Azərbaycan respublikasi iQTİsadiyyat və SƏnaye naziRLİYİ



Yüklə 329,2 Kb.
Pdf görüntüsü
səhifə10/11
tarix11.06.2018
ölçüsü329,2 Kb.
#47966
1   2   3   4   5   6   7   8   9   10   11

28

 

 



genişləndirilməsini maliyyə dəstəyi ilə təmin edən dövlət orqanıdır. Fond birgə 

layihələrdə  iştirak  etmək  üçün  tədbirlər  görmək,  yüksəkixtisaslı  kadrları  cəlb 

etmək,  layihələrin  səmərəliliyi  və  vacibliyi  haqqında  xarici  mütəxəssislərlə 

birgə  araşdırmalar  aparmaq,  layihələrin  çevikliyini  təmin  etmək  və  birgə 

layihələri idarə etmək üçün tövsiyələr verməklə, intellektual biznesin inkişafına 

təkan  verməkdən  ibarətdir.  Fond  müxtəlif  grant  müsabiqələrini  elan  edərək 

startuplara kömək edir. 

İnformasiya  Texnologiyalarının  İnkişafı  Dövlət  Fondu  Azərbaycan 

Respublikası Prezidentinin 2012-ci il 15 mart tarixli 2095 nömrəli Sərəncamı ilə 

yaradılmışdır,  Azərbaycan  Respublikası  Rabitə  və  Yüksək  Texnologiyaları 

Nazirliyinin  tabeliyində  fəaliyyət  göstərir  və  informasiya-kommunikasiya 

texnologiyaları  sahəsində  fəaliyyətin  stimullaşdırılmasını,  bu  sahədə 

innovasiyaların 

tətbiqini, 

habelə 

tətbiqi 


elmi 

tədqiqat 

işlərinin 

genişləndirilməsini  maliyyə  dəstəyi  ilə  təmin  edən  dövlət  orqanıdır.  Fond  öz 

fəaliyyətini 

dövlət 


və 

yerli 


özünüidarəetmə 

orqanları,  informasiya-

kommunikasiya  texnologiyaları  sahəsində  fəaliyyət  göstərən  hüquqi  şəxslər, 

kredit,  maliyyə  və  sığorta  təşkilatları,  sahibkarlığın  inkişafına  dəstək  verən 

ictimai  birliklər,  qeyri-hökumət  təşkilatları  və  beynəlxalq  qurumlar  ilə  əlaqəli 

şəkildə həyata keçirir. 

Fondun aşağıdakı məqsəd və vəzifələri vardır: 

-

 



Fondun  vəsaitlərindən  səmərəli  və  təyinatı  üzrə  istifadə  olunmasını 

təmin 


etmək; 

İKT 


sahəsində 

istehsalyönümlü 

fəaliyyətin 

stimullaşdırılması,  bu  sahədə  innovasiyaların  tətbiqi,  habelə  tətbiqi 

elmi  tədqiqat  işlərinin  genişləndirilməsi  məqsədi  ilə  dövlət  və 

cəmiyyət  üçün  əhəmiyyət  kəsb  edən  layihə  və  proqramların  həyata 

keçirilməsini təşkil etmək; 

-

 



İKT  sahəsində  ixracyönümlü  layihələri  araşdırmaq,  onların  iqtisadi 

səmərəliliyini  qiymətləndirmək,  innovasiyayönümlü  layihələri  inkişaf 

etdirmək,  maliyyə  dəstəyi  göstərmək  və  xarici  investisiyalar  cəlb 

etmək; 


-

 

İKT  sahəsində  fəaliyyət  göstərən  yerli  hüquqi  şəxslərin  xarici 



bazarlarda  fəaliyyətinin  gücləndirilməsini  təmin  etmək  məqsədi  ilə 

layihələrin maliyyələşdirilməsi üçün investisiyaları cəlb etmək; 

-

 

İKT  sahəsində  innovasiyaların  inkişaf  etdirilməsi  və  onların 



kommersiya 

layihələrinə 

çevrilməsi 

məqsədi 


ilə 

vençur 


maliyyələşməsini həyata keçirmək; 


29

 

 



İKT sahəsində fəaliyyət göstərən perspektivli və inkişaf etməkdə olan kiçik və 

orta  sahibkarlıq  subyektləri  üçün  müvəkkil  banklar  və  bank  olmayan  kredit 

təşkilatları (bundan sonra – müvəkkil kredit təşkilatları) vasitəsilə 

-

 



Fondun  vəsaiti  hesabına  güzəştli  maliyyə  resurslarından  istifadə 

imkanını genişləndirmək; 

-

 

Yerli və xarici investisiyaların cəlb olunmasına təkan vermək məqsədi 



ilə Azərbaycan  Respublikasında  İKT  sahəsində  fəaliyyət  göstərən 

hüquqi şəxslərin nizamnamə kapitalında payçı qismində iştirak etmək; 

-

 

İKT  sahəsində  fəaliyyət  göstərən  yerli  və  xarici  hüquqi  şəxslər 



arasında  istehsal  və  texnoloji  əməkdaşlığın  təmin  edilməsi  üçün 

investisiyalar  cəlb  etmək  və  texnoloji  transferin  reallaşmasına  təkan 

vermək; 

-

 



Və. sair 

Fondun 


vəsaitləri 

Azərbaycan 

Respublikasında 

informasiya-

kommunikasiya  texnologiyaları  (İKT)  sahəsinin  inkişafının  prioritet 

istiqamətləri  üzrə  investisiya  və  müsabiqə  layihələrinin  maliyyələşdirilməsinə, 

eləcə  də  İKT  sahəsində  fəaliyyət  göstərən  hüquqi  şəxslərin  nizamnamə 

kapitalındakı  iştirak  payına,  o  cümlədən  səhmlərini  almaqla  müddətli 

investisiya qoyuluşuna yönəldilir. 

Fond  layihələrin  maliyyələşdirilməsinin  aşağıdakı  mexanizmlərini  tətbiq 

edir: 

-

 



İKT  sahəsində  fəaliyyət  göstərən  hüquqi  şəxslərin  nizamnamə 

kapitalındakı iştirak payını, o cümlədən səhmlərini almaqla müddətli 

investisiya qoyuluşunu; 

-

 



Müvəkkil banklar və bank olmayan kredit təşkilatları (bundan sonra – 

müvəkkil  kredit  təşkilatı)  vasitəsilə  güzəştli  kreditlər  şəklində  İKT 

sahəsində 

fəaliyyət 

göstərən 

sahibkarlıq 

subyektlərinin 

maliyyələşdirilməsini; 

-

 

İnnovativ və tətbiqi elmi-texniki layihələrin (startap layihələri) qrant 



maliyyələşdirilməsini. 

Müsabiqə  əsasında  İKT  sahəsi  üzrə  ixtisaslaşmış  kiçik  sahibkarlıq 

subyektləri  tərəfindən  həyata  keçiriləcək  innovativ  və  tətbiqi  elmi-texniki 

layihələr (startap layihələri) seçilərək maliyyələşdiriləcəkdir. 

Layihələr  İKT  sahəsinin  aşağıdakı  fəaliyyət  istiqamətləri  üzrə 

ixtisaslaşmalıdır: 

-

 

Mütərəqqi proqram təminatının hazırlanması; 



-

 

İnnovativ İKT məhsulları nümunələrinin hazırlanması; 




30

 

 



-

 

İnnovativ  infrastrukturun  inkişafı,  o  cümlədən  yeni  texnologiyaların 



inkişafı və onların kommersiyalaşdırılması; 

-

 



Müasir 

texnologiyalar 

əsasında 

informasiya 

şəbəkələrinin 

yaradılması; 

-

 

İKT  xidmətlərinin  genişləndirilməsi,  o  cümlədən  internet 



xidmətlərinin inkişafı. 

Layihələr üzrə qrantlar kiçik, orta və böyükhəcmli olmaqla, 36 (otuzaltı) 

ay müddətinədək ayrılır. 

Sahibkarlıq subyektlərinə Fondun vəsaitlərindən aşağıdakı hədlərdə qrant 

vəsaiti verilir: 

-

 



10 000 manatdan 100 000 manatadək – kiçik həcmli qrantlar

-

 



100 001 manatdan 200 000 manatadək – orta həcmli qrantlar; 

-

 



200 001 manatdan 300 000 manatadək – böyük həcmli qrantlar. 

Sahibkarlıq  subyektlərinə  kreditlərin  ayrılması  İKT  sahəsində  fəaliyyət 

göstərən  sahibkarlıq  subyektlərinin  maliyyələşdirilməsi  müvəkkil  banklar  və 

bank olmayan kredit təşkilatları vasitəsilə güzəştli kreditlər şəklində veriləcək. 

Sahibkarlıq  subyektlərinə  Fondun  vəsaitlərindən  aşağıdakı  hədlərdə 

güzəştli kredit vəsaiti verilir: 

-

 

10 000 manatdan 50 000 manatadək – kiçik həcmli kreditlər



-

 

50 001 manatdan 500 000 manatadək – orta həcmli kreditlər; 



-

 

500 001 manatdan 5 000 000 manatadək – böyük həcmli kreditlər. 



Fondun güzəştli kreditlərinin müddətləri aşağıdakı kimi müəyyən edilir: 

-

 



Kiçik həcmli kreditlər üçün – 3 (üç) ilədək; 

-

 



Orta həcmli kreditlər üçün – 5 (beş) ilədək; 

-

 



Böyük həcmli kreditlər üçün – 10 (on) ilədək. 

Fondun  fəaliyyətinin  əsas  istiqamətlərindən  biri  “İnvestisiya  fondları 

haqqında”  Azərbaycan  Respublikası  Qanununun  tələblərinə  uyğun  olaraq  İKT 

sahəsində fəaliyyət göstərən hüquqi şəxslərin fəaliyyətində payçı və ya səhmdar 

kimi  iştirak  etməkdir.  Layihənin  investisiya  formasında  maliyyələşdirilməsi 

hüquqi  şəxsin  nizamnamə  kapitalının  bir  hissəsinin  Fondun  maliyyə  vəsaiti 

hesabına formalaşdırılması və ya artırılması yolu ilə həyata keçiriləcək. 

Fondun  vəsaitləri  İKT  sahəsində  aşağıda  qeyd  olunan  istiqamətlər  üzrə 

fəaliyyət göstərən sahibkarlıq subyektlərinə investisiya olununacaq: 

-

 



tətbiqi elmi tədqiqat və təcrübi-layihə işlərinin aparılmasına; 

-

 



innovativ layihələrin yaradılmasına; 

-

 



yeni texniki sınaq qurğularının yaradılması və; 

-

 



yeni nümunəvi texnikanın yaradılması və istehsalı; 


Yüklə 329,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə