Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/39
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46555
1   2   3   4   5   6   7   8   9   ...   39

 
 
 
14 
doğrultduğuna görə müvəffəqiyyətlə istifadə edilməkdədir və hər hansı klinikada for-
malaşmış prinsiplərə uyğun olaraq qasıq kanalının arxa divarının plastikasının bu və 
ya digər üsulu prioritet mövqeyə malikdir.  
Amerikan cərrah H.O. Marcy tərəfindən 1869-cu ildə ilk dəfə qarının ön divarı-
nın yırtıqlarının transabdominal plastikasının mümkünlüyü sübut olunmuşdur. O, qa-
rın boşluğu tərəfdən qasıq yırtığının kisəsini tikiş sapı ilə bağlamış və daxili dəliyi fe-
nolla işlənilmiş ketqutla qapamışdır. 1932-ci ildə G. L. Roque transabdominal əmə-
liyyatın texnikasını təkmilləşdirmiş və onu “transabdominal üsul” adlandırmışdır. Kə-
sik qasıq bağından içəridə aparılmış, qarın boşluğu açılmış, yırtıq kisəsinin ayrılması, 
yuxarıdan kəsilməsi və qapının plastikası boşluq tərəfdən icra edilmişdir. Boğulmuş 
yırtıqlar zamanı bu kəsik nekrozlaşmış böyük piylik hissəsini və ya anastomoz qoyul-
maqla bağırsaq ilgəyini rezeksiya etməyə imkan vermişdir. 
Bassini usulu əsasında Chouldice-nin təklif etdiyi plastika üsulu “qızıl standart” 
hesab olunsa da bu üsuldan sonra 10%, mürəkkkəb yırtıqlardan sonra isə 30% və da-
ha çox hallarda residiv əmələ gəlir [151]. 
Yırtıq qapısının, xüsusilə böyük defektlərin tikişlərlə, metallik sancaqlarla yaxın-
laşdırılması, yerli toxumalarla yamanması, dupplikaturası və bərkidilməsi metodika-
ları qarın divarının toxumalarının dartılmasına, liflənməsinə, zəifləməsinə görə müm-
künsüz və ya effektsiz olur. Residivlərin yüksək tezliyi və ənənəvi cərrahi müalicənin 
əlverişsiz  nəticələrinin  payının  çoxluğu,  ən  əsası  qeyri-qənaətbəxş  nəticələrin  (ağır-
laşmalar,  residivlər)  xəstələrin  həyat  keyfiyyətinə  birbaşa  mənfi  təsirləri  alternativ 
plastika üsullarının axtarışına əsaslar yaratdı. Birməmali olaraq residivvermənin əsas 
səbəbi  bioloji  fərqli  toxumaların  bir-birinə  gərginlikli  tikilməsi  hesab  edilmişdir  [7, 
19, 55,  61, 82, 83, 109, 156, 185, 227]. 
Yırtıqların çoxsaylı plastikası üsulları və modifikasiyaları qarının ön divarının 
(yırtıqətrafı bölgənin) toxumalarının və digər materialların istifadəsinə görə təsniflən-
dirilmişdir:  
  1. Autoplastika:  

 
fassial-aponevrotik;  


 
 
 
15 

 
əzələ;  

 
əzələ-aponevrotik;  

 
auto- və homomaterial (autodermoplastika, homofassisal plastika, meyid material-
ları ilə dəri, fassiya, sərt qişa və b.)) plastikası. 
2. Alloplastika (heterogen bioloji, sintetik protezlər); 
3. Kombinə edilmiş (autogen və heterogen toxumalarla) plastika.  
Fassial-aponevrotik plastika daha keyfiyyətli və etibarlı plastika üsuludur. Çün-
ki bu üsulla plastika zamanı eyniadlı toxumaların bir-birinə tikilməsi hesabına etibarlı 
sərt birləşmələr əmələ gəlir [15, 22, 114]. Ona görə də bu günə qədər həmin plastika 
üsulunun  çoxsaylı  variantları  və  modifikasiyaları  cərrahi  praktikada  geniş  istifadə 
edilməkdədir [7, 48, 107, 139, 174, 246, 283].  
Qasıq  kanalının  arxa  divarının  Bassini  üsulu  və  onun  modifikasiyaları 
(Postempsky, Crischner, Mac Vay, Shouldice) bu gün də Amerika və Avropa ölkələ-
rində,  o cümlədən MDB məkanında əsas cərrahi plastika üsulları kimi əhəmiyyətini 
itirməmişdir [24, 59, 142, 196, 225, 271]. 
Bütün plastika əməliyyatlarına aşağıdakı tələblər irəli sürülür:     
1. Texniki sahə və az travmatiklik;  
2. Toxumaların dartılmaması (gərilməməsi); 
3. Eyniadlı toxumaların bir-birinə tikilməsi;  
4. Plastika zamanı üzvlərin çıxarılması və ya rezeksiyasına maksimum yol verilmə-
məsi;
  
5. 
Plastika üsuluna şablon yanaşmamalı, hər konkret halda daha optimal və rasional 
plastika üsulunun seçilməsi,.
 
Yırtıq  qapısı  və  qarın  divarının  defektlərinin  plastikasında  autotoxumaların  və 
sintetik materialların istifadəsi yırtıq cərrahiyyəsinin tarixi ilə üstü-üstə düşür. 1900-
cü ildə Almaniyada (Witzel O. və Goupel R.) gümüş folqa, 1903-cü ildə ABŞ-da gü-
müş saplardan toxunmuş tor istifadə edildi. Gümüş tor istifadəsi haqqında ilk məlu-
matı 1909-cü ildə Qrinviç Simen hospitalından (London) Mc Gavin verdi. Lakin fol-


 
 
 
16 
qa toxuma mayesi ilə təmasdan sonra qısa müddətlərdə oksidləşdi, korroziyaya uğra-
dı, fraqmentlərə parçalandı və yerini dəyişdi. Bu, irinli-iltihabi ağırlaşmalar və fistul-
ların əmələ gəlməsinə səbəb oldu.  
1900-cü  ildən  başlayaraq  hernioplastika  məqsədi  ilə  gümüş,  polad  (toilinox), 
tantal,  neylon,  kapron  kimi  sintetik  vasitələr  klinik-eksperimental  olaraq  istifadə 
olunmağa başlandı. Keçən əsrin 20-ci illərində qasıq və əməliyyatdan sonrakı yırtıq-
ların  plastikasında  tantal,  paslanmayan  polad  tərkibli  torlar  istifadə  edilirdi.  Yırtıq 
cərrahiyyəsində paslanmayan  polad və tantal torlar  istifadəsi 1940-cı  ildən  başlaya-
raq mühüm yer tutdu [74, 100, 149]. Tantal baha olsa da kimyəvi indifferentliyinə və 
toxumalarla  yaxşı  qovuşmasına  görə  əlverişli  protezləşdirici  material  kimi  tanındı. 
Tantal  tora  doğru  ətraf  toxumalardan  qan  damarları  ilə  zəngin  birləşdirici  toxuma 
inkişaf edərək onun möhkəmliyini daha da artırdı. Lakin 50-ci illərdə tantal torların 
bədəndə fraqmentasiyası, sınması, nazik bağırsaq fistullarının, yara fistullarının əmə-
lə gəlməsi, fraqmentlərin dəriyə və qarın boşluğuna sirayət etməsi məlum oldu [168]. 
Bu və digər ağırlaşmalara görə metal torlar 60-cı illərdən başlayaraq hernioloji prak-
tikadan sıxışdırılaraq çıxarıldı.   
1954-cü  ildə  Narat  J.K.  və  Khedroo  L.G.  prtotezləşdirici  material  kimi  sellülo-
zadan  hazırlanmış  bioloji  inert  material  –  fortisan  təklif  etdilər  [243].  1961-ci  ildə 
Abrahams J.I. və Ionassen O.T.  yırtıq plastikasında 2 mm qalınlıqlı polivinol süngə-
rin (ivalon) tətbiqinin  nəticələrini dərc etdirdi [172].  
İriölçülü yırtıq qapısının qapadılması üçün yerli toxumalar kifayət etmədiyindən 
müxtəlif  autotoxumalar  və  alloplstik  materialların  istifadəsi  məqsədi  ilə  aponevroz, 
fassiya, baş beyinin sərt qişası, dəri [36, 55, 71, 79, 158] və müxtəlif metallik, sinte-
tik  materiallar  [69,  74,  99,  143]  tətbiq  olunmuşdur.  Исмайлов  А.А.,  Руиндеж  Т.Г.  
(1967) qarın divarının defektlərinin plastikası üçün dondurma üsulu ilə konservləşdi-
rilmiş fassiya homotransplantatını istifadə etmişdir [83]. Янов В.Н. (1974) dəri auto-
transplantatının istifadəsini məqbul hesab etmişdir [169]. Defekt nahiyəsində autodəri 
toxumalarla  qovuşaraq  sərt  birləşdirici  toxuma  lövhəsi  əmələ  gətirməklə  qarının  ön 
divarının yırtıqlarının residivinin qarşısını alır. Белоконев В.И. с соавт. (2005) qarın 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə