beyrəq.

Pərvin ulduzu san ipəkdən olan bayrağı 

Qızıl  bir sancağa çəkmişdir.

(Rəsulzadə,  224, 4).

Bu  beytdəki  sərıcəq  (sancaq)  sözü  «Kitabi-Dədə 

Qorqud»da iki  mənada işlənir:

1) bayraq;  2) vilayət,  el.




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə