Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/47
tarix22.05.2018
ölçüsü5,01 Kb.
#45293
1   ...   6   7   8   9   10   11   12   13   ...   47

 
 
 
30 
olaraq,  DDLS-nun  sonrakı  inkişafında  poliorqan  disfunksiyanın  meydana  çıxması 
müşahidə  olunur.  Qeyd  etmək  lazımdır  ki,  kritik  vəziyyətdə  olan  xəstələrdə  POÇ 
inkişafına yanlış olaraq DDLS-nun  təzahürü kimi deyil, əsas xəstəliyin ağırlaşmaları 
şəklində meydana çıxan patoloji proses kimi baxılır[91,122]. 
Kəskin  destruktiv  pankreatitlər  zamanı  əgər  DDLS    proqressivləşirsə,  bu 
zaman  aydın  qanaxmalar  meydana  çıxır:  dəri  hemorragiyaları,  hematuriya, 
qanhayxırma,  damaqlardan,  inyeksiya  yerlərindən  və  əməliyyat  yarasından 
qanaxmalar.  Mədə  bağırsaq  traktında  meydana  çıxan  stress  xoralardan  qanaxmalar 
kifayət  qədər  tez-tez  qeyd  olunur.  Cərrahi  xəstələrdə  lokal  qanaxmalar  cərrahi 
müdaxiləyə  və  travmaya  məruz  qalmış  orqan  və  toxumalarda  daha  tez-tez  rast 
gəlinir[213]. 
Qanaxmalar  DDLS-nun  əsas  simptomu  deyildir  və  çox  vaxt  da  xəstəliyin 
terminal  mərhələlərində  inkişaf  edirlər.  Onlar  trombositlərin  və  laxtalanma 
faktorlarının 
istifadəsi, 
trombositlərin 
tükənmə 
səbəbindən 
funksional 
xüsusiyyətlərinin  dəyişilməsi,  FDM  toplanması  və  ikincili  fibrinolizin  aktivasiyası  
nəticəsində  meydana  çıxır.  Müşahidə  altında  olan  kritk  vəziyyət  xəstələrində 
laxtalanma faktorlarının defisiti həmçinin qaraciyərin sintetik funksiyasının azalması 
səbəbindən 
meydana 
çıxır. 
DDLS 
zamanı 
hemorragiyaların 
təzahürü 
mikrotrombozların  yayılmasından  və  sürətindən  asılıdır,  həm  də  DDLS  təkan  verən 
faktorların mövcudluğu və davametmə müddəti ilə müəyyən olunur[134,256].  
DDLS    təzahürləri  bir  tərəfdən  mikrosirkulyasiya  blokadasının  dərəcəsindən, 
digər  tərəfdən  də  hemorragik  sindromun  ağırlığından  asılıdır.  Bu  zaman  DDLS  u 
simptomları  əsas  xəstəliyin  simptomatikasının  üzərinə  gəlmiş  olur.  Kliniki 
təzahürlərin  mürəkkəb  simptomatikası  meydana  çıxır  ki,  bu  da  vaxtında  diaqnoz 
qoymağa və adekvat müalicə aparmağa mane olur. Yaddan çıxarmaq olmaz ki, əksər 
hallarda  kritik  vəziyyətdə  olan  xəstələrdə  heparin  təyini  və  intensiv  terapiya 
aparılması  fonunda DDLS  inkişafını    müşahidə  edirik.  Sözsüz  ki,  bu  DDLS  kliniki 
şəklini  dəyişir  və  laborator  diaqnostikanı  və  antikoaqulyant  terapiya  nəticələrinin 
qiymətləndirilməsini daha da çətinləşdirir.  


 
 
 
31 
Kəskin destruktiv pankreatitlər zamanı ağır vəziyyətdə  olan xəstələrdə DDLS 
diaqnostikası, xüsusilə də hiperkoaqulyasion mərhələdə müəyyən çətinliklər törədir. 
Hal-hazırda  DDLS  diaqnozunu  qoymağa  imkan  veren  bir  spesifik  kliniki  və  ya 
laborator  əlamət  yoxdur.  Yuxarıda  artıq  qeyd  etmişdik  ki,  damardaxili 
disseminəolunmuş  laxtalnmanın  patoqnomik  kliniki  simptomları  yoxdur.  Əksər 
müəlliflərin  fikrinə  görə  DDLS-nun  təyin  edilməsinin  və  verifikasiyasının  əsasını 
laborator  tədqiqat  metodlarının  nəticələri  təşkil  etməkdədir  (190,  232,  271).  Müasir 
ədəbiyyatda  olan  bəzi  məlumatlara  görə  DDLS    kliniki  təzahürləri    laborator 
məlumatlardan  10-48  saat  gec  meydana  çıxır  (84).  DDLS  meydana  çıxmasının 
başlanğıc  mərhələlərində  situasion  diaqnostika  böyük  əhəmiyyət  kəsb  edir.  Onu 
kliniki  situasiyanı  və  əsas  xəstəliklər  (hansılar  ki  mövcud  olduqda  DDLS  u  inkişaf 
edə  bilər)  haqqında  məlumatları    diqqətlə  analiz  edərək  əsaslandırırlar  (47).  Qeyd 
etmək  lazımdır  ki,  şok,  hemorragiya,  kəskin  ağciyər  və  qaraciyər  çatmamazlığı, 
şiddətli  qan  laxtalanması  pozğunluqlarının  inkişafı    zamanı  DDLS  diaqnostikası 
gecikmiş olur və müalicənin nəticələri də bir qayda olaraq qeyri-qənaətbəxş olur (11). 
Aparılmış  tədqiqatlarda  Barkagan  Z.S.  və  Lıcev  V.Q.  tərəfindən  hazırlanmış 
DDLS-nun    diaqnostika  alqoritmindən  geniş  istifadə  olunur  (11,  47).    O,  başlanğıc 
klinik  situasiyanı  (təkan  faktorlar  və  əsas  patologiya)-A  sinif  şəhadətnamə,  kliniki 
təzahürlər-B  sinif  şəhadətnamə,  laborator  əlamətlər-C  sinif  şəhadətnamə  olaraq  3 
qrupa  bölmüşdür.  DDLS    diaqnostikasının  ekspert  sistemi  Şortliff    bərabərliyinə 
əsaslanır ki, sonuncunun da daxilində müxtəlif A, B və C siniflərin rəqəm şəklində 
mənaları daxildir – etibar ölçüsü (EÖ),  analiz olunana bu və ya digər əlamətin DDLS  
inkişafını  əks  etdirməsi  ehtimalı.  Bu  zaman  xəstədə  DDLS    meydana  çıxması 
ehtimalı dərəcəsi haqda qərarı analiz olunmuş A, B və C sinif əlamətlərinin toplam 
qiymət  nəticələrinə  görə  qəbul  edirlər.  A,  B  və  C  sinif  şəhadətnamələrə  tətbiq 
olunmuş  etibar  ölçüsü  öncədən  ekspert  yolu ilə dəqiqləşdirilir  və 0-1,0 intervalında 
olur. Etibar ölçüsü əlamətin diaqnostik əhəmiyyət nöqteyi nəzərindən informativliyini 
özündə  əks  etdirir.  Vahidə  yaxınlaşan  göstərici  yüksək  diaqnostik  əhəmiyyətə 
malikdir. Son göstəricini  hər üç sinfin EÖ toplayaraq hesablayırlar. Beləliklə, 0,95-ə 
bərabər etibar ölçüsü xəstədə DDLS  inkişafının yüksək ehtimalı olduğunu əks etdirir 


 
 
 
32 
(xəstədə DDLS  inkişafının lehinə 95 şansın, əleyhinə 5 şansın olduğunu göstərir)[ 11 
, 47, 66, 91, 110, 179]. 
Kəskin  destruktiv  pankreatitlər  zamanı  müasir  təsəvvürlərə  görə  YDLS-nun  
terapiyası  kompleks  xarakter  daşımalıdır.  Müalicənin  uğuruna  əsas  xəstəliyə  qalib 
gəldikdə  ümid  etmək  olar.  Həmçinin  YDLS    təzahürlərini  hemokoaqulyasiya, 
metabolik və orqan təzahürlərinə ayırmaq da vacibdir. Mütləq qeyri-spesifik müalicə 
də aparmaq lazımdır: adekvat infuzion terapiya, hemodinamika və mikrosirkulyasiya 
pozğunluqlarının  korreksiyası,  massiv  antibakterial  terapiya,  su-elektrik  və  turşu-
qələvi müvazinətinin normallaşdırılması (18, 21, 109, 141). 
DDLS  spesifik  müalicəsi  kontrololunmayan  damardaxili  laxtalanma  prosesinin 
dayandırılmasına yönəldilmişdir. Bu məqsədlər üçün heparin seçim preparatdır. AT-
III səviyyəsi aşağı düşdükdə yeni dondurulmuş plazma ilə, trombositopeniya zamanı 
isə - trombositar kütlə ilə əvəzedici terapiya aparılır (108, 129, 142, 180,185). 
AT-III  konsentratlarının  tətbiqi  perspektivlidir.AT-III-ün  antitrombin  effektindən 
başqa,  həm  də  iltihabəleyhi  effekti  də  qeyd  olunmuşdur.  Müəyyən  olunmuşdur  ki, 
AT–III–ün təsiri altında damar divarının endotelial hüceyrələrində prostasiklin sintezi 
artır.  Sonuncu  öz  növbəsində,  trombositlərin  aqreqasiyasını,  neytrofillərin  endotelə 
adheziyasını,  neytrofillər  və  monositlər  tərəfindən  QAF  və  sitokinlərin  istehsalını 
azaldır ( 135, 138).  
Hal-hazırda kəskin destruktiv pankreatitlərdə YDLS-u zamanı heparinin tətbiqi 
sonucunun  xeyrinədir.  Ədəbiyyatda  heparinin  yeridilmə  metodları,  dozaları, 
formaları  FOH  (Fraksiya  olunmuş  heparin)  və  ya  FomH  (fraksiya  olunmamış) 
həmçinin antikoaqulyant müalicə üzərində kontol metodları müzakirə olunur[165]. 
Beləliklə,  kəskin  destruktiv  pankreatitlər  zamanı  ağır  vəziyyətdə  olan 
xəstələrdə  hemostaz  pozğunluqlarının  korreksiyası  və  diaqnostika  problemi  aktual 
olaraq qalır. Bu tematikaya həsr olunmuş çox miqdarda işlərin olmasına baxmayaraq, 
profilaktik  və  müalicəvi  tədbirlərin  nəticələri  arzuolunanlardan  çox  uzaqdır.  Bu 
hissəvi  olaraq  kritik  vəziyyətdə  olan    xəstələrdə  hemostaz  sisteminə  təsir  göstərən 
zədələyici faktorların böyük spektri ilə əlaqəlidir. YDLS aşkar edilməsində müəyyən 
çətinliklər  hiperkoaqulyasiya  mərhələsinda  xüsusilə  rast  gəlinir.  Qeyd  etmək 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə