Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 436,54 Kb.
səhifə5/7
tarix23.09.2017
ölçüsü436,54 Kb.
#1220
1   2   3   4   5   6   7

2.3 Neft gəlirlərinin istifadə olunması istiqamətləri

Dövlət Neft Fondu vəsaitlərinin xərc istiqamətləri aşağıdakı kimidir:

-Qaçqın və məcburi köçkünlərin sosial-məişət və məskunlaşmaları ilə bağlı məsələlərin maliyyələşdirilməsi;

-Azərbaycanın 2016-cı ilin dövlət büdcəsinə transfert xərcləri;

-Samur-Abşeron suvarma kanalının yenidən qurulmasının maliyyələşdirilməsi

-Bakı-Tbilisi-Qars yeni dəmir yol layihəsinin maliyyələşdirilməsi;

-2007-2015-ci illər Azərbaycan gənclərinin xarici dövlətlərdə təhsili üzrə Dövlət Proqramının maliyyələşməsi;

-Cənub Qaz Dəhlizi layihəsində Azərbaycanın iştirak payının maliyyələşdirilməsi.

Azərbaycan Respublikasının Prezidentinin “SOCAR Türkiyə Ege” Neft Emalı Zavodunun layihəsində Azərbaycan tərəfin iştirakının dəstəklənməsiylə bağlı əlavə tədbirlər haqqında 2013-cü il 4 fevral tarixli 2698 nömrəli Sərəncamına uyğun olaraq nizamnamə kapitalı 1,9 mlrd ABŞ dolları təşkil edən layihənin səhmlərinin 40%-i (760 mln ABŞ dolları) Fond tərəfindən maliyyələşdirilir. 2013-də Fond tərəfindən layihənin maliyyələşməsinə 475 mln ABŞ dolları (372,6 mln manat) vəsait ayrılmış, qalan 285 mln ABŞ dolları (223,5 mln manat) həcmində hissəsi 2014-cü ildə ödənmişdir. Neft Fondu tərəfindən layihədə Azərbaycanın iştirak payına düşən hissəsi (760 mln ABŞ dolları) tam olaraq

Cədvəl 4. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2014-cü il üzrə xərc istiqamətləri





Xərc istiqamətləri

Xərclərin məbləği

(milyon manat)

İcra faizi

Təsdiq olunmuş

Faktiki

1.

Qaçqınlar və məcburi köçkünlərin sosial məişəti və məskunlaşması məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi

300,0

300,0

100,0


2.

Azərbaycan Respublikasının 2014-cü ilin dövlət büdcəsinə transfert

9 337,0

9 337,0

100,0

3.

Samur-Abşeron suvarma sistemi yenidən qurulması layihəsinin maliyyələşdirilməsi

80,2

80,2

100,0

4.

Bakı-Tbilisi-Qars yeni dəmir yol layihəsinin maliyyələşdirilməsi

132,3

57,1

43,1

5.

2007-2015-ci illər Azərbaycan gənclərinin xarici ölkələrdə təhsilin üzrə Dövlət Proqramının maliyyələşdirilməsi

33,7

33,5

99,4

6.

Azərbaycan Respublikasındabütün yaşayış məntəqələrinə çıxış imkanları yaradan yüksək sürətli fiber-optik şəbəkənin qurulması layihəsinin maliyyələşdirilməsi

100,0

0

0,0

7.

Neft-Qaz və Neftkimya Kompleksi tikintisi layihəsində Azərbaycanın iştirak payının maliyyələşdirilməsi

285,00

0

0,0

8.

Türkiyə Respublikasında “Star” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycanın iştirak payının maliyyələşdirilməsi

223,6

223,5

100,0

9.

“Şahdəniz” qaz-kondensat yatağı istismarının ikinci mərhələsi,Cənub Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri layihələrinin idarə edilməsini təmin etmək məqsədi ilə yaradılan qapalı səhmdar cəmiyyətinin dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsi

40,1

40,0

99,7

10.

ARDNF-nin idarə edilməsi ilə bağlı xərclər

58,1

45,9

79,0




Cəmi xərclər

10 590,0

10 117,2

95,5




Büdcədənkənar xərclər




1 611,9



maliyyələşdirilmişdir. 2014-cü ildə Dövlət Neft Fondunun 80,2 mln manat məbləğində vəsaiti Samur-Abşeron suvarma kanalının yenidən qurulması

layihəsinin maliyyələşdirilməsinə yönəldilmişdir. 2006-2014-cü illərdə ümumilikdə layihənin maliyyələşməsinə 1149,6 mln manat vəsait cəlb edilmişdir. Layihənin sifarişçisi Meliorasiya və Su Təsərrüfatı (AMST) ASC-nin sifarişi əsasında 2014-cü ildə ayrılan vəsaitin 21,48 mln manatı Taxtakörpü su anbarının Su Elektrik Stansiyasıyla birgə tikintisinə, 11 mln manatı Taxtakörpü-Ceyranbatan su-kanalının tikintisinə, 3,27 mln manatı Vəlvələçay-Taxtakörpü kanalının tikintisinə, 2,59 mln manatı “Taxtakörpü su anbarın tikintisi” obyekti üzrə yanaşma yolların tikintisinə, 0,5 mln manatı layihə işçi qrupun saxlanmasına, 0,68 mln manatı “Şimal çaylarında sugötürən qurğuların və nəqledici kanalların tikintisi” obyekti üzrə işçi-layihə və tender sənədlərin hazırlanmasına, 22,66 mln manatı həmin obyektin tikintisinə, 4,63 mln manatı “Şabran, Siyəzən və Xızı rayonların su ilə təminatı” obyektinin texniki layihəsinin və tender sənədlərinin hazırlanmasına və 13,41 mln manatı Xızı rayonu ərazisində mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi və SAK sisteminə birləşdirici kanalın tikintisi çərçivəsində görülən işlərə ayrılmışdır. Samur-Abşeron suvarma sisteminin yenidən qurulma layihəsi çərçivəsində Taxtakörpü su anbarının, Vəlvələçay-Taxtakörpü və Taxtakörpü-Ceyranbatan su-kanallarının tikintisi başa çatdırılmış və ölkə prezidentinin iştirakıyla 28 sentyabr 2013-cü il tarixdə açılış mərasimi keçirilmişdir. AMST ASC–nin 08 may 2014-cü il tarixli 019Ü N-li əmriylə Dövlət Qəbul Komissiyası yaradılmış və Komissiyanın 12 noyabr 2014-cü tarixli aktıyla Taxtakörpü su anbarı su elektrik stansiyası ilə birgə tikintisi, Taxtakörpü su anbarına yanaşan avtomobil yollarının tikintisi, Vəlvələçay-Taxtakörpü, Taxtakörpü-Ceyranbatan kanalları istismara qəbul edilmişdir.

Əsas məqsədi Trans-Avropa ilə Trans-Asiya dəmir yolları şəbəkələrini birləşdirmək, yüklərin və sərnişinlərin birbaşa Azərbaycanın, Gürcüstanın və Türkiyənin ərazilərindən keçməklə Avropaya və Asiyaya çıxarılmağını təmin etmək olan layihə çərçivəsində Türkiyə ərazisindən 76 km və Gürcüstan ərazisindən keçən 26 km uzunluğunda olan Qars-Axalkələki dəmir yol xəttinin tikintisi və Gürcüstanın ərazisində 160 km uzunluğunda Axalkalaki-Marabda yolunun reabilitasiyarekonstruksiyası işlərinin həyata keçirilməyi nəzərdə tutulur. Bakı-Tbilisi-Qars dəmir yol layihəsinin maliyyələşdirilməsi üçün Neft Fonduna 2014-cü il büdcəsindən 72,7 mln ABŞ dolları və ya 57,1 mln manat vəsait yönəldilmişdir. Ümumilikdə 2007-2014-ci illər ərzində layihənin maliyyələşməsinə 536,6 mln ABŞ dolları vəsait ayrılmışdır.

Azərbaycan Respublikasının Prezidentinin 25.02.2014 tarixli Sərəncamı ilə “Şahdəniz” qaz kondensatı yatağı istismarın 2-ci mərhələsi, Cənub Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəmər və Trans-Adriatik

Boru Kəmər layihələrinin idarə olunmasını təmin etmək məqsədiylə ARDNŞ tərəfindən nizamnamə kapitalı 100 mln ABŞ dolları məbləğində olan və səhmlərin 51%-i dövlətin mülkiyyətində, 49%-i isə ARDNŞ-ın mülkiyyətində olan “Cənub Qaz Dəhlizi” qapalı səhmdar cəmiyyəti qurulmuşdur. Sərəncamın 2.1.-ci bəndi ilə Cəmiyyətin birbaşa dövlətin mülkiyyətində olan səhmlərinin maliyyələşməsi Dövlət Neft Fonduna, dövlət mülkiyyətində olan səhmlərin sahibliyi və idarə olunması İqtisadiyyat Nazirliyinə tapşırılmışdır. Dövlət Neft Fondu tərəfindən Cəmiyyətin birbaşa dövlətin mülkiyyətində olan hissəsinin maliyyələşməsini təmin etmək məqsədilə 40 mln manat (51 mln ABŞ dolları) məbləğdə vəsait 2014-cü ildə İqtisadiyyat Nazirliyinin hesabına köçürülmüşdür.

Dövlət Neft Fondu tərəfindən “Qara qızılı - insan kapitalına” çevirmək

ideyasının reallaşdırılmasına yönəldilmiş “2007-2015-ci illər Azərbaycan gənclərinin xaricdə təhsil üzrə Dövlət Proqramı”nın maliyyələşməsini həyata keçirir. 2014-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişlərinə əsasən Dövlət Neft Fondundan Dövlət proqramının maliyyələşdirilməsi məqsədilə ayrılmış ümumilikdə 33,5 mln manat vəsaitin 16,5 mln manatı yaşayış, 15,2 mln manatı təhsil, təqribən 1 mln manatı yol, 0,5 mln manatı tibbi sığorta, 0,3 mln manatı viza və qeydiyyat və digər xərclərin ödənilməsinə yönəldilmişdir. 2008-2014-cü illər ərzində Dövlət Neft Fondu tərəfindən bu proqramın maliyyələşdirilməsinə ümumilikdə 121,3 milyon manat məbləğində vəsait ayrılmışdır. 31 dekabr 2014-cü il tarixinə Neft Fondunun vəsaitləri hesabına xaricdə təhsili maliyyələşdirilən tələbələrin ümumi sayı 2867 nəfər təşkil edir.




III Fəsil. Neft gəlirlərindən səmərəli istifadə edilməsinin dövlət mexanizminin hazırlanması istiqamətləri və qeyri-neft sektorunun inkişafı perspektivləri

3.1 Qloballaşma şəraitində Azərbaycanın neft gəlirlərinin səmərəli istifadəsinin dövlət mexanizminin təkmilləşdirilməsi məsələləri

Neft gəlirlərinin vəsaitləri ölkə iqtisadiyyatının ümumi maraqlarını nəzərə almaqla, digər prioritet sahələrin də inkişafına yönəldilməsi ən vacib məsələ kimi aktual olaraq qalır. İstənilən halda bu məsələdə bir çox iştirakçıların mərkəzləşmiş, qarşılıqlı fəaliyyətlərinin mexanizmi nəzərə alınmaqla həyata keçirilməlidir. Bu da təbiidir, çünki, təbii ehtiyatlarımızın istifadəsindən əldə edilən vəsaitlərin bölüşdürülməsi ciddi nəzarət altda saxlanılmalıdır ki, onun itkisinə yol verilməsin.

Neft gəlirlərindən istifadənin prioritet istiqamətlərinin müəyyən olunması və buna görə paylanmanın mərkəzləşdirilmiş mexanizmlərinin yaradılması Azərbaycan üçün olduqca vacib məsələlərdən biridir. Neftdən əldə edilən gəlirlərin iqtisadiyyatın digər vacib sahələrinə yönəldilməsi, qeyri-neft sektorunda əlavə istehsal müəssisələri açmaq yolu ilə yeni iş yerləri yaratmaq, bir sözlə, əhalinin sosial müdafiəsi tədbirlərinin daha da gücləndirilməsi özünün iqtisadi siyasətində prioritet məsələ kimi nəzərdən keçirilir. Neft hasilatı Azərbaycan üçün son məqsəd deyil, bu, iqtisadiyyatı inkişaf elətdirmək üçün bir vasitədir. “Regionların sosial-iqtisadi inkişaf Dövlət Proqramı 2014-2018-ci illər” təsdiq olunması haqqında fərmanlarında da neftdən əldə edilən gəlirlərdən milli iqtisadiyyatın çoxqütblü inkişaf naminə,səmərəli istifadə olunması məsələsinə mühüm yer ayrılmışdır. Bu fərmanlarda əsas qayə ölkədə sahibkarlığın inkişafını sürətləndirmək yolu ilə, əmək ehtiyatlarından, təbii resurslardan səmərəli istifadə olunmaqla yeni iş yerlərinin açılmasına, yoxsulluğun səviyyəsinin azaldılmasına nail olmaqdır. Regionların iqtisadi inkişafında olan ləngliyi aradan qaldırmaq məqsədiylə imzalanan bu fərmanda iş adamlarının fəaliyyətlərinə mane ola biləcək bürokratik amillərin aradan götürülməsi müvafiq icra strukturlarının qarşısında əsas vəzifələrdən biri kimi qoyulmuşdur. Qısa müddət ərzində ölkədə 75 mindən çox yeni iş yerlərinin açılması fərman və sərəncamlar, həyata keçirilən əməli-praktik tədbirlərdə uğurlu nəticələrin təzahürüdür. Ümumiyyətlə, son 11 ildə, yəni 2004-2014-cü illər ərzində işsizlərib sayı 44%, yoxsul əhalinin sayı isə 7,1 dəfə azaldılmasına nail olunmuşdur. Neft gəlirlərindən iqtisadi transformasiya üçün istifadə olunması, onun idarə edilməsi və ehtiyatlarının təkrar istehsal olunması problemləri ilə bağlıdır.

Neft gəlirləri ölkənin iqtisadiyyatında yığılıb qalan problemlərinin həllinə yönəldilməlidir. Ölkənin məhdud təbii ehtiyatlarının olmasına baxmayaraq, dövlət himayəçilik siyasəti hesabına iqtisadi yüksəlişə nail olmağa çalışır. Dövlətin tənzimləyici rolu hesabına yüksək inkişaf tempinə çatmış, Cənub-Şərqi Asiya dövlətlərindən fərqli olaraq, bizdə bu daha qısa müddətdə öz bəhrəsini verəcək. Bu isə strateji məsələlərin həllinə şərait yaradacaq. Neft Fonduna daxil olan pul axımı zəmanətsiz pul emissiyasına imkan verəcək, ölkə iqtisadiyyatına xarici investisiyalara tələb olmadan, yeni maliyyə mənbələri axtarmadan, iqtisadiyyatın prioritet sahələrinin inkişafı, zəruri vəsaitlərin ayrılmağı məsələlərinin həllinə imkan verəcək.

Neft gəlirləri potensial imkanlarının onun strateji rolu ilə qiymətləndirilir. Onun sahə, ərazi, funksional məqsədlərə görə bölünməsi respublika iqtisadiyyatının makroiqtisadi proqnozda səmərəli təşkili və bu proqnozların reallaşmasında neft gəlirlərindən maksimal istifadə istiqamətləri ilə ölçülür. Digər yandan gəlirlərin inteqral səmərə gətirməsi qabiliyyəti kimi rifah və tələbatın ödənilməsi dərəcəsinin maksimumlaşdırılmağına doğru atılan addımlar ilə, yaxud artım tempiylə ölçülür. Gəlirlərin diferensial səmərəsi hər bir kontingent, eləcə də bazar subyekti olaraq ayrı-ayrı sahibkarlıq növlərinin, həmçinin məhsul və xidmət növlərinin dəyişmə meyli kimi də qiymətləndirilir.

Neft gəlirlərindən Azərbaycan iqtisadiyyatının ayrı-ayrı sahələrinə məqsədli kapital qoyuluşları, qlobal inkişaf meyilləri və bazarın qorunması konsepsiyasıyla bağlıdır.

Dövlət hazırda iqtisadiyyatın bütün sahələrinin rekonstruksiya edilməsi layihələrinin maliyyələşdirilməsi üçün kifayət qədər investisiya ehtiyatlarına malik deyil. Bu baxımdan neft gəlirlərindən səmərəli istifadə olunması perspektiv imkanları artırır.

Neft sektoru dövlətin və əhali gəlirlərinin formalaşmasında əsaslı bölgü və yenidən bölgüsü mexanizmlərinin vasitəsiylə formalaşır və dərinləşir. Neft gəlirlərinin istehlak və yığım məqsədiylə bölündükdə təkrar istehsalı prinsipi gerçəkləşir. Hazırda mövcud olan istehlak ilə perspektiv gəlirlər arasında keçidin forması və məzmunu, onun bölgü və yenidən bölgü mexanizmlərinin effektini göstərir. Neft sənayesi heç də hamını ələbaxımlığa çevirməməlidir. O, yalnız perspektiv gəlirlərin formalaşması üçün ilkin kapital rolu oynamalıdır. Əgər Azərbaycan iqtisadiyyatında istehlak sferasında neft gəlirlərindən istifadə olunsa, onda perspektiv gəlirlərin mənbəyi azala bilər. Buna görə də neft gəlirlərinin səmərəliliyi onun perspektiv gəlirlərlə olan rolu ilə ölçülür. Bugün Azərbaycanda neft gəlirləri dövlət büdcəsinin Dövlət Sosial Müdafiə Fondunun qaçqınlar və məcburi köçkünlər üçün birdəfəlik xərc kimi, və müntəzəm maliyyə mənbəyinin oynadığı kimi onun özünün təkrar istehsalı bölgü sistemində olan qlobal və məhəlli proporsiyaları meydana gətirir. Xarici və daxili investisiyaların dəyişmə meyli gəlirlərin bölgüsünün xarakterini müəyyənıəşdirir.

Neft gəlirlərinin istifadə olunmasından əvvəl onun həcmi və artımını nəzərə alması yolu ilə qorunması üsullarının daha səmərəli variantlarını tərtib etmək metodologiyasını yaratmaq vacibdir. Neft gəlirlərin həcmi və onun məqsədli istifadə olunması ölkə iqtisadiyyatının kompleks inkişaf və strateji məqsədləri əsasında özünün spesifik xüsusiyyətlərini kəsb edir. Bunun artım tempinə uyğun olub istifadə tempin artırmaq və onun istifadə zamanı əldə olunan effekti dünya banklarında saxlanmasından qazanılan gəlirlərin çox olması məqamlarını da qiymətləndirmək vacibdir. Bugün ölkədə kredit resursu kimi həmin vəsaitin istifadəsi mümkün ola bilər. Ancaq qərarlaşmamış bazar münasibətləri şəraitində və mövcud bazar seqmentlərində özünün əmtəə və xidmətlərinin təklifini formalaşdırmaq şəraitində bu vəsaitin istifadəsi, zənnimizcə, riskli addım olardı. Buna görə də neftin ilkin amili onun istehsal həcmini maksimumlaşdırmaqdır.

Neft məhsullarının istifadə olunmasının istiqamətləri, onun gəlirlərinin artımına səbəb olur. Yəni ki, istifadə marketinq strukturu, kommersiya mənfəəti baxımdan müxtəlif gəlirlər gətirir. Enerji resurslarının alınması və onlara olan tələbatların artması neft məhsullarının enerji hasilatı üçün təyinatı artırır. Bu da onun istifadəsində maksimal gəlir gətirən sahələrin seçilməyi variantlarını tapmağa imkan verir. Azərbaycanda mazutun enerji alınmagı üçün istifadəsi, onun satılıb, digər ölkələrdən qaz alınmaqla enerji tələbatını ödəməkdən baha başa gəlir. Ona görə də sahibkarlığın inkiçafında neft və neft məhsullarının istifadəsi istiqamətinin müəyyən edilməsi, onun təşəbbüsü və həmçinin təsərrüfatçılıq fəaliyyətinin səmərəli təşkili formasından xeyli asılıdır.

Neft gəlirləri başqa sahələrin gəlirləri kimi dövlət gəlirlərinin tərkib hissəsidir, onun formalaşma və istifadəsində bölgü prinsiplərin seçilməsi, dövlət ehtiyaclarının ödənməsi, ölkənin davamlı iqtisadi inkişafını təmin etmək, həm də özünün iqtisadi potensialını və sahə ehtiyatlarını ödəmək vəzifələri durur. Buna görə də neft gəlirlərinin mənbəyi və onun istifadəsi heçdə kommersiya gəlirləri deyil, onun yaranması və istifadəsi ümummilli strateji məqsəd olduğu üçün, onun istifadəsində sosial ədalət və cari tələblərilə perspektiv tələblər arasında optimal nisbətlər tənzimlənməlidir. Bunu da vurğulamaq lazımdır ki, ümumi daxili məhsulun formalaşmasnda ölkə iqtisadiyyatının sahə quruluşu əsas rol oynadığı kimi, neft sektoru sənaye məhsulu və hasilat sənayesi olmaqla ölkənin maliyyə potensialının formalaşmasında aparıcı rol oynayır. Neft gəlirləri ölkə büdcəsinin tərkib hissəsi olub vergi, sosial ödəmələr və əməkhaqqı mexanizmləri vasitəsi ilə bölgü və yenidən bölgü sistemində iştirak edir. Neft sahəsinin vergi gəlirləri əlavə dəyər vergisi, mənfəət vergisi və həmçinin əmlak vergisi verməklə dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərinin əsas tərkib hissəsini təşkil edir. Neft Fondunun idarə olunması onun istifadəsinin potensial imkanlarını yaradır. Neft gəlirlərinin bir hissəsi əməkhaqqı sistemində öz subyektini dəyişməklə işləyənlərin əməyinin dəyərinə verilir. Xarici firmalarda yerli əhalinin iş qüvvəsindən istifadə etməklə əməkhaqqı verilməsi həmin gəlirlərin əhali vasitəsi ilə ölkənin maliyyə balansına daxil olmağa səbəb olur. Ona görə də respublika ərazisində neft gəlirləri, dövlətin mülkiyyətində olan potensialdan və həmçinin istifadə üçün verilən

xarici ölkələrin payından daxilolmalar ilə müəyyənləşir. Respublika alıcılıq qabiliyyəti məhz həmin gəlirlərin respublikada xərclənən hissəsi ilə ölçülür.

Neft gəlirlərinin sosial mahiyyəti orada işləyənlərin həyat səviyyəsi və hər bir nəfərə görə adambaşına neft gəlirlərinin miqdarı ilə ölçülür. Bu rəqəm, əlbəttə , heç də ələbaxımlıq və istehlak tələbatını ödəməklə digər sahələrin inişafını dayandırmamalıdır. Buna görə də onun istifadəsində yığım və istehlak arasında optimal nisbət tədqiq olunmalı, əgər neft gəlirlərinin investisiya məqsədi ilə istifadəsi, onun müəyyən potensial mənimsənilməsi dövründən sonra iqtisadi artımını təmin edəcəksə, təbii ki, bu meyillər proqnozlaşdırmada və bölgü prinsipində öz yerini saxlamalıdır. Daha çox üstünlük, məhz səmərəli investisiya istiqamətlərinə verilməlidir. İstehlak əhəmiyyətli istiqamətlərdə gəlirlərin istifadəsini sosial infrastruktur layihələrinə qoyulan kapital qoyuluşu ilə daha səmərəli hesab etmək olar. Digər əsas istiqamət, əhalinin aztəminatlı və yoxsul təbəqələrinin minimum yaşayış səviyyəsi həcmində istehlak tələbatını ödəmək üçün xərcləmək istiqaməti ola bilər.

Neft gəlirləri istehsal sahəsində və neft məhsullarının reallaşmasının, həmçinin neft hasilatında iştirak edən şirkətlərin və sahələrin ödəmələri, yaxud birbaşa iştirakı vasitəsilə əldə olunan gəlirlərin hesabına yaranır. Neft sahəsi Azərbaycan Respublikasında dominant rol oynamaqla, tutumuna və təsərrüfat əlaqələrinə görə mühüm yer tutur. Ölkə iqtisadiyyatının makroiqtisadi artım tempi, tarazlı inkişaf dinamikası və sosial müdafiə tədbirləri neft gəlirləri hesabına ödənir. Neftin iqtisadi və sosial rolu onun sahələr arası proporsiyalarını, infrastruktur sahələrinin və maliyyə potensialının formalaşması ilə özünü göstərir. Respublikanın islahatlar proqramı, yoxsulluğun ləğvi və İqtisadi İnkişaf Proqramı, Regionların Sosial İqtisadi İnkişafı Dövlət Proqramı neft potensialının cari və perspektiv istifadə istiqamətlərini müəyyənləşdirir. Ümumi daxili məhsulun sahə strukturunda dəyişmə, sahələrin istehsal həcminin artımı, həmin sahələrə qoyulan faktiki kapital qoyuluşu və gətirilən maddi resursların artımı ilə formalaşır.

Neft gəlirlərinin makroiqtisadi tələb, tarazlı inkişaf vəziyyətinin möhkəməndirilməsiylə, onun infrastrukturunu geninləndirmək yolu ilə yeni iş yerlərinin açılması, və ya həmin sahədə işləyənlərin əməkhaqqlarının və sosial müdafiəsinin gücləndirilməsi tədbirlərini əhatə edir.

Makroiqtisadi tarazlıq məqsədilə ölkədə büdcə gəlirlərin və Neft Fondunun əlaqələrinin qurulması, neft gəlirlərinin bölgüsü ilə büdcə xərclərinin təkrar istehsalı, və ya texnoloji quruluşu və sahələr üzrə təsnifata uyğun bölgüsü mexanizmləri tətbiq edilir. Mexanizmlərin seçilməsi, onların dəyişmə meyilləri və idarəedilmə strategiyası, normativ hüquqi və iqtisadi bazası, məhz qlobal inkişaf strategiyasına əsaslanır. Neft Fondunun büdcə vasitəsi ilə istifadəsi hələ qərarlaşmamış bazar iqtisadiyyatı şəraitində əlavə xərclərin artmağına və maliyyə pozuntularına gətirib çıxarda bilər. Buna görə də onun büdcə daxilolmaları şəklində təsdiqi və ona nəzarət məqsədi ilə əsaslandırılmış xərc strukturuna görə Neft Fondundan büdcəyə vəsait ayrılır. Bu ayırma Neft Fondunun gəlir və xərclərində, dövlət büdcəsinin ayrıca sətri ilə gəlirlərində prioritet istiqamətləri nəzərə almaqla xərc strukturunun sahə və funksional təsnifatı üzrə bölüşdürülür. Təbii ki, bu bölgüdə büdcənin özünün reallığı, şəffaflığı və onun real sektora yaxın olması mühüm şərait olması ilə təsir edir. Beləliklə neft gəlirləri dövlət büdcəsinin gəlirləri və büdcə vasitəsilə xərclərinin transformasiyasında alternativ variantlar, yaxud elmi əsaslarla proqnozlaşdırılmış meyillər əsas rol oynayır. Nəticədə bu son effektə təsir edir. Büdcə xərclərinin strukturuna neft gəlirlərinin investisiya və yaxud istehlak məqsədyilə bölgüsü, və ya müdafiə olunan xərclərin yaxud restruktizasiya və modernləşdirilməsi xərcləri arasında nisbətlər sonrakı neft gəlirlərini ayırma meyilini və onun səmərəliliyini müəyyən edir.

Neft gəlirlərinin artırılması amili olaraq kompleks sahələrin ahəngdarlığının ixtisaslaşma səviyyəsi ilə yanaşı sistem bağlılığı ilə bağlıdır. Ona görə də iqtisadi mexanizmlərin inkişafı və onların real sektorun xüsusiyyətlərinə uyğun transformasiyası digər sahələrin mənafeyini təmin etməlidir. Buna görə də neft sektorunda gəlirlərin artırılması xarici amillərlə yanaşı həmin sahə daxilində resursların bir-birini əvəz etməsinin optimal variantının seçilməsi və neft sənayesində əməkhaqqı ilə onun maddi resurslarının arasında stimullaşdırma mexanizmləri tətbiq olunmalıdır. Bu baxımdan ölkənin iqtisadi sahələri arasında əməkhaqqı sistemi neft gəlirləri ilə onun mənfəət norması arasında olan nisbətlə, həm stimullar oyatmaq, həm də sahədaxili maddi əşya strukturu ilə işçi qüvvəsinin təkrar istehsalı arasındakı nisbətlər optimal olmalıdır.

Neft gəlirlərinin saxlanması respublikada Neft Fondu vasitəsilə reallaşır. Neft Fondunun idarəolunmasından gələn gəlirlərin də müəyyən variantları ola bilər. Təbii ki, Azərbaycanın iqtisadi transformasiya və restruktizasiya istiqamətləri bu fondun istifadəsində mövcud prioritetləri müəyyən edir. Neft Fondunun istifadəsi bir çox risklərlə bağlıdır. Əgər riski böyük olan sahələrə Neft Fondunun vəsaitləri cəlb olunarsa onun sosial-iqtisadi effekti barədə təminat vermək mümkün olmaz. Neft Fondunun istifadəsində sosial müdafiə tədbirləri və birbaşa ayırmalarına ayrılan vəsait ünvanlı xarakter daşımaqla sosial normativlərə əsaslanır. Respublikada Neft Fondu gəlirləri və xərcləri üzərindəki nəzarət büdcə vasitəsi və prezident yanında yaradılan Şuranın vasitəsi ilə idarə olunur. Respublikada neft gəlirləri və onun istifadəsi imkanlarının ÜDM-un tərkib hissəsi kimi təkrar istehsal və təsərrüfat əlaqələri neft sektorunun aparıcı olması prioriteti ilə müəyyənləşir.

Neft gəlirlərinin artması ilə ölkə üçün əsas inkişaf və səmərəli sahə olan ticarət və xidmət sahələrinin inkişafına beynəlxalq ticarəti, turizmi və dövlət lizinq şirkətlərini aid etmək olar. Dünya iqtisadiyyatının sərfəli inkişafı bir sıra amillərdən asılıdır. Bu amillərin içərisində ən başlıcasından biri ölkələr arasında ticarət əlaqələrinin inkişafıdır. Dünya iqtisadiyyatının bir vahid orqanı kimi inkişaf edib genişlənməsi üçün ölkələr arasında hərtərəfli əməkdaşlığın yaranması tələb olunur. Ticarət, ölkələr arasında yeni texnika və texnoligiyaların, elmi kəşflərin, qabaqcıl təcrübələrin öyrənilməsində böyük rol oyanyır. Bugün Azərbaycan dünya ölkələri ilə sərbəst əməkdaşlıq etmək imkanı qazanmışdır. Ölkədə aparılan iqtisadi islahatlar təsərrüfatın başqa sahələrində olduğu kimi xarici ticarətdə də öz təsirini göstərmişdir. Belə ki, Azərbaycanın ticarət dövriyyəsinin həcmi əvvəlki dövrdə başlanan meyillərə uyğun olaraq artmaqda davam edir. Neft sənayesinin inkişafı ilə bağlı olaraq son illər əsas ticarət tərəfdaşlarımızın sırasına ABŞ, İngiltərə, Fransa, İsrail, Rusiya, Almaniya, Niderland və s. Avropa ölkələri qatılmışdır. İxracın bu ölkələrə artması, eyni zamanda da əks istiqamətdə bu ölkələrdə istehsal olunan malların ölkəmizə gətirilməyinə şərait yaradıbdır. Azərbaycanın şirkət və iş adamları dünyanın onlarla dövlətləri ilə ticarət əməliyyatları aparırlar. Azərbaycanın regionda tutduğu əlverişli geostrateji mövqeyi, təbii ehtiyatlar, iqlim və eləcə də inkişaf etdirilmiş infrastruktura malik olması xarici şirkətlərin ölkəmizə gəlməsinə imkan yaradır.

Bu məqsədlə müvafiq ərazilərdə, xüsusilə Xəzər dənizi sahillərində, dünya standartlarına uyğun müasri otellərin, istirahət zonalarının tikintisi, ekoparkların salınması mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə Xəzər dənizi adalarında kurort zonalarının, xidmət sahələrinin qurulmasına şərait yaratmaq, onların sürətli inkişafına anil olmaqdır. Bu layihələrin gerçəkləşəcəyi vaxt çoxlu yeni iş yerlərinin açılmasıma səbəb olacaq ki, bu da respublikada işsizliyin aradan qaldırılmasında mühüm rol oynayacaq. Bunların inkişafında vəsaitin Neft Fondundan ayrılması məqsədəuyğun olar. Bu sahəyə diqqəti artırmaq yolu ilə və ixrac xidmətlərini genişləndirməklə ölkəyə xeyli valyuta axınının artmasına nail olmaq olar. Ticarət əlaqələrinin inkişafı son nəticədə Azərbaycanın inteqrasiya sisteminə daxil olmasını sürətləndirir. Belə ki, dünya bazarına çıxmaq üçün istehsal məhsullarının və xammalın keyfiyyətinin yaxşılaşdırılması elmi-texniki tərəqqiyə uyğun olaraq texnoloji proseslərin modernləşdirilməsi və dünya ticarət birliyinə daxil olması cəhdləri yaradır. Bu məqsədlə dövlət lizimq şirkətlərinin yaradılması əsas metod kimi qəbul olunur.

Qeyd etmək lazımdır ki, Neft Fondu nəzdində müxtəlif elmi-tədqiqat institutlarının bazasında səhmdar (vençur) müəssisələri yaratmaq yaxşı olardı. İnkişaf etmiş ölkələrdə bu səhmdar şirkətlər elmi-tədqiqatların nailiyyətlərinin dünya texnologiyaları bazarına ixracında aparıcı rol oynayırlar. Bundan başqa, texnoparklar və texnolji müəssisələrin yaradılması məqsədəuyğun olardı. Bununla əlaqədar, neft gəlirləri hesabına elm və texnika üzrə respublikada mövcud təşkilatı iqtisadi idarəetmə orqanları və onların idarə edilməsi mexanizmləri bazar tipli modellər və metodarla tənzimlənməlidir.

Kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və yeyinti sənayesinin inkişafı Azərbaycan Respublikası üçün neft gəlirlərinin istifadə sahəsi və onun bölgüsü mexanizmidir.

Hər hansı bir ölkə daxilində baş verən istər sosial, istər iqtisadi və istərsə də siyasi proseslərin əsasını istehsal təşkil edir. İstehsal əsasında ərzaq məhsullarının həlli əsas yerlərdən birini tutur. Ərzaq məhsullarının əldə edilməsinin əsas mənbəyi kənd təsərrüfatıdır. Kənd təsərrüfatı ölkə əhalisini ərzaqla təmin etməklə yanaşı, ölkənin əhalisinin məşğulluq məsələlərini həll edir və xarici iqtisadi əlaqələri, xüsusən də xarici ticarətin inkişaf etdirilməsində mühüm rol oynayır. Dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda dakənd təsərrüfatının inkişaf etdirilməsi üçün əlverişli şərait vardır. Bunun üçün ölkənin təbiəti, münbit torpaqları, meşələri, coğrafi ərazisinin quruluşu və iqlim şəraiti buna əsas verir.

Belə bir faktı göstərmək lazımdır ki, respublikada kimya və neft-kimya sənayesinin inkişafı formalaşmış potensialın iqtisadi dövriyyəyə cəlb edilməsini sürətləndirməklə, regionun beynəlxalq ticarət əlaqələrini və kimya sənayesi məhsullarının ixracını artırmaqla əhalinin məşğulluğunu bərpa edə bilər.

Bu sənaye sahəsinin inkişafında Sumqayıt-Propilen, Polietilen, Neftçala Yod-Brom və başqa zavodların işə salınmasıdır ki, bunun üçün əsas xammal növü neft fraksiyası və kondensatlardır. Neft-kimya sənayesinin inkişafı konsepsiyası yerli xammaldan maksimum istifadə olunmaqla, ölkəmizdə məhsul bolluğunu yaratmaq və sənaye sahələrinə lazım olan azot birləşmələri, sintetik liflər, konstruksion materialları ilə təmin etmək olar. Bu baxımdan ölkədə neft-kimya sənayesinin inkişafı, benzin fraksiyasının pirolizi nəticəsində və neft emalı zavodlarından alına karbohidrogenlərin emalı və ölkəmizinn təbii sərvətləridir ki, bu da Azərbaycan iqtisadiyyatına neft dollarlarının artan axınına şərait yaradacaq.

Qeyd etmək lazımdır ki, neft gəlirlərinin sahələr üzrə prioritetlərinin seçilməsi hər bir sahənin sosial-iqtisadi effekti ilə ölçülür. Ona görə də neft gəlirləri, həmçinin mülkiyyət münasibətlərində asılı olmayaraq biznes sektoruna, kreditlər və maliyyə lizinqi, yaxud lizinq formasında istifadə edilə bilər. Maliyyə lizinqini neft gəlirlərinin hesabına iqtisadi fəaliyyəti stimullaşdıran xidmət sferası təşkil etmək yolu ilə inkişaf etdirmək olar. O cümlədən, sahibkarlığa kömək məqsədilə ünvanlı kredit, ayrı-ayrı regionların iqtisadi potensialını istifadə etmək üçün lokal proqramlar və biznes planların səmərəsinə uyğunneft gəlirləri istifadə edilə bilər. Həmçinin turizmin inkişafı, yeni aparatların alınması, müalicə-profilaktika tədbirləri üçün kreditlər verilməlidir.

Neft sənayesinin perspektivi neft emalı və onun səmərəli təşkili üsullarının səmərəsi ilə də formalaşır. Struktur dəyişmələr, neft hasilatı və tsiklində olan modernləşdirmə stimulları və həyata keçməsi mərhələlərinin hər birinin xüsusi effekti və kompleks effektiylə ölçülür. Bu baxımdan struktur səmərə ardıcıl olmaqla sahədaxili proporsiyaların uzlaşması, istehsal, emal və satış arasında gəlirlərin bölgüsü və kapital qoyuluşunda bir-birini tamamlayan vahid səmərə siyasəti keçirilməlidir.

Bugün Azərbaycan iqtisadiyyatına investisiya qoyan strateji investorlar yalnız xammal mənbələrinə maraq göstərirlər. Onların heç biri emal müəssisələrinin yenidən qurulmağına maraq göstərmirlər. Bu da gələcəkdə həmin investorların inhisar niyyətinə gətirib çıxarda bilər. Bu baxımdan neft sektoru klassik nümunə ola bilər. Neft konsorsiumunun iştirakçılarında hələ heç biri bugünə kimi neft emalı müəssisələrinin tikintisinə və ya yenidən quraşdırılması haqqında öz arzularını bildirməmişdir. Azərbaycan iqtisadiyyatının neft sektorunda inhisar niyyətinə yol verilməməsi üçün yalnız ölkənin milli emaletmə sənayesini bərpa etmək lazımdır. Neft gəlirlərinin yarıdan çoxunun bu sahəyə yönəldilməsi məqsədəuyğun olar. Biz belə hesab edirik ki, idxalı əvəz edən və ixracyönümlü sənaye sahələrinin inkişafının təmin olunması üçün neft gəlirlərinin prioritet müəssisələr arasında müsabiqə yolu ilə paylanması vacibdir. Müsabiqədə iştirak edəcək müəssisələr, məsələn, istehsal etdikləri məhsulun çox hissəsini xarici bazarlarda realizə etməli, yerli xammal ehtiyatlarından maksimum istifadə etməlidir. Bütün sahələrin inkişaf olunması və əhalinin istehlak tələbatının ödənilməsi qaz sənayesinin perspektivi ilə bağlıdır.

Azərbaycan iqtisadiyyatının aparıcı qollarından biri də qaz sənayesidir. Qaz- ən ucuz və ən təmiz yanacaq növü olaraq respublikamızda istilik-energetika sisteminin formalaşmasında başlıca yer tutur. Ölkəmizdə çox böyük təbii qaz yataqları vardır. Bunların araslnda ən böyüyü 1999-cu ildə dənizdə kəşf olunmuş Şahdəniz yatağıdır. Onun ehtiyatı, xarici ekspertləri fikrincə, 1.4 mlrd ton neft vahididir. Ümumiyyətlə, ölkədə təbii qaz ehtiyatı 1.0-1.1 trilyon kub/m miqdarında, proqnoz 1.7-2.5 trilyon. Azərbaycan iqtisadiyyatının gələcək sabit inkişafı üçün qaz sənayesinin yenidən qurulmağı və kəşf edilən yataqların istismarına başlamaq vacibdir. Bu işlərə lazım olan vəsaiti Neft Fondunun gəlirləri hesabına etmək olar. Gələcəkdə bu qazın dünyanın müxtəlif bazarlarına çıxışından gələn gəlir hesabına ölkə büdcəsinin sabit inkişafına öz müsbət təsirini göstərəcəkdir.

Belə ki, bu gün Avropa birliyinə daxil olan 15 ölkənin bazarlarında qaza olan tələbat 223 mln ton neft vahidi təşkil edir.

Xarici ticarət balansı malların ixracı, xidmət sektorunun dövriyyəsi, digər xidmətlərdə neft sektorunun rolu qiymətləndirilir. Neft sektoru respublikada multiplikasiya effekti rolu oynamaqla ümumi tarazlı və perspektiv inkişaf üçün əsas yaradır. Neft gəlirlərinin proqnozlaşdırılması uzunmüddətli dövr üçün daha adekvatdır. Proqnozlar respublika daxili və xarici amilləri nəzərə almaqla reallaşır.

Milli iqtisadiyyatın inkişafı olduqca mürəkkəb elementlərdən ibarət olan vəzifələrin yerinə yetirilməsinə sistemli yanaşılması və bu proseslərdə işlək, effektli, məhsuldar mexanizmlərin tətbiqini şərtləndirir. Dövlət sadəcə siyasi və iqtisadi prioritetləri müəyyən etməklə milli iqtisadiyyatın dayanıqlı inkişafını təmin edə bilməz. Bu prosesdə ardıcıllıq prinsipi qorunmalı, milli iqtisadiyyatın milli maraqlar çərçivəsində dayanıqlı inkişafına konseptual yanaşma təmin olunmalı, prioritet fəaliyyət istiqamətləri müəəyənləşdirilməli və onların reallaşdırılmasının səmərəli mexanizmlərini hazırlanmalıdır.


Yüklə 436,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə