Azərbaycan respublikasi təhsil nazirliyi azərbaycan döVLƏT İQTİsad universiteti


Cədvəl 7 Birbaşa və portfel investisiyalarının xarakterik cəhətləri [14]



Yüklə 0,59 Mb.
səhifə4/6
tarix27.10.2017
ölçüsü0,59 Mb.
#7004
1   2   3   4   5   6

Cədvəl 7

Birbaşa və portfel investisiyalarının xarakterik cəhətləri [14]

Əlamətlər

Birbaşa xarici investisiyalar

Portfel investisiyaları

İxracın əsas məqsədi

Xarici firma üzərində nəzarət

Yüksək mənfəətin əldə edil-məsi

Məqsədin əldə

edilməsi yolu



Xaricdə istehsalın təşkili

və idarəedilməsi



Xarici qiymətli kağızların alın-ması

Məqsədin əldə

edilməsi metodları



- xarici firmaya tam sahib olma;

- nəzarət səhm zərfinin (şirkətin səhmdar kapitalının 25-%-dən az olmayaraq) əldə edilməsi



Xarici firmanın səhmdar kapi-talının 25%-dən az hissəsinin əldə edilməsi (inkişaf etmiş öl-kələrdə 10%)

Maliyyələşmə mənbələri

Firmadaxili əlaqələr əsasında ma-liyyələşir

Əsasən milli şirkətlər və ban-klar tərəfindən təqdim edilir

Ölkə iqtisadiyyatına

təsiri


Texnologiya mübadiləsini stimu-llaşdırır, investorun daxili bazara çıxışını genişləndirir, öz təsirini daha çox mikroiqtisadi səviyyədə göstərir

Daxili bazarın inkişafını sti-mullaşdırır, güclü makroiqti-sadi effekt yaradılr

İnvestisiya qoyuluşu

barədə qərarın verilməsi



Mikroiqtisadi amillərin qiymət-ləndirilməsindən asılıdır

Xarici amillərin (ixracatçı öl-kədə maliyyə siyasəti, bey-nəlxalq kapital bazarında lik-vidliyin səviyyəsi) qiymətlən-dirilməsi ilə əlaqədardır

Gəlir forması

Sahibkarlıq mənfəəti, divide-ndlər

Dividendlər, faizlər

Kapital ixracının sahibkar formasını onun istehsal prosesi ilə birbaşa əlaqədə olması səbəbindən “ikinci iqtisadiyyat” adlandırırlar. Digər forma – borc kapitalının hərəkəti bu cür birbaşa əlaqəyə malik deyildir və yalnız dolayı olaraq təkrar istehsal prosesini əks etdirir.

Kapitalın borc formasında hərəkəti dedikdə birbaşa xarici investisiyalar və portfel in-vestisiyaları istisna olmaqla kapitalın yerdə qalan hərəkəti başa düşülür [14].

Kapitalın beynəlxalq hərəkətinin borc forması aşağıdakı əməliyyatlar vasitəsilə reallaş-dırılır [14]:



  • dövlət və borc kreditlərinin verilməsi;

  • digər ölkələrin istiqrazlarının, qiymətli kağızlarının, veksellərinin, xarici şirkətlərin trattalarının alınması;

  • borclar üzrə ödəmələrin həyata keçirilməsi;

  • banklarararsı depozitlər;

  • rəsmi yardımlar və s.

Konkret bir ölkə tərəfindən tanınan kapitalın beynəlxalq hərəkəti formaları isə adətən həmin ölkənin investisiya və bank qanunvericiliyi ilə müəyyən edilir.

Kapitalın beynəlxalq hərəkətinin funksional bölgüsü cədvəl 8-də verilmişdir.



Cədvəl 8

Kapitalın beynəlxalq hərəkətinin funksional bölgüsü [14]

Birbaşa investisiyalar


Xaricdə

Qarşılıqlı iqtisadi marağın yaranmasına gətirib çıxaran rezidentlər və qeyri-re-zidentlər arasında kapital hərəkətidir

Ölkə daxilində

Portfel investisiyaları


Aktivlər

Qiymətli kağızların alqı-satqısı ilə əla-qədar olan kapital hərəkətidir

Passivlər

Digər investisiyalar


Aktivlər

Dövlətlərarası kreditlər və bank depo-zitləri ilə əlaqədar olan kapital hərə-kətidir

Passivlər

Ehtiyat aktivləri


Monetar qızıl

Dövlət tərəfindən tədiyə balansının sal-dosunun örtülməsi üçün istifadə edilə bilən aktivlərlə əlaqədar olan kapital hərəkətidir

Xüsusi iqtibas edilmə

hüququ


BVF-də ehtiyat mövqeyi

Xarici valyuta

Göründüyü kimi, hər bir kapital qrupu şərti olaraq ixrac (aktivlərin, investisiyaların xaricə hərəkəti) və idxal (ölkə daxilində passivlər, investisiyalar) altqrupuna bölünür.

Kapitalın beynəlxalq hərəkətinin miqyaslarını bütün ölkələrin konsolidasiya olunmuş tədiyə balansı göstəriciləri əsasında müşahidə etmək olar (cədvəl 9).

Beynəlxalq Valyuta Fondunun qiymətləndirmələrinə görə, dünya üzrə kapital axın-larının təxminən 80%-i inkişaf etmiş ölkələrin, 20%-i isə inkişaf etməkdə olan ölkələrin pa-yına düşür. Buna baxmayaraq, inkişaf etməkdə olan ölkələrin dünya kapital axınında payı ildən-ilə artmaqdadır [14].



Cədvəl 9

Kapitalın beynəlxalq hərəkətinin miqyasları, mlrd. dollarla [71]







2002

2007

2010

Birbaşa investisiyalar

İdxal

745

2336

1402

İxrac

- 662

- 2507

- 1414

Portfel investisiyaları

İdxal

1079

3636

2367

İxrac

- 743

- 2521

- 1267

Maliyyə derivativləri

İdxal

- 215

- 572

- 1040

İxrac

204

446

1152

Digər investisiyalar

İdxal

703

5832

1826

İxrac

- 673

- 5712

- 2194

Cəmi

İdxal

2313

11231

4555

İxrac

- 1838

- 10293

- 3723

Yuxarıda qeyd olunan formalardan başqa kapitalın dövlət və özəl kapitala bölgüsündə də dayanmaq lazımdır. Ilk öncə qeyd edək ki, dövlətin xaricə rela kapital qoyuluşları barədə informasiyanı milli hesablar statistikasından əldə etmək heç də asan deyil. Buna əlavə ola-raq, çox zaman dövlət şirkətlərinin həyata keçirdikləri investisiya qoyuluşları özəl inves-tisiyalar kimi təsnif edilir [14].

Dövlət investisiyalarının inkişaf etməkdə olan ölkələrin, xüsusilə də onlardan daha zəif inkişaf etmişlərinin iqtisadiyyatlarında əhəmiyyətli rol oynadığı şübhə doğurmur. Dövlət kapitalını çox zaman rəsmi kapital qoyuluşları da adlnadırırlar. Bu zaman təkcə hökumətlər tərəfindən təqdim edilən borclar və kreditlər, maliyyə yardımları deyil, həmçinin beynəlxalq təşkilatlar üzrə analoji axınlar da nəzərə alınır.

Dövlət kapital ixracının əhəmiyyətli hissəsi (təxminən 90%-i) 1980-ci illərdə inkişaf etməkdə olan ölkələrə yönlədilsə də, o dövrdən etibarən onun coğrafiyası dəyişməyə başlayıb – onun 30%-i Şərqi Avropa və MDB ölkələrinə yönəldilir. İxracatçı dövlətlər özəl xarici investisiya və kreditlərin zəmanəti sistemini, özəl firmaların investisiya fəaliyyəti üçün əlverişli şərait yaradırlar. Dövlət kapitalının ixracının vacib funksiyalarından biri də budur. Bu cür dəstəklənmə əməliyyatlarının bir neçə növü mövcuddur [14]:



  • qaytarılmayan doyasiyalar və subsidiyalar;

  • inkişaf məqsədilə verilən dövlət uzunmüddətli kreditəri (25-40 il);

  • dövlət kommersiya kreditləri;

  • özəl ixrac kreditlərinin dövlət zəmanəti.


2.2. Dünya iqtisadiyyatında birbaşa xarici investisiyaların müasir meylləri

Birbaşa xarici investisiyalar kapitalın beynəlxalq hərəkəti formaları arasında xüsusi yer tutur. Əmtəə istehsalından dünya təsərrüfatı mərhələsinə keçiddə əmtəənin beynəlxalq hə-rəkəti ilə yanaşı, onun istehsal amilləri, ilk növbədə isə birbaşa investisiyalar formasında ka-pitalın hərəkəti meydana gəlmişdir.

Birbaşa xarici investisiyaların əsas əlamətlərindən biri ondan ibarətdir ki, onların əsa-sında müəssisələr arasında uzunmüddətli işgüzar əlaqələr yaranır, investor vəsaitini qoy-duğu müəssisədə qərarların qəbul edilməsində əhəmiyyətli rol oynamağa başlayır.

Birbaşa xarici investisiyaların ixracı və idxalının səbəbləri kifayət qədər müxtəlifdir. Əsas səbəblər kimi kapitalı maksimum gəlir gətirəcək ölkədə yerləşdirməyə, vergi ödəmə-lərinin səviyyəsinin azaldılmasına və risqlərin diversifikasiyasına göstərilən səylər çıxış edir. BMT-nin iqtisadi qurumlarının rəhbərliyi altında keçirilən çoxsaylı tədqiqatlar göstərir ki, birbaşa investisiyaların ixracı və idxalının spesifik səbəbləri əhəmiyyətli dərəcədə üst-üstə düşür, lakin onların nisbi rolu müxtəlifdir [14].



Birbaşa investisiyaların ixracının səbəbləri kimi aşağıdakıları göstərmək olar [14]:

  • Texnoloji liderlik. Şirkətin satış həcmində elmi tədqiqatlara çəkilən xərclər nə qədər yüksəkdirsə onun birbaşa xarici investisiyalarının həcmi bir o qədər çox olur. Və əksinə çəkilən xərclərin payı nə qədər aşağı olsa birbaşa investisiyaların həcmi də bir o qədər az olacaq. Xaricə birbaşa investisiya ixrac etməklə müəssisələr onlara məxsus olan və onların rəqabətli üstünlüyünü təmin edən texnologiya üzərində nəzarəti əldə saxlamağa çalışırlar.

  • İşçi qüvvəsinin ixtisas səviyyəsində olan üstünlük. İxtisas səviyyəsi adətən işçilərin əməyinin ödənilməsinin orta səviyyəsi ilə ölçülür. Şirkətdə əməyin ödənilməsi səviyyəsi nə qədər yüksəkdirsə (aşağıdırsa), onun birbaşa investisiya ixracı bir o qədər çox (az) olacaq .

  • Reklamda olan üstünlük. Bu üstünlük beynəlxalq marketinq üzrə toplanmış təcrübəni əks etdirir. Şirkətin satış həcmində reklama çəkilən xərclərin payı nə qədər yüksək (aşağı) olarsa, onun birbaşa investisiya ixracı bir o qədər çox (az) olar.

  • Miqyas iqtisadiyyatı. Şirkətin daxili bazara yönəlmiş istehsal həcmi nə qədər çox-dursa (azdırsa), birbaşa investisiyaların ixrac həcmi də bir o qədər çox (az) olur. Şirkətlərin əksəriyyəti ölkə xaricinə investisiya qoymazdan əvvəl daxili bazar çərçivəsində masştab iq-tisadiyyatının imkanlarından tam istifadə edirlər.

  • Şirkətin ölçüsü. Şirkətin ölçüsü böyük olduqca birbaşa xarici investisiyaların da həcmi çox olur.

  • İstehsalın təmərküzləşmə dərəcəsi. Şirkət çərçivəsində müəyyən əmtəə istehsalı üzrə təmərküzləşmə səviyyəsi yüksək olduqca şirkətin birbaşa xarici investisiyalarının həcmi də artır.

  • Təbii resurslara çıxışla təmin edilmə. Şirkətin müəyyən təbii resursa ehtiyacı nə qə-dər çox (az) olarsa şirkətin bu resursun olduğu ölkəyə birbaşa investisiyası bir o qədər çox (az) olar.

  • Digər səbəblər: istehlakçının bilavasitə yaxınlığında müəssisə yaradılması ilə əmtə-ənin istehlakçıya çatdırılması üçün çəkilən nəqliyyat xərclərinin aşağı salınması; ölkə əra-zisində müəssisə yaradılması ilə ölkə tərəfindən tətbiq edilən idxal maneələrinin aradan qaldırılması.

Birbaşa investisiyaların idxalının səbəbləri kimi isə aşağıdakıları göstərmək olar [14]:

  • Texnoloji liderlik. Şirkətin satış həcmində elmi tədqiqatlara çəkilən xərclər nə qədər yüksəkdirsə onun xaricdən birbaşa investisiyalar idxalı bir o qədər çox olur. Və əksinə çə-kilən xərclərin payı nə qədər aşağı olsa birbaşa investisiyaların idxalı da bir o qədər az olacaq. Birbaşa investisiyalar adətən ən yeni xarici texnologiyalar idxalı ilə əlaqədardır.

  • İşçi qüvvəsinin ixtisas səviyyəsi. Şirkətdə əməyin ödənilməsi səviyyəsi nə qədər yük-səkdirsə (aşağıdırsa), onun birbaşa investisiya idxalı bir o qədər çox (az) olacaq.

  • Reklamda olan üstünlük. Şirkətin satış həcmində reklama çəkilən xərclərin payı nə qədər yüksək (aşağı) olarsa, onun birbaşa investisiya idxalı bir o qədər çox (az) olar.

  • Miqyas iqtisadiyyatı. Şirkətin daxili bazara yönəlmiş istehsal həcmi nə qədər çox-dursa (azdırsa), adətən birbaşa investisiyaların idxal həcmi də bir o qədər az (çox) olur.

  • Şirkətin ölçüsü. Şirkətin ölçüsü böyük olduqca birbaşa xarici investisiyaların idxal həcmi də çox olur.

  • İstehsalın təmərküzləşmə dərəcəsi. Şirkət çərçivəsində müəyyən əmtəə istehsalı üzrə təmərküzləşmə səviyyəsi yüksək olduqca şirkətin birbaşa xarici investisiya idxalının həcmi azalır.

  • Kapitala olan ehtiyac. Şirkətin kapitala olan ehtiyacı nə qədər böyük (kiçik) olursa, onun birbaşa investisiya idxalı bir o qədər çox (az) olar.

  • Milli filialların sayı. Şirkət ölkə daxilində nə qədər çox (az) filiala malikdirsə, onun investisiya idxalı bir o qədər çoxdur (azdır).

  • İstehsal xərcləri. Kapitalı qəbul edən ölkədə istehsal xərcləri nə qədər aşağıdırsa (yüksəkdirsə), onun investisiya idxalının həcmi bir o qədər çoxdur (azdır).

  • Daxili əmtəə bazarının müdafiə səviyyəsi. Kapital idxalı əmtəə idxalının alternativi kimi çıxış etdiyindən ölkənin daxili əmtəə bazarının gömrük və digər müdafiə səviyyəsi nə qədər yüksəkdirsə (aşağıdırsa), birbaşa investisiya idxalı bir o qədər çoxdur (azdır).

  • Bazarın ölçüsü. Ölkənin daxili bazarının ölçüsü böyül olduqca investisiya idxalı da çox olur.

  • Digər amillər: xarici birbaşa investisiyalar hesabına yaradılan sənayenin ixracyönüm-lülüyü; hökumətin iqtisadi inkişaf proqramlarının mövcudluğu.

Göründüyü kimi, birbaşa investisiyaların ixracını və idxalını müəyyən edən amillər bir çox hallarda üst-üstə düşür ki, bu da kəsişən investisiyalara gətirib çıxarır. Texnoloji liderlik, işçi qüvvəsinin ixtisas səviyyəsi, beynəlxalq marketinqdə yığılmış təcrübəni əks etdirən rek-lamda üstünlük və şirkətin ölçüsü eyni zamanda həm ixrac, həm də idxal amilləri kimi çıxış edirlər. Miqyaslı iqtisadiyyat, istehsalın təmərküzləşməsinin yüksək dərəcəsi və təbii resur-slara olan ehtiyac birbaşa investisiyaların ancaq ixrac amilləridir. Kapitala olan ehtiyac, çox-saylı milli filiallar, daha aşağı istehsal xərcləri, daxili bazarın yüksək müdafiə səviyyəsi və daxili bazarın böyük ölçüsü birbaşa xarici investisiyaların ancaq idxal səbəbləridir. Ümu-milikdə isə birbaşa xarici investisiyaların yerləşdirilməsinin əsas motivi kimi satış bazarının genişlənməsini, ucuz resurslara çıxış imkanının yaranmasını, mülkiyyətin əldə edilməsini göstərmək olar.

Bazarın genişləndirilməsi məqsədilə birbaşa xarici investisiyaların həyata keçirilməsini aşağıdakılar şərtləndirir [14]:



  • milli istehsal gücünün olmaması;

  • əmtəələrin nəqliyyat xərclərinin yüksək olması və bunun da onların ixracının qeyri-mənfəətli olmasına gətirib çıxarması;

  • idxalatçı-ölkədə ticarət məhdudiyyətləri;

  • “miqyas effekti”ndən istifadəyə can atma;

  • “müştərilərin arxasınca getmə” (avtomobil şinlərinin istehsalçıları avtomobil istehsal-çılarının arxasınca hərəkət edirlər);

  • “rəqiblərin arxasınca getmə”;

  • yerli istehsalçıların məhsullarına üstünlük verən xarici alıcıların əldə edilməsi;

  • müqayisəli xərclərdə gözlənilən dəyişikliklər və s.

Ucuz istehsal amilləri mənbələri əldə etmək baxımından birbaşa xarici investisiyaların həyata keçirilməsinə aşağıdakılar təkan verir [14]:

  • xərclərin aşağı salınması məqsədilə istehsalın ölkələrarası rasionallaşdırılması;

  • kapitalı qəbul edən ölkədə xarici investisiyaların dövlət tərəfindən stimullaşdırılması;

  • kapitalı ixrac edən ölkənin özünü strateji resurslara təmin etməyi qarşısına məqsəd kimi qoyması.

Xaricdə mülkiyyətin əldə edilməsi və ya yeni tikintinin həyata keçirilməsi aşağıda-kılarla izah edilir [14]:

  • ayrı-ayrı resursların xarici müəssisəyə ötürülməsi çətinlikləri;

  • tanınmış firmanın reputasiyasını, ticarət markasını öz mülkiyyətinə keçirmək imkanı (françayzinq müəssisəsinin alınması zamanı);

  • risqlərin, xərclərin aşağı salınması və s.

Çox zaman birbaşa xarici investisiyalar yuxarıda sadalanan səbəblərdən biri ilə əla-hiddə surətdə deyil, həmin səbəblərin müəyyən “çələngindən” istifadə etməklə izah edilir.

BMT-nin transmilli şirkətlər üzrə mərkəzi xarici ölkədə əmtəə və xidmət istehsalının təşkil edilməsi ilə birbaşa kapital qoyuluşlarının dörd əsas səbəbdən baş verdiyini göstərir [14]:



  • birbaşa xarici investisiyalar ona görə həyata keçirilir ki, bir sıra əmtəə və xidmətlərin xarici ölkəyə idxalı müxtəlif məhdudiyyətlər və ya əmtəələrin, xüsusilə də xidmətlərin özü-nəməxsus cəhətləri səbəbindən qeyri-mümkündür və ya çox çətindir;

  • əmtəə və xidmətlərin yerində istehsalı həmin xarici bazara xidmət göstərilməsi üçün daha ucuz və səmərəli üsuldur (məsələn, nəqliyyat xərclərinə qənaət etməklə);

  • sahibkar kapitalını qəbul edən ölkə, əmtəə və xidmətlərin sonradan onların dünya bazarlarına (kapitalı ixrac edən ölkələrin bazarları da daxil olmaqla) çıxarılması şərti ilə istehsalı üçün daha ucuz yer kimi çıxış edir;

  • bir sıra məhsullar, xüsusilə də texniki cəhətdən mürəkkəb olanlar üçün satışdan sonra xidmət, məsləhət və digər xidmətlər tələb edir ki, bu da istehsalçının bazarda olmasını zəruri edir; bu halda xarici ölkədə istehsalı təşkil etmək orada ancaq satış firmasını təşkil etməkdən daha faydalı olur.

Birbaşa xarici investisiyalar aşağıdakı əsas formalarda həyata keçirilir [14]:

  • Xarici filialların və törəmə şirkətlərinin yaradılması yolu ilə. Bu, ənənəvi forma he-sab edilir. Bu zaman filiallar tam olaraq ana şirkətə tabe olur, hüquqi şəxs hesab edilmirlər, özlərinin xüsusi balanslarına malik olmurlar və ana şirkətin balansından istifadə edirlər. Tö-rəmə şirkətləri isə əksinə hüquqi şəxslər olurlar, öz öhdəliklərinə görə müstəqil şəkildə ca-vab verirlər, özlərinin xüsusi balansına malik olurlar və özləri firmanın inkişaf istiqamət-lərini müəyyən edirlər.

  • Firmaların beynəlxalq qovuşması və birləşməsi yolu ilə. Bu cür əməliyyatlar mülkiyyət hüququnu və qovuşan və birləşən firmaların milliliyini dəyişir.

  • Strateji alyansların yaradılması yolu ilə. Bu cür alyanslar adətən elmtutumlu sahə-lərdə yaradılır və bir şirkətin digər şirkətin mülkiyyətində hansısa bir paya uzunmüddətli sahib olmasını nəzərdə tutmur. Müqavilə sazişləri bir və ya bir neçə fəaliyyətin (birgə lisenzi-alaşdırma, elmi tədqiqatların həyata keçirilməsi, satış, idarəetmə və s.) həyata keçirilməsi üçün imzalanır. Strateji əməkdaşlıq informasiya texnologiyaları, əczaçılıq, avtomobilqayırma kimi sahələri əhatə edir.

Birbaşa xarici investisiya ilə xarici ticarət arasında həm fərqli, həm də ümumi cəhətlər mövcuddur ki, onlar da beynəlxalq iqtisadi münasibətlərin bu iki forması arasında qarşılıqlı əlaqəni və qarşılıqlı tamamlanmanı göstərir. Həm əmtəə ixracı, həm də birbaşa xarici inves-tisiya ixracı firmalar tərəfindən xarici bazarlarda maksimum mənfəətin əldə edilməsinə yö-nəlib. Bu zaman birbaşa xarici investisiyalar təkcə maliyyə formasında deyil, həm də əmtəə formasında yatırıla bilər. Bribaşa investisiyaların köklü fərqi ondan ibarətdir ki, onların ölkə iqtisadiyyatlarına yatırılması zamanı investorun mülkiyyət hüququ qorunur və investor ya-tırılan vəsaitə görə dəfələrlə mənfəət əldə etmək imkanına malik olur. Əmtəə ixracı zamanı isə əksinə əmtəələrin satışı baş verir, yəni mülkiyyət hüququ satıcıdan alıcıya keçir və satıcı yalnız bir dəfə, satış zamanı mənfəət əldə edir [14].

Göstərilən fərqlərə baxmayaraq, xarici ticarət və birbaşa xarici investisiyalar bir-birlərini tamamlayan bir sıra cəhətlərə də malikdirlər. Onları aşağıdakı kimi müəyyən etmək olar [14]:



  • Firma əmtəəni xaricə satmaq üçün iki üsuldan istifadə edə bilər. Bunlardan birincisi birbaşa ixrac, digəri isə birbaşa xarici investisiyanın həyata keçirilməsi ilə xaricdə istehsalın təşkil edilməsi (xarici filialın və ya qız şirkətinin və ya birgə müəssisənin yaradılması) və kapital ixrac edilən ölkənin daxili bazarında əmtəə satışının təşkil edilməsidir. Bundan əla-və, kapital dövlət ticarət maneələrini daha asan keçir və firmaya bu və ya digər ölkənin bazarında möhkəmlənməyə imkan verir.

  • Xarici ticarət və birbaşa xarici investisiya ümumi hərəkətverici amillərə (idxalataçı ölkənin daxili bazarının həcmi, tərəfdaş-ölkələrin coğrafi yaxınlığı və s.) malikdirlər.

  • Xarici ticarət və birbaşa xarici investisiyalar qarşılıqlı surətdə bir-birlərini stimullaş-dırırlar. Belə ki, ilkin ixrac mümkün investisiyaları stimullaşdırır, investisiyalar isə öz növ-bəsində özləri ilə yerli müəssisələr və digər xarici filiallar tərəfindən istehsal edilməyəm kapitaltutumlu və digər əmtəələr gətirirlər.

  • Xarici investisiyalar kapitalı idxal edən ölkələrin yerli müəssisələri, həm də bu öl-kələrdə yerləşən xarici filiallar və qız şirkətləri tərəfindən ixracı stimullaşdırır.

  • Hökumətin ticarətə münasibətdə həyata keçirdiyi siyasət birbaşa investisiyaların axı-nına güclü təsir göstərir. Belə ki, ticarət siyasətinin liberallaşdırılması investisiya sahəsində liberllaşdırmanın həyata keçirilməsi ilə nəticələnir. Bu cür “ikiqat” effekt dünya üzrə birbaşa xarici investisiya axınlarının güclənməsinə səbəb olur.

Çoxsaylı tədqiqatlar göstərir ki, investisiyanın həm ixracı, həm də idxalı əmtəə ixracını stimullaşdırır. Ölkədən investisiya axını əmtəə idxalına dəstək verir. Ölkəyə investisiya axı-nı isə idxalın həcminin azalmasına cüzi təsir göstərir [14].

Birbaşa xarici investisiyaların və xarici ticarəti aparıcı subyektləri kimi transmilli şir-kətlər çıxış edirlər. Transmilli şirkətlər filiallarının potensial zərələrini tam örtmək qabiliy-yətinə malikdirlər. Əgər filialların əməliyyatları qeyri-rentabellidirsə, onda gəlirlər repatri-asiya edilir və deməli, kapital qoyuluşları əldə edilmiş mənfəət hesabına özünü doğruldur .



Dünya təcrübəsi göstərir ki, kapitalı idxal edən ölkə üçün birbaşa xarici investisiyalar digər beynəlxalq iqtisadi əməkdaşlıq formalarına nisbətən bir sıra potensial üstünlüklərə malikdir [14]:

  • birincisi, onlar əmtəə və xidmət istehsalına kapital qoyuluşunun sabit mənbəyi kimi çıxış edirlər, texniki yardım, nou-hau, idarəetmənin və marketinqin qabaqcıl metodlarının transfertlərini təmin edirlər.

  • ikincisi, xarici investisiyalar xarici borclardan və kreditlərdən fərqli olaraq ölkənin xarici borcuna əlavə yük olmur, əksinə onun ödənilməsi üçün vəsaitlərin əldə edilməsinə şərait yaradır.

  • üçüncüsü, birbaşa xarici investisiyalar milli iqtisadiyyatın dünya iqtisadiyyatına daha səmərəli inteqrasiyasına (xarici əlaqələrin artması, müxtəlif çeşidli istehsal və elmi-texniki əməkdaşlıq vasitəsi ilə) imkan verir, ixrac diversifikasiyasına şərait yaradır.

Birbaşa xarici investisiyaların ölkə iqtisadiyyatına müsbət təsirini aşağıdakı istiqamət-lər üzrə qruplaşdırmaq olar [14]:

  • transmilli şirkətlərin törəmə şirkətlərinin və filiallarının yaradılması iqtisadiyyata ka-pital qoyuluşlarınını artımına səbəb olur ki, bu da əmək məhsuldarlığınınartımı və məş-ğulluq səviyyəsinin yüksəlməsi ilə nəticələnir.

  • birbaşa xarici investisiyalar texnologiyaların, idarəetmə və marketinq bacarıqlarının ötürülməsinə şərait yaradır.

  • birbaşa investisiyalar ixrac bazarlarına çıxışı genişləndirir, belə ki, transmilli şirkət-lərdən digər dövlətlərin daxili bazarlarına əmtəə ixracı kanalı kimi aktiv surətdə istifadə edilir.

Birbaşa xarici investisiyaların mənfi effektləri kimi aşağıdakıları göstərmək olar [14]:

  • yerli şirkətlər tərəfindən milli istehsal və milli inkişaf strategiyasının seçimi üzərində nəzarətin itirilməsi. İstehsalın müəyyən sahələri üzrə nəzarət faktiki olaraq xaricilərin əlinə keçir ki, bu da inkişaf strategiyasının müəyyən edilməsinə öz təsirini göstərir.

  • birbaşa xarici investisiyalar milli şirkətləri qeyri ədalətli rəqabət əsasında daxili ba-zardan çıxara bilər.

  • birbaşa xarici investisiyalar, əgər filialların istehsalı iri həcmli idxal tələb edirsə, kapitalı idxal edən ölkənin tədiyə balansına mənfi təsir göstərə bilər. Bu zaman istehsal xarici bazara deyil, daxili bazara daha çox istiqamətləndiyi halda mənfi effekt daha güclü olacaq.

  • uzunmüddətli perspektivdə birbaşa xarici investisiyaların dəyəri bahalaşa bilər. Belə ki, kapital qoyuluşları nə qədər uzunmüddətlidirsə repatriasiya edilən gəlirlərin və “royal-ti”nin məbləği bir o qədər çox olacaq. “İnvestisiyanın qocalması” baş verə bilər, yəni elə bir an yetişə bilər ki, ölkədən çıxarılan gəlir ölkə iqtisadiyytaına yatırılan birbaşa investisi-yaların həcmindən çox ola bilər.

UNCTAD-ın ekspertlərinin qiymətləndirmələrinə görə, birbaşa xarici investisiyaların məcmu həcmi 2010-cu ilin yekununa görə, 1,3 trilyon dollar təşkil etmişdir. Halbuki, bi göstərici 1982-ci ildə 802 milyard dollardan, 1990-cı ildə isə 1,9 trilyon dollara, 2002-ci ilin yekununa görə, 7,2 trilyon dollara qədər artmışdır [61].

Yuxarıda qeyd olunan əlverişsiz amillər sırasına aşağıdakıları da aid etmək olar [14]:



  • bir sıra dünya ölkələrində iqtisadi böhranların davam etməsi;

  • Asiya və Latın Amerikası ölkələrində maliyyə bazarlarının qeyri-sabitliyi;

  • banklar tərəfindən verilən kreditlərin sayının və həcminin aşağı düşməsi;

  • dünya ticarətinin artım tempinin zəifləməsi;

  • özəlləşdirmə proseslərinin zəifləməsi.




Şəkil 11. Birbaşa xarici investisiyaların dinamikası [78;79]

Birbaşa xarici investisiyaların əsas ölkələr üzrə bölgüsü şəkil 12-də verilmişdir.





Şəkil 12. Birbaşa xarici investisiyaların əsas ölkələr üzrə bölgüsü [76;78]



Şəkil 13. Dünya əmtəə ixracı, 2005-2012-ci illər, trln. doll. [69, s. 2; 70, s. 2]

Yuxarıda deyilənlərdən göründüyü kimi, kapitalın beynəlxalq hərəkəti prosesi kifayət qədər dinamikdir və hazırda o bir sıra yeni xüsusiyyətlər əldə etmişdir. Sahibkar kapitalının miqrasiyasının müasir tendensiyalarına aşağıdakıları aid etmək olar.

Kapital ixracının dinamikası müxtəlif illərdə fərqli olsa da, bir qayda olaraq əmtəə və xidmət ixracının dinamikasını, dünya ÜDM-nin artım tempini əhəmiyyətli dərəcədə üstələyir [14].

Firmaların beynəlmiləl birləşmələrinin və alınmalarının sayı artır. Qovuşma və birləş-məni müşaiyət edən kapital qoyuluşlarının həcmi 2002-ci ildə $370 mlrd. bərabər olmuşdur ki, bu da birbaşa xarici investisiyaların 57%-nə bərabərdir [14].

BMT-nin göstəricilərinə görə, transmilli şirkətlərin sayı 1970-ci ildə 7000, 2002-ci ilin axırına 64 minə bərabər idisə, 2014-cü ilin əvvəlinə onların sayı 82 mindir, onların fili-allarının sayı 810 minə çatmış, illik dövriyyəsi isə $30 trln. təşkil etmişdir [78]. Transmilli şirkətlərin məcmu xarici investisiyaları 2002-ci ilin sonuna $7 trln. dollar səviyyəsində qiy-mətləndirilir [14].

Xarici investisiyaların sahəvi strukturunda dəyişiklik baş verir. İnvestisiyalar emaledici sənaye və ticarətdən elmtutumlu sahələrə və xidmət sferasına yönəlir.

Xarici investisiyaların beynəlxalq tənzimlənməsi sistemi yaradılır. İƏİT ölkələri hələ 1976-cı ildə “Beynəlxalq kapital qoyuluşları və çoxmilli müəssisələr barədə Bəyannamə” qəbul etmişlər. Bu bəyannamə ilə xarici investorlara yerli istehsalçılara təqdim edilən şəra-itdən fərqli olmayan şərait yaratmaq tövsiyə edilir. Dünya Bankı Qrupu “Xarici birbaşa investisiyalar üçün rejim üzrə Tövsiyələr” hazırlamışdır. Bu tövsiyələrə görə, istər yerli, istərsə də xarici investorlar üçün eyni rejimin yaradılması azad rəqabət şəraitində əlverişli investisiya iqliminin başlıca şərtidir. BMT tərəfindən həmçinin “Transmilli şirkətlərin beynəlxalq davranış Kodeksi” qəbul edilmişdir [14].


Şəkil 14. Dünya birbaşa investisiyaların dinamikası, mlrd. doll. [50]


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə