Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/74
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19549
1   ...   12   13   14   15   16   17   18   19   ...   74

41 
 
       2.  Müəllim haqqında məlumat: 
Adı, soyadı, dərəcəsi: Ruxsara Feyziyeva,  fil.ü.f.dok., dos  
Kafedranın ünvanı: Lənkəran şəhəri,  H.Abdullayev 22, 2 saylı korpus  
Məsləhət saatı:V gün, saat 15.00-da. 
E-mail ünvanı:  
      3.  Tövsiyə olunan dərsliklər və dərs vəsaitləri: 
1.A.  Abdullayev  və  Y.Kərimov  “Orta  məktəbdə  Ana  dilinin  tədrisi  metodikası”  Baki, 
Maarif,1969 
2.Y. Kərimov  “Ana dilinin tədrisi metodikası” Bakı, 2003 
3.H.Baliyev “Orta məktəbdə Azərbaycan dilinin tədrisi metodikası” Bakı, Maarif, 1996 
4.A.Rəhimov “Ana dilinin tədrisi metodikası” Bakı, Maarif, 1997 
5.İ.Bayramov “Azərbaycan dili tədrisinin elmi-metodik əsaslari” Bakı, Maarif, 1996 
6.Azərbaycan  Respublikası  Umumtəhsil  məktəbləri  üçün  ana  dili  kurrikulumu  (I-IV 
siniflər). 
7.Nəbiyeva Ş. “Ana dili tədrisinin aktual problemləri” Bakı, ADPU, 2010 
8.    AZƏRBAYCAN  RESPUBLİKASININ  ÜMUMTƏHSİL  MƏKTƏBLƏRİ  ÜÇÜN 
AZƏRBAYCAN DİLİ ÜZRƏ TƏHSİL PROQRAMI (KURİKULUMU) (I - XI siniflər) 
9.Aslanov M. İfadə yazı mətnləri. Bakı, 1974. 
10. Kurrikulim, jurnalı, I-IV saylar 
11.Z.Veysova. Fəal / interaktiv təlim. 
12. Asərbaycan dili, Ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün dərslik, 2013-2017. 
      4.  Fənnin  təsviri  və  məqsədi:  İbtidai  siniflərdə  ana  dili  tədrisinin  nəticəsi 
şagirdlərin  öz  fikrini  müstəqil  və  rabitəli  verə  bilmə  bacarığına  necə  yiyələnmələri  ilə 
ölçülür.Rabitəli  nitq  dedikdə  şagirdlərin  öz  bilik  və  yaş  səviyyələrinə  uyğun  olaraq 
xarici aləmi düzgün qavramaları, onu qrammatik üslubi cəhətdən savadlı ifadə etmələri 
nəzərdə tutulur.Bunun təmin olunması üçün şagirdlər lüğət və cümlə üzrə iş prosesində 
qazandıqları  vərdişlərdən  istifadə  etməlidirlər.Rabitəli  nitqin  birinci  mərhələsi  ifadə, 
ikinci mərhələsi inşadır.Fənnin tədrisində məqsəd ibtidai siniflərdə aparılan ifadə və inşa 
yazıların spesifik xüsusiyyətlərini göstərməkdir.   
      5.  Davamiyyətə  verilən  tələblər:  Dərsdə  davamiyyətə  görə  verilən  maksimum  bal 
10 baldır. Balın miqdarı əsasən: tələbə semestr ərzində fənn üzrə bütün dərslərdə iştirak 
etdiyi  halda  ona  10  bal  verilir;  semestr  ərzində  fənnin  tədrisinə  ayrılan  saatların  hər 
buraxılan  10%-  nə  1  bal  çıxılır;  Fənn  üzrə  semestr  ərzində  buraxılmış  auditoriya 
saatlarının ümumi sayı normativ sənədlərdə müəyyən olunmuş həddən yuxarı (25 %-dən 
çox)  olduğu  halda  tələbə  həmin  fəndən  imtahana  buraxılmır,  onun  həmin  fənn  üzrə 
akademik borcu qalır və onun haqqında müvafiq qərar qəbul edilir.   
   6.Qiymətləndirmə:Tələbələrin  biliyi  100  ballı  sistemlə  qiymətləndirilir.  Bundan  50 
balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 
bala aşağıdakılar aiddir: 10 bal sərbəst işlərin  tərtib olunmasına görə, 10 bal seminar və 
laboratoriya  dərslərində    fəaliyyətinə  görə,  10  bal  dərslərə  davamiyyətinə  görə,  20  bal 
kollokviumların nəticələrinə görə. İmtahanda qazanılan balların maksimum miqdarı 50-
dir. İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir. 
Qiymət meyarları aşağıdakılardır: 
-10 bal- tələbə keçilmiş materialı dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir. 
-9  bal-tələbə  keçilmiş  materialı  tam  başa  düşür,  cavabı  dəqiqdir  və  mövzunun  mətnini 
tam aça bilir. 
-8 bal-tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir; 
-7  bal-  tələbə  keçilmiş  materialı  başa  düşür,  lakin  nəzəri  cəhətdən  bəzi  məsələləri 
əsaslandıra bilmir 
-6 bal- tələbənin cavabı əsasən düzgündür. 


42 
 
-5 bal-tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir. 
-4 bal- tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhvlərə yol 
verir; 
- 3 bal- tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandıra bilmir; 
- 1-2 bal- tələbənin mövzudan qismən xəbəri var. 
-0 bal- suala cavab yoxdur. 
Tələbənin  imtahanda  topladığı  balın  miqdarı  17-dən  az  olmamalıdır.  Əks  təqdirdə 
tələbənin  imtahan  göstəriciləri  semester  ərzində  tədris  fəaliyyəti  nəticəsində  topladığı 
bala əlavə olunmur.  
     Semestr    nəticəsinə  görə  yekun  qiymətləndirmə  (imtahan  və  imtahanaqədərki  ballar 
əsasında) 
№ 
Bal 
Qiymət 
Sözlə 
Hərflə 
1. 
91-100  
əla  

2. 
81-90  
çox yaxşı  

3. 
71-80  
yaxşı  

4. 
61-70  
kafi  

5. 
51-60  
qənaətbəxş  

6. 
50 və ondan aşağı 
qeyri-kafi  

    7.  Davranış  qaydalarının  pozulması:Tələbə  Universitetin  daxili  nizam  –intizam 
qaydalarını pozduqda əsasnamədə nəzərdə tutulan qaydada tədbir görüləcək. 
     8. Təqvim planı: Mühazirə 30 saat , Seminar 15 saat,  Cəmi 45 saat 
№ 
Mühazirə 
Saat  Tarix 
   

Fənnin mövzusu, məqsəd və vəzifələri. Rabitəli nitqin mahiyyəti və növləri 
Plan:  Fənnin  mövzusu,  məqsəd və vəzifələri. Rabitəli  nitqin  mahiyyəti və 
növləri.Nitq inkişafı üzrə işin mənbələri. 
Mənbə: [1,2,3,5,6,7,8] 
  2 
 

Rabitəli nitqin formaları: dialoji və monoloji nitq 
 Plan:1. Dialoji  nitq və onun əsas xüsusiyyətləri 2.  Monoloji  nitq və onun 
əsas xüsusiyyətləri 
Mənbə:[1,2,3,5,6,7,8,10] 
  2 
 

Monoloji nitqin inkişafı üzrə işin məzmunu 
 Plan: 1. Rabitəli nitqin əsas xarakteristikası 2. I-IV siniflərə təqdim olunan 
mövzuların xarakteri 3. Dilin tədrisi prosesində şagirdlərin şifahi monoloji 
nitqinin  inkişaf  etdirilməsi üzərində  işlərin elementləri 4. Monoloji  nitqin 
inkişafı üzrə işə verilən tələblər. 
Mənbə:[1,2,3,5,6,7,8,9,10] 
  2 
 

Altıyaşlıların monoloji nitqinin xüsusiyyətləri  
Plan: Altıyaşlıların monoloji nitqinin əsas xüsusiyyətləri  
Mənbə: 
  2 
 

Təsviri xarakterli monoloji nitq.  
Plan:  1.Təsviri  xarakterli  monoloji  nitqin  xüsusiyyətləri.  2.Müşahidə 
monoloji  nitqin  inkişafının  əsası  kimi.  2.  Monoloji  nitqin  inkişafında 
ekskursiyanın  rolu.  3.  Müşahidə  monoloji  nitqin  inkişafının  əsası  kimi  4. 
Müqayisəyə imkan yaradan müşahidə  
Mənbə:[1,2,3,5,6,7,8,11] 
  2 
 

Şəkil monoloji nitqin inkişafının mühüm vasitəsi kimi  
Plan: 1.Təlim prosesində istifadə olunan şəkillərin növləri. 2. Şəkillər üzrə 
işin  variantları  3.  Kütləvi  tədbirlərə  (səhərciklərə,  səhnəciklərə,  ictimai 
  2 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə