Azərbaycan respublikasi iQTİsadiyyat və SƏnaye naziRLİYİ



Yüklə 329,2 Kb.
Pdf görüntüsü
səhifə8/11
tarix11.06.2018
ölçüsü329,2 Kb.
#47966
1   2   3   4   5   6   7   8   9   10   11

21

 

 



investisiya  mühiti  barədə  məlumatlar  təqdim  edilməsində  və  eləcə  də  ünvanlı 

hüquqi məsləhətlərin verilməsində köməklik göstərir. 

 

İxracın təşviqi 



Serbiya  İxrac  və  İnvestisiyaların  Təşviqi  Agentliyi  ixrac  yönümlü 

şirkətlərdə  daha  yaxşı  İT  sənayesi  formalaşdırmaq  üçün  dəstək  proqramının 

müddətini uzadmaq fikrindədir.  

İT şirkətlər proqram təminatının lokallaşdırılması üçün ixrac subsidiyaları 

təklif  edir  və  bu  proqramın  təminatı  məhsulların  sertifikatlaşdırılması  ilə  bağlı 

xərclər 50-75% arasınada dəyişir. 



 

MDB 

Belarus 

Belarusda  hökumət  tərəfindən  startaplara  birbaşa  maliyyə  dəstəyi 

göstərilir  və  startap  şirkətlər  yarndıqdan  sonra  Belarus  banklarından  kredit 

götürə bilərlər. Buna baxmayaraq startaplar kiçik həcmli maliyyə vəsaiti alırlar 

və bu da kreditlərin qismən ödənilməsi üçün istifadə olunur. 

Digər tərəfdən Belarusda Yüksək Texnologiyalar Parkı fəaliyyət göstərir.  

Parkın hazırda 144 rezidenti var. Parkın rezidentlərinin yarısı xarici şirkətlər və 

birgə  müəssisələrdir.  Parkda  yüksək  texnologiyalar  sahəsinə  cəlb  edilən 

investisiyaların mənşəyi haqqında: 

- 45%-i Belaruslu investorlar; 

- 55%-i xarici investorlar; 

- 24%-i birgə müəssisələr; 

- 31%-i tam xarici investisiyalı müəssisələr. 

Rezidentlər  bütün  korporativ  vergilərdən  azaddır.  Lakin  park  öz 

fəaliyyətini  təmin  etmək  məqsədilə  rezidentlər  öz  dövrüyyələrinin  1%-ini 

ödəməlidirlər. 

Parkda  yerləşən  şirkətlərin  işçiləri  üçün  gəlir  vergisi  10%-ə  qədər 

azaldılmışdır. Bu isə texnoloji startaplar sahəsində çalışanlar üçün əlavə stimul 

verir.  “Wargaming  Net”  və  “Nival”  kimi  böyük  oyun  şirkətləri  Yüksək 

Texnologiyalar Parkının rezidentləri arasındadır. 

 

Ukrayna   

Ukraynada  hökuməti  startap  infrastrukturunun  inkişaf  etdirilməsində 

maraqlılar  və  bu  özəl  vençur  maliyyələşdirməsi  fondları  tərəfindən  həyata 

keçirilir.  




22

 

 



Digər  bir  plan  isə  yüksək  texnologiyalar  sahəsində  infrastrukturun 

yaradılması üçün “Texnopolis” adlanan layihənin həyata keçirilməsidir. “Bionic 

Hill” texnoparkının yaradılması isə buna bariz nümunədir. 

“Bionic Hill” texnoparkı Kiyevin mərkəzindən 17 km məsafədə yerləşir. 

Texnoparkın yaradılması nəticəsində 35.000 işçinin işlə təmin olunması və illik 

160  milyon  dollar  gəlir  vergisinin  əldə  olunması  planlaşdırılır.  Layihə  aparıcı 

Ukrayna inkişaf şirkəti olan “UDP”nin təşəbbüsü ilə həyata keçirilir və “UDP”  

layihəyə 1 milyard dollar həcmində sərmayə qoyub. 

 

Rusiya 

Rusiyada  startapların  dəstəklənməsində  hökumətin  geniş  və  fəal  iştirakı 

var. Bu sahə üzrə ən böyük iştirakçı “RVC” fondudur. “RVC” Rusiyanın vençur 

maliyyələşdirmə  fondlarının  və  vençur  kapitalın  dəstəklənməsi  üçün  2006-cı 

ildə  dövlət  fondu  olaraq  fəalliyyətə  başlamışdır.  Fondun  832  milyon  dollar 

həcmində  vəsaiti  var  və  bu  vəsait  dövlət  mülkiyyətində  olan  vəsaitdir  özəl 

vençur maliyyələşdirmə fondları ilə birlikdə investisiya edilir. 

Digər dövlət dəstəyi göstərən İnternet Təşəbbüslərinin İnkişaf Fondudur. 

Fond  2013-cü  ildə  yaradılıb.  Fondun  əsas  məqsədi  üç  il  ərzində  Rusiya 

startapları  üçün  184  milyon  dollar  investisiya  yatırılmasını  sürətləndirməkdir. 

Bunda başqa Rusiyada startapların dəstəklənməsi üçün yerli dövlət təşəbbüsləri 

də  mövcuddur.  Buna  misal  olaraq  ən  tanınmış  və  ən  böyük  texnopark  olan 

Skolkovo İnnnovasiya Mərkəzini göstərmək olar. 

Skolkovo İnnovasiya Mərkəzi  

Rusiya  dövləti  tərəfindən  ölkədə  startap  və  sahibkarlıq  mədəniyyətini 

yaratmaq  üçün  başladılmış  Silikon  Vadisinə  rəqibi  olacaq  bir  layihədir. 

Skolkovonun  yaradılması  üçün  növbəti  7  il  ərzində  4  milyard  dollar 

xərclənəcəyi gözlənilir. Özəl sektordan bir investorun yatıracağı investisiya ilə 

birlikdə  2020-ci  ilə  qədər  Skolkovonun  yaradılmasına  cəmi  15  milyard  dollar 

xərclənəcək.  Skolkovo,  Rusiya  dövləti  tərəfindən  başladılmış,  ölkə 

iqtisadiyyatının  təbii  resurslardan  asılılığını  azaltmaq  və  ölkə  daxilində 

sahibkarlığın artırılması üçün qurulan hökümət yönlü təşviqdir. 

 Moskvanın  mərkəzindən  bir  saatlıq  məsafədə  təxminən  400  hektar 

əraziyə  malik  Skolkovo  parkı  həm  vençur  investisiyalara  söykənən  startap 

sahibkarlıq,  həm  texniki-elmi  tədqiqat  və  həm  də  təhsil  mərkəzi  funksiyasını 

daşıyacaq. Hal-hazırda sahədə yalnız Hypercube adlanan, polad, şüşə və beton 

tikili  mövcuddur.  Tikili  konfrans  zalları  və  iş  otaqlarından  ibarətdir.  Nokia, 




23

 

 



Samsung və Cisco System kimi iri şirkətlər Skolkovoda öz tədqiqat və inkişaf 

mərkəzlərini  cəlb  etməkdə  artıq  maraqlı  olduqlarını  bildiriblər.  Skolkova 

mərkəzi  13000-dən  çox  iş  yerinin  açılma  potensialına  sahib  1000-dən  çox 

startap bizneslə əlaqələri olduğunu bildirib. 

Skolkovo  vergi  güzəştləri  ilə  fəaliyyət  göstərən  xüsusi  iqtisadi  zonadır. 

Xarici vətəndaşlar xüsusi “Startap Viza” ilə burada fəaliyyət  göstərə və işləyə 

bilərlər.  Bu  yolla  Rusiya  dövləti  Amerikaya  olan  beyin  köçünün  yeni  bir 

modelini hazırlamağa çalışır. 

Əsas  konsept  ondan  ibarətdir  ki,  yeni  başlayan  bizneslər  və  sahibkarlar 

üçün güzəştli və sadələşdirilmiş qanunlar olsun, vergi güzəştləri təklif olunsun 

və növbəti on illikdə Rusiya dövləti texnologiya sahəsində yenilikləri ilə dünya 

iqtisadiyyatında yeni tempi ilə yeni güclü oyunçuya çevrilsin. 

“Microsoft”  korporasiyasının  baş  direktoru  Stiv  Balmer  və  “Skolkovo” 

Fondunun  prezidenti  Viktor  Vekselberq  arasında  İKT  sahəsində  innovativ 

fəaliyyətin birgə inkişaf etdirilməsinə dair Niyyət protokolu imzalanıb.  

Əldə  edilmiş  razılaşmaya  əsasən,  korporasiya  innovasiyalar  şəhərində 

özünün  İT  Mərkəzini  açacaq.  “Microsoft”un  mütəxəssisləri  elmi  tədqiqatların 

və  mühəndis  işlərinin  emalı  üçün  platforma  həllərinin  yaradılması,  həmçinin 

biznes-proqramlarının  işlənməsi  ilə  məşğul  olacaqlar.  “Microsoft”  Rusiya 

universitetləri və elmi təşkilatları ilə birgə tədqiqat proqramlarında da iştirakını 

davam etdirəcəklərini bəyan ediblər. 

Sənəddə  əksini  tapmış  3-cü  istiqamət  isə  Rusiyanın  perspektivli 

startaplarına dəstək göstərilməsindən ibarətdir.  Bir  neçə il  ərzində  korporasiya 

yeni  fəaliyyətə  başlayan  təxminən  100  İKT-şirkətinə  kömək  etməyə  hazır 

olduğunu bildirib. Vəziyyətdən asılı olaraq bu şirkətlərdən hər birinə 50 mindən 

yarım milyon dollaradək vəsait ayrılacaq. Startaplara maliyyə köməyindən əlavə 

ekspert  və  texniki  dəstək  də  göstəriləcək.  Artıq  indidən  korporasiya  biznesin 

inkişafı məsələlərində öz bilik və təcrübəsini bölüşməyə hazır olduğunu bildirib. 

Gələcəkdə  isə  bu  sahədə  yeni  olan  soft  şirkətlər  üçün  “Microsoft”un  bulud 

servisləri əlyetərli olacaq. 

“Microsoft”  və  “Skolkovo”  Fondunun  əməkdaşlığının  4-cü  istiqaməti 

innovasiyalar  şəhəri  ərazisində  informasiya  texnologiyalarına  kollektiv 

əlyetərlik Mərkəzinin yaradılmasını nəzərdə tutur. 

Sonuncu  mərhələ  isə  “Microsoft”un  Skolkovo  Texnoloji  Universitetinin 

yaradılmasında  iştirakı  ilə  əlaqədardır.  Universitet  tələbələri  və  aspirantları 

korporasiyanın  ixtisaslaşdırılmış  məktəblərində  təhsil  ala  və  iri  elmi-tədqiqat 




Yüklə 329,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə