Azərbaycan respublikasi təhsil nazirliyi azərbaycan döVLƏT İQTİsad universiteti


(capital-freeze index, 2012-ci və sonrakı illər, maksimal asılılıq dərəcəsi=20%) [54]



Yüklə 0,59 Mb.
səhifə2/6
tarix27.10.2017
ölçüsü0,59 Mb.
#7004
1   2   3   4   5   6

(capital-freeze index, 2012-ci və sonrakı illər, maksimal asılılıq dərəcəsi=20%) [54]

Müasir dünya təsərrüfat əlaqələrinin coğrafi quruluşunda da müəyyən dəyişikliklər baş verməkdədir. Belə ki, dünya təsərrüfat əlaqələrinin əsas subyektləri olan sənayecə inkişaf etmiş ölkələr bir-birləri iqtisadi əlaqələri daha da dərinləşdirirlər və bu proses özünü inteqrasiya birlikləri çərçivəsində daha aydın göstərir.

İnkişaf etməkdə olan ölkələrin dünya mal, xidmət, kapital və işçi qüvvəsi bazarlarında mövqeləri getdikcə güclənir. Müasir mərhələdə dünya iqtisadiyyatında yuxarıda göstərilən meyllərlə yanaşı bir sıra problemlər də müşahidə edilir.

Dünya iqtisadiyyatının inkişafında müşahidə edilən əsas problemlərdən biri inkişaf etmiş qərb ölkələri tərəfindən qapalı iqtisadi sistemin formalaşdırılmasıdır. Bu gün sənyecə inkişaf etmiş ölkələrin qarşılıqlı ticarəti dünya ticarətinin 75%-dən çoxunu təşkil edir. Dünyada BXİ qoyuluşlarının 60%-i İEÖ-in payına düşür. Dünyadakı bütün qeydiyyatdan keçmiş patentlərin 87%-i İEÖ-də cəmləşmişdir. Dünyada ticarət axınlarının yalnız 5%-i İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələrində başlayır və ya bitir.





- İEÖ; - İEOÖ; - fərq

Şəkil 5. Dünya iqtisadiyyatında ÜDM-nun artım dinamikası, % [55]


- Avropa, Yaxın Şərq, Afrika; - Latın Amerikası; - İEOÖ;

- İnkişaf edən Asiya - Dünyanın ilk 10 ölkəsi

Şəkil 6. Dünya iqtisadiyyatında inflyasiya prosesləri, % (VII/2006-I/2013) [54]

Bu gün planetin sənaye ölkələrində yaşayan əhalinin 20%-nə dünya üzrə Ümumi Daxili Məhsulun (ÜDM) 86%-i düşdüyü halda, İEOÖ-də yaşayan əhalinin 20%-nə cəmi 1%-i düşür. Bu isə dünya təsərrüfatının qloballaşmasından əldə olunan qazancların ölkələr arasında qeyri-bərabər bölünməsi ilə müəyyən olunur.


- ABŞ; - Çin; - Avrozona; - Dünya



Şəkil 7. Dünya iqtisadiyyatında işgüzar fəallıq indeksi [54] (PMI)1

Bunlardan başqa, hazırda dünyada əsas oyun qaydalarının müəyyənləşməsində bey-nəlxalq təşkilatların, transmilli şirkətlərin rolunun artması ölkələrin iqtisadi müstəqilliyi zəif-ləməsinə və dünya təsərrüfat əlaqələrinin inkişafında milli iqtisadi təhlükəsizlik probleminin meydana çıxmasına səbəb olur.

Beləliklə, dünya təsərrüfatına aid olan ümumilik və vahidliklə yanaşı, onda həmçinin daxili ziddiyyətlər də mövcuddur. Bu ziddiyyətlər özünü əsasən ayrı-ayrı ölkə qrupları üzrə göstərir.

Ziddiyyətlərin birinci qrupu dünya iqtisadi inkişafının 3 mərkəzi – NAFTA (ABŞ baş-da olmaqla), Avropa Birliyi və Asiya-Sakit okean regionu (Yaponiya başda olmaqla) ara-sında mövcuddur. Bu ölkələr arasında ziddiyyətlərin əsas mahiyyəti kimi dünya bazarla-rında onlar arasında mövcud olan ciddi rəqabət çıxış edir. Bu zaman tərəflərin məqsədi adə-tən rəqibi dünya bazarının hər hansı bir seqmentindən çıxarmaq və ya bu seqmenti rəqibdən qorumaq olur.

İkinci qrup ziddiyyətlər “Şimal” – “Cənub” ölkələri arasında olan ziddiyyətlərdir. Burada “Şimal” sənayecə inkişaf etmiş ölkələr, “Cənub” isə inkişaf etməkdə olan ölkələrdir. Bu ziddiyyətlərin mahiyyəti ondan ibarətdir ki, bir çox inkişaf etməkdə olan ölkələr (ilk növbədə yeni sənaye ölkələri) bir çox iqtisadi göstəricilər üzrə faktik olaraq inkişaf etmiş ölkələrin səviyyəsinə çatıblar və buna görə də dünya təsərrüfatında uyğun yer tutmağa çalışırlar.

Üçüncü qrup ziddiyyətlər “Şərq” – “Qərb” ölkələri arasında mövcuddur. Burada “Qərb” dedikdə sənayecə inkişaf etmiş ölkələr, “Şərq” dedikdə isə keçmiş sosialist düşər-gəsi ölkələri, başqa sözlə keçid iqtisadiyyatlı ölkələr nəzərdə tutulur. Bu ölkə blokları ara-sında ziddiyyətlər özünü onda göstərir ki, dünya sosialist sisteminin süqutuna qədər keçmiş sosialist düşərgəsi ölkələri avtarkiya rejimində fəaliyyət göstərirdilərsə, hazırda onların məq-sədi kimi dünya bazarına aktiv surətdə daxil olma istəyi çıxış edir. Onlar istehsal etdikləri məhsullarla dünya bazarında layiqli yer tutmağa çalışırlar. Lakin sənayecə inkişaf etmiş öl-kələr dünya iqtisadiyyatı meydanında yeni rəqib ölkələrin meydana gəlməsində maraqlı de-yillər və buna hər vəchlə mane olmağa çalışırlar.


1.2. İnvestisiyanın sosial-iqtisadi səciyyələndirilməsi

Müasir dövrdə aparılan tədqiqatlardan məlum olur ki, inve­stisiya anlayışı geniş məz-muna və tərkibə malikdir. Mə­lumdur ki, makroiqtisadiyyatda investisiya qoyuluşları ümumi (məcmu) xərclərin tərkib elementlərindən biridir. Belə ki, fabrik, zavod, yaşayış binalarının tikilməsi, yeni ma­şın və avadanlıqların alın­ması, həmçinin cari ildə istehsal edilmiş, lakin istehlak olun­ma­mış əmtəə-material qiymətləri investisiya kimi qəbul edilir.

Mikroiqtisadiyyatda isə investisiya yeni kapitalın istehsa­lın maddi-əşya elementlərinin yaradılması, həmçinin şəxsi amilini (insanın) lazımi bacarıqlara və vərdişlərə yiyələnmə­sinə vəsait sərfi kimi başa düşülür. Maliyyə nəzəriyyəsinə görə investisiya anlayışı real və ma­liyyə aktivlərinin əldə edilməsi kimi başa düşülür.

Müasir dövrdə investisiya qoyuluşları prosesləri Azər­bay­ca­­nın və xarici öl­kələ­rin gör-kəmli iqtisadçı alimləri tərəfindən ge­­niş tədqiq olunmasına baxmayaraq bu gün də bu problemə dair fikir müxtəlifliyi mövc­uddur.

Bir qrup iqtisadçı alimlər «investisiya anlayışını» «əsaslı vəsait qoyuluşu»nun sinonimi kimi qəbul edirlər. İnvestisiya hər bir cəmiyyətdə geniş təkrar istehsalda müəyyən müd-dətlərdə adətən uzunmüddətli vəsait qoyuluşudur ki, bu da əmtəə-pul münasi­bətlərində öz əksini tapır. Beləliklə, investisiya qoyuluş­la­rı­na material, əmək və maliyyə məsrəfləri də da-xil edilir ki, bu da dəyər ifadəsində xarakterizə olunur və əmtəə-pul müna­sibət­ləri­nin ən mühüm atributlarından biri hesab edilir. Buradan aydın olur ki, «investisiya» və «əsaslı vəsait qoy­uluşu» anlayışları arasında fərq mövcuddur. Lakin onlar arasında qarşılıqlı əlaqə də vardır.

Əsaslı vəsait qoyuluşu dedikdə, istehsal və qeyri-istehsal sa­hələrində əsas fondların geniş təkrar istehsalı və yeni əsas fond­ların yaradılmasına, mövcud müəssisələrin genişlən-diril­mə­sinə, yenidən qurulmasına və istehsalın texniki cəhətdən si­lahlandırıl­masına yönəl-dilən vəsaitin məcmusu başa düşülür.

İnvestisiya (investisiya resursları) dedikdə, pul gəlirləri, məq­sədli bank vəsaitləri, paylar, səhm, digər qiymətli kağızlar, tex­nologiyalar, maşın və avadanlıqlar, lisenziyalar (o cü-mlədən əmtəə nişanları olan), kreditlər, digər əmlak və əmlak hüquqları, sahibkarlıq fəaliy-yətinə, digər fəaliyyət növlərinə qoyulan inte­lektual sərvətlər və müsbət iqtisadi və sosial nəticələrə nail ol­maq məqsədlərini başa düşürük.

Qeyd etmək lazımdır ki, əsas fondların yaradılmasına və tə­k­rar istehsalına, habelə iqtisadiyyatın digər sahələrinin inkişafına yönəldilən investisiya əsaslı vəsait qoyuluşu şək-lində həyata ke­çirilir. İnvestisiya qoyuluşlarında ən başlıca məqsəd sahibkarın, dövlətin və digər təşkilatların yüksək mənfəət əldə etməsindən ibarətdir.

Bazar iqtisadiyyatı şəraitində investisiyanın mahiyyətini ba­şa düşmək üçün əsas fond-ların yaradılmasına çəkilən xərclə ya­na­şı, dövriyyə fondunun yaradılmasına yönəldilən zə-ruri və­sait qo­yuluşunu da nəzərə almaq lazımdır.

Lakin, dövriyyə fondu­nun yaradılmasına yönəldilən vəsaitin özünəməxsus xüsusiyyəti var­dır. Belə ki, həmin vəsait bütün istismar müddəti ərzində dəyər ifadəsində ona təhkim olunur. Onun həcmi istehsalın miqyasından (artma və ya azalmasından) asılı olaraq dəyişir.

Aparılan araşdırmadan aydın olur ki, «investisiya» anlayışı məzmununa görə «əsaslı vəsait qoyuluşu» anlayışından daha ge­nişdir və əsaslı vəsait qoyuluşu investisiyanın tərkib hissəsidir. İnvestisiya formasında əsaslı vəsait qoyuluşunun müəyyən hərə­kəti tamamlanır.

Müasir iqtisadi ədəbiyyatlarda geniş yer tapmış «investisiya prosesi» və «əsaslı vəsait qoyuluşunun dövriyyəsi» anlayışının araşdırılmasına geniş yer verilir. Belə ki, əsaslı vəsait qoyuluşunun dövriyyəsi dedikdə, qoy­u­lan vəsaitin ayrı-ayrı mərhələləri üzrə (yəni layihə-ləndirmə, tikinti, ödəmə və s.) hərəkətinin və ya xərcin həyata keçirilmə­sindən başlanan vaxtdan, onun tam qaytarılmasına (ödənilməsinə) qədər olan müddət dövr etmə müddəti kimi başa düşülür.

Əsaslı vəsait qoyuluşu prosesi – layihələndirmədən və ti­kinti mərhələsindən başla-yaraq obyektin istismara verilməsinə qədər keçən müddəti əhatə edir. İnvestisiya prosesi (fəaliyyəti) dedikdə, investisiya qoyuluş­larının və onun həyata keçirilməsi ilə bağlı olan bü-tün proseslərin məcmusu başa düşülür. İnvestisiya proseslərinin aşağıdakı əsas növlərini göstərmək olar:


  • istehsalata və sosial sahələrə elmi-texniki tərəqqinin nai­liyyətlərini tətbiq etmək isti-qamətində investisiya fəaliyyəti;

  • dövlət, qeyri-dövlət, müəssisə, idarə, təşkilatlar və fiziki şəxslər tərəfindən həyata ke-çirilən investisiya fəaliyyəti.

Bu fəaliyyətlərə xarici dövlətlər, beynəlxalq maliyyə təşki­latları, xarici vətəndaşlar və fiziki şəxslər tərəfindən qoyulan in­vestisiya fəaliyyəti də daxildir.

Məlum olduğu kimi istehsal və sosial sahələrdə elmi-texniki tərəqqinin fəaliyyətlərin-dən istifadə etmək istiqamətində inves­ti­si­ya fəaliyyətinin bir forması da innovasiyadır.

İnnovasiya fəaliyyəti dedikdə, əsasən uzun müddətli elmi-texniki tərəqqi şəraitində iqtisadiyyatda baş verəcək struktur dəyişiklikləri ilə əlaqədar və habelə ölkədə fundamental tədqiqat işlərinin maliyyələşdirilməsi nəzərdə tutulur. İnnovasiya fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ola­raq investisiya prosesi daha geniş forma alır.

İnnovasiya prosesi aşağıdakı isti­qamətlərdə həyata keçirilir:



  • elmi-texniki proqramların həyata keçirilməsi;

  • iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi məqsədilə məhsuldar qüvvələrin tərki-bində keyfiyyət dəyişiklikləri etmək üçün fundamental tədqiqatların maliyyələşdirilməsi;

  • texnika və texnologiyanın prinsipcə yeni qənaətçil növləri­nin işlənib hazırlanması, yayılması və tətbiqi;

  • ixtiraların və kəşflərin tətbiqinin genişləndirilməsi nəticə­sində istehsalın texniki sə-viyyəsində keyfiyyət dəyişikliklərinin sürətləndirilməsi;

  • iqtisadiyyatin sahələrində yeniliklərin tətbiqi nəticəsində so­sial, iqtisadi və ekoloji sə-mərənin artırılmasının tə­min edilməsi

Qeyd etmək lazımdır ki, innovasiyanın iqtisadi və sosial sə­mərəliliyini təmin etmək üçün innovasiya təyinatlı investisiya re­sursundan istifadə istiqamətlərini müəyyənləşdir-mək lazımdır. Beləliklə, belə maliyyə vəsaitlərindən: yeni məhsul mənimsənil­məsi və bura-xılışı; istehsalın və əməyin texniki silahlanması; is­teh­salın genişləndirilməsi, yenidən qurul-ması və s. məqsədlər üçün istifadə edilməsi daha məqsədə-uyğun hesab edilir.

Eyni zamanda, iqtisadi ədəbiyyatda «ödənilmə» anlayışı tam araşdırılmamışdır. Bir çox iqtisadçı alimlər əsaslı və­sait qoyuluşunun səmərəliliyinin tədqiq edərkən «ödənilmə» an­layışını «xərcin ödənilmə müddəti» anlayışının sinonimi kimi qə­bul etməklə onları eyni-ləşdirirlər. Lakin həmin anlayışların hər biri müstəqil məz-muna malikdir. Belə ki, ödəmə dedikdə, avans olunan resursların ödənil­məsi üçün istifadə olunan vəsait kimi amortizasiya ayrımının (hansı ki, renovasiya məqsədi üçün nəzərdə tutulur), yəni əsas və dövriyyə fondlarının istismarı ilə əlaqədar olaraq isteh-sal prose­sində əldə edilən mənfəət başa dü-şülür. «Xərclərin ödənilməsi» dedikdə isə əldə edilən əsaslı vəsait qoyuluşunun investisiyanın həyata keçirilməsinə yönəldilən məb­lə­ğin həcminə uyğun gəlməsi başa düşülür.

Bazar iqtisadiyyatı şəraitində investisiyanın tam dövriyyəsi o vaxt başa çatmış olur ki, o tamamilə ödəni­lir. Daha doğrusu, in­vestisiya qoyuluşları həcmi ilə müqayisədə buraxılan məhsulun maya dəyərində amortizasiya ayrımının həcmi nəzərdə tutulan məb­ləğə uyğun gəlsin. Əldə edilən mənfəət investisiyanın həc­minə bərabər olsun. Bu halda investisiyanın ödənilməsi (İnv) fai­zini belə hesablamaq olar:

İnvY = (Ma : Yh) ·100, burada

Ma – obyektin istismara verilməsindən başlayaraq mən­fəə­tin artan yekunun məbləği;

İnv – illik investisiyanın həcmi (məbləği).

İnvestisiya silsiləsinin ardıcıllıq mərhələlərini aşağıdakı kimi xarakterizə etmək olar (şəkil 8).

Firmanın (müəssisənin) fəaliyyətinin ən mühüm cəhəti inve­stisiya prosesidir. İnvestisiya layihəsinin realizə edilməsi ona yö­nəldilən əsaslı vəsait qoyuluşu ilə əlaqədardır ki, bu il ərzində firmanın mənfəət almasını təmin etməlidir. Kommersiya təcrübəsində in-vestisiyanın aşağıdakı tiplərini (növünü) bir-birindən fərqləndirmək lazımdır:



  • fiziki aktivlərə investisiya;

  • pul (maliyyə) aktivlərinə investisiya;

  • qline 53line 53eyri-maddi (gözə görünməyən) aktivlərə investisiya.

группа 85



Şəkil 8. İnvestisiya silsiləsinin ardıcıllıq mərhələləri [2]

Fiziki aktivlərə istehsalat binası və tikililər, həmçinin xid­mət müddəti bir ildən çox olan müxtəlif maşın və avadanlıqlar və s. daxildir. Pul (maliyyə) aktivlərinə sahiblərinə, yə-ni fiziki və hüquqi şəxslərə pul vəsaiti əldə etmək hüququ olanlar (məsələn, qiymətli kağız-lar, bank depozitləri və s.) aiddir. Qeyri-maddi aktivlərinə – lisenziyanın alınması, ticarət ni­şanının işlənməsi, işçilərin təhsil alması və ixtisas səviyyəsinin yüksəldilməsi və s. daxildir. İnvestisiyanın real aktivliyinin ha­zırlanması və təhlili hər şeydən əvvəl firmanın qarşısında duran problemin bu növ investisiyanın köməkliyi ilə həll edilməsindən asılıdır. Bu mövqe-dən mövcud bütün müxtəlif investisiyaları aşağıdakı qruplara bölmək olar:



  1. İstehsalın səmərəliliyinin yüksəldilməsinə investisiya qoyuluşları. Bu cür investisiyaların məqsədi firmada xərcin aşağı düş­məsi üçün köhnə avadanlıqların yenisi ilə əvəz edil-məsini, işçi­lərin ixtisas səviyyəsinin yüksəldilməsini, istehsalın və əmə­yin səmərəli təşkilini və s. təmin etməkdən ibarətdir.

  2. İstehsalın genişlənməsində investisiya qoyuluşları. Belə investisiyaların qarşısında duran əsas vəzifə mövcud istehsal pro­sesi miqyasında əvvəlcədən yaranmış bazar üçün əmtəə buraxılı­şının həcminin və çeşidinin genişləndirilməsini həyata keçirmək­dir.

  3. Bu tip investisiyalar yeni müəssisələrin yaradılmasına yö­nəldilir və bunun əsasında çoxçeşidli və yüksək keyfiyyətli əm­təə istehsalı həyata keçirilir ki, bu da firmanın dünya bazarına çıxmasına imkan verir.

  4. Dövlətin idarəetmə orqanlarının tələbatının ödənilməsinə investisiya qoyuluşları. Bu tip investisiyalar o vaxt yaranır ki, firma menecmentin təkmilləşdirilməsi hesabına dövlət təşkilatları­nın tələbatını ödəyə bilmir.

İnvestisiyanın belə təkmilləşdirilməsi hər şeydən əvvəl onun müxtəlif risk səviyyəsi ilə bağlı olmasıdır. İnvestisiyanın tipi ilə onun riski arasındakı asılılıq aşağıdakı sxemlə izah edilir.

Cədvəl 1

İnvestisiyanın tipi ilə risk səviyyəsi arasında əlaqə [2]

TİP 3

TİP 2

TİP 1

TİP 4

Yeni istehsalın yaradılmasına

investisiyalar



İstehsalın geniş­ləndirilmsinə

in­vestisiyalar



Səmərəliliyin yüksəldilməsinə investisiyalar

Dövlət orqanla­rının tələbatı­nın ödənilmə­sinə investisiy­alar

Riskin səviyyəsi yüksəkdir

Riskin səviyyəsi aşağıdır

Qeyd etmək lazımdır ki, hər bir risk amilinin özünün xüsusi çəkisi var və bal hesabı ilə qiymətləndirilir. Buna görə də istər ayrı-ayrı risk amilləri, istərsə də bü-tövlükdə investisiya mühiti miqdarca qiymətləndirilə bilər. Risklər müxtəlif formada təsnif­ləşdirilir. Belə ki, bir çox dünya dövlətləri üzrə hər il amerikan LOPS firması Inteinationess Companu USA tərəfindən dərc edilmiş yeddi cildlik «Publitical Rick Yearbook» adlı kitabında aşağıdakı risklər qiymətləndirilir. Bunlardan: siyasi, maliyyə köçürmləri, ixracat və s. birbaşa investisiyaları göstərmək olar. Burada risklər 12 ball sistemi üzrə qiymətləndirilir. Qeyd etmək lazımdır ki, Amerikan firmaları «Business Environment Rick Inteligence International» və Alman firması «Beri» riskləri 100 ball sistemi ilə qiymətləndirirlər.

İnvestisiya qoyuluşunda istifadə olunan risk anlayışı – poten­sial investor tərəfindən qoyulmuş vəsaitin itirlməsi deməkdir. Risk, hər bir investisiya layihlərinin reallaşdırılması gedi­şində ziyanın baş verməsi və ya layihənin səmərəliliyinin aşağı düşməsi ilə nəticələnən arzu olunmaz halların yaranması imkanı ilə əlaqədar olan qeyri-müəyyənlikdir. Ümumi formada risk – layihənin reallaşdırılmasında əmələ gələn zərər və ya ziyanın eh­timalıdır. Dünya təcrübəsində risk etmənin ənənəvi təsnifatı aşağıdakı sxemdə verilir.

Risk aşağıdakı kimi müəyyən edilir:

R = f (P, L), burada

R – riskli hadisələr

P – riskin əmələ gəlməsi ehtimalı

L – riskli hadisələrin əmələ gəlməsi halında nəticə­nin vacibliyi.

Risklərin idarə edilməsi, layihənin reallaşdırılmasının faktiki gö­stəricilərinin əvvəlcə-dən planlaşdırılmış mənalardan kənarlaş­maların azaldılması məqsədi ilə risklərin monito-rinqi, təhlili və indentivikasiyasını birləşdirən tədbirlər kompleksidir. Sosial-siyasi risk öl-kədə iqtisadi vəziyyətə və xarici kapital itkisinə təsir edə biləcək sosial-siyasi vəziyyətin də-yişmə sə­viyyəsinin nəticəsindən asılıdır.

Cədvəl 2

İnvestisiya qoyuluşunda riskin təsnifatı [2]


Təsnifləşdirmənin əlamətləri

Təsnifata uyğun olaraq risklərin əlamətləri

Subyektlər

- bəşəriyyət üzrə ümumilikdə;

- ayrı-ayrı regionlar, ölkələr, millətlər;

- sosial qruplar, ayrı-ayrı fərdlər;

- iqtisadi, siyasi, sosial və s. sistemlər;

- təsərrüfat sahələri;

- ayrı-yrı layihələr;

- fəaliyyətin növləri.


İnvestisiya növ­ləri

- maliyyə

- investisiya layihələri



Təzahür sferası

- iqtisadi amillərin dəyişməsi ilə əlaqədar olaraq iqtisadi risk;

- respublikanın siyasi mövqeyindən asılı olaraq siy­asi risk;

- sosial şəraitin dəyişməsi (çətinləşməsi) ilə əlaqə­dar olaraq sosial risk;

- ekoloji fəlakətlərlə əlaqədar olaraq ekoloji risk;

- qanunvericiliyin və normativ aktların (bazarın) dəyişməsi ilə əlaqədar olaraq normativ qanunve­rici­lik risk.


Mən­bələri

- konkret subyektə xas olan, onun nəzəriyyəsindən və xüsusiyyətlərindən asılı olaraq qeyri-sistematik risk;

- bazar konyunktrasıının dəyişkənliyi ilə əlaqədar olan sistematik risk, subyekt­dən asılı olmayan tən­zimlənməyən risk;

Sistematik risklər aşağıdakılara bölünür:

a) qanun­vericilik, qiymətin əmələ gəlməsi, normativlər, bazar konyukturası sferasında gözlənilməyən tən­zimlənmə tədbirləri;

b) təbii qəzalar və fəlakətlər;

c) cinayətlər;

ç) siyasi dəyişikliklər.

İnvestisiya prosesi obyektlərinə görə real və maliyyə inve­stisiyalara bölünür.

Real investisiyalar dedikdə, maddi və qeyri-maddi aktivlərə vəsait qoyuluşu başa dü-şülür. Real investisiyalar aşağıdakı qruplara bölünür:

- öz istehsalının səmərəliliyinin yüksəldilməsinə yönəldilən investisiyalar. Bu qrupa əsasən avadanlıqların dəyişdirilməsinə, əsas fondların modernləşdirilməsinə və s. məqsədlər üçün yönəl­dilən investisiyalar daxildir;

- istehsalın genişləndirilməsinə və yenidən qurulmasına yö­nəldilən investisiyalar. Bu qrupa mövcud istehsal çərçivəsində məhsul buraxılışının həcminin artırılması məqsədi da-şıyan inve­s­tisiyalar daxildir;

- şəxsi və xüsusi istehsalın yaradılmasına və ya istehsalda yeni texnologiyanın tət-biqinə yönəldilən investisiyalar. Bu qrupa yeni istehlak bazarına çıxmaq məqsədilə yeni müəssisələrin yara­dıl­masına və mövcud müəssisələrin yenidən qurulmasına yönəl­dilən in-vestisiyalar daxildir;

- dövlət sifarişinin və ya digər sifarişçinin sifarişlərinin ye­rinə yetirilməsi məqsədilə qeyri-şəxsi istehsala qoyulan investi­siyalar.

Maliyyə investisiyaları dedikdə isə müxtəlif maliyyə vasi­tələrinə (aktivlərinə) vəsait qoyuluşu başa düşülür ki, bunların da içərisində əsas yeri qiymətli kağızlara vəsait qoyuluşu tutur. Maliyyə investisiyaları aşağıdakı qruplara bölünür:

1. Qiymətli kağızlara qoyuluşlar (o cümlədən dövlət və qeyri-dövlət).

2. Bank depozitlərinə və sertifikatlara qoyuluşlar.

İnvestisiyalar bir sıra əlamətlərinə görə təsnifləşdirilir (cədvəl 3).

İnvestisiya fəallığı və onun nəticəsi iqtisadiyyatın artan tem­p­lə inkişafına zəruri ilkin şərtlər yaratmaq və ümumilikdə götürüldükdə, investisiya qoyuluşu üçün əlverişli mühitin forma­laşdırılması üçün qarşıya qoyulan məqsədlərin reallaşdırılmasına geniş imkanlar açır. Qeyd etmək lazımdır ki, əlverişli investisiya mühitinin for­malaş­dırılmasına təsir göstərən amillər içərisində siyasi amil mü­hüm rol oynayır. Çünki, respublikamızda iqtisadiyyatın inkişa­fına Bazar iqtisadiyyatı şəraitində investisiya mühitinin forma­laş­ma­sına təsir edən amilləri qruplaşdırılmış formada aşağıdakı sxem­dən aydın görmək olar. İn­­vestisiya qo-yuluşuna olan tələbatın ödənilməsi xarici inve­sti­si­ya­nın cəlb olunmasını tələb edir ki, bu da ilk növbədə ölkə­mizdə si­yasi sabitliyin olması ilə bilavasitə bağlıdır.



Cədvəl 3

İnvestisiyaların müxtəlif əlamətlərə görə təsnifləşdirilməsi [2]

İnvestisiyaların

təsnifləşdirmə əla­mətləri

İnvestisiyanın növləri

Təşkilati forma

İnvestisiya layihəsi: birinci, müəy­yən bitmiş investisiya fəaliyyətinin bir obyektini, ikinci, investisiyanın for­ma­sının reallaşdırılmasını nə­zərdə tutur

Təsərrüfat subyektinin investisiya portfeli, buna bir

investorun investi­siyaları daxildir



İnvestisiya fəaliyyətinin

obyektlə­ri



Əsas fondların yaradılmasına və təkrar is­tehsalına, maddi və qeyri-mad­di ak­tiv­lərə qoyulan uzunmüd­dətli real in­ves­tisiyalar (kapital qo­yuluşları). Döv­riy­yə vəsa-itlərinə qısa müddətli inves­ti­siyalar (mal-material ehtiyatı, qiy­mət­li kağızlar və s.).

Dövlət və qeyri-dövlət qiymətli ka­ğız­la­­rın depozitlərinə maliyyə inve­sti­si­yaları.



İnvestisiya ehtiyatları

üzərində mül­kiyyət forması



Xüsusi investisiyalar

Dövlət investisiyaları

Xarici investisiyalar

Birgə investisiyalar

İnvestisiya qoyuluşunda

iştirakın xarakteri



Bilavasitə maddi obyektlərə birbaşa investisiyalar. Bu zaman investor in­­vestisiya obyektinin və qoyulan və-saitin se­çilmsində iştirak edir. Misal olaraq real investisiyanı göstərmək olar. İnvestisiya fondu və ya maliyyə va­si­təçisinin mövcudluğu ilə xarakte­rizə olu­nan vasitəli investisiyalar. Be­lə in­ves­tisiyalara misal olaraq port­fel in­ves­tisiyalarını göstərmək olar.

Bazar iqtisadiyyatı şəraitində investisiya siyasətinin ən səciyyəvi xüsusiyyətlərindən biri mövcud müəssisələrin texnika ilə təchizinə və yenidən qurulmasına yönəldilən əsaslı vəsait qoy­uluşunda avadanlıq və maşınlar üçün məsrəfin xüsusi çəkisini yüksəltməkdən ibarətdir. Bu istiqamətdə xərclərin getdikcə art­ması əsas istehsal fondlarının yeniləşməsinə səbəb olur.

Müasir dövrdə bu istiqamətdə ölkə iqtisadiyyatında əhə­miyyətli keyfiyyət dəyişik-likləri aparılır. Belə ki, əsas investisiya siyasətinin formalaşmasına diqqət daha da artırılır. İnvestisiya qoyuluşları vasitəsilə iqtisadiyyatın strukturunun təkmilləşdiril­məsində əhəmiyyətli keyfiyyət dəyişiklikləri həyata keçiriləcək­dir. Bu məqsədlə əsasən investisiya siyasə-tinin formalaşmasına diq­qət artırılır, çünki investisiya sferası təsərrüfat mexanizminin təkmilləşdirilməsində mühüm əhəmiyyət kəsb edir.

группа 47


line 83

Şəkil 9. İnvestisiya mühitinin for­malaş­dırılması amilləri [2]

İnvestisiya siyasəti dedikdə, investisiya qoyuluşlarının əsas istiqamətlərini iqtisadiy-yatın aparıcı sahələrində cəmləşdirilməsi üzrə kompleks tədbirləri müəyyən edən təsərrüfat qərarlarının məcmusu başa düşülür. İnvestisiya vasitəsi ilə respublikanın makro və mikro iqtisadiyyatının yüksək inkişafına nail olunur. Eyni zamanda iqtisadiyyatın tarazlığı, onun səmərəliliyinin yüksəldil­məsi və milli gəlirin artımı təmin edir. İnvestisiya siyasətinin ən mühüm vəzifəsi mövcud ehtiyat­lar­­dan səmərəli istifadə etməklə vəsaiti ETT-nin sürətlən­diril­mə­si­ni təmin edən sahələrin xeyrinə yenidən bölüşdürülməsindən iba­rətdir.

Respublikada investisiya prosesinin inkişafına dövlət təsiri­nin gücləndirilməsi məq-sədilə büdcədə investisiya layihələrinə dövlət zəmanətlərinin verilməsi nəzərdə tutulmuşdur. Qeyd et­mək lazımdır ki, 1997-ci ildən etibarən dövlət zəmanətləri üzrə xərclər «Dövlət borcuna xidmət edilməsi» bölməsində öz əksini tapmışdır. Respublikada sabit investisiya mühitinin yaradılma­sında əsas amil ilk növbədə xarici investorlara əlverişli şəraitin təşkil edilməsidir. Respublikaya investisiyanın axıb gəlməsinin ən başlıca sə­bəbi onların bu əmə-liyyatdan lazımi mənfəət əldə etməsidir.

Məhz buna görə xarici investisiyaların cəlb edilməsi investi­siya siyasətində baş ve-rəcək ciddi keyfiyyət dəyişikliklərinin apa­rılmasını tələb edir. Buna görə də respublikada həm investisiya qoyuluşlarının həyata keçirilməsinin ümumi qanunlarının, həm də xarici investisiyaların cəlb edilməsi məsələlərinin həlli bazar münasibətləri şəraitində mühüm zə-ruriyyətə çevrilir.

Dövlətin investisiya siyasətinin əsas məqsədi elmi-texniki nailiyyətlərin tətbiqi hesa-bına, əsas fondların yeniləşdirilməsinin və istehsalın yenidən qurulmasının həyata keçiril-məsinin təmin edilməsidir. Respublikanın investisiya siyasətinin mühüm istiqa­mətlərindən aşağıdakıları göstərmək olar:

- mərkəzləşdirilmiş qaydada maliyyələşdirməni azaltmaqla, onlardan əsasən ümumdövlət obyektlərinin investisiyalaşdırıl­ması üçün istifadə etmək;

- investisiyaları ən çox iqtisadiyatın prioritet sahələrinin in­ki­şafına yönəltmək;

- investisiya resursları bazarını təşkil etmək;

- mənzil tikintisi və digər investisiya layihələrinin reallaşdı­rılması üçün əhalidən topla-nan resurslardan istifadəni genişlən­dirmək;

- investisiya sığortası üzrə hüquqi bazanın yaradılması;

- birgə dövlət – kommersiya maliyyə investisiya layihəsi və o cümlədən, fərdi biznes və MDB ölkələrindən kapitalın cəlb edilməsi;

- investisiya tsiklinin davam etməsi müddətinin qısaldılması.

Respublikamızda xarici və daxili investisiya resurslarının sə­fərbərliyə alınması məq-sədilə ölkə iqtisadiyyatına investisiyanın cəlb edilməsi üçün milli proqram işlənib hazırlanmışdır. Bu pro­qramda xarici və daxili investisiyanın cəlb edilməsinin prinsipləri və mexanizmləri öz əksini tapmış və eyni zamanda, investisiyanın prioritet sferası üzrə əməkdaşlıq və onun səmərəlilik formaları göstərilmişdir.



İnvestisiya fəaliyyətinin obyektləri və subyektləri. Bazar iqtisadiyyatının inkişafı təsər-rüfat subyektlərindən və onların rəqabət qabiliyyətinin artmasından digər tərəfdən isə bi­namik dəyişən iqtisadiyyat şəraitində onların fəaliyyətinin sabit­liyinin və sarsılmazlığının təmin olunmasını tələb edir. Bütöv­lük­də cəmiyyətin və onun ayrı-ayrı təsərrüfat obyekt-lərinin inkişafı maddi nemətlərin geniş təkrar istehsalına əsaslanır ki, bu da milli məhsulun və gəlirlərin artırılmasını təmin edir. Bu artı­mın təmin olunması üçün əsas vasitələrdən biri investisiya fəa­liyyətidir ki, bu da özündə investisiya qoyuluşu prinsiplərini, həmçinin investi­si­yanın reallaşdırılması üzrə praktiki fəaliyyəti əks etdirir.

Bazar iqtisadiyyatının formalaşmasında, onun inkişafında düzgün və səmərəli investi-siya siyasətinin həyata keçirilməsində onun obyekt və subyektlərinin müəyyənləşdirilməsi mühüm rol oynayır. Onu da qeyd etmək lazımdır ki, ölkədə investisiya qoy­uluşları üçün bütün istehsal və sosial sahələr obyektlər hesab edilə bilər. Lakin investisiya qoyuluşunda başlıca məqsəd Res­publikada strateji əhəmiyyət kəsb edən istehsal sahələrinə və bu­nunla bağlı xidmət sferasının, xüsusilə də, ümumilikdə sosial in­frastrukturun yaradılması və son nəticədə lazımi mənfəətin əldə edilməsidir. Odur ki, investisiya fəaliyyətinin obyekti dedikdə, iqtisadiyyatla bağlı bütün sahələrdə əmlak, o cümlədən əsas fond­lar, dövriyyə vəsaiti, qiymətli kağızlar, məqsədli pul əma­nət­ləri, intellektual sərvətlər, elmi-texniki məhsullar və digər mül­kiyyət obyektləri, habelə, əmlak hüquqları və s. investisiya fəaliyyətinin obyekti hesab edilə bilər. Bununla belə, cəmiyyətdə ölkənin qanunvericilik aktları ilə nəzərdə tutul-muş ekoloji, sanita­riya-gigiyena və s. normaların tələblərinə uyğun olmayan, vətən­daşların, hüquqi şəxslərin mənafelərini pozan obyektlərə investi­siya qoyuluşu qadağandır. Beləliklə, cəmiyyətdə investisiya qoy­uluşlarının obyektləri konkret olaraq ölkənin qarşısında duran ictimai-iqtisadi və sosial vəzifələrdən asılı olaraq müəyyənləşdi­rilir. İnvestisiya qoyuluşla-rının müxtəlif obyektlərə sərf edilməsi­nin nəzərdə tutulması maraqlı tərəflərin mənafelərinə tam uyğun formada həyata keçirilir. Öz mahiyyəti etibarı ilə investisiya qoy­uluşları qarşıda duran strateji problemlərin həcmindən, miqyasın­dan asılı olaraq müəyyən müddətlərə nəzə-rdə tutulur. Respubli­kamızda yeraltı və yerüstü sərvətlərdən tam və səmərəli istifadə edil-məsi məqsədilə müxtəlif müddətə, əsasən uzun dövr üçün (30 və daha çox ilə), xarici investisiya qoyuluşları sahəsində, xüsusilə, neft-qaz hasilatı üzrə ikitərəfli müqavilə imzalanmış-dır. Bu da ölkədə nəinki neft-qaz hasilatının güclü inkişafına və ha­belə, ümumilikdə iq-tisadiyyatın strukturunda əsaslı keyfiyyət dəyişikliklərinin baş verməsinə səbəb olacaqdır.

Deməli, respublikamızda xarici inve­stisiya qoyuluşlarının əsas obyektləri düzgün ola-raq neft-qaz sə­nayesi hesab edilmişdir. Xarici investorlar Azərbaycan ərazisində aşağıdakı istiqamətlər üzrə investisiya qoymaq hüququna malik­dirlər:

- Azərbaycan Respublikasında (bundan sonar – AR) müvafiq filialların yaradıl­ması;

- müəssisələrin, binaların, qurğuların, müəssisələrdə iştirak payının, səhmlərin, istiqra-zların və digər qiymətli kağızların və AR-nın qanunvericiliyinə uyğun olaraq digər əmlakın alınması;

- torpaqdan və digər təbii resurslardan istifadə etmək hüqu­qunun alınması;

- borc, kredit, əmlak və digər əmlak hüququnun verilməsi.

Azərbaycan ərazisində fəaliyyət göstərən qanunveri­ci­lik­lə müəyyən edilmiş digər nor-maların tələblərinə cavab ver­məyən və dövlətin hüquq və mənafelərinə zidd olan ob­yekt-lərin yaradıl­ması və istifadəsinin investisiyalaşdırılması qanunla qadağan edi­lir.

İnvestisiya prosesi, investisiya bazarında həyata keçirilir ki, bu da öz növbəsində kapi-tal qoyuluşu bazarını (əsas fond­la­rın tə­krar istehsalı üçün), əmlak bazarını, qiymətli kağızlar bazarını, intellektual mülkiyyət və hüquqlar bazarını, inves­ti­si­ya layihələri bazarını özündə birləşdirən bir sıra müstəqil seqmentlərə bölünür. İnvestisiya fəaliyyətinin ümumi prin­sip­lə­rində bu bazarlar investi­siyaların obyektlərinə görə fərqlə­nir­lər. Bu isə aparılan təhlilin forma və metodlarının iqtisadi səmərəliliyinin qiymətləndirilmə­sini, investisiyanın risklik sə-viyyəsini və etibarlığını müəyyən edir.

İnvestisiya fəaliyyətinin səmərəliliyinin yüksəldilmə­sin­də subyektlərin də düzgün se-çilməsi həlledici amilə malikdir. Məhz buna görə də AR-nın «İnvestisiya fəa­liyyəti haqqında» Qanununda qeyd edilmişdir ki, xarici ölkələrin vətən­daşları və hüquqi şəxslər, vətən-daşlığı olmayan şəxslər, dövlətlər investisiya fəaliyyətinin subyektləri hesab edilə bilər. Mə-lum ol­duğu kimi, investisiya obyektlərinə cəlb edilən maliyyə, maddi və intellektual sər-vətlərin istifadə olunmasına yönəldilməsi üçün müvafiq qərar qəbul edən və həmin qərarlara tam əməl edilmə­sini təmin edən subyektlər investorlar hesab edilir. İnve­storlar, investisiya fəaliyyəti ilə əlaqədar olan əmanətçi, kreditor və alıcı qismində çıxış etməkdə investisiya fəaliyətinin iştirak­çı­sı­nın fun­ksiyalarını yerinə yetirirlər. Mülkiyyət formasından və tə­sərrüfat fəaliyyətinin növündən asılı olmayaraq inves­ti­siya fəa­liyyətinin həyata keçirilməsi sahəsində bütün investorlar eyni və bərabər hüquqlara malikdirlər. AR-nın əra­zi­sin­də investisiya prosesinin həyata keçirilməsi zamanı yara­nan mü­nasi­bətlər «İnvestisiya fəaliyyəti» haqqında AR-nın Qanunu və digər qa­nunvericilik aktları ilə tənzimlənir.

Bütün investisiya fəaliyyəti AR-nın qa­nun­vericilik aktları çərçi-vəsində dövlət tərəfindən tənzimlənir. Hər bir investor müstəqil olaraq investisiya qoyu-luşlarının məq­sədini, istiqamətini və həcmini müəyyənləşdirir və onun həyata keçirilməsin-də nəzərdə tutulmuş müqavilələr əsasında fəaliyyə­t aparır. Adətən, müsabiqə (tender) və hərrac yolu ilə fiziki və hüquqi şəxslər investisiya fəaliyyətinə cəlb edilə bilərlər.

Ölkələrin müvafiq qanunvericilik aktlarına tam uyğun olaraq hər bir investor investi-siya obyektlərinə, onların nəticələrinə sa­hiblik etməklə bərabər, sərəncam vermək, ticarət əməliyyatları həyata keçirmək hüququna malikdirlər. Eyni zamanda, «İnvesti­siya fəaliy-yəti» haqqında AR Qanunda və onun nəticələrinə sahib ol­maq, istifadə etmək hüququnun, həmçi­nin, digər hüquqi və fiziki şəxslərə verilməsi göstərilmişdir. İn­vestorun belə hərəkəti müstəqil qaydada qarşılıqlı müqavilə əsa­sında həyata keçirilir.

İnvestisiya fəaliyyətində subyektlərin də üzərinə bir sıra mühüm vəzifələr düşür. Bu vəzifələrə əsasən aşağıdakıları aid etmək olar:

- nəzarətdə tutulmuş maliyyə vəsaiti, maddi sərvətlər əsa­sında həyata keçirilən investisiyanın həcmi və onun maliyyələşdi­rilmə mənbəyi bəradə yerli banklara və ya maliyyə orqanlarına vaxtaşırı arayış təqdim etmək;

- əsaslı tikinti və icazə tələb edən obyektlər üçün müvafiq dövlət orqanlarından razılıq əldə etmək;

- respublika qanunvericilik aktlarında nəzərdə tutulmuş standartlara əməl etmək;

- investisiya layihələri üçün texnoloji, sanitariya-gigiyena, radiasiya, ekologiya və arxitektura tələblərinə düzgün əməl edil­məsi baxımından ekspertiza rəyi almaq, nəzərdə tutulmuş qay­da­da mühasibat və statistika hesabatları təqdim etmək, haqsız rə­qa­bətə yol verməmək və antiinhisar tənzimlənməsinin tələblərinə əməl etmək;

- xüsusi attestasiya tələb edən iş növlərinin yerinə yetiril­məsi üçün investisiya fəaliy-yətinin iştirakçıları lizensiya almalı­dırlar.

Qanunvericilik aktlarına tam uyğun olaraq bu cür işlərin siy­ahısı AR Milli Məclisi tərəfindən müəyyənləşməklə, onlara lisenziya verilməsi Nazirlər Kabineti tərəfin-dən həyata ke­çirilir. Bütün bunlarla yanaşı, investisiya fəaliyyətinin hər bir subyektləri ara-sında münasibətlərin tənzimlənməsi müqavilələr əsasında həyata keçirilir. İnvestisiya fəaliy-yəti subyektlərinin müstəsna səlahiyyətinə müqavilənin bağlanması, tərəflərin seçilməsi, öh-dəliklərin müəyyənləşdirilməsi və s. daxildir.

Məlum olduğu kimi, investisiya fəaliyyətinin həyata keçi­ril­mə­si şərtlərinə, onun sub-yektlərinin hüquqlarının və qanuni mənafelərinin təminatçısı dövlət hesab edilir. İnvestisiya fəa­liyyətinin subyektləri arasında bağlanmış müqavilənin şərtlərinin dəyişdirilməsinə hər iki tərəfin razılığı olmalıdır. İnvestisiya fəa­liyyəti subyektlərinin işinə dövlət orqanları və onla-rın vəzifəli şəxsləri nəzərdə tutulmuş səlahiyyətlərindən kənar həddə müda­xilə edə bil-məzlər. İnvestisiya qoyulan obyektlərin seçilməsində inves­tor­ların hüquqlarını məhdudlaş-dırmaq olmaz (qanunla müəy­yən­ləş­­dirilmiş hallardan başqa). Bununla əlaqədar olaraq, “İnvestisiya fəa­liyyəti haqqında” Qanunda göstərilir ki, dövlət və başqa orqanlar investorlar və investisiya fəaliyyətinin digər subyektlərinin hü­quq­la­rını pozan aktlar qəbul etdikdə, investisiya fəaliyyəti subyektlərinə dəyən zərəri bu orqanlar tam həcmdə ödəməlidir­lər. Əks halda, onlar zərərin ödənilməsi barədə müva­fiq orqan­lara müraciət etmək hüqu­qu­na malikdirlər.

Beləliklə, investisiya qoyuluşunun obyekt və subyektləri ara­sın­da sıx qarşılıqlı əlaqələr mövcuddur. Başlıca və həlledici amil hər iki cəhəti düzgün qiy­mətləndirməklə investisiya qoyu­luşlarının iqtisadi səmərəliliyinin yüksəldilməsini təmin etmək­dən ibarətdir. İnvestisiya prosesinin subyektləri investorlar, sifarişçilər, iş­lə­ri icra edənlər, investisiya proseslərinin ob-yektlərindən isti­fadə edənlər, həmçinin tədarükçülər, hüquqi şəxslər (banklar, sığorta şirkət-ləri, vasitəçi təşkilatlar, investisiya birjaları) və inve­stisiya pro­sesinin digər iştirakçıları ola bilər. İnvestisiya prosesi­nin ob­yekt­ləri kimi fiziki və hüquqi şəxslər (o cümlədən xarici), həm­çi­nin dövlətlər və beynəlxalq təşkilatlar da çıxış edə bilər.

İnvestisiya prosesinin əsas subyektləri olan investor, xüsusi borc almış və ya cəlb olunmuş vəsaitlərin investisiya şəklində qoyuluşunu həyata keçirir və onların məqsədli istifadəsini təmin edir. İnvestor simasında aşağıdakılar çıxış edə bilər:

- dövlət və bələdiyyə əmlakını və ya əmlak hüququnu idarə etmək səlahiyyəti olan orqanlar;

- yerli fiziki və hüquqi şəxslər, sahibkarlıq birlikləri və digər hüquqi şəxslər;

- xarici fiziki və hüquqi şəxslər, dövlət və beynəlxalq təş­kilatlar.

İnvestisiya prosesinin obyektlərindən istifadə edənlər, inve­storlar habelə, digər fiziki və hüquqi şəxslər, dövlət və bələdiyyə or­qan­ları, xarici dövlətlər və beynəlxalq təşkilatlar ola bilər. İn­vestorlar, in­vestisiya prosesini həyata keçirmək üçün hüquqi və fiziki şəxsləri mü­qavilə (tender) əsasında cəlb edir. İnvestisiya prosesinin sub­yekt­lə­ri arasında istehsal, təsərrüfat və digər qarşı­lıqlı əlaqəni tənzimləyən əsas hüquqi sənəd onlar arasında bağla­nan müqavilədir. Müqavilələrin bağlanması, partnyorların seçilməsi, təsərrü­fat əlaqələrinin hər hansı digər şərtləri və öhdəliklərinin müəy­yən edilməsi yalnız investisiya prosesinin subyektinin ixtiy­arında­dır.

İnvestisiya prosesinin subyektlərinin iki və daha çox iştirak­çıların funksiyalarını bir-ləşdirmək hüquqi vardır. Birgə investisiya qoyuluşunu həyata keçirmək məqsədilə investorların vəsaitlərinin birləşdirilməsinə də yol verilir. İnvestorlar, eyni zamanda əma­nətçi, si­fa-rişçi, kreditor və alıcı rolunda çıxış edə bilər, həmçinin investisiya pro­sesinin hər hansı bir iştirakçısının funksiyalarını yerinə yetirə bilərlər.

İnvestisiya prosesinin həyata keçirilməsində bütün investor­lar bərabər hüquqa malikdirlər. İnvestisiya prosesinin obyekti olan əmlak və əmlak hüquqlarına investisiya qoyuluşu investorun toxunulmaz hüququdur və o qanunla müdafiə olunur. İnvestor in­vestisiyaların həcmini, isti-qamətini, səmərəliliyini müstəqil for­mada müəyyən edir. İnvestorun investisiya obyektlərinə sahib olmaq, onlardan istifadə etmək və onlar üzərində sərəncam ver­mək, o cümlədən ticarət əməliyyatları və təkrar investisiya qoy­uluşlarını həyata keçirmək hüququ var.

Qeyd etmək lazımdır ki, dövlət, mülkiyyət formalarından ası­lı olmayaraq, bütün investisiyaların, o cümlədən, xarici investi­siyaların müdafiə olunmasına zəmanət verir. Bu zaman investor­lar üçün (o cümlədən xarici) investisiyanın idarə olunmasına nail ola biləcək hüquq bərabərliyinin pozulması hallarını istisna edən, bərabər hüquqlu fəaliyyət şəraiti təmin edilir.

İnvestisiya siyasəti və onun elementləri. Qloballaşma və onun ilkin nəticələri belə göstərir ki, XXI əsrdə dünya təsərrüfat sisteminin dinamik inkişafında mühüm rol oynayacaq investisiya axınlarının dövlət və regionlararası idarəedilməsi mühüm rol oynayacaqdır.

İnvestisiyalar mühüm struktur əmələgətirmə vəzifəsini yerinə yetirir və görmək çətin deyildir ki, investisiya siyasəti iqtisadiyyatın perspektiv strukturunun formalaşmasında apa-rıcı rola malikdir.

Kapital qoyuluşlarının təmərküzləşməsi, müxtəlif maliyyələşdirmə mənbələrinin sə-fərbər edilərək daha əhəmiyyətli və təxirəsalınmaz regional problemlərin həllinə yönəldil-məsi struktur – investisiya siyasətinin əsas elementlərindəndir.

Xarici investorlara münasibət çoxsaylı və müxtəlif səviyyəli amillərin təsiri altında formalaşır. Lakin dünyada hazırki iqtisadi reallıq inteqrativ əlaqələrin xüsusilə kapital axını baxımından əlaqələrin intensivləşdirilməsinin əlverişliliyi haqqında ar-qumentlərə malikdir. Belə ki, xarici şirkətlərin iştirakı ölkəyə ən müasir texnologiyanı və müvafiq idarəetmə vər-dişlərini gətirir. Bu, xarici bazara çıxmağı da asanlaşdırır, məşğulluğu artırır və yerli is-tehsalın inkişafına səbəb olur.

Müasir dünyada investisiya prosesi transmilli korporasiyaların iştirakı olmadan demək olar ki, baş vermir. Hazırda investisiya proseslərinin xüsusiyyətlərindən biri odur ki, is-tehsalat və kommersiya fəaliyyəti üçün sadəcə investisiyalar deyil, elmi-texniki innovasiya nailiyyətləri, ətraf mühitə zərər verməyən tullantılarsız texnologiyaları reallaşdıran investi-siyalar tələb olunur. Təsadüfi deyildir ki, investisiya siyasəti elm və texnikanın ən mühüm nailiyyətlərinə əsaslanır. Məhz buna görə də investisiyaların cəlb edilməsi ümumi dövlət siyasətinin ən mühüm istiqamətlərindən biri sayılır.

Ölkəmizin iqtisadi təhlükəsizliyi və tərəqqisi xeyli dərəcədə neft sektoru ilə əlaqədar-dır və bu sahənin inkişafı böyük xarici investisiya qoyuluşları ilə təmin edir. Neft sektorunda layihələrin reallaşdırılması üçün ayrılan böyük maliyyə qoyuluşları zəngin karbohid-rogen resursları hasilatı hesabına ödəniləcəkdir. Təbii ki, bu sahə daha çox investisiyaları geri qaytarmaq imkanındadır. Lakin təbii sərvətlərin hesabına əlvetrişli investisiya siyasəti yeritmək iddiası həmişə özünü doğrultmur. Buna mane olan əhəmiyyətli amillərə: investisiya bazarında kredit riskini aşağı salan qanunvericilik sistemində boşluqları, maliyyə vəsaiti kasadlığını və s. aid etmək olar.

İnvestisiya siyasəti investisiyaların təhlükəsizliyinə yönəldilir ki, bu təhlükəsizlik, investisiyaların investisiya bazarında baş verən proseslərdən asılı olmamasını və gəlirin sabit-liyini nəzərdə tutur.

İnvestisiya risklərin idarə olunması, daha doğrusu, onların aşağı salınması tədbirləri kompleksinin həyata keçirilməsi investisiya siyasətinin mühüm elementidir. Keçid iqtisa-diyyatı ölkələrində investisiya mühiti daha riskli olması ilə səciyyəvidir. Bununla belə, həmin ölkələrdə təbii sərvətlərin, iş qüvvəsinin ucuzluğu kimi amillər xarici investorları cəlb edir. Sirr deyildir ki, yerli qanunvericilikdəki boşluqlar hesa-bına manevrlərdən qazanmaq amili də bu qəbildəndir.

Neft sahəsində maliyyə qoyuluşu və layihələrin gerçəkləşdirilməsində risk ehtimalı çoxdur. İnkişaf etmiş ölkələrin investorları hər bir layihəni “risk – gəlir” nisbəti baxımından qiymətləndirilir və nisbət yalnız sonuncunun xeyrinə olduğu halda onu reallaşdırırlar.

İnvestisiya layihələrinin qiymətləndirilməsi meyarları nəzərdən keçirilərkən, təbii ki, riskin mahiyyətinə və təsnifatına xüsusi diqqət yetirilir. İnvestisiya prosesində problemin aktuallığını və miqyasını, riskin strukturu və mahiyyətini araşdırmaq zərurəti yaranır. Müx-təlif ölkələrdə risk indikatoru və şərtləri müxtəlifdir. Bu problemə differensial yanaşma zə-ruriliyindən xəbər verir. Nüfuzlu beynəlxalq təşkilatlar riskin monitorinqi zamanı aşağıdakı təsnifata üstünlük verirlər: texniki, siyasi, iqtisadi və maliyyə riskləri. Bəzi mənbələrdə kom-mersiya riskləri də ayrıca qruplaşdırılır.

Texniki risk – mineral xammal bazası mövcudluğu halında konkret obyektə qoyuluş-lar üçün səciyyəvi qəbul olunur. Ölkənin biznes mühitinin qiymətləndirilməsində siyasi sa-bitliyi səciyyələndirən siyasi risk anlayışı tətbiq edilir.

İnvestisiya proseslərində qarşıya çıxan maliyyə risklərinin minimallaşdırılması, investisiya siyasətində elmi əsaslandırılmış və reallığa adekvat müddəaların olmasını tələb edir. Keçid dövrü elementləri kimi bu halda maliyyə intizamının bütün maddələrinə ciddi riayət edilməsi, “centlmen sazişləri”nin istisna olunması və s. aid edilə bilər.

İqtisadi risk, məlum olduğu kimi qiymətlərin, inflyasiyanın, tələb və təklif nisbətinin və s. proqnozların əsasında hesablanır. İnvestisiya siyasətində həmin proqnozların metodikası və nəticələrində tənqidi yanaşma təmin edilməlidir.

Siyasi, iqtisadi və maliyyə risk göstəriciləri sosial-iqtisadi risk adını almışdır. Sosial – iqtisadi risk aşağıdakı kimi qruplaşdırılır:



  • çox yüksək risk 0 – 49 ball

  • orta yüksək risk 50 – 59,5 ball

  • mötədil risk 60 – 60,9 ball

  • aşağı risk 70 – 84,5 ball

  • çox aşağı risk 85 – 100 ball.

Qeyri–neft sektoruna diqqəti artırmaq istiqamətində görülən tədbirlərə baxmayaraq AR-nın investisiya siyasətində energetika kompleksinin (xüsusilə neft – qaz bölməsinin) aparıcı mövqeyi qalmaqdadır. Yanacaq – energetika kompleksi siyasi təsirlərə daha çox məruz qalır. Odur ki, bu kompleksin inkişafı nəinki iqtisadi, həmçinin siyasi konsepsiyanın önəmli müddəalarından biri sayılır.

İnteqrasiya proseslərinin səmərəliliyi və intensivliyi tərəfdaşlara münasibətdə xoş mə-ram və qarşılıqlı fayda güdməklə yanaşı, həmçinin əsaslandırılmış siyasət, o cümlədən investisiya siyasəti, mükəmməl hüquqi baza, əlverişli mühitin təşəkkülü üçün digər hazırlıq tədbirləri tələb edir. Məhz bu halda investisiya siyasətinin reallaşdırılacağını, xarici investisiyaların daha əlverişli şərtlərlə cəlb ediləcəyini gözləmək olar.

Təsadüfi deyildir ki, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan “açıq qapı” siyasətinin həyata keçirilməsi və xarici investorların hüquqlarının qorunması ilə bağlı qanunların və normativ aktların qəbul edilməsi iqtisadiyyata qoyulan xarici investisiyaların həcmini artır-mışdır. Lakin bu prosesdə görülən işlər kifayət səviyyədə deyildir. Vəsait qoyuluşunun ça-tışmaması üzündən köhnə yataqlarda hasilatın sabitləşməsi ilə bağlı iqtisadi məsələlərin həll edilməsində bir sıra çətinliklər mövcuddur.

Keçid dövründə investisiya siyasəti məşğulluq mexanizmi ilə bilavasitə əlaqədar ol-malıdır. İşsizliyin, xüsusilə gizli işsizliyin yüksək ixtisaslı neftçi fəhlə və mütəxəssislər ara-sında arzuolunmaz səviyyəsi şəraitində xarici investisiyaların müvafiq imkanları tam ger-çəkləşdirilmir.

İqtisadi siyasətin tərkib hissəsi kimi xarici investisiyaların cəlb edilməsi siyasəti daxili potensialı fəallaşdırmalıdır. Bazar münasibətlərinin təşəkkülünün müxtəlif mərhələlərində bu potensialın gerçəkləşməsinə yanaşma müxtəlif olsa da, ümumi metodoloji yanaşma elementləri də yox deyildir. Xarici investisiyaların cəlb olunması sahəsində iqtisadi siyasətin əsas istiqamətləri aşağıdakı təxirəsalınmaz vəzifələrin həll edilməsinin zəruriliyindən asılı olmalıdır:


  • xarici investorlar üçün əsas hissəsi vergi rejiminin sabitliyi olan hüquqi və təşkilati şəraitin yaradılması;

  • kommersiya risklərinin azaldılması hesabına ölkənin nüfuzunun yüksəldilməsi;

  • potensial xarici investorların axtarılması və cəlb olunması üzrə təşkilatların funksiyalarının vahid dövlət orqanında toplanması və s.

Vergi rejiminin sabitliyini hüquqi və təşkilati şəraitin əsas tərkib hissəsi kimi, yalnız normal bazar mühitində, özü də ciddi qeyd şərtlərlə qəbul etmək olar. Ölkənin nüfuzlu kommersiya risklərinin səviyyəsindən daha çox, siyasi risklərin səviyyəsindən və səciyyəsindən asılıdır. Bütün kommersiya əməliyyatları üçün dövlət zəmanəti və ona yaxın təminatı nəzərdə tutmaq isə keçid dövründə qeyri–real və azad iqtisadiyyat prinsiplərinə ziddir.

İnvestisiya siyasətində dövlətin üstünlük verəcəyi istiqamətlər aşağıdakılardır :



  • xammalın daha dərindən emalı, aztullantılı və tullantısız texnologiyaların geniş tətbiqinə vəsait qoyuluşu;

  • yüksək texnoloji məhsul istehsalında və müasir infrasturkturun inkişafında ölkənin rolunun artırılmasına investisiyaların cəlb edilməsi;

  • xidmət sahələrinin kompleks inkişafının investisiyalaşdırılması və s.

Sözü gedən istiqamətlər milli iqtisadiyyatda həyata keçirilən islahatların səmərəliliyi-ndən, o cümlədən dövlətin investisiya siyasətinin əsaslandırma səviyyəsindən və təminatın-dan asılı olaraq reallaşdırılacaqdır.

Milli iqtisadiyyatda xarici kapitalın cəlb olunması sahəsində dövlətin investisiya siya-sətində rolu aşağıdakı əsas prinsip və istiqamətlər üzrə reallaşdırılmalıdır:



  • konkret layihə üçün xarici investisiyaların cəlb olunmasının daha səmərəli formala-rının istifadə edilməsi;

  • ölkədə xarici investisiyanın sığortalanması və müdafiə edilməsi;

  • xarici investisiyalar üzrə girov əməliyyatının təşkili;

  • xarici investorlara investisiyalaşma şəraiti haqqıında sorğu materiallarının çatdırıl-ması, mövcud investisiya layihələri üzrə məlumat bankının formalaşması;

  • xarici investisiyaların cəlb olunması üçün beynəlxalq konsorsiumlar və lizinq şirkət-lərinin yaradılması;

  • beynəlxalq maliyyə institutları və təşkilatları ilə investisiya əməkdaşlığının inkişafı;

  • ölkədən daşınan kapitalın təhlükəsizlik və maneəsiz qaytarılmasını təmin edən əlve-rişli şəraitin yaradılması;

  • ixracı artırmaq məqsədi ilə ölkədə azad iqtisadi zonaların yaradılması üzrə dövlət proqramının işlənməsi;

  • gələcəkdə xarici investorların valyuta əməliyyatlarının yerinə yetirilməsinin norma və qaydalarının liberallaşdırılması;

  • regionlara xarici investisiyaların axınını gücləndirmək məqsədilə regional investisiya proqramlarının, investisiya layihələrinin işlənib hazırlanması;

  • xarici banklarla əməkdaşlığı genişləndirmək, respublikanın bank sistemi, investisiya layihələri haqqında məlumatı beynəlxalq bank ictimaiyyətinə çatdırmaq, kredit xətlərinin açılmasına çalışmaq.

İnvestisiya portfelinin idarə edilməsi, bankların investisiya siyasətinin mühüm tərkib elementidir. Bunula yanaşı həmin siyasət adı altında, birbaşa və portfel investisiyalarının optimal nisbətinin təmin edilməsi, mənfəətliliyin artırılması, risk və likvidlik səviyyələrinin saxlanılması ilə bağlı əməliyyatlarının reallaşdırılması istiqa-mətləri əhatə olunur.

Bankların investisiya siyasəti, iqtisadiyyatın idarə edilməsində onların rolunun artma-sının müşahidə olunduğu indiki dövrdə həm makro, həm də mikroiqtisadi baxımdan əhə-miyyətlidir.

Milli iqtisadiyyatda xarici investisiyaların axının gücləndirilməsi və onların beynəl-xalq standartlara müvafiqn şəkildə qorunması üçün əlverişli şəraitin yaradılması ölkənin iqtisadi siyasətinin əsas istiqamətlərindəndir və strateji əhəmiyyətli bir istiqamət kimi diqqət mərkəzində olmalıdır. İnvestisiya siyasətinin əsas elementlərindən biri elm tutumlu sahə-lərin inkişafının intensivləşdirilməsi, başqa sözlə, innovasiya-ların dəstəklənməsidir.

İnvestisiya siyasətinin səmərəliliyi qarşı tərəfin, yəni investisiya yönəldən dövlət xarici maliyyə institutlarının məqsədlərindən bilavasitə asılıdır. İnvestisiya siyasəti təbii ki, yığım normasına etnasız qala bilməz.

AR sənayesinin çoxsahəli olmasını nəzərə alaraq, burada struktur – investisiya siya-sətinin aparıcı meyli, xammal – material resurslarının ən yeni texnika və texnologiya əsa-sında emal olunaraq, dünya standartlarına cavab verən yüksək keyfiyyətli, dünya bazarında rəqabətə tab gətirə bilən son hazır məhsul şəkilində ixrac potensialını artırmağa istiqamət-ləndirilməlidir.

Əlbəttə, belə yanaşma təbii ehtiyatlardan istifadənin səmərəliliyi problemini xüsusilə aktuallaşdırır. İnvestisiya siyasəti həmin problemi həll etmək üçün ekoloji təmiz texnolo-giyaların tətbiqinə təkan verir.

Xarici investisiyaların milli iqtisadiyyatın inkişafında müsbət rolu xeyli dərəcədə inve-stisiya siyasətinin sosial yönümündə təzahür edir. Xarici investisiyaların ölkəmizin təbii ehtiyatlarının istifadəsində iştirakının əsas istiqamətlərindən biri kimi əldə edilən mənfəətin əhalinin həyat səviyyəsinin yüksəldilməsinə, xalqın ümumi sərvətlərinin ədalətli bölgüsünə yönəldilməsinin təmin edilməsi olduğu fikri ilə razılaşmamaq mümkün deyildir.


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə