Azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,21 Mb.
Pdf görüntüsü
səhifə213/221
tarix20.09.2017
ölçüsü5,21 Mb.
#1118
növüDərs
1   ...   209   210   211   212   213   214   215   216   ...   221

 

 

677 



 

proqram materialının məzmununu açır, sual və tapşırıqları, test nümunələrini əks 

etdirir.  

  Dialektika-(yun:dialektike:müsahibə (etmək) bacarığı, təbiət, cəmiyyət və 

təfəkkürün  inkişafının  ən  mühim  qanunauyğunluqlarına  aid  təlimdir. 

Dialektikaya görə, prosesin daxili mənbəyi ziddiyətlərin mübarizəsindədi.  

  Didaktika-(yun:didaktikos:öyrədirəm  mənasında)  təlim  və  təhsilin 

nəzəriyyəsi olub təhsilin məzmunu, quruluşu, başlıca vəzifələri, təhsil sahəsində 

dövlət  siyasətinin  başlıca  prinsipləri,  təhsil  sisteminin  quruluşu,  təlimin 

mahiyyəti,  məqsəd  və  vəzifələri,  məzmunu,  qanun  və  qanunauyğunluqları, 

prinsip və metodları, təşkili formaları barədə elmi əsaslandırma verir. 

  Didaktikanin  predmeti-məktəbdə  müəllimin  rəhbərliyi  altında  həyata 

keçirilən tədris prosesi. 

  DünyagörüĢ-dünya  və  onun  qanunauyğunluqlarına,  təbiət  və  cəmiyyət 

hadisələrinə, təfəkkürə aid bilik və baxışlar, təsəvvürlər sistemi. 

  Ekskursiya-əşya və hadisələri təbii şəraitdə öyrənmək. 

  Eksperiment-(lat:eksperimentum-sınaq,təcrübə,sübut)  elmi  (pedoqoji

ideyanın, iş metodunun, yaxud priyomunun səmərəliliyini aydınlaşdırmaq üçün 

xüsusi  təşkil  olunmuş  yoxlamadır.  Tədqiqatçı  eksperimentin  gedişi  zamanı 

sadəcə  hadisələrin  passiv  müşahidəçisi  olmayıb  onların  təbii  gedişinə 

məqsədəuyğun,  planlı  və  şüurlu  surətdə  müdaxilə  edərək,  buna  öyrənilən 

pedoqoji  prosesə  ya  bilavasitə  təsir  etməklə,  yaxud  proseslərin  baş  verdiyi  real 

şəraiti dəyişməklə nail olur. 

  Elm-dedikdə, təbiət, cəmiyyət və təfəkkürün obyektiv inkişaf qanunlarına, 

bəşəriyyətin  tarixən  qazandığı  biliklər  sistemi  və  bu  biliklər  əsasında  yeni 

qanunların  kəşf  olunması,  nəzəriyyələrin  irəli  sürülməsi  məqsədilə  həyata 

keçirilən fəaliyyət başa düşülür. 



  Estetik tərbiyə-şəxsiyyətin estetik inkişafına nail olmağa, estetik şüurunu 

və  mədəniyyətini  formalaşdırmağa,  insanda,  həyatda,  incəsənətdə  gözəlliyi  və 

ülviliyi  görmək,  duymaq,  qavramaq,  düzgün  başa  düşmək,  sevmək, 

qiymətləndirmək 

və 

yaratmaq 



bacarığının 

əldə 


olunmasına 

və 



 

 

678 



 

təkmilləşdirilməsinə,eyni 

zamanda  gözəlliklə  çirkinlik  və  eybəcərliyi 

fərqləndirməyə yönəldilmiş tədbirlər sistemidir. 

  Etika-(yunanca:  ethos  sözündən  olub  adət,  xarakter  deməkdir)  əxlaq 

haqqında təlim. 



  Evristik  müsahibə-verilmiş  suallara  cavab  olaraq  məktəblərin  bir  vaxt 

mənimsədikləri bilikləri yada salmaq müstəqil nəticələrə gəlməyi,bu və ya digər 

qayda  və  qanunauyğunluqları  sərbəst  şəkildə  müəyyənləşdirməyə  kömək 

göstərən müsahibədir. 

  Əxlaq (lat: moralis sözündən olub mənəvi adətlərə aid olmaq deməkdir)-

insanların 

bir-birilə 

münasibətlərin 

və 

cəmiyyətdəki 



vəzifələrini 

müəyyənləşdirən,davranış normalarını tənzimləyən qaydaların məcmusu. 

  Əqidə-insanın 

şüuru 


ilə 

davranış 

və 

adətlərini 



özündə 

birləşdirən,tənzimləyən,onu  fəaliyyətə  sövq  edən  mənəvi  prinsiplər,ideallar 

sistemidir. 

  Əqidəlik-şəxsiyyətin  bu  və  ya  digər  ictimai-siyasi  maraq  və 

baxışa,mənəvi-iradi  keyfiyyətlərə  yiyələnməsi  və  biliklərdən  təcrübədə 

bəhrələnməsi,yaranmış  hər  hansı  bir  vəziyyətdə  öz  baxışını  və  mövqeyini 

müdafiə etmək bacarığı. 

  Əqli  (zehni)  tərbiyə-gənc  nəslin  təfəkkürünü  və  ağlını  inkişaf  etdirmək 

üçün  müəllim  (tərbiyəçi)  tərəfindən  sistemli,məqsədyönlü,planlı,ardıcıl  və 

fasiləsiz şəkildə həyata keçirilən pedaqoji təsirlər sistemidir. 

  Əmək  tərbiyəsi-böyüyən  nəsildə  əməyə,əmək  adamlarına,əməyin 

nəticəsinə  düzgün  münasibət  formalaşdırmaq,onları  psixoloji  baxımdan  əməyə 

və  şüurlu  şəkildə  peşə  seçməyə  hazırlamaq  üzrə  aparılan  məqsədyönlü  tərbiyə 

işi. 

  Fəaliyyət-dedikdə,  şagirdin  dərk  edilmiş  məqsədilə  nizamlanan  daxili 

(psixi) və xarici (fiziki) fəallığı başa düşülməlidir. 

  Fiziki  tərbiyə-tərbiyəçinin    (valideynin,  müəllimin)  rəhbərliyi  altında 

uşağın  (şagirdin)  sağlamlığını  möhkəmləndirmək,  çevikliyini  və  gümrahlığını 

təmin etmək,onun fiziki qüvvələrini və keyfiyyətlərini məqsədyönlü və sistemli 



 

 

679 



 

olaraq  formalaşdırmaq,gənc  nəsli  fiziki  və  əqli  əməyə,  Vətənin  müdafiəsinə 

hazırlamaq üzrə məqsədyönlü tərbiyə işi. 

  Forma-pedoqoji  prosesin  mövcudluq  üsulu  (vasitəsi),  daxili  mahiyyəti, 

məntiqi və məzmunu üçün zəmin. 

  FormalaĢma-mühitin,  irsiyyətin  və  tərbiyənin  təsiri  altında  insanın 

inkişafı prosesi və nəticəsi. 



  Hipoteza-bu  və  ya  digər  hadisənin  səbəbini  aydınlaşdıran,  lakin  hazırki 

vaxtda  səhihliyi  hələ  sübuta  yetirilməmiş  elmi  fərziyyə  və  ya  güman  edilən 

nəticə. 

    Hüquq  tərbiyəsi-böyüyən  nəsildə  hüquqi  düşüncə  hüquqi  və 

şüuri,hüquqi təfəkkürü və hüquq mədəniyyətini formalaşdırmaq üzrə müəllimin 

(tərbiyəçinin)  apardığı  məqsədyönlü  iş.  Hüquq  tərbiyəsinin  səmərəli  şəkildə 

həyata  keçirilməsi  nəticəsində  şagirdlərdə  qanunun  tələblərini  gözləmək,  birgə 

yaşayış  qaydalarına  hörmət  etmək,öz  hüquq  və  vəzifələrini  bilmək  və 

hüquqlarından istifadə etməklə yanaşı üzərinə düşən vəzifələri yerinə yetirmək 

və s. tələbatı formalaşdırılır.  



Xronoloji  kanva  –  artıq  öyrənilmiş  tarixi  faktların  sistemidir,  tarixi 

prosesin zaman əsası rolunu oynayır. 

  Ġctimai  mühit-insanın  həyat  fəaliyyətini  və  inkişafını  əhatə  edən  xarici 

şərait. 


  Ġdeya-siyasi  tərbiyə-  dedikdə,  gənc  nəsildə  siyasi  mədəniyyətin,  siyasi 

şüurluluq  və  sayıqlığın,  ideya  inamının  formalaşdırılması  üzrə  müəllimin 

məqsədyönlü fəaliyyəti nəzərdə tutulur. 

  Ġqtisadi  tərbiyə-  dedikdə,  şagirdlərin  iqtisadi  biliklərə  sistemli  şəkildə 

yiyələnmələri,onlarda  iqtisadi  şüur  və  təfəkkürün,iqtisadi  mədəniyyətin 

yaradılması, mənəvi prinsip və normalara uyğun olaraq təsərrüfatçılıq bacarıq və 

vərdişlərinin,  tələbatlarının  formalaşdırılması  üzrə  məqsədyönlü  fəaliyyət 

nəzərdə tutulur. 




Yüklə 5,21 Mb.

Dostları ilə paylaş:
1   ...   209   210   211   212   213   214   215   216   ...   221




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə