Azərbaycan Respublikası Təhsil Nazırliyi Azərbaycan Respublikiası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti.



Yüklə 7,25 Kb.
Pdf görüntüsü
səhifə56/57
tarix29.05.2018
ölçüsü7,25 Kb.
#46640
1   ...   49   50   51   52   53   54   55   56   57

136 
 
əlaqəsini pozur. Beləliklə xam sellüloza iki yerə: həzm olunan sellülozaya və həzm olunmayan 
inkurist  (liqnin,  kutin  və  suberin)  maddələrlə  bölünür.  Həzm  olunan  sellüloza  mədəaltı  və 
bağırsaq  vəziləri  Ģirəsinin  təsirindən  monosaxaridlərə  qədər  parçalanaraq  bağırsaqdan  qana 
sorulur. 
Yağlar.  Ağız  boĢluğunda  lipolitik  fermentlər  olmadığına  görə  orada  yağlar  heç  bir 
dəyiĢkənliyə  uğramır.  Onlar  mədə  Ģirəsinin  təsirindən  dəyiĢilmir.  Yalnız  mədə  lipaza 
emulsiyası neytral yağları (süd yağını) qliserinə və yağ turĢularına ayırır. Yağlar əsasən nazik 
bağırsaqlarda həzm olunur. TurĢ qida kütləsi mədədən onikibarmaq bağırsağa keçdikdən sonra 
onun  üzərinə  mədəaltı  vəzinin  Ģirəsi  və  bağırsaq  Ģirəsi,  eləcə  də  öd  tökülməyə  baĢlayır. 
Mədəaltı  və  bağırsaq  vəzilərinin  lipazası  yağlara  təsir  edərək  onları  qliserinə  yağ  turĢularına 
qədər  parçalayır.  Öddə  həzm  fermentləri  olmasa  da  normal  həzm  prosesi  üçün  onun  böyük 
əhəmiyyəti  vardır.  Yağları  çox  xırda  damlalara  ayırmaqla  onlardan  davamlı  emulsiya  əmələ 
gətirir  və  bunun  nəticəsində  lipolitik  fermentlərin  təsiri  yaxĢılaĢır.  Beləliklə,  qliserin  və  yağ 
turĢuları  öd  turĢusunun  duzları  ilə  birləĢərək  suda  həll  olan  komplekslər  verir.  Yağlar  narın 
emulsiya Ģəklində bağırsaq hüceyrələri və limfadan qana sorulur. 
Ağız  boĢluğunda  proteolitik  ferment  olmadığına  görə  orada  zülallar  heç  bir  dəyiĢikliyə 
uğramır.  Onlar  sadə  mədəli  heyvanların  qursağında  həzm  olunmağa  baĢlayır.  Burada  mədə 
Ģirəsi ximozin (cavan heyvanlarda daha çox olur) südün kazeinini laxtalandırır. O turĢ mühitdə 
daha  aktiv  təsir  göstərir.  Ximozin  mədənin  dibindəki  əsas  vəzilər  tərəfindən  fəal  olmayan 
pepsin, pepsinogen Ģəklində ifraz olunur. O turĢ mühitə düĢərək xlorid turĢusu ilə fəallaĢdırılır. 
Beləliklə,  pepsin  zülalları  peptonlara  və  albumurlara  parçalayır.  Beləliklə,  zülallar  proteolitik 
fermentlər  –  pepsin,  tripsin  və  eripsinin  təsirindən  amin  turĢularına  qədər  parçalanaraq  amin 
turĢusu və eləcə də zülalın parçalanmasından alınan az miqdar daha mürəkkəb (sadə polipeptid) 
azotlu birləĢmələr Ģəklində bağırsaq epitelisindən qanın venasına keçərək qara ciyərdən ümumi 
qan dövranına daxil olur. 
Beləliklə,  qida  maddələri  özlərinin  axıncı  məhsullarına  qədər  parçalandıqdan  sonra  mədə-
bağırsaq  sistemindən  sorulmağa  baĢlayır.  Qida  maddələri  əksərən  nazik  bağırsaq  bölməsində 
selikli qiĢanın səthini bir neçə dəfə böyüdən xovların iĢtirakı ilə sorulur. Həll olunmuĢ madələr 
epiteli vasitəsilə sorularaq həmin xovların qan və limfa yolu ilə axır.  
Orqanizm  tərəfindən  mənimsənilmiĢ  qida  maddələri  müxtəlif  enerji  mənbəyi  kimi,  yəni 
hüceyrələrin bərpası, məhsulun əmələ gəlməsi, ehtiyat halında toplanması və s. məqsədlər üçün 
istifadə  olunur.  Yemin  həzm  olunmayan  hissəsi  isə  mədə-  bağırsaq  Ģirələrinin  qalıqları, 
bağırsaq  epiteliləri,  mikroorqanizmlər  və  müxtəlif  mübadilə  məhsulları  ilə  birlikdə  peyin 
Ģəklində orqanizmdən kənar olunur. Ona görə də yem payının tərkibindəki həzm olunan qida 
maddələrinin qəbul olunan yemə görə faizlərlə nisbətinə həzm olunma əmsalı deyilir:  
100
 
 



A
B
A
A
 
Burada A – qəbul olunmuĢ qida maddələri, B – ifraz olunmuĢ qida maddələridir. 
 
Yemlərin ümumi qidalılığının qiymətləndirilməsi 
 
Yemlərin  həzm  olunma  əmsalı  bilindikdən  sonra  heyvanın  yem  payının  tərkibində  aldığı 
həzm  olunan  protein,  yağ,  sellüloza  və  azotsuz  ekstraktiv  maddələrin  miqdarı  asanlıqla 
müəyyən edilə bilər. Bunun nəticəsində müxtəlif növ heyvanların qidalı maddələrə olan tələbi 
bəzən onların verdiyi enerji əsasında da yoxlanıla bilir. Müəyyən olunmuĢdur ki, 1 qram həzm 


137 
 
olunan  zülal  5,7  kkalori,  1  qram  karbohidratlar  4,18  kkalori,  1  qram  yağ  8,82  kkalori  verir. 
Yemlərin  qidalılıq  dərəcəsinin  həzm  olunan  qida  maddələrinə  görə  ölçülməsi  heyvandarlıqda 
geniĢ tətbiq olunur.  
Yemlərin  qidalılıq  dərəcəsi  Kelner  tərəfindən  1kq  niĢasta  qəbul  olunmuĢdur.  Bu  da  o 
deməkdir ki, 1kq niĢasta orqanizm tərəfindən 248 qr  yağ əmələ  gətirir. Sovet alimləri isə 1kq 
orta keyfiyyətli vələmir qəbul etmiĢdir ki, bu da orqanizmdə 150 qr yağ əmələ gətirir. Müəyyən 
edilmiĢdir ki, 1 kq vələmir 0,6 kq niĢasta qidalılığına (148:248) bərabər-dir. Ona görə də 1kq 
niĢasta orqanizmdə 2362 kkal (250qr yağ 9,5kkal) enerji verdiyi halda 1kq vələmir 1416 kkal 
(150·9,5kkal) enerji verir. 
Beynəlxalq  sistemdə  vahid  enerji  DÜST-9867-61  kalori  ilə  ölçülür.  1  kalori  (kal)  =  4,184 
coul  (c)  kilocoul  (kq\c)  və  kilokaloriya  (kkal)  coul  və  kaloridən  min  dəfə  çoxdur.  Meqacoul 
(Mc) və Meqakalori (M kal), coul və kaloriyadan milyon dəfə çoxdur. 
Rasionda qəbul olunmuĢ enerji dövriyyəsi aĢağıdakı sxem üzrə gedir.  
R.e = p.e + Məh.e + sidike + D.e + həz.q.e + ist.e 
R.e-rasion  enerji,  p.e-peyin enerji,  Məh.e-məhsula sərf olunan enerji,  s.e-sidiyə sərf olunan 
enerji,  həz.q.e.-həzmdə  qan  enerjisi,  ist.  E–istilik  enerjisi.  Bütün  bu  enerji  ümumi  enerji 
dövriyyəsi  cəmidir.  Alman  alimləri  Nerinq  və  ġimana  görə  ümumi  enerji  aĢağıdakı  formula 
əsasında hesablanır: 
Üm. enerji = 0,012 S.P + 0,03 S.Y +0,007 S.K + 0,013 Az.q 
S.P – xam protein, S.Y –xam yağ, S.K –xam sellüloza, Azotsuz qalıq 
Ümumi  enerji  dövriyyəsi  yemdə  aĢağıdakı  formullara  əsasən  hesablanır.  Ümumi  quru 
maddəyə əsasən müxtəlif heyvanlara tələb olunan enerji bir-birindən fərqli olduğu üçün onların 
tələb olunan reqresiya formulları da müxtəlifdir.  
İri buynuzlu qaramal üçün
Üm. ener.=17,46 h.p.+31,23 h.y. + 13,65 h.sel. + 14,78 h.Az.ek.mad. 
Qoyunlar üçün
Üm. ener.=17,71 h.p. + 37,89 h.y. + 13,44 h.sel. +14,78 h.Az.ek.mad. 
Quşlar üçün: 
Üm.ener.=17,84 h.p. + 39,78 h.y. + 17,71 h.sel. + 17,71 h.Az.ek.mad. 
h.p.  –  həzm  olunan  protein,  qram;  h.y.  –  həzm  olunan  yağ,  qram;  h.sel.  –  həzm  olunan 
selloza, qram;h. Az.ek.mad. – həzm olunan azotsuz ekstaktiv maddə, qram. 
*Meqacoul=1 milyon coul:1 coul=0,2388 kal.1 kal (kaloriya)= 4,184 coul 
İribuynuzlu qaramal üçün rasionun tərtibi 
Ġribuynuzlu  qaramal üçün rasion  tərtib edildikdə  24-40  göstərici  normativləri:  yem  vahidi, 
enerji, (meqacoul), quru maddə, xam və həzm olunan protein, xam selloza, niĢasta, Ģəkər, xam 
yağ, duz, kalsium, fosfor, maqnezium, kalium, kükürd, dəmir, mis, sink, kobalt, marqans, yod, 
karotin,  vitamin  D  (kalsiferol)  və  E  (tokoferol).  B  vitamin  qrupu,  C  askorbin  turĢusu,  K 
naftaxionin, amin turĢular və s. Yemlərdən səmərəli istifadə olunaraq balanslaĢmıĢ rasion tərtib 
olunur. 
Rasionun  tərtibi  təsərrüfatın  yem  bazasına  əsaslanır.  Ġribuynuzlu  qaramalda  yay  və  qıĢ 
dövrlərdə yem rasionu bir-birindən fərqli olur. Belə ki, yay dövründə inək və cavanlar nə qədər 
yaĢıl  kütlə  qəbul  etsə  əhəmiyyətlidir.  Ancaq  qıĢ  dövründə  verilən  yemlər  keyfiyyət  dərəcələ-
rinə görə qaba, sulu-Ģirəli və qüvvəli (qarıĢıq) yemlərə ayrılır. Həmin dövrdə inəklərin ümumi 
yem payının 35-40 % qaba yemlər o cümlədən həmin qaba yemlərin 25-30% quru ot olmalıdır. 
Silos və senaj ümumi yem payının 35-40 %, qarıĢıq yemlər isə 20-25 %-ni təĢkil etməlidir. 


Yüklə 7,25 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə