Azərbaycan respublikasi təhsil nazirliyi azərbaycan döVLƏT İQTİsad universiteti


Fəsil 2. Dünya iqtisadiyyatında investisiya prosesləri



Yüklə 0,59 Mb.
səhifə3/6
tarix27.10.2017
ölçüsü0,59 Mb.
#7004
1   2   3   4   5   6

Fəsil 2. Dünya iqtisadiyyatında investisiya prosesləri
2.1. Kapitalın beynəlxalq hərəkəti

Dünya təsərrüfatının inkişafının müasir mərhələsində beynəlxalq iqtisadi münasibət-lərin əsas inkişaf amillərindən biri kimi kapital ixracı, onun beynəlxalq hərəkəti çıxış edir. Beynəlxalq iqtisadi münasibətlərin beynəlxalq ticarət, elmi-texniki məhsullarla beynəlxalq mübadilə kimi formaları valyuta-maliyyə aspektləri ilə müşaiyət olunur: ixrac-idxal əmə-liyyatlarının reallaşdırılması zamanı beynəlxalq hesablaşmalar həyata keçirilir və ya bey-nəlxalq kreditlər tələb edilir. Işçi qüvvəsinin beynəlxalq miqrasiyası zamanı isə əmək haqqı köçürmələri baş verir. Beləliklə, kapitalın beynəlxalq hərəkəti beynəlxalq iqtisadi münasi-bətlərin həm inkişaf şərti, həm də bu inkişafın nəticəsidir [14].

Hazırda kapitalın beynəlxalq hərəkətinin həcmi və əhəmiyyəti elə bir səviyyəyə gəlib çatıb ki, bu prosesə beynəlxalq iqtisadi münasibətlərin xüsusi bir forması kimi baxmaq olar. Kapital ixracının bütün formalarının müasir artım templəri əmtəə ixracının və ÜDM-nin artım templərini üstələyir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) mütəxəssislə-rinin qiymətləndirmələrinə görə, 1990-2000-ci illərdə xarici investisiyaların ixracının illik artım tempi orta hesabla 30% təşkil etdiyi halda, əmtəə və xidmət ixracının illik artım tempi 4,5%-ə bərabər olub [14].

Hər hansı bir prosesin, indiki halda isə kapitalın beynəlxalq hərəkətinin öyrənilməsi yalnız o halda mümkündür ki, həmin proses müasir dünya təsərrüfatında tez-tez təkrar olu-nan, tipik və xarakterik olan bir hadisə olsun. Iqtisadi hadisəıni xarakterizə etmək üçün ilk növbədə onun anlayışını müəyyən etmək, təkamül yoluna nəzər salmaq lazımdır. Yalnız bundan sonra onun xarakterik cəhətlərini müəyyən etmək, reallaşma xüsusiyyətlərini və for-malarını ortaya çıxarmaq, müasir inkişaf tendensiyalarını öyrənmək mümkün olur [14].

“Kapitalın beynəlxalq hərəkəti” anlayışına bu prosesin təkamül yolundan çıxış etmək-lə nəzər salaq. Kapitalın beynəlxalq hərəkətinin formalaşması və inkişafı beynəlxalq iqtisadi münasibətləri əmtəələrlə beynəlxalq ticarət, beynəlxalq əmək miqrasiyası kimi formaların-dan xeyli gec başlamışdır. Kapitalın ixracı imkanının yaranması üçün ilk növbədə kapitalın ölkə daxilində kifayət qədər əhəmiyyətli yığımına malik olmaq lazım idi. Bu cür imkan ka-pitalın beynəlxalq hərəkətinin təkamülünün birinci mərhələsində meydana gəlmişdir. Bu mərhələ kapitalın ilkin yığımı prosesinin bitməsindən və kapital istehsal münasibətlərinin inkişafından sonra, XVII-XVIII əsrlərin astanasında başlamış və XIX əsrin sonlarına qədər davam etmişdir. Bu mərhələni “kapital ixracının yaranması mərhələsi” adlandırırlar. Bu za-man kapital ancaq bir istiqamətdə - metropoliyalardan müstəmləkələrə doğru hərəkət edir və məhdud, təsadüfi xarakter daşıyırdı [14].

Kapitalın beynəlxalq hərəkətinin təkamülünün ikinci mərhələsi öz başlanğıcını XIX əsrin sonlarından götürür və XX əsrin ortalarına qədər davam edir. Bu mərhələdə kapital ix-racı həm sənayecə inkişaf etmiş ölkələr arasında, həm də sənayecə inkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələr arasında baş vermişdir. Kapital ixracı tipik, təkrar olunan və xarakterik hadisəyə çevrilir ki, bu da qeyd olunan mərhələni “kapital ixracı mərhələsi” ad-landırmağa imkan verir [14].

Beləliklə, kapital ixracı kapitalın bir hissəsinin ölkənin milli dövriyyəsindən çıxarıl-ması və daha yüksək mənfəət əldə edilməsi məqsədilə onun əmtəə və ya pul formasında digər ölkənin istehsal prosesinə və dövriyyəsinə daxil edilməsidir.

Lakin, dünya təsərrüfatının müasir inkişaf mərhələsində təkcə kapital ixracından da-nışmaq kifayət deyil. XX əsrin 50-60-cı illərindən etibarən indiyə qədər davam edən ka-pitalın beynəlxalq hərəkətinin təkamülünün üçüncü mərhələsi başlayır. Bu mərhələdə baş verən prosesləri “kapitalın beynəlxalq miqrasiyası” termini daha aydın əks etdirir ki, bunun da bir neçə səbəbi var [14].

Birincisi, kapital ixracını təkcə sənayecə inkişaf etmiş ölkələr deyil, həm də bir çox inkişaf etməkdə olan ölkələr həyata keçirirlər. Belə ki, 2002-ci ildə 162 milyard dollar həcmində xarici investisiya qoyulduğu halda, onlar özləri 43 milyard dollar məbləğində kapital ixrac ediblər.

İkincisi, ölkələr eyni zamanda həm kapital ixracatçısı, həm də idxalatçısı kimi çıxış edirlər. 2002-ci ildə Avropa Birliyi ölkələri ABŞ-a 694 milyard ollar, ABŞ isə Avropa Birliyi ölkələrinə 641 milyard dollar kapital qoyuluşu həayat keçirmişlər.

Üçüncüsü, kapital ixracı öz həcminə görə kapitalın əks hərəkətini (kreditə görə faizlər, sahibkar mənfəəti, səhmlərə görə dividendlər formasında) meydana gətirir [14].

Yuxarıda deyilənlərdən çıxış edərək, kapitalın beynəlxalq hərəkəti dünya təsərrüfatının müxtəlif ölkələri (onların sosial-iqtisadi inkişaf səviyyələrindən asılı olmayaraq) arasında kapital sahiblərinə əlavə gəlir gətirən kapitalın qarşılıqlı hərəkəti prosesidir [14].



Cədvəl 4

İnvestisiyanın regionlar üzrə həcmi və dinamikası, mlrd.doll. [76]




2000

2005

2010

2016*

Bütün dünya

7263,1

10236,9

14359,0

23183,6

Artım dinamikası

-

41%

40%

61%

ÜDM-ilə müqayisədə

23%

22%

23%

26%

İEÖ

5709,2

7345,9

7712,3

11053,2

Artım dinamikası

-

29%

5%

43%

ÜDM-ilə müqayisədə

22%

21%

19%

21%

BRHÇC ölkələri

724,1

1562,1

4219,8

7958,7

Artım dinamikası

-

116%

170%

89%

ÜDM-ilə müqayisədə

27%

31%

37%

38%

MDB ölkələri

66,0

207,4

414,3

1116,9

Artım dinamikası

-

214%

100%

170%

ÜDM-ilə müqayisədə

19%

21%

21%

27%

* - proqnoz

Kapital istehsal amillərindən biridir. Kapital maddi ehtiyatların yaradılması üçün zə-ruri olan resursdur və özündə istehsal, pul və əmtəə formalarında vəsaitlərin bütün yığım ehtiyatını əks etdirir. Kapitalın beynəlxalq hərəkəti onun bir istehsal amili kimi beynəlxalq bölgüsünə əsaslanır. Kapitalın beynəlxalq bölgüsü özünü təkcə ölkələrin maddi yığım ehti-yatları ilə təmin olunmalarında olan fərqlilikdə deyil, həmçinin istehsalın tarixi ənənələri və təcrübəsində, əmtəə istehsalının və bazar mexanizmlərinin inkişaf səviyyələrində olan fərq-lərdə göstərir. Kifayət qədər yığımın olması (pul formasında kapital) investisiya və isteh-salın genişləndirilməsi üçün vacib şərtdir [14].

Kapitalın beynəlxalq hərəkətinin obyektiv əsası kimi ölkələrin iqtisadi inkişafında olan qeyri-bərabərlik çıxış edir ki, bu da praktikada özünü aşağıdakılarda göstərir [14]:


  • bəzi ölkələrdə kapital yığımında çatışmazlıq olduğu halda, digər ölkələrdə kapital “artıqlığı” mövcud olur;

  • dünya təsərrüfatının müxtəlif həlqələrində kapitala olan tələb və təklifin üst-üstə düş-məməsi.

Burada “nisbi artıqlıq” termininin işlədilməsi təsadüfi deyil. Belə hesab edilir ki, iqti-sadi cəhətdən istehsal sonsuz artım tendensiyasına malikdir və deməli, kapitala hər zaman tələb mövcud olmalıdır. Bununla yanaşı, kapital ixracı hətta onun ölkə daxilində çatışmaz-lığı hiss edilən zaman da həyata keçirilə bilər, çünki bazar iqtisadiyyatı şəraitində kapital qo-yuluşu gözlənilən gəlir həcmindən birbaşa asılıdır [14].

Kapitalın beynəlxalq hərəkəti prosesinin inkişafına iki qrup amillər təsir edir. Onlar aşağıdakılardır [14]:



  1. İqtisadi amillər:

  • istehsalın inkişafı və iqtisadi artım templərinin dəstəklənməsi;

  • həm dünya iqtisadiyyatında, həm də ayrı-ayrı ölkələrin iqtisadiyyatlarında elmi-tex-niki inqilabın təsiri və dünya xidmət bazarının inkişafı nəticəsində baş verən köklü struktur dəyişiklikləri;

  • beynəlxalq əmək bölgüsünün dərinləşməsi;

  • dünya iqtisadiyyatının transmilliləşməsinin artımı;

  • istehsalın beynəlmiləlləşməsinin artımı və inteqrasiya proseslərinin inkişafı;

  • beynəlxalq iqtisadi münasibətlərin bütün formalarının aktiv inkişafı.

  1. Siyasi amillər:

  • kapital ixracının (idxalının) liberallaşdırılması (xüsusi iqtisadi zonaların, offşor zona-larının yaradılması və s.);

  • “üçüncü dünya” ölkələrində sənayeləşdirmə siyasətinin həyata keçirilməsi;

  • iqtisadi islahatların həyata keçirilməsi (dövlət müəssisələrinin özəlləşdirilməsi, özəl sektorun, kiçik biznesin dəstəklənməsi);

  • məşğulluq səviyyəsinin dəstəklənməsi siyasətinin reallaşdırılması.

Yuxarıda sayılan amillər kapitalın beynəlxalq hərəkətinin inkişafını makroiqtisadi sə-viyyədə müəyyən edir. Bununla yanaşı, iqtisadi subyektləri kapital ixracı və ya idxalını hə-yata keçirməyə sövq edən iqtisadi məqsədəuyğunluluq səbəbləri də mövcuddur. Kapital ix-racını həyata keçirərkən subyektlər aşağıdakılardan çıxış edirlər [14]:

  • əlavə gəlirin əldə edilməsi;

  • digər subyektlər üzərində nəzarətin ələ keçirilməsi;

  • əmtəə axınlarının qarşısına qoyulan proteksionist maneələrin aradan qaldırılması;

  • istehsalın yeni satış bazarlarına yaxınlaşdırılması;

  • yeni texnologiyaların əldə edilməsi (məsələn, səhm nəzarət paketinin əldə edilməsi ilə);

  • xarici filialların yaradılması ilə istehsal sirlərinin qorunması;

  • vergi ödəmələrinə qənaət edilməsi (xüsusilə müəssisələrin offşor zonalarda və xüsusi iqtisadi zonalarda yaradılması və ya qeydiyyatdan keçirilməsi zamanı);

  • ətraf mühitin qorunmasına çəkilən xərclərin aşağı salınması.

Kapital idxalının iqtisadi məqsədəuyğunluluğu aşağıdakılardan ibarətdir [14]:

  • yeni və köhnə istehsal texnologiyalarının inkişaf etdirilməsi inkanı;

  • əlavə valyuta resurslarının cəlbi;

  • elmi-texniki potensialın genişləndirilməsi;

  • əlavə iş yerlərinin yaradılması.

Ölkənin kapitalın beynəlxalq hərəkətində iştirakı ümumilkdə bir sıra göstəricilərdə əks olunur. Mütləq göstəricilər kimi kapital ixracının həcmi, kapital idxalının həcmi, kapitalın ixrac-idxal saldosu, ölkədə xarici kapitallı müəssisələrin sayı, onlarda məşğul olanların sayı və s.-ni fərqləndirirlər. Saldodan çıxış edərək dünya ölkələri əsasən kapital ixrac edən öl-kələr (Yaponiya, İsveçrə), əsasən kapital idxal edən ölkələr (ABŞ, Böyük Britaniya) və təx-mini tarazlığa malik ölkələr (Almaniya, Fransa) kimi fərqləndirilirlər [14].

Digər göstəricilər nisbi göstəricilər hesab edilir. Onlar kapitalın beynəlxalq hərəkətində qüvvələr düzülüşünü və ölkənin kapital ixracı-idxalından asılılığını daha real əks etdirirlər. Bu göstəricilər sırasına aşağıdakıları aid etmək olar (cədvəl 5).

Bunlardan başqa, xarici və ya qarışıq müəssisələrin milli istehsaldakı payını, kapital ixracının (idxalının) əvvəlki dövrə nisbətən artım sürətini, adambaşına düşən xarici inves-tisiyanı göstərmək olar.

Kapitalın beynəlxalq hərəkəti ölkələrarası xarici iqtisadi və siyasi əlaqələrin güclən-məsi ilə nəticələndiyi, ölkələrin xarici ticarət dövriyyəsini artırdığı, iqtisadi inkişafı sürət-ləndirdiyi və istehsalın həcmini artırdığı üçün dünya təsərrüfatının inkişafında mühüm rol oynayır. Kapital ixracı istehsal olunan əmtəələrin dünya bazarında rəqabət qabiliyyətinin artmasına, idxalatçı ölkələrin texniki potensialının yüksəlməsinə, ölkədə məşğulluğun art-masına gətirib çıxarır [14].



Cədvəl 5

Kapitalın beynəlxalq hərəkətinin nisbi göstəriciləri [14]

Göstərici

Məzmunu

Kapitalın idxalı əmsalı

Xarici kapitalın ölkənin ümumi daxili məhsuluna nisbəti

Kapitalın ixracı əmsalı

İxrac edilən kapitalın ÜDM-yə nisbəti

Ehtiyac əmsalı

Xarici kapitalın ölkədə kapital qoyuluşuna olan daxili ehtiyaclara nisbəti

Beynəlxalq ticarəti nəzərdən keçirərkən biz belə hesab edirdik ki, idxalın yeganə ma-liyyələşmə mənbəyi kimi ixrac çıxış edir və ölkə xaricdən nəyisə almaq üçün hökmən nə-yisə xaricə satmalıdır. Real həyatda isə maliyyələşmənin digər, kifayət qədər əhəmiyyətli mənbəyi vardır – bu, xaricdən kapital axınıdır. Ölkə beynəlxalq borc ala və ya verə bilər, sahibkar kapitalı ixrac və idxal edə bilər. Bu baxımdan, isveçrə iqtisadçısı Leon Valrasın formalaşdırdığı qayda xüsusi əhəmiyyət kəsb edir. Onun formulu hazırda istənilən ölkənin beynəlxalq ödəmə mövqeyinin təhlili üçün istifadə edilir [14].

Valras qaydasına görə, ölkənin idxalının dəyəri ixracın dəyərinin, aktivlərin xalis xa-rici satışının və onlar üzrə faizlərin cəminə bərabərdir [14]:

İM = X+NA+NR, burada:

İM – idxal,

X – ixrac,

NA – aktivlərin xalis satışıdır (xaricilərə satılan və onlardan alınan aktivlərin dəyəri arasında olan fərq),

NR – faizlər üzrə xalis ödəmələrdir (qoyulan kapitala görə xaricdən alınan və xari-cilərə ödənilən faizlərin dəyəri arasında olan fərq).

Aktivlərin istənilən formada (mülkiyyət hüququ, qiymətli kağızlar, qızıl və s.) satışı öl-kəyə kapital axını deməkdir. Faiz ödəmələri daha əvvəl alınmış kapitaldan istifadəyə görə haqqı əks etdirir.

Qaydadan çıxan əsas nəticə budur: əgər bazarlardan biri tarazlıqdan çıxmışsa onda ən azı bir dənə başqa tarazlıqda olmayan bazar mövcud olmalıdır ki, birinci bazardakı qeyri-tarazlıq kompensasiya edilə bilsin. Beləliklə, Valras qanununa görə, dünya ticarətindəki dis-balans ən azı kapital hərəkəti ilə kompensasiya edilməlidir.

Valras qaydasına uyğun olaraq əmtəə və xidmətlərlə ticarətin balansı əks işarə ilə kapi-tal hərəkətinin balansına bərabər olmalıdır. Əgər bu tarazlıq əldə edilmirsə qalıq səhvlər və nəzərə alınmamalarla izah edilir [14].

Beləliklə, yuxarıdakı formuldan aşağıdakı formulu almaq olar [14]:

İM-X-NR = NA.

Bu zaman aşağıdakıları nəzərə almaq lazımdır:



  • Valras qaydası qeyri-bazar mühitində, yəni azad bazarın olmadığı iqtisadiyyatda iş-ləmir. İnkişaf etmiş azad bazar olmadan tarazlığı təmin etmək mümkün deyildir.

  • Valras qaydası keçid iqtisadiyyatı şəraitində işləmir, çünki bazar tarazlığını təmin edə biləcək inkişaf etmiş bazar infrastrukturu mövcud deyildir. Bu cür iqtisadiyyatlarda obyek-tiv olaraq dövlət müdaxiləsinə ehtiyac duyulur. Lakin, bu müdaxiləı maksimum dərcədə eh-tiyatlı, hesablanmış, əsaslı olmalıdır ki, praktikada da buna nadir hallarda rast gəlinir [14].

Kapitalın beynəlxalq hərəkəti bir sıra reallaşma formasına malikdir ki, onlar da prakti-kada bir sıra əlamətlərinə görə təsnifləşdirilir (cədvəl 6).

Öz mənbəyinə görə dünya bazarında hərəkətdə olan kapital əsasən rəsmi (dövlət) və özəl kapitala bölünür.

Rəsmi (dövlət) kapital dedikdə, hökumətlərin, həmçinin hökumətlətarası təşkilatların qərarı ilə dövlət büdcəsinin vəsaitlərinin xaricə hərəkəti, ya da xaricdən gətirilməsidir. Ka-pital hərəkətinin bu kateqoriyasına bir ölkə tərəfindən digər ölkəyə hökumətlərarası saziş əsasında təqdim edilən bütün dövlət borcları, hədiyyələri (qrantlar), yardımlarıdır. Beynəl-xalq hökumətlərarası təşkilatların öz üzvləri adından idarə etdikləri kapital da rəsmi kapital hesab edilir. Rəsmi kapitalın mənbəyi kimi dövlət büdcəsinin vəsaitləri, yəni vergiödəyici-lərinin vəsaitləri çıxış edir. Buna görə də, bu cür kapitalın xaricə hərəkəti barədə qərar höku-mət və qanunverici orqan tərəfindən birgə qəbul edilir [14].

Cədvəl 6

Kapitalın beynəlxalq hərəkətinin formaları [14]


Təsnifat əlaməti

Kapitalın beynəlxal hərəkətinin formaları

Mülkiyyət

forması


  • özəl;

  • dövlət;

  • beynəlxalq (regional) valyuta-kredit və maliyyə təşkilatlarının;

  • qarışıq.

Müddət

  • həddən artıq qısamüddətli (3 aya qədər);

  • qısamüddətli (1-1,5 ilə qədər);

  • ortamüddətli (1 ildən 5-7 ilə qədər);

  • uzunmüddətli (5 ildən 40-45 ilə qədər).

Təqdim olunma

forması


  • əmtəə;

  • pul;

  • qarışıq.

İstifadə edilmə

məqsədi və xarakteri



  • sahibkar (birbaşa və portfel investisiyaları);

  • borc.

Özəl (qeyri-dövlət) kapitalı dedikdə özəl (qeyri-dövlət) firmaların, bankların və digər qeyri-dövlət təşkilatların xaricə hərəkət edən və ya xaricdən gətirilən vəsaitləridir. Kapitalın hərəkətinin bu kateqoriyasına özəl firmalar tərəfindən xaricə kapital investisiyası, ticarət kreditlərinin verilməsi, banklararası kreditləşmə aiddir. Bu kapitalın mənbəyi kimi özəl firmaların dövlət büdcəsi ilə əlaqədar olmayan vəsaitləri çıxış edir. Firmaların onlara məx-sus olan kapitalın beynəlxalq hərəkəti barədə qərar qəbul etməkdə nisbi azadlığa malik ol-malarına baxmayaraq, hökumət adətən bu hərəkəti tənzimləmək və ona nəzarət etmək hü-ququnu özündə saxlayır [14].

İstifadə edilmə xarakterinə görə kapital sahibkar kapitalına və borc kapitalına bölünür.

Sahibkar kapitalı mənfəət əldə etmək məqsədilə birbaşa və ya dolayı yolla istehsala yatırılan vəsaitdir. Sahibkar kapitalı kimi bir qayda olaraq özəl kapital istifadə edilir. Amma bəzən dövlət və ya dövlətə məxsus olan müəssisə də xaricdə vəsait qoyuluşunu həyata keçirir.

Borc kapitalı faiz əldə etmək məqsədilə borc verilən vəsaitdir. Beynəlxalq səviyyədə borc kapitalı kimi adətən dövlət mənbələrindən formalaşan rəsmi kapitaldan istifadə edilir. Amma özəl mənbələr vasitəsilə həyata keçirilən beynəlxalq kreditləşmə də kifayət qədər əhəmiyyətli həcmə malikdir [14].

Müddətinə görə kapital aşağıdakılara bölünür [14]:



  • ortamüddətli və uzunmüddətli kapital kapitalın bir ildən artıq müddətə qoyuluşudur. Birbaşa və portfel investisiyaları formasında bütün sahibkar kapitalı qoyuluşları, həmçinin dövlət kreditləri formasında borc kapitalı adətən uzunmüddətli olurlar.

  • qısamüddətli kapital bir ildən az müddətə kapital qoyuluşudur. Adətən ticarət kreditləri formasında borc kapitalı qısamüddətə verilir.

Bu formalardan hər biri müəyyən əlamətə görə eyni bir kapital hərəkətini xarakterizə edə bilər. Məsələn, beynəlxalq praktikada dövlət kapitalı əsasən borc formasında, özəl və uzunmüddətli kapital isə sahibkar formasında ixrac edilir.

Dünya təsərrüfatında miqrasiya edən kapitalın 2/3 özəl subyektlərə - korporasiyalara, transmilli şirkətlərə, banklara, sığorta, investisiya şirkətlərinə, pensiya fondlarına məxsus idi. Son onillikdə kapitalın beynəlxalq hərəkətində bankların payının azalması tendensiyası və eyni zamanda transmilli şirkətlərin kapitalının payının artımı meyli müşahidə edilməkdədir.

Sənayecə inkişaf etmiş ölkələr arasında miqrasiya edən kapitalın 80%-i özəl kapitaldır və onun həcmi getdikcə artır. Dünya təsərrüfatında hərəkət edən kapitalda dövlət kapitalının həcmi 20% həcmində qiymətləndirilir [14].

Beynəlxalq valyuta-kredit və maliyyə təşkilatlarının kapiatlın beynəlxalq miqrasıya-sında payı 12% təşkil etmişdir. Kapital hərəkətinin məhz bu forması daha yüksək artım tempinə malikdir.

Kapitalın beynəlxalq hərəkətinin əsas formaları sahibkar və borc kapitalının ixracı və idxalıdır ki, onların da ayrıca olaraq nəzərdən keçirilməsi zəruridir.

Kapitalın sahibkar formasında hərəkəti üç əlamətin olmasını tələb edir [14]:



  • xaricdə istehsal prosesinin təşkili və bu prosesdə iştirak;

  • xarici kapital qoyuluşunun uzunmüddətli xarakter kəsb etməsi;

  • digər dövlətin ərazisində ümumilikdə müəssisəyə və ya onun bur hissəsinə sahib olma hüququ.



Şəkil 10. Kapital hərəkətinin sahibkar və borc formalarının məzmunu [14]

Qeyd olunan xüsusiyyətlərin həyata keçirilmə dərəcəsindən və məqsədlərindən asılı olaraq sahibkar kapitalının hərəkətinin iki formasını – birbaşa xarici investisiyaları və portfel investisiyalarını fərqləndirirlər. Kapitalın beynəlxalq hərəkətinin təhlili üçün onun bu cür funksional bölgüsü daha mühüm əhəmiyyət kəsb edir.

Birbaşa xarici investisiyalar uzunmüddətli xarici kapital qoyuluşu olmaqla kapital ix-racatçısı tərəfindən kapital idxalatçısı olan ölkənin ərazisində istehsalın təşkilinin və ya ida-rəedilməsini nəzərdə tutur. Birbaşa xarici investisiyalar praktik olaraq özəl sahibkar kapita-lının ixracı ilə əlaqədarıdr [14].

BVF, İƏİT və BMT-nin Milli Hesablar Sisteminə uyğun olaraq birbaşa xarici inves-tisiyaların tərkibinə aşağıdakılar daxil edilir [14]:



  • şirkətlərin öz vəsaitlərini xarici ölkələrin iqtisadiyyatlarına yatırmaları;

  • birbaşa investor tərəfindən xarici müəssisədə əldə edilmiş mənfəətin həmin müəssi-səyə reinvestisiya edilməsi;

  • baş firma və onun xarici müəssisələri arasında şirkətdaxili kapital köçürmələri.

Portfel investisiyaları kapitalın xarici müəssisələrin qiymətli kağızlarına qoyulması yo-lu ilə ixracıdır ki, bu da investorlara həmin müəssisələrin fəaliyyəti üzərində birbaşa nəzarəti həyata keçirməyə imkan vermir.

Sahibkar kapitalının formalarının xarakterik cəhətləri və fəqli xüsusiyyətləri cədvəl 7-də göstərilib.



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə