Azərbaycan respublikasi təhsil nazirliyi sumqayit döVLƏt universiteti



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə16/17
tarix14.01.2018
ölçüsü0,55 Mb.
#20798
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   17

Avtandil Ağbaba 

47 


Türk xalqlar

ının mifoloji düşüncəsində bir sıra kultlar- əcdad, 

dağ,  ağac,  Boz  qurd,  at  və  s. mövcuddur.  İlk  əcdadlar zooantropo-

morf t


əbiətə malikdir. 

Dağa  mifik  baxış  onun  əcdad kimi qavranılmasına  səbəb 

olmuşdur.  Türk  xalqlarının  əksəriyyəti Bodun-İnli,  Altay,  Alaş, 

Sağcaq və s. dağları müqəddəs bilib, onlara tapınmışlar.  Qədim türk 

mifoloji düşüncəsində bütün dağ zirvələrinin sahibi Altay ruhu hesab 

olunmuşdur. Altay əsatirlərində dağlar canlı varlıqlar kimi göstərilir. 

Türkl

ərin ilkin təsəvvürlərinə  görə  Qaf  dağı  dünyanın  bütün 



dağlarının  anası  sayılır.  Bütün  dağlar  yeraltı  damarlar  vasitəsilə 

müxt


əlif yerlərdən Qaf dağına bağlıdır. Türk mifoloji düşüncəsində 

ilk 


əcdadlar uca zirvələrin, yüksək dağların sahibi sayılmış, əvvəlcə 

zoomorfik,  sonrakı  dövrlərdə  isə  antropomorfik xüsusiyyətlər 

qazanmışlar. 

Q

ədim türklərin  inancına  görə  ağac  dünyanın  mərkəzidir. O, 



yerl

ə  göyü bir-birinə  birləşdirir,  xalqların  ulu  babalarının  anası, 

analar anası hesab olunur. İnsanla (nəsil) ağac (əcdad) arasında sıx 

əlaqə  vardır.  “Nəsil  ağacı”  simvolu  bu  baxımdan  ən qədim 

simvollardan  biri  sayılır. Ağac  kultu  bütün türk  xalqlarında  olduğu 

kimi, Az


ərbaycan mifologiyasında da geniş yayılmışdır. 

Türk tarixinin 

ən qədim dövrlərindən  başlayaraq  Boz  qurd 

bolluq,  uğur,  öncüllük  rəmzi  sayılmışdır. Bununla əlaqədar Göy 

türkl

ərlə əlaqəli bir sıra mifoloji mətnlər mövcuddur. Boz qurd türk 



xalqları arasında  göylərin türkləri mühafizə  etmək üçün göndərdiyi 

sakral  heyvan  kimi  qavranılmışdır.  Köçəri türklər  arasında  geniş 

yayılan Boz qurd mifləri zaman keçdikcə Boz qurd dastanları kimi 

formalaşmış,  Göy  türklərin dövründə  isə  qurd  əcdad-xilaskarlıq 

r

əmzi kimi dövlət  atributlarından  biri  hesab  olunmuşdur. 



Ümumiyy

ətlə, Boz qurd qədim türklərdə  əcdad,  əcdad-xilaskar, 

xilaskar  funksiyalarını  daşımışdır.  O,  ayrı-ayrı  torpaqların,  tək-tək 

f

ərdlərin deyil, Tanrı torpaqlarının, bütün etnosun qoruyucusudur.  



Q

ədim türklərə görə, at yer üzündə ən ulu, ən təmiz varlıqdır. 

Türk mifoloji sistemind

ə  təbiətin dörd ünsürünün  -  od, su, torpaq, 

havanın  yaranmasında  atın  müstəsna  rolu  vardır.  İgidlərin  atlarının 

göyd


ən,  işıqdan  gəlməsi barədə  inamlar  geniş  yayılmışdır.  Qədin 

zamanlarda atlar mifik dünya il

ə bağlı olmuş, ağ və boz rəngli atlar 

kutsallıq,  uğur  simvolu  sayılmışdır.  Bir  sıra  miflərdə  atın  sudan, 

işıqdan  çıxması,  eləcə  də  qanadlı-  yel  atları  haqqında  ilkin 



Mifologiya 

48 


t

əsəvvürlər  başlıca  yer  tutur.  Türklərin  bir  sıra  dastanlarında- 

“Maaday Qara”, “Manas”, Kitabi-D

ədə-Qorqud”, “Koroglu” və  s. 

əsərlərdə  at kultu ilə  bağlı  mifoloji  düşüncə  sistemi mühafizə 

edilm


əkdədir. 

Bunlardan 

başqa, qədim türk mifologiyasında quş onqonu da 

geniş  yayılmışdır.  Simurq,  Hüma,  Göyərçin, Səməndər  quşu,  Qırğı 

v

ə  s.  quşlar  ilkin  mifoloji  təsəvvürlərlə  bağlı  olub  sakral 



xüsusiyy

ətlər  daşımışdır.  İyirmi  dörd  oğuz  boyunun  hər birinin 

özün

əməxsus onqonu olmuşdur. 



 

İnsanın yaranması 

(Altay türkl

ərinin əfsanəsi) 

 

Tanrı  insan  biçimində  yeddi  şəkil düzəltmişdi.  Hamısına can 



(qut) verib yeddi kişi yaratdı. Ayrıca dörd dənə də qadın yaratmışdı. 

Bu qadınları insan oğlunun dördü ilə evləndirdi. Yerdə qalan üç kişi 

qadınsız  qaldı.  Onlar  gəlib  tanrıya  şikayət etdilər.  Amma  tanrı  heç 

oralıq olmadı, nə onlara cavab, nə də qadın verdi. Sözsüz ki, bu üç 

kişi boş dayanmadılar, qadınların ətrafında dolanmağa başladılar. Nə 

oldusa, bel

ə oldu, insan oğlu vəfasız oldu. Qadınların vəfasızlığı da 

el

ə buradan qalmışdır. Axırda o üç kişi də necəsə üç qadın tapdılar. 



Evl

əndilər,  üç  oğulları  oldu.  Digər  dörd  adamın  da  dörd  qızı 

olmuşdu. Onları bir-biri ilə evləndirdilər. Amma qızlardan biri ərsiz 

qaldı.  Kişilərdən  biri  onu  arvadının  üstünə  almış,  buradan  da  çox 

qadınla evlənmək adəti (poliqam) meydana gəlmişdir. Amma kişilər 

bu 


ərsiz  olan  qızı  almaq  üstündə  mübarizə  apararkən  vəfasız 

olmuşlar. Kişilərin vəfasızlığı da burdan qalmışdır. 

 

Dünya nec

ə yarandı 

(Yakut 


əfsanəsi) 

 

Böyük  Ağ  yaradan  Ürüng  Ayığ  Toyon  lap  əvvəldən böyük 



d

ənizin üzərində  yüksələndə  dayanıb-durarkən suyun üstündə  üzən 

bir köpük gördü. Tanrı durdu və köpükdən soruşdu: “Sən kimsən?” 

Köpük tanrıya baxıb dedi: “Mən bir şeytanam, lap suyun dibindəki 

yerd

ə  yaşayıram.”  Tanrı  şeytana  üz  tutub  dedi:  “Bilmirəm sözün 



doğrudurmu?  Suyun  altında  yer  var?  Elədirsə, o yerdən mənə  bir 

parça torpaq g

ətir!”.  



Avtandil Ağbaba 

49 


Şeytan  dənizə  daldı,  xeyli  vaxt  keçdikdən  sonra  şeytan 

göründü.  Əlində  bir  az  torpaq  var  idi.  Tanrı  qara  torpağı  ondan 

alaraq, 

əlində  tutub  baxdı,  torpağı  təqdis etdi və  suya  atdı.  Sonra 

Şeytan düşündü ki, bu tanrını necə suda batırım, boğulsun. Lakin elə 

bu vaxt torpaq böyüyüb 

ətrafa  yayılmağa  başladı.  O  sərtləşdi, 

b

ərkidi. Dənizin böyük bir hissəsi həmin torpaqla doldu. 



 

Sual v

ə tapşırıqlar 

 

1.



 

Hansı  türk  tayfalarının  köçü  daha  davamlı  və  əhəmiyyətli 

olmuşdur? 

2.

 



Türk mifologiyasını səciyyələndirin. 

3.

 



Türk mifologiyasının əsas mənbələri hansılardır? 

4.

 



Tanrıçılıq  dedikdə  nə  başa  düşürsünüz?  Qədim türklərdə  tanrı 

daha hansı adlarla adlanmışdır? 

5.

 

Tanrı mənşə etibarilə hansı miflərlə bağlıdır? 



6.

 

Türkl



ərin mifoloji sistemində  hansı  yaradılış  dastanları  geniş 

yayılmışdır? Bu barədə danışın. 

7.

 

Türk dastanlarında hansı obraz və süjetlər mövcuddur? 



8.

 

Mete  xan  haqqında  nə  bilirsiniz? Onun vətənpərvərliyi barədə 



danışın. 

9.

 



“Manas”  dastanı  ilə  “Oğuz  xaqan”  arasındakı  oxşar  cəhətləri 

aydınlaşdırın. 

10.

 

“Ural-



Batır”  dastanında  kainatın  yaranması  haqqında  süjeti 

danışın. 

11.

 

Q



ədim  türk  dastanlarında  islamiyyətdən  əvvəlki mifik 

t

əsəvvürlər haqqında məlumat verin. 



12.

 

İskit  və  hun  əfsanələrində  hansı  qəhrəman  obrazlarından  bəhs 



olunur? 

13.


 

Türk mifoloji modelind

ə  allahlar  panteonunun  olmamasının 

s

əbəbini izah edin. 



14.

 

Türk mifologiyasında hansı kultlar mövcuddur? 



15.

 

İlk  əcdadların  ikili  təbiətə  (zooantropomorf və  antropomorf) 



malik olması haqqında məlumat verin. 

16.


 

Dağ  və  ağac  kultlarının  türk  mədəniyyətində  mövqeyi barədə 

m

əlumat verin. 



17.

 

Türk  mifoloji  düşüncəsində  Boz  qurdun  funksiyalarını 



s

əciyyələndirin. 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə