Azərbaycan respublikasi iQTİsadiyyat və SƏnaye naziRLİYİ



Yüklə 329,2 Kb.
Pdf görüntüsü
səhifə5/11
tarix11.06.2018
ölçüsü329,2 Kb.
#47966
1   2   3   4   5   6   7   8   9   10   11

12

 

 



 

Pul qrantları 

Sinqapurda yaradılan startapların üstünlüklərindən biri də ondan ibarətdir 

ki, 

sahibkarlar 



müxtəlif  sənaye 

sahələri  üzrə  startap 

layihələrinin 

maliyyələşdirilməsi  üçün  müxtəlif  dövlət  orqanları  tərəfindən  biznes  qrantlar 

əldə edə bilərlər. Hər bir qrantın öz seçmə meyarları və ödəniş metodları vardır. 

Bir  çox  qrantlar  startapların  tədqiqatı  və  inkişafı  o  cümlədən,  yeni 

investisiyaların təşviq olunması üçün nəzərdə tutulmuşdur.  

Sinqpurda startaplar üçün mövcud olan bəzi məhşur qrantlar: 



Sahibkarlıq  Fəaliyyəti  Birliyi  Startap  Proqramı  –  ACE  Startaplar 

Proqramı  maliyyə  yardımı  proqramıdır  və  ACE  (Sahibkarlıq  üçün  Fəaliyyət 

Birliyi) tərəfindən layihəyə  yatırılan hər 3 SD-ya qarşı 7 SD yardım ayırır. Bu 

halda ayrılan yardımın ümumi məbləği 50.000 SD-ni aşmır.  Başqa sözlə desək, 

Sahibkar  50.000  SD  qrant  almaq  üçün  21.429  SD  sərmayə  yatırmalıdır. 

Seçilmiş  müəssisələr  üçün  ACE  daha  əlavə  50.000  SD  yardım  çərçivəsində 

sahibkarlar  tərəfindən  yatırılan  hər  7  SD  üçün  3  SD  yardım  ayırır.  Bu 

müəssisələr  üçün  qrant  100.000  SD-yə  qədərdir.  Sahibkarlıq  fəaliyyəti  üçün 

icmalar maliyyə qrantı əvəzində kapital almır. 

ComCare  Enterprise  Fondu  –  “ComCare  Enterprise”  Fondu  Sosial  və 

Ailə  İnkişaf  Nazirliyi  tərəfindən  idarə  olunur.  Yeni  sosial  startapların 

yaradılması üçün nəzərdə tutulmuşdur və kapital qoyuluşunun 80 % aztəminatlı 

Sinqapurluların istifadə etməsi üçündür. 

 

Biznes inkubator proqramı 

Biznes  inkubator  proqramı  startap  sahibkarlar  üçün  yalnız  maliyyənin 

axtarılması  xarakterli  deyil,  o  cümlədən,  məsləhətlərin  verilməsi  baxımından 

əvəzolunmaz  mənbədir. Ümumiyyətlə biznes inkubatorlar yeni yaranan biznes 

lahiyələr  üçün  hər  cür  təmin  olunmuş  ofislər,  səmərəli  fəaliyyət  göstərmələri 

üçün  birgə  xidmətlər  və  ilkin  mərhələdə  olanların  inkişafına  maliyyə  yardımı 

təklif edirlər. 

Startaplar 

üçün 

həyata 


keçirilən 

dəstək 


tədbirləri, 

təlimlər, 

maliyyələşdirmə və aşağı şəbəkə xərcləri fəaliyyətə başlamaları üçün idealdır. 

 



İ.Jam  Mikro  Maliyyəşdirmə  Proqramı.  İnkubatorlar,  startap 

ideaların unikallığı barədə məsləhətlər verir, ümumi startaplarda oxşar 

ideanın mövcudluğu, şəbəkələrin təklif olunması və əlavə maliyyənin 

əldə  edilməsi  üzrə  təlimatlarla  təmin  edir.  İnkubatorlar  tərəfindən 

seçmə  startap  layihələrə  10%-25%  sərmayə  yatırılır.  Bundan  başqa 



13

 

 



seçmə  startap  layihələri  üçün  50.000  SD  həcmində  qrantlar  nəzərdə 

tutulur.  İnkubatorlar  yatırılan  investisiyaya  uyğun  müvafiq  səhm 

payına  sahib  olurlar.  Startaplara  qrantların  kompensasiya  şəklində 

ödənilməsi nəzərdə tutulur. 

 

İnkubator  İnkişaf  proqramı.  Bu  proqram  SPRİNG  Sinqapur 



tərəfindən  idarə  olunur.  Startapları  dəstəkləyən  və  köməklik  göstərən 

o  cümlədən,  avadanlıqla  təmin  edən  və  bazar  xidmətləri  göstərən 

inkubatorlara  70  %-ə  qədər  qrant  dəstəyi  təklif  edir.  İnnovativ 

startaplar  İnnovativ  İnkişaf  Proqramı  tərəfindən  təklif  olunan 

proqramlardan istifadə edə bilərlər. 

 

Borcun maliyyələşdirilməsi proqramı 

Borcun  maliyyələşdirilməsi  proqramı  mənfəət  payından  imtina  etmədən 

kapital  artırmaq  istəyən  startapların  maliyyələşdirməsi  üçün  səmərəli 

vasitələrdən biridir. Lakin proqramın mənfi tərəfi ondan ibarətdir ki, startapların 

gəlirlilik səviyyəsindən asılı olmayaraq ödənişlər vaxtında olunmalıdır. Bundan 

başqa kiçik və orta müəssisələr üçün Sinqapur hökuməti tərindən bir sıra borcun 

maliyyələşdirilməsi  proqramları  nəzərdə  tutlmuşdur.  Sinqapurda  borcun 

maliyyələşdirilməsi üçün müxtəlif proqramlar mövcuddur. 

 

Mikro-kredit  proqramı.  Mikro-kredit  proqramı  çərçivəsində 



Sinqapur şirkətlərinin gündəlik əməliyyatlarını həyata keçirmək və ya 

zavodların  avtomatlaşdırılması  və  təkminləşdirməsi  üçün  banklar  və 

maliyyə  institutları  tərəfindən  100.000  SD-yə  qədər  kreditlər  təklif 

edir.  Həmçinin  kiçik  və  orta  müəssisələr  tərəfindən  4  ilə  qədər  

götürülən kreditlər üçün 5,75% dərəcəsi müəyyən olunmuşdur.  

 



Kredit  sığorta  proqramı.  Kredit  sığorta  proqramı  iflas  olma 

risklərinə  qarşı  sığortadır.  Kredit  sığorta  proqramı  daxili  və  xarici 

ticarət  müəssisələrini  dəstəkləyir.  Kreditin  faiz  dərəcəsi,  mükafat 

dərəcəsi,  səlahiyyət  müddəti  və  borclunun  riskli  profili  sığortaçı 

tərəfindən  müəyyən  olunur.  Hökumət  tərəfindən  dəstək  məqsədilə 

50%  mükafat  verilir.  Ödəmə  qurumları  və  girov  tələbləri  iştirakçı 

maliyyə institutları tərəfindən müəyyən olunur. 

 



Yerli  müəssisələrin  maliyyələşmə  proqramı.  Yerli  müəssisələrin 

maliyyələşmə  proqramı  Sinqapur  şirktlərinin  avtomatlaşdırılması  və 

təkminləşdirlməsi,  zavodların  avadanlıq  və  nəqliyyat  vasitələri  ilə 

təmin  olunması  və  yeni  iş  yerlərinin  yaradılması  üçün  banklar  və 

maliyyə  institutları  tərəfindən  15  milyon  SD-yə  qədər  kreditlər  təklif 



14

 

 



edir. 4 ilə qədər götürülən kreditlər üçün 4,75%, 4 ildən çox müddətə 

götürülən kreditlər üçün isə 5,2% dərəcəsi müəyyən olunmuşdur. 



 

Vergi təşviqi proqramı  

Hökumət  startapların  inkişaf  etdirilməsi  üçün  bir  sıra  vergi  güzəştləri 

həyata  keçirir.  Vergi  güzəştlərinin  tətbiqi  nəticəsində  yaranan  şirkətlər  yeni  iş 

yerlərinin  yaradılması  baxımından  olduqca  əhəmiyyətlidir.  Sinqapurda 

startaplar  və  kiçik  və  orta  müəssisələr  üçün  müəyyən  vergi  güzəştləri 

mövcuddur. 

 

Startapların vergidən azad olunması.  Müəyyən ixtisas meyarlarına 



cavab  verən  startaplar  ardıcıl  olaraq  ilk  üç  il  ərzində  gəlir  vergisinin 

müəyyən  hissəsindən  azad  olunurlar.Yeni  yaranmış  şirkətlər  üçün 

aşağıdakı vergi güzəştləri tətbiq olunur. 

o

 



İlk  3  il  ərzində  gəlirləri  100.000  SD-yə  qədər  olanlar  üçün  0%, 

200.000  SD-yə  qədər  olanlar  üçün  8,5%,  300.000  SD-yə  qədər 

olanlar üçün isə 17% mənfəət vergisi tətbiq olunur. 

o

 



4-cü  il  və  ondan  sonrakı  illər  üçün  gəlirləri  300.000  SD-yə  qədər 

olanlar üçün 8,5%, 300.000 SD-dən çox olanlar üçün isə 17% vergi 

dərəcəsi tətbiq olunur. 

 

ABŞ 

“Startap  Amerika”  sahibkarlıq  fəaliyyətinin  sürətləndirilməsi  və 

ruhlandırması  üçün  hökumət  tərəfindən  irəli  sürülmüş  təşəbbüsdür.  “Startap 

Amerika”nın əsas məqsədi yeni yüksək artım tempinə malik şirkətlərin sayının 

və  miqyasının  artırılması,  o  cümlədən  Amerika  iqtisadiyyatında  artım,  yenilik 

və keyfiyyətli  iş  yerlərinin  yaradılmasıdır.  Sahibkarlıq  fəaliyyətinin keyfiyyətli 

və  davamlı  inkişafının  təşviq  edilməsi  ölkədə  aparılan  milli  innovasiya 

strategiyasının əsas komponentidir. 

“Startap  Amerika”  dövlət  və  özəl  təşəbbüslərin  həyata  keçirilməsinə 

yönəlmişdir: 

 



Ölkə  ərazisində  yüksək  artım  tempinə  malik  startaplar  üçün  kapital 

əldə etmək imkanlarının genişləndirilməsi; 

 

Sahibkarlıq  təhsilinin  və  təlim  proqramlarının  tətbiqi  Amerika 



vətəndaşları  üçün  iş  əldə  etmək  deyil  o  cümlədən,  yeni  iş  yerləri 

yaratmaq baxımından önəmlidir; 




Yüklə 329,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə