Azərbaycan respublikasi təhsil nazirliyi azərbaycan döVLƏT İQTİsad universiteti


Cədvəl 11 Dünya pul bazarı və dünya kapital bazarının fərqləri [14]



Yüklə 0,59 Mb.
səhifə6/6
tarix27.10.2017
ölçüsü0,59 Mb.
#7004
1   2   3   4   5   6

Cədvəl 11

Dünya pul bazarı və dünya kapital bazarının fərqləri [14]

Meyarlar

Dünya pul bazarı

Dünya kapital bazarı

Kapitalın ixracı

forması


pul (depozit) formasında, yəni beynəlxalq ödəmə vasitəsi kimi

özü geri qayıdan dəyər forma-sında – bank kreditləri və borcları

Kreditlərin müddəti

qısamüddətli (1 ilə qədər)

ortamüddətli və uzunmüddətli xarakter (1 ildən artıq)

Kreditlərin məqsədi

dövriyyə vəsaitlərinin artırılması

əsas kapitalın artırılması

Kreditin tətbiq

edilmə sferası



mübadilə sferası – beynəlxalq ticarətə xidmət göstərmə

genişlənmiş istehsal prosesinə –

tikintiyə, yenidənqurmaya xidmət göstərnə


Dünya bazarının yuxarıda qeyd olunan iki seqmentində borc formasında kapitalın miqrasiyasının əsas forması kimi beynəlxalq kredit çıxış edir. Beynəlxalq kredit borc ka-pitalının beynəlxalq iqtisadi münasibətlər sferasında hərəkətidir və bu hərəkət valyuta və əmtəə resurslarının qaytarma, müddət və ödəmə şərtləri ilə təqdim edilməsi ilə əlaqədardır. Beynəlxalq kredit xarici iqtisadi əlaqələr sferasında aşağıdakı funksiyaları yerinə yetirir [14]:



  • genişlənmiş təkrar istehsalın ehtiyaclarının ödənilməsinin təmin edilməsi üçün ölkə-lər arasında borc kapitalının yenidən bölgüsü;

  • müxtəlif ölkələrdə kapitalın təmərküzləşməsi və mərkəzləşdirilməsi proseslərinin sürətləndirilməsi;

  • nağd pulun kredit pulları ilə əvəzlənməsi və nağdsız kredit əməliyyatlarının inkişafı vasitəsilə beynəlxalq hesablaşmalar sferasında mübadilə xərclərinə qənaət edilməsi.

Beynəlxalq kreditin ilkin formalaşması mərhələsində kredit münasibətləri bilavasitə sərbəst pul vəsaitlərinin mülkiyyətçisi ilə borcalan arasında qurulurdu və ixtisaslaşmış vasi-təçilərin köməyindən istifadə edilmirdi.

Kreditin struktur inkişafı mərhələsi borc kapitalı bazarında kredit-maliyyə təşkilatları qismində ixtisaslaşmış vasitəçilərin meydana gəlməsi ilə xarakterizə edilir. Müasir dünya kredit bazarının əsas subyektləri kimi ölkə hökumətləri, mərkəzi bankları, beynəlxalq və re-gional maliyyə-kredit institutları, transmilli şirkətlər və banklar, pensiya və sığorta fondları çıxış edirlər [14].

Beynəlxalq kreditin çoxçeşidli formalarını kredit münasibətlərinin müxtəlif tərəflərini əks etdirən bir sıra əsas əlamətlərə görə təsnif etmək olar.

Kredit vəsaitlərinin mənbələrinə görə, daxili, xarici və qarışıq kreditləşdirməni fərq-ləndirirlər. Təyinatına görə, beynəlxalq əmtəə və xidmət ticarətinin kreditləşdirilməsinə yö-nəlmiş kommersiya kreditlərini; istənilən digər məqsədlər üçün istifadə edilən maliyyə kre-ditlərini; kapitalın, əmtəə və xidmətlərin ixracının kombinə olunmuş formalarına xidmət göstərmək üçün istifadə edilən qarışıq kreditləri fərqləndirirlər. Növünə görə kreditlər əmtəə (ixracatçılar tərəfindən idxalatçılara verilən kreditlər və ya başqa sözlə kreditlə satış) və val-yuta (banklar tərəfindən pulla verilən kreditlər) kreditlərinə bölünürlər. Valyutasına görə kreditor ölkənin valyutasında verilən kreditləri, borcalan ölkənin valyutası ilə təqdim edilən kreditləri, üçüncü ölkənin valyutasında verilən kreditləri və xüsusi valyuta zənbilinə əsas-lanan beynəlxalq hesablaşma valyuta vahidlərində (məsələn, SDR) verilən kreditləri fərq-ləndirirlər. Müddətinə görə kreditlər həddən artıq qısamüddətli (3 aya qədər), qısamüddətli (1 ilə qədər), ortamüddətli (1 - 5 il), uzunmüddətli (5 ildən yuxarı) kreditlərə bölünür. Kre-ditorun kim olmasından asılı olaraq banklar firmalar tərəfindən verilən özəl kreditləri, hö-kumətlər tərəfindən verilən dövlət kreditləri, beynəlxalq və regional valyuta-maliyyə təş-kilatlarının kreditləri, qarışıq kreditlər fərqləndirilir. Təqdim edilmə texnikasına görə, bey-nəlxalq kreditlər borcalanın hesabına kpçürülən və onun sərəncamına verilən maliyyə (nağd) kreditlərinə; idxalatçı və ya bank tərəfindən trattanın akseptinə əsaslanan aksept kreditlərinə; depozit sertifikatlarına; istiqraz borclarına; sindikatlaşdırılmış kreditlərə və s.-yə bölünür [14].

Dünya maliyyə bazarı qiymətli kağızların və digər maliyyə öhdəliklərinin emissiya edildiyi və alqı-satqısının həyata keçirildiyi dünya borc kapitalı bazarının bir seqmentidir. Buna görə bəzən dünya maliyyə bazarını dünya qiymətli kağızlar bazarı adlandırırlar.

İlkin maliyyə bazarda istiqrazların, səhmlərin və s.-nin bilavasitə emissiyası həyata ke-çirilir, təkrar bazarda isə daha əvvəl buraxılmış qiymətli kağızların mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş (fond birjaları formasında) qaydada alqı-satqısı baş verir.

Dünya kapital bazarının xüsusi həlqəsi kimi avrobazar çıxış edir. Bu bazarda avroval-yutada və onunla əlaqədar olan maliyyə resurslarında depozit-borc əməliyyatları həyata keçirilir. Avrobazar 1960-cı illərin əvvəllərində formalaşıb.

Avrovalyuta dedikdə ölkə-emitentin milli sərhədlərindən kənarda funksiya göstərə bi-lən və dövlət maliyyə orqanları tərəfindən nəzarət edilməyən sərbəst dönərli valyutalar başa düşülür. Dünya maliyyə bazarında borclanmanın əsas alətləri kimi istiqrazlar, səhmlər, avroveksellər və s.-lər çıxış edir [14].

İstiqrazlar korporativ və beynəlxalq borc maliyyələşdirilməsi üsulu kimi özündə kor-porativ və ya şəxsi əmlak əsasında buraxılan və ödənilmə müddəti 3-10 il olan qiymətli kağızları əks etdirir. Istiqrazlar bir neçə növdə olur. Dəyişməz faiz istiqrazları onunla xa-rakterizə olunur ki, o qüvvədə olduğu bütün müddət ərzində, buraxılma günündən ödənilmə gününə qədər, faizin səviyyəsi dəyişmir. Üzən faizli istiqrazlar bazar şəraitinin təsiri altında faiz dərəcsinin dəyişməsi ilə fərqlənir. Dönərli istiqrazlar müəyyən müddətdən sonra həmin qiymətli kağızları buraxan şirkətlərin səhmlərinə dəyişdirilə bilərlər. Varrantlı istiqrazlar də-qiq müəyyən edilmiş müddətdə emitent tərəfindən buraxılan yeni qiymətli kağızları (həm istiqrazlar, həm də səhmlər) əldə etmək hüququ verir.

Səhmlər mülkiyyətçinin şirkətin kapitalında iştirak payını təsdiqləyən və mülkiyyət-çiyə səhmdarların illik yığıncağında səsvermə hüququ verən, şirkətin mənfəətindən divi-dendlər formasında öz payını almağa şərait yaradn qiymətli kağızlardır [14].

Sindikatlaşdırılmış kreditlər borcalanlarla razılaşdırılmış şərtlər əsasında bank konsor-siumları tərəfindən təşkil edilir ki, bu da kreditor qrupunun iştirakçıları arasında risqləri bö-lüşdürməyə imkan verir.

Avrokommersiya qiymətli kağızları 3-6 ay müddətinə beynəlxalq pul bazarının möv-cud baza dərəcəsinə kiçik marja müəyyən edilməsi ilə buraxılan özəl şirkətlərin öhdəlik-ləridir.

Avroveksel avrovalyutada buraxılan veksel, yəni borc öhdəliyidir.

Dünya borc kapitalı bazarı özünün müasir inkişaf səviyyəsində bir sıra xüsusiyyətlərə malikdir.

Bu bazar yüksək dərəcədə inhisarlaşıb. Dünya borc kapitalı bazarında bütün əmə-liyyatları təxminən 1000-ə yaxın bank həyata keçirir, dünya maliyyə bazarında 43 transmilli bank fəaliyyət göstərir, dünya qiymətli kağızlar bazarında 8 maliyyə şirkəti tərəfindən nə-zarət edilir [14].

Dünya borc kapitalı bazarının subyektlərinin qovuşması və birləşməsi vasitəsilə borc kapitalının təmərküzləşməsi baş verir. Son onillikdə banklar maliyyə resursları üzərində kə-sişən sahiblik üsulu ilə rəqabət üstünlükləri əldə etmək üçün yeni strategiya həyata keçi-rirlər. Son illərdə müxtəlif milli banklar beynəlxalq bank konsorsiumları yaradır və bu kon-sorsiumların maliyyə resurslarını idarə etmək seçilmiş bank-menecerə tapşırılır.

Əsas müştərilər kimi hökumətlər, pensiya fondları və digər dövlət orqanları, transmilli şirkətlər, beynəlxalq və regional maliyyə-kredit təşkilatları çıxış edirlər.

Borcalanların dünya borc kapitalı bazarına çıxışı müxtəlifdir. Belə ki, Beynəlxalq Val-yuta Fondunun və Dünya Bankının borcalanları bu bazarda bir sıra üstünlüklərə malikdirlər.

Dünya borc kapitalı bazarı potensial qeyri-sabitliyə malikdir. Bu qeyri-sabitlik valyuta-maliyyə və kredit əməliyyatlarının masştabının artımından, mülkiyyət hüquqlarının ötürül-məsinin sürətlənməsindən, valyuta nəzarətinin liberallaşmasından, bu bazarın iqtisadiyyatın real sektorundan ayrılmasından irəli gəlir [14].

Dünya borc kapitalı bazarında dəqiq ərazi və müddət sərhədləri mövcud deyildir – o fasiləsiz olaraq Şərqdən Qərbə doğru saat qurşaqları üzrə fəaliyyət göstərir. Lakin o eyni zamanda beynəlxalq maliyyə mərkəzlərində müəyyən coğrafi məhəlləşməyə malikdir.

Dünya borc kapitalı bazarı müasir elmi texniki nailiyyətlərlə sıx əlaqədədir: infor-masiya sistemlərinin inkişafı, qlobal bank şəbəklərinin yaradılması (“SWIFT”, “SEDEL”, “REUTERS 2000”) beynəlxalq kredit münasibətlərini həm xidmət göstərilməsi, həm də banklararası əməliyyatların həyata keçirilməsi baxımından keyfiyyətcə yeni mərhələyə çı-xarmışdır.

Dünya borc kapitalı bazarı üçün əməliyyatların universallığı və unifikasiyası xarak-terikdir ki, bu da əməliyyatların həyata keçirilməsi prosesinin və onlar üzrə sənədləşməsnin sadələşməsinə gətirib çıxarır [14].

Beynəlxalq maliyyə mərkəzinin normal funksiya göstərməsi üçün bir sıra şərtlərin olması vacibdir [14]:


  • ölkənin yüksək iqtisadi inkişaf səviyyəsinə malik olması;

  • ölkənin dünya ticarətində aktiv iştirak etməsi;

  • rəqabət qabiliyyətli milli kapital bazarının və inkişaf etmiş bank sisteminin mövcud olması;

  • liberal valyuta və vergi qanunvericiliyi;

  • əlverişli coğrafi vəziyyət;

  • nisbi siyasi sabitlik.

NƏTİCƏ

1. Dünya iqtisadiyyatının qloballaşması müasir inkişafı şərtləndirən və səciyyələn-dirən ən mühüm meyl hesab edilir. Qloballaşmanı elektronika, kompüter texnikası, tele-kommunikasiyalar və rabitə sahələrindəki inqilabi dəyişikliklər vasitəsilə bütün dünyanı əhatə edən, vahid iqtisadi, maliyyə, informasiya, intellektual və humanitar məkanın for-malaşması kimi səciyyələndirən tədqiqatçılar bu prosesin aparıcı iştirakçılar qismində TMŞ və TMB-rı, BVF, ÜTT, Dünya bankı kimi qlobal qurumları və qloballaşmaya əhəmiy-yətli təsir göstərmək imkanına malik dövlətləri görür.

2. Qloballaşmanın ən sürətli inkişaf dairəsi maliyyə sferası hesab olunur. Maliyyə qloballaşması özünü kapitalın dinamkiasının keyfiyyətcə yeni sə-viyyəyə çıxmasında gö-stərir. Maliyyə qloballaşmasının hərəkətverici qüvvəsi isə məhz ka-pitalın beynəlxalq hə-rəkətidir. Maliyyə bazarlarında kapitalın sərbəst hərəkəti üçün maneələrin aradan qaldırıl-ması və tənzimləmə qaydalarının unifikasiyası daha sürətlə gedir.

2. Müasir dünya təsərrüfat əlaqələrinin coğrafi quruluşunda da müəyyən dəyi-şikliklər baş verməkdədir. Belə ki, dünya təsərrüfat əlaqələrinin əsas subyektləri olan sə-nayecə inkişaf etmiş ölkələr bir-birləri iqtisadi əlaqələri daha da dərinləşdirirlər və bu pro-ses özünü inteqrasiya birlikləri çərçivəsində daha aydın göstərir.

3. İnkişaf etməkdə olan ölkələrin dünya mal, xidmət, kapital və işçi qüvvəsi bazar-larında mövqeləri getdikcə güclənir. Müasir mərhələdə dünya iqtisadiyyatında yuxarıda göstərilən meyllərlə yanaşı bir sıra problemlər də müşahidə edilir. Dünya iqtisadiyyatının inkişafında müşahidə edilən əsas problemlərdən biri inkişaf etmiş qərb ölkələri tərəfindən qapalı iqtisadi sistemin formalaşdırılmasıdır.

4. Kapitalın beynəlxalq hərəkəti ölkələrarası xarici iqtisadi və siyasi əlaqələrin güc-lənməsi ilə nəticələndiyi, ölkələrin xarici ticarət dövriyyəsini artırdığı, iqtisadi inkişafı sü-rətləndirdiyi və istehsalın həcmini artırdığı üçün dünya təsərrüfatının inkişafında mühüm rol oynayır. Kapital ixracı istehsal olunan əmtəələrin dünya bazarında rəqabət qabiliyyə-tinin artmasına, idxalatçı ölkələrin texniki potensialının yüksəlməsinə, ölkədə məşğullu-ğun artmasına gətirib çıxarır.

5. Birbaşa xarici investisiya ilə xarici ticarət arasında həm fərqli, həm də ümumi cəhətlər mövcuddur ki, onlar da beynəlxalq iqtisadi münasibətlərin bu iki forması ara-sında qarşılıqlı əlaqəni və qarşılıqlı tamamlanmanı göstərir. Birbaşa xarici investisiyaların və xarici ticarəti aparıcı subyektləri kimi transmilli şirkətlər çıxış edirlər.

6. Qloballaşma dünya inkişafındakı ənənəvi ziddiyyətlərin kəskinləşməsinə, yeni-lərin yaranmasına gətirib çıxarır. Onların arasında kapitalın investisiya şəklində qeyri-bə-rabər bölgüsünə söykənən problemlər də var.

7. Xarici investisiyaların bölgü və həvəsləndirmə funksiyaları güclənmişdir. Buna səbəb beynəlxalq kapital yerdəyişmələrinin əhəmiyyətli artması olmuş, həmçinin birba-şa xarici investisiyaların ölkələr və regionlar arasında bölgüsündəki məqamlardır. Belə ki, siyasi sabitlik, liberal iqtisadiyyat, əhalinin nisbətən yüksək alıcılıq qabiliyyəti və böyük ÜDM kimi amillərin təsiri ilə inkişaf etmiş ölkələr cəlb etdikləri xarici investisiyalar gö-stəricisinə görə əhəmiyyətli üstünlüyə malikdir.

8. Birbaşa xarici investisiyaların genişlənməsi ilə bərabər portfel investisiyaların da əhəmiyyətli dərəcədə artması müşahidə olunurdu.



9. Birbaşa xarici investisiyaların əsas hissəsi əvvəlkitək İEÖ-də cəmləşir. Birbaşa xarici investisiyaların İEOÖ-ri tərk etməsi də rekord səviyyəyə çatmışdır. İEOÖ-rə isə gedən investisiya axınları daha yüksək gəlirli və artım göstəricilərinə malik az sayda öl-kələrə istiqamətlənir. Keçid iqtisadiyyatlı ölkələrin investorlar üçün az maraqlı olması bu ölkələrin iqtisadi, siyasi və hüquqi sahələrindəki islahatların nə ilə nəticələnəcəyinin pro-qnozlaşdırılmasındakı qeyri-müəyyənliklə əlaqədardır. Keçid iqtisadiyyatlı ölkələrin ək-səriyyətində investorların maraq-larının təmin edilməsində, onların hüquqlarının qanun-vericilik və məhkəmələr səviyyəsində zəif müdafiə edilməsi kimi problemlər hələ də qal-maqdadır.

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

  1. Abbasov Ç.M. Azərbaycanın dünya iqtisadiyyatının inteqrasiya yolları. – Bakı: Elm, 2005. – 252 s.

  2. Allahverdiyev H. B., Məmmədov Z. T. İnvestisiya proseslərinin tənzimlənməsi. – Bakı: Игтисад Университети няшриййаты, 2005. – 70 с.

  3. Яллязов Г. С. Игтисад елминин нязяри-методолоъи ясасларынын тарихи инкишафы. Моно-графийа. – Бакы: Игтисад Университети няшриййаты, 2009. – 329 с.

  4. Əzizova G. A. Dövlətin investisiya-innovasiya siyasəti. Dərs vəsaiti. – Bakı: İqtisad Universiteti nəsriyyatı, 2012. – 212 s.

  5. Əliyev A., Şəkərəliyev A., Dadaşov İ. Dünya iqtisadiyyatı: müasir dövrün problem-ləri. Monoqrafiya. – Bakı: Bakı Universiteti nəşriyyatı, 2003. – 455 s.

  6. Əliyev Q. İ. İnvestisiyanın maliyyələşdirilməsi və kreditləşdirilməsi: dərslik. – Bakı: İqtisad Universiteti nəşriyyatı, 2008. – 274 s.

  7. Əliyev T. İ. İqtisadi təhlükəsizliyin təminatinda investisiya siyasətinin rolu və vergi-tutmanin təkmilləşdirilməsi // Azərbaycanın vergi jurnalı. – 2014. – № 5. – С. 135-148.

  8. Эянжийев Э.Я. Бейнялхалг игтисади мцнасибятляр: мцасир вязиййят вя инкишаф проблемляри. – Бакы: Елм, 2005. – 259 с.

  9. Эянжийев Э.Я., Ялякбяров Я.Р., Мяммядова-Эянжийева Л.Э. Трансмилли корпо-расиалар. – Бакы: Елм, 2007. – 192 с.

  10. Эянжийев Э.Я., Ялякбяров Я.Р., Ялийев А. М., Щясянов Н. А. Бейнялхалг игтисади мцнасибятляр. Дярслик. – Бакы: Елм, 2010. – 385 с.

  11. Kərimov C., Orucov A., Kərimova T. Beynəlxalq iqtisadi təşkilatlar. – Bakı: Nurlan, 2008. – 212 s.

  12. Kərimli İ. Beynəlxalq iqtisadi münasibətlərin müasir problemləri. – Bakı: Çaşıoğlu, 2006. – 304 s. .

  13. Məmmədov Ə. C., Seyfullayev İ. Z. Vergi və investisiya mühiti. – Bakı: Regionların İnkişafı İctimai Birliyi, 2013. – 376 s.

  14. Rəsullu R. F. Beynəlxalq İqtisadi Münasibətlər // www.library.atgti.az

  15. Sabiroğlu N. Qloballaşma və xarici investisiyalar. Bakı: Qloballaşan Azərbaycan Sivil İnkişaf Mərkəzi, 2006 – 288 s.

  16. Vəliyev D. Azərbaycanın qlobal iqtisadiyyata inteqrasiyası.  – Bakı: Adiloğlu, 2008. - 428 s.

  17. Абалкина А. А. и др. Мировая экономика: учебник. – М.: Юрайт, 2011. – 589 с.

  18. Авдокушин Е. Ф. и др. Новая экономика. – М.: Магистр, 2009. – 542 с.

  19. Алексеев В. В. и др. Мировая экономика: учебник. – М.: Экономистъ, 2007. – 858 с.

  20. Алексеев В. В. и др. Мировая экономика и международные экономические отношения: учебник. – М.: Магистр, 2008. – 653 с.

  21. Апокин А. Проблема глобальных дисбалансов в мировой экономике // www.institutiones.com

  22. Бажан А. И. Глобальные дисбалансы: содержание и формы // Глобальные дисбалансы и кризисные явления в мировой экономике. – Москва, 2013. – С. 8-25.

  23. Беляев Д. В. Тенденции развития прямых иностранных инвестиций в условиях глобализации // Молодой ученый. – 2013. – № 5. – С. 253-263.

  24. Богомолов О. Т. Мировая экономика в век глобализации: учебник. – М.: Экономика, 2007. – 360 c.

  25. Ведущие экономики мира возвращаются к процессу глобализации // www.ey.com

  26. Гаджиев Ш. Г. Азербайджан на пути к мировому сообществу: стратегия внеш-неэкономического развития. Киев: Експресс-об’ява, 2000. – 504 с.

  27. Глинкина С. П., Куликова Н. В., Фейт Н. В. Прямые иностранные инвестиции в европейских странах с переходной экономикой. — М.: Наука, 2006.

  28. Глобальный поток прямых иностранных инвестиций вырос на 11% // www.habraharb.ru

  29. Гордеев В. В. Мировая экономика и проблемы глобализации. – М.: Высшая школа, 2008. – 406 с.

  30. Горецкий В. В. Инвестиционная стратегия ТНК на глобальном рынке инноваций // Автореферат дисс. канд. экон. наук. Краснодар, 2013. – 23 c.

  31. Гурова И. П. Мировая экономика: учебник. – М.: Омега-Л, 2009. – 391 с.

  32. Диденко Н. И. Международная экономика: учебное пособие. – Ростов-на-Дону: Феникс, 2007. – 783 с.

  33. Зуев В. Н. и др. Глобальное экономическое регулирование: учебник. – М.: Магистр, 2011. – 573 с.

  34. Клинов В. Мировая экономика: прогноз до 2050 года // www.institutiones.com

  35. Куда текут мировые финансовые потоки? // www.woc-org.com

  36. Кудров В. М. Мировая экономика: учебник. – М.: Юстицинформ, 2010. – 509 с.

  37. Кудров, В. М. Мировая экономика: социально–экономические модели развития: учебное пособие. – М.: Магистр, 2009. – 397 с.

  38. Ломакин, В. К. Мировая экономика: учебник. – М.: ЮНИТИ-ДАНА, 2009. – 671 с.

  39. Маричева Н. Н. Глобальные дисбалансы в мировой экономике // Молодой ученый. – 2014. – № 6. – С. 446-448.

  40. Масленников А. А. Глобализация и финансовые дисбалансы в мировой экономике //Глобальные дисбалансы и кризисные явления в мировой экономике. – Москва, 2013. – С. 82-96.

  41. МВФ увидел свет в конце тоннеля // www.habraharb.ru

  42. Мир па рубеже тысячелетий. Прогноз развития мировой экономики до 2015 г. – М.: Новый век, 2001. – 592 с.

  43. Мировая экономика: прогноз до 2020 г. / Под ред. А. А. Дынкина. – М.: Магистр, 2008. – 429 с. С. 197.

  44. Михайлушкин А. И., Шимко П. Д. Международная экономика: теория и практика. – СПб: Питер Пресс, 2008. – 463 с.

  45. Онгоро Т. Н. Прямые иностранные инвестиции в экономику развивающихся стран в условиях глобализации: теоретические и практические проблемы // Автореферат дисс. докт. экон. наук. Санкт-Петербург, 2006. – 36 c.

  46. Плотницкий М. И. и др. Мировая экономика и внешнеэкономическая деятельность: учебное пособие. – Минск: Современная школа: Мисанта, 2011. – 614 с.

  47. По итогам 2013 года страны BRICS получили более 20% общемирового потока ПИИ // www.habraharb.ru

  48. Поляков В. В. и др. Мировая экономика и международный бизнес: учебник. – М.: КноРус, 2009. – 681 с.

  49. Почекина В. В., Богутская О. Р. Капитал и модернизация в мировой экономике. – Минск: Право и экономика, 2011. – 504 с.

  50. Развитые экономики остались без инвесторов // World Economic journal. – www.world-economic.com

  51. Сидорова Е. А. Иностранные инвестиции как фактор становления националь-ной экономики знаний // Автореферат дисс. канд. экон. наук. – Ярославль, 2010. – 26 с.

  52. Сорос Дж. О глобализации. — М.: Эксмо, 2004. – 244 с.

  53. Украине грозит остановка притока инвестиций // www.politica-ua.com

  54. У мировой экономики больше нет лидера // www.vstroike.info

  55. Фаминский И. П. Мировое хозяйство: динамика, структура производства, мировые товарные рынки (вторая половина XX — начало XXI в.): учебное пособие. – М.: Магистр, 2010. – 668 с.

  56. Халевинская Е. Д. Мировая экономика и международные экономические отношения: учебник. – М.: Магистр, 2009. – 364 с.

  57. Хесин Е. С. Глобальные дисбалансы: причины и проблемы коррекции // Глобальные дисбалансы и кризисные явления в мировой экономике. – Москва, 2013. – С. 72-82.

  58. Шоев А. Х., Халимжанов Д. Э., Обидов Р. А. Генезис международной ми-грации капитала в мировой экономике // Молодой ученый. – 2014. – № 9. – С. 335-337.

  59. Шумов Б. Б. Взаимодействие России с участниками рынка глобальных инвестиций // Автореферат дисс. канд. экон. наук. – Москва, 2011. – 25 с.

  60. Щенин Р. К. и др. Экономика Европейского союза: учебник. – М.: КноРус, 2012. – 558 с.

  61. Щенин Р. К. Мировая экономика: учебник. – Москва: РГГУ, 2008. – 479 с.

  62. Щербанин Ю. А. и др. Мировая экономика: учебник. – М.: ЮНИТИ-ДАНА, 2009. – 447 с.

  63. Юнусов Л. А. Прямые иностранные инвестиции в условиях глобализации миро-вой экономики  // Автореферат дисс. докт. экон. наук. Москва, 2009. – 281 c.

  64. Юнусов Л. А. Противоречия и движущие силы процессов глобализации миро-вой экономики // Вестник Российского государственного торгово-экономическо-го университета. – 2009. – № 4. – С. 104-110.

  65. Юнусов Л. А. Прямые иностранные инвестиции и их влияние экономику страны // Вестник Российского государственного торгово-экономического университета. – 2008. – № 6. – С. 73-78.

  66. Юнусов Л. А. Глобализация мировой экономики: понятие и основные этапы // Проблемы современной экономики. – 2008. – № 4. – www.m-economy.ru

  67. Юнусов Л. А. Международное движение капитала в глобальной экономике // Аудит и финансовый учет. – 2008. – № 2. – С. 189-209.

  68. Economic Report of the President. Transmitted to the Congress February 2007. - Washington: United States Government Printing Office, 2007. – 358 p. P. 288. // www.prometeus.nsc.ru

  69. UNCTAD. Handbook of Statistics 2012. UNITED NATIONS. N. Y.; Geneva, 2012. // www.unctad.org

  70. UNCTAD. Handbook of Statistics 2009. UNITED NATIONS, N. Y.; Geneva, 2009. // www.unctad.org

  71. IMF. Balance of Payments Statistics Yearbook // www.imf.org

  72. World Data. Long-term Forecasts on EIU Country Data and Market Indicators & Forecasts // www.alacra.com

  73. World Investment Prospects Survey 2008-2010. United Nations. // www.unctad.org

  74. World Investment Report 2011. New York and Geneva: UNCTAD, 2011. // www.unctad.org

III. İnternet resurslar

  1. www.forbes.com

  2. www.imf.org

  3. www.oecd.org

  4. www.unctad.org

  5. www.woc-org.com



1 PMI (Purchasing Managers Index) – tədarük menecerlərinin indeksi

2 WOC; UNCTAD


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə