Azərbaycan Respublikası Prezidentinin



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə37/40
tarix22.07.2018
ölçüsü4,66 Mb.
#58400
1   ...   32   33   34   35   36   37   38   39   40

Mübariz  Yusifov

3.  Nağıl;  dastan  və  əfsanə  qaynaqlan

Nizaminin  yaradıcılığında  xalq  ruhunu  əsrlərdən- 

əsrlərə  yaşadan  nağıl,  dastan  və  əfsanə  mövzulanndan 

istifadəyə  geniş  yer  verilmişdir.  Nizami  analitik  təfəkkürə 

malik  bir  şəxsiyyət  olduğu  üçün  onun  əsərlərində  təkcə 

Azərbaycan  folklorundan  yox,  həm  də  Şərqin  ən  möhtəşəm 

folklor  nümunələri  kimi  yaranmış  və  Azərbaycan  xalqı 

içərisində  yayılaraq  bütövlükdə  Şərq  milli  təfəkkürünün 

məhsuluna  çevrilmiş  nümunələrdən  də  istifadə  edilmişdir. 

Belə  folklor nümunələri  Azərbaycan  mühitində  Azərbaycanlı 

ictimai  təfəkkürünün  zənginləşdirilməsi  baxımından  olduqca 

mühüm  əhəmiyyətə  malikdir.  Nizami  öz  əsərlərində  bütün 

Şərq 

aləminin 



ictimai 

təfəkkürünün 

məhsulu 

kimi 


formalaşmış  «Min  bir  gecə»,  «Sindbadnamə»,  «Tutinamə», 

«Kəlilə və Dimnə» kimi  folklor nümunələrindən yaradıcılıqla 

istifadə  etmiş,  onları  Azərbaycan  mühitində  Azərbacyanlı 

etnik təfəkkürü  ilə  dolğunlaşdırmış,  cilalamış  və  bir qədər də 

obrazlı  desək,  onlara  Azərbaycanlı  milli  ruhu  hopdurmuşdur. 

Nizami 


nəinki 

Şərq 


xalqlarında 

yayılmış 

folklor 

nümunələrindən,  eyni  zamanda,  təsvir  etdiyi  hadisələrə 

uyğun  olaraq  Avropa  və  Afrika  xalqlarına  aid  nümunələrdən 

də  yaradıcılıqla  istifadə  edir.  Bu  hadisələr  Azərbaycan 

mühitində  yeniləşir  və  Nizami  onları  gələcəyə  Azərbaycanlı 

libasında  təqdim  edir.  Azadə  Rüstəmzadə  Nizaminin  Şərq 

folklaruna müraciətini  daha  dolğun  şərh  edərək  yazır:  «...  bu 

o demək  deyildir ki,  Nizaminin  Fərhadı,  yaxud Şirini,  Leylisi, 

Məcnunu  folklorda  olan  Şirin  və  Fərhadın,  Məcnun  və 

Leylinin  eyni  olmuşdur.  Nizami  öz  ölməz  qəhrəmanlarının 

surətlərini  ucaldarkən  bu  nümunələrə  istinad  etsə  də  tarixi 

salnamələrə  və  sələflərinə  müraciətdə  olduğu  kimi,  buradan 

əxz  etdiklərini  də  öz  zəngin  təxəyyül  aləmində  cilalayıb 

pardaqlamış,  onlara  yeni  ruh,  yeni  təravət,  yeni  məna  və



Nizamidə  azərbaycançılıq

məqsəd  vermiş,  yeni,  yalnız  özünəməxsus  bədii-romantik 

obrazlar səviyyəsinə qaldırmışdır».1

Nizaminin  «Sirlər  xəzinəsi»  poemasmdakı  mövzuların 

bir qismi  Nizamidən  bir  əsr  əvvəl  yaşamış  Məlikşahın  vəziri 

Nizamiülmülkün 

«Siyasətnamə»sindəki 

hekayələrin 

məzmunu  ilə  də  səsləşir.  Nəzərə  almaq  lazımdır  ki, 

«Siyasətnamə»də  qələmə  alman  hadisələr  də  başqa  bir 

məkanda  yox,  məhz  Azərbaycanda  baş  vermiş  hadisələrin 

hekayələşdirilmə 

variantıdır. 

Məsələn, 

Nizamiüllülkün 

«Siyasətnamə»sində  belə  bir  hadisə  təsvir  olunur:  Adil 

Nuşirəvanın  sərkərdələrindən  biri  bir  qarının  torpağını 

əlindən  alır.  Qarı  isə  öz  torpağına əvəz kimi  torpaq və ya pul 

istəyir.  Sərkərdə  isə  vermir.  Qarı  yol  üstündə  onu  gördükdə 

qışqırıb  haray  salır,  öz  tələbinin  ödənilməsini  istəyir. 

Sərkərdə  isə  heç  nə  olmamış  kimi  çıxıb  dedir.  Əlbəttə  ki, 

Azərbaycan  cəmiyyətində  belə  haqsızlıqlara  yol  verilməsi 

qeyri-adi  bir  hadisə  deyildi.  Nizami  isə  bu  hadisəni,  indiki 

dildə desək, bir az da «qloballaşdırır».  Onu Sultan Səncərə aid 

edir.  Məqsəd  bu  olur  ki,  Azərbaycanlı  ixtiyar  sahiblərini 

oyatsın.  Onların  beyninə  yeritsin  ki,  öz  xalqınıza  zülm 

etməyin.  Qoy  tarixlər  sizdən  ibrət  götürsün.  Ədalətli  olun  ki, 

zamanlar  sizi  rəğbətlə  xatırlasın.  Zülmkar  olsanız  həmişə, 

bütün zamanlarda adınız zalım kimi nifrət hədəfi olacaqdır.

Nizami  öz  əsərlərinə  Şərqdə  məşhur  olan  Qarun,  Nuh, 

Xızır,  Davud,  Süleyman  və  Bilqeyis,  «Yusif  və  Züleyxa», 

«Harut və Zöhrə» hadisələri ilə bağlı  mövzuları daxil edərkən 

onları 

Azərbaycan 



mühitində 

ibarətamiz 

məzmunla 

cilalayaraq  zənginləşdirmişdir.  Nizami  Şərqin  ən  ibarətamiz 

abidələrindən  biri  kimi  zaman-zaman  hindlilərə  aid  edilən, 

ancaq  daxilində  ümumtürk,  həmçinin,  Azərbaycanlı  etnik 

təfəkkürünün  izləri  açıq-aydın  görünən  «Kəlilə  və  Dimnə» 

hekayələrinə  də  müraciət  etmişdir.  Şərq  ədəbiyyatında 

«Kəlilə  və  Dimnə»nin  ilk  dəfə  fars  şairi  Rudəkinin  (IX-X 

əsrlər)  nəzmə  çevirdiyi  göstərilir.  «Kəlilə  və  Dimnə»

R.Azadə. Nizami  Gəncəvi. Bakı, «Elm»,  1979,  s.  179.




Mübariz  Yusifov

hekayələri  Azərbaycan  folklorunda  geniş  yayılan  və  xalq 

tərəfindən  sevilən  variantlardan  da  məlum  olmuşdur.1 

Nizaminin  «Sirlər  xəzinəsi»ndə  qələmə  aldığı  «Ovçu,  it  və 

tülkünün  dastanı»,  «Meyvə  satanla  tülkünün  nağılı»,  «Bülbül 

ilə  qızılquşun  nağılı»  və  s.  mövzular «Kəlilə  və  Dimnə»dəki 

hekayələrlə  uyğun  gəlirsə,  bunda  təəccüblü  heç  bir  şey 

yoxdur.  Çünki,  əw əla,  «Kəlilə  və  Dimnə»  hekayələrindən 

ümumtürk  ruhu,  Azərbaycanlı  nəfəsi  gəlir,  ikincisi,  həmin 

hekayələrin 

bənzəri 

Azərbaycan 

folklorunda 

mövcud 


olmuşdur.  Nizami  də  həmin  hekayələrə  öz  bər-bəzəyini 

vurmuş,  onu  Azərbaycan  mühitində  ibrətamiz  səviyyədə  öz 

cəmiyyətinə təqdim etmişdir.

Nizaminin  «Xosrov  və  Şirin»  əsərinin  mövzusu 

Firdovsinin  «Şahnamə»sində  təsvir  edilsə  də  Azərbaycan 

folklorunda  «Xosrov  və  Şirin»  adında  nağıl  və  dastanın, 

«Fərhad  və  Şirin»  nağılının,  habelə,  «Şahzadə  Süleyman» 

nağılının  mövcudluğu  tədqiqatçılar  tərəfindən  təqdir  edilir.1

 2 

Azərbaycan ərazisində Fərhadla bağlı «Fərhad arxı», «Fərhad 



qalası»,  «Fərhad  evi»  kimi  yer  adlarının  mövcudluğu  da  onu 

göstərir  ki,  «Xosrov  və  Şirin»də  mühüm  epizodlardan  biri 

olan  Fərhad  haqqındakı  hekayə  təsadüfi  deyildir.3  Nizami  bu 

mövzunu  bilavasitə  xalqdan  almış,  bədiiləşirmiş,  cilalayıb 

sığallamış  və  yenidən  xalqın  təfəkkürünə  ərməğan  etmişdir. 

Tədqiqatlarda  da  Fərhadın  Azərbaycan  mühiti  ilə  bağlı  bir 

şəxsiyyət olduğu göstərilir.4

Nizaminin 

qələmə 

aldığı 


«Leyli 

və 


Məcnun» 

poemasının mövzusu ərəb  şifahi  xalq ədəbiyyatı ilə  bağlı olsa 

da Azərbaycan folklorunda da bu adda nağıllar yaranmışdır.

1

  R. Azadə.  Nizami  Gəncəvi,  (həyatı  və  sənəti).  Bakı,  «Elm»,  1979,  s.  164-165;  Tağı 



Xalisbəyli.  Nizami  Gəncəvi  və  Azərbaycan  qaynaqları.  Bakı,  «Azərbaycan  Dövlət 

Nəşriyyatı»,  1991, s.  24-25.

2

 Nizami Gəncəvi. Yeddi gözəl. Filoloji tərcümə. Bakı  «Elm»  1983  s  10



3

 Tağı Xalisbəyli. Həmin əsər, s.  47.

4

 Bax:  Məmməd Cəfər Cəfərov. Nizaminin fikir dünyası  Bakı  «Yazıçı»  1982, s  151;



Tağı Xalisbəyli. Nizami Gəncəvi və Azərbaycan qaynaqlan..  Bakı, «Azərbaycan 

Dövlət Nəşriyyatı»,  1991, s. 46-47.

150

Mzamido  azorbaycançılıq

Nizaminin «Leyli və Məcnun»undakı  hadisələr isə ərəb 

folklorundan  iqtibas  deyildir.  Burada  Azərbaycan  folkloruna 

məxsus qaynaqlar çoxdur.  Nizami  də öz əsərində bu mövzunu 

cilalayaraq  onu  ərəb,  İran  mühitindən  Azərbaycan  mühitinə 

gətirmişdir.  Nizaminin  əsərlərində  xalq  arasında  yayılmış 

«Fərhad  və  Şirin»,  «Lelyi  və  Məcnun»,  «Şahzadə  Bəhram», 

«İskəndərin  padşahlığa  çatması»,  «İskəndər  Zülqəmeynin 

İran  padşahı  ilə  davası»,  «İskəndərin  gündən  xərac  alması», 

«İskəndərlə 

Ləl 

Xiftən», 



«İskəndər 

Zülqəmeynin 

vəsiyyətləri»,  «İskəndərin  zülmətə  getməsi»,  «İskəndərin 

həbəşlərlə  davası»,  «İskəndər  ilə  Sərrac  İmran»,  «İskəndər 

Zülqəmeyn  ilə  üzük  tapan  çobanın  nağılı»,  «İskəndərin 

qayışbaldırlara  rast  gəlməsi»,  «İskəndər  və  fəqir»,  «İskəndər 

və çoban»,  «Buynuzlu İskəndər»,  «İskəndər quş dili  öyrənir», 

«Nüşabə  padşahın  nağılı»,  «Loğman»,  «Mərd  ilə  namərd», 

«Daranın  nağılı»  kimi  folklor  nümunələrinə  istinad  etməsi 

istisna  edilmir.1  Nizaminin  Azərbaycan  folklor  qaynaqları  ilə 

əlaqəsinə  dair  maraqlı  tədqiqatlar  vardır.2  Bu  tədqiqatların 

daha  da  genişləndirilməsinə  və  dərinləşdirilməsinə  ehtiyac 

çoxdur. 

Tədqiqatların  genişləndirilməsi 

belə  bir  faktı 

dəqiqləşdirməyə yönəlir ki,  Nizami  hər cəhətdən öz xalqı,  öz 

milləti  ilə bağlı  bir şəxsiyyət olmuşdur.  Onun  hər misrasında, 

hər beytində Azərbaycanın milli  ruhu yaşayır.

1

  Tağı  Xalisbəyli.  Nizami  Gəncəvi  və  Azərbaycan  qaynaqlan.  Bakı,  «Azərbaycan 



Dövlət Nəşriyyatı»,  1991, s.  87.

2

 Tağı Xalisbəyli.  Nizami  Gəncəvi və Azərbaycan  şifahi xalq ədəbiyyatı.  Bakı, Azərb.



Ped.  İnst nəşriyyatı,  1988,;  Tağı  Xalisbəyli.  Nizami  Gəncəvi  və  Azərbaycan  folkloru. 

Bakı,  Azərb.  Dövlət.  Ped.  İnst.  nəşriyyatı,  1990.  Həmid  Araslı.  Nizami  əsərlərinin  el 

variantları.  Müqəddimə.  Bakı,  1941;  Həmid  Araslı.  Nizami  və  Azərbaycan  xalq 

ədəbiyyatı  (məqalələr  məcmuəsi),  Bakı,  1947;  Ə.Axundov.  Nizami  Gəncəvi  və  xalq 

yaradıcılığı.  Azərb.  SSR  EA  xəbərləri.  Bakı,  1954,  №2;  M.Əlizadə.  Nizami 

yaradıcılığında Azərbaycan folklorunun təsiri.  «Ədəbiyyat qəzeti», 24 iyun  1938, №29; 

S.Paşayev.  Nizami və  folklor.  Bakı,  1976;  S.Paşayev.  Nizami  və xalq əfsanələri.  Bakı, 

1983;  Sabir  Həsənzadə.  Nizaminin  «Xəmsə»də  işlətdiyi  Azərbaycan  zərbi  məsəlləri. 

Gəncə, «İlkin» nəşr., 2005, s.  5-136.

151



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə