Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/47
tarix22.05.2018
ölçüsü5,01 Kb.
#45293
1   ...   7   8   9   10   11   12   13   14   ...   47

 
 
 
33 
mühümdür ki, vaxtında qoyulmuş diaqnostika, əsasən də YDLS erkən mərhələlarda, 
aşkara çıxarılmış pozğunluqların effektiv müalicəsini təmin etməyə və sonrakı orqan 
dəyişikliklərinin  qarşısını  almağa  imkan  verir.  Bununla  əlaqədar  olaraq,  bizim 
nöqteyi    nəzərimizcə  perspektiv  olan  daha  çox  informativ  testlərin  müəyyən 
olunmasıdır,  hansılar  ki  başlanğıc  mərhələdə  hemokoaqulyasiyanın  aktivasiyasını 
müəyyən etməyə və həmçinin də antikoaqulyasion terapiyanın effektivliyini kontrol 
etməyə imkan verir[182,183]. 
Cərrahiyyə  və  Intensiv  terapiya  şöbəsinə  daxil  olduqda  xəstədən  alınmış 
məlumatlar  əsasında  xəstəliyin  nəticəsi,  proqnozu  və  xəstələrin  ağırlıq  dərəcəsini 
qiymətləndirmək  üçün  Acute  Physioloji  and  Chornic  Health  Evaluation 
(APACHE) qiymətləndirilməsindən istifadə olunur [182, 183]. 
Sepsis-related  (Sequentional)  Organ  Failure  Assesment  (SOFA)  şkalası  
poliorqan  çatmamazlığı  (POÇ)  əlamətlərinin  qiymətləndirilməsi  üçün  təyin 
olunmuşdur.  Şkalanı  istifadə  etdikdə  altı  orqan  və  sistem  üzrə  disfunksiya 
təzahürlərinin  dərəcə  və  iştirakının  summar  göstəriciləri  müəyyən  olunur.  Bu  şkala 
üzrə  bal  göstəricilərinin  qiymətləndirilməsi  xəstənin  reanimasiya  şöbəsinə  daxil 
olduğu andan başqa şöbələrə keçirilməsinə və ya ölümünə qədər olan müddət ərzində 
həyata  keçirilir.  SOFA  şkalasının  tətbiqi  klinik  araşdırmaları  standartlaşdırmağa, 
POÇ  dinamikasını  izləməyə  və  müxtəlif  pasient  qruplarında  müalicə  nəticələrini 
müqayisə etməyə, həmçinin də elmi araşdırmalar aparmağa imkan verir [269]. 
Cərrahi xəstələrdə yayılmış irinli peritonit və destruktiv pankreatit  zamanı ağır 
vəziyyətlərdə  olan  xəstələrdə  POÇ  daha  çox  inkişaf  edir.  Bu  xəstəliklər  zamanı  bir 
qayda  olaraq  patoloji  sindromların  geniş  kompleksi  qeyd  olunur,  hansılar  ki  
intoksikasiya  (Eİ)  ilə  xarakterizə  olunur.  Bu  vəziyyətlərdə  xəstəliyin  gedişi 
tədqiqatçıların  çoxunun  fikrinə  görə,  orqanizmin  bütün  funksiyalarının  ifrat 
(ekstremal)  gərginliyi  ilə  xarakterizə  olunur.  Peritonitlər  və  pankreatitlər  zamanı 
hemodinamikada,  oksigenin  transport  sistemində  davamlı  dəyişikliklər,  tez-tez 
KRDS,  YDLS  ,  ensefalopatiyalar  və  böyrək-qaraciyər  çatmamazlıqları    müşahidə 
olunur.  Müasir  tibb  elminin  və  reanimatologiyanın  əldə  etdiyi  nailiyyətlərə 
baxmayaraq,  destruktiv  pankreatitlər  və  yayılmış  peritonitlər  zamanı  letallıq 


 
 
 
34 
günümüzdə  yüksək  olaraq  qalır.  Hal-hazırda  klinisistlərin  bu  patologiyaya  olan  sıx 
diqqəti bununla izah olunur [25, 69, 78, 79]. 
 
Kəskin destruktiv pankreatitlər zamanı ağır vəziyyətlərin patogenezində aparıcı 
rol hemodinamika  pozğunluqlarına  və  hipoksik  dəyişikliklərin  meydana  çıxması  ilə 
orqanların  perfuziyasını  sonrakı  azalmasına  aiddir.  Perfuzion  defisitin  əsasında 
toxumaların  metabolik  tələbatına  uyğun  olmayan  oksigen  çatdırılmasının  həcmi 
durur[83]. 
Toxumaların  oksigenlə  təchizatı  pozğunluqları  zamanı    endotel  qatının 
zədələnməsi  və leykositlərin və trombositlərin damar divarına adheziyasının artması 
nəticəsində  kapillyarların  tromborezistentliyinin  azalması  baş  verir.  Endotel  qatının 
tamlığının dəyişməsi subendotelial zonada kollagenin meydana çıxmasına səbəb olur, 
bu  da  kontakt  fazada  laxtalanma  faktorlarını  aktivləşdirir  və  həmçinin  də 
trombositləri  də  aktivləşdirərək  həddindən  artıq  trombin  əmələ  gəlməsinə  gətirib 
çıxarır  [159,  222].  Müəyyən  olunmuşdur  ki,  kollagenlə  kontaktdan  sonra 
trombositlərin  aqreqasiyası  prosesində  QAF  sintezi  baş  verir,  hansılar  ki,  böyük 
miqdarda  aktiv  metabolitlərin  əmələ  gəlməsi  ilə  gedən  araxidon  turşusu 
metabolizminə  başlanğıc  verir  [117].  Trombinin  həddən  artıq  generasiyası  fibrin 
mikrotrombların  əmələ  gəlməsi  ilə  müşayiət  olunur.  Hansılar  ki,  trombositar 
aqreqatlarla  birlikdə mikrosirkulyator kanalların sonrakı obstruksiyasına səbəb olur. 
Bundan  başqa  mikrosirkulyasiya  pozğunluqları  zamanı  “eritrositlərin  lili”  fenomeni 
də formalaşır: onların bir qismi hemolizə uğrayır. Eritrositlərin destruksiyası zamanı 
ifraz olunan özlərinin membranlarının fosfolipid komponentləri sərbəst olaraq qanın 
laxtalanma proseslərini başlatma qabiliyyətinə malikdirlər (13). Hemostaz sisteminin 
kontrol  olunmayan  aktivasiyası  şəraitində  YDLS-u  formalaşır,  bu  da  öz  növbəsində  
mikrosirkulyasiyanın blokadasını, orqan və toxumalarda olan hipoksik dəyişiklikləri 
ağırlaşdırır (47, 56, 195, 227) 
Kəskin  destruktiv  pankreatitlər  zamanı  mikrosirkulyasiya  pozğunluqları 
zamanı  bir  çox  orqan  və  toxumalar  əziyyət  çəkir,  lakin  nazik  bağırsaq  divarlarının 
işemik  zədələnməsinə  xüsusi  əhəmiyyət  verilir.  Normal  şəraitdə  bağırsağın  selikli 
qişası  mədə-bağırsaq  traktının  mənfəzində  yerləşən  mikroorqanizmlərin  qan 


 
 
 
35 
dövranına    keçməsinə  mane  olan  baryer  funlksiyasını  yerinə  yetirir.  Lakin 
mezenterial  qan  dövranı  pozğunluqları  zamanı  bağırsağın  selikli  qişasının  müdafiə 
qabiliyyəti aşağı düşür və bağırsaqdaxili bakteriyaların və onların toksinlərinin qarın 
boşluğuna və damar daxilinə miqrasiyası (translokasiyası) mümkün olur [209, 278]. 
Göstərilənlərin  nəticəsində  septik  vəziyyətin  inkişafı  mümkündür.  Hal–hazırda 
bakteriyların translokasiyasına ağır vəziyyətlərdə olan xəstələrdə sepsis inkişafının ən 
əsas səbəblərindən biri kimi baxılır [243]. 
Bakteriyaların damar mənfəzinə keçdikdən sonra onların patogenlik potensialı 
endotoksin (ET)  ifraz etmələri vasitəsilə həyata keçir. ET qram- mənfi bakteriyaların 
hüceyrə  divarının  xarici  membranının  əsas  komponentlərindən  biri  olan  
lipopolisaxariddir.  Lipopolisaxaridlərin  toksikilik  mexanizminin  bir  çox  detalları 
zamanımıza qədər hələ də izah olunmamış qalmaqdadır. Müəyyən olunmuşdur ki, ET 
komplement sisteminin müxtəlif mediatorların (histamin, lizosomal fermentlər, QAF) 
ifrazı  ilə  leykositlərin  lizisinə  səbəb  olan  güclü  aktivatordur.  Hemodinamika  və 
toxumaların  qan  təchizatı  pozğunluqları,  kapillyarların  keçiriciliyinin  artması, 
hemokoaqulyasiyanın aktivasiyası, hüceyrə hipoksiyası və metabolizm pozğunluqları 
da bu maddələrin kompleks təsirinin nəticəsi olaraq meydana çıxa bilər [19, 96, 131, 
146, 245]. 
Son  illər  ərzində  kəskin  destruktiv  pankreatitlər  zamanı  ağır  vəziyyətdə  olan 
xəstələrdə POÇ inkişafını ən çox infeksion invaziya və orqanizmin infeksion prosesə 
reaksiyası  ilə  əlaqələndirirlər.  Müəyyən  olunmuşdur  ki,  hipertermiya,  leykositoz, 
hipermetabolizm orqanizmin immun hüceyrə məhsulları ilə əlaqəlidir, hansılar ki bu 
hüceyrələrin mikroorqanizmlərlə və ya da onların ET ilə qarşılıqlı  təsiri nəticəsində 
qana düşürlər  [19, 44, 89, 144]. 
Heyvanlar  üzərində  aparılan  eksperimental  tədqiqatlarda  göstərilmişdir  ki, 
POÇ-ı üçün xarakterik olan dəyişikliklər molekulyar mediatorlar, sitokinlər, araxidon 
turşusu  metabolizmi  məhsulları  və  QAF  ilə  əlaqəlidir.  Bu  maddələr  orqanizmin  öz 
hüceyrələri  tərəfindən  əsasən  makrofaqlar,  neytrofillər,  endotelial  hüceyrələr  və 
limfositlər  tərəfindən  infeksiyaya  cavab  olaraq  ifraz  olunur.Sitokinlərin 
eksperimental  olaraq  yeridilməsi  zamanı  bəzi  tədqiqatçılar  sepsisli  xəstələrdə  olan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə