Azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,21 Mb.
Pdf görüntüsü
səhifə214/221
tarix20.09.2017
ölçüsü5,21 Mb.
#1118
növüDərs
1   ...   210   211   212   213   214   215   216   217   ...   221

 

 

680 



 

  Ġllüstrasiya-dərs  prosesində  (sinifdə)  şəkil,sxem,model  və  ya  əşyanın 

nümayiş  etdirilməsidir.  İllüstrasiya  əşya  və  predmeti  statikada  (donuq,yəni 

dəyişmədən) göstərir. 

  Ġnandırma 



metodu

dedikdə, 

şagirdlərdə 

müsbət 


adət 

və 


keyfiyyətlərin,nümunəvi 

davranış  təcrübəsinin  yaradılması  və  inkişaf 

etdirilməsi,onların  davranış  və  xarakterlərindəki  mənfi  təzahürlərin  qarşısını 

almaq  məqsədilə  müəllimin  (tərbiyəçinin)  məktəblilərin  şüuruna  və  iradəsinə 

təsir göstərməsi başa düşülür. 

  Ġnduksiya-(lat:təhrik)  xüsusidən  ümumiyə  aparan  əqli  nəticə.  İdrak 

metodu  olan  induksiya  müşahidə  və  eksperimentə  əsaslanır  və  hadisələrin 

səbəbiyyət  əlaqələrini  müəyyənləşdirilməsinə xidmət  göstərir.İnduksiya  zamanı 

fikir  nisbətən  az  ümumi  müddəalardan  daha  çox  ümumi  müddəalara  doğru 

yönəlir. 



  ĠnkiĢaf-xarici  və  daxili,idarə  olunan  və  idarə  olunmayan  amillərin  təsiri 

ilə  şagird  şəxsiyyətinin  təşəkkül  tapıb  formalaşması  prosesi  və  nəticəsi.  Başqa 



sözlə,  ana  bətnində  başlayıb  insanın  doğulduğu  andan  kəmiyyətcə  və 

keyfiyyətcə  bir-birindən  fərqlənən  anatomik-fizioloji,  psixoloji  və  mənəvi-

intellektual dəyişikliklərlə şərtlənən proses. 

  ĠnkiĢafin hərəkətverici qüvvələri-ziddiyyətlərin mübarizəsidir. 

  İnteqrativ  dərs-hər  hansı  tədris  mövzu  üzrə  bir  neçə  fənnin  materialına 

müraciət oluması. 

  Ġrsiyyət-dedikdə,nəsildə  valideynlərlə  bioloji  oxşarlığın  meydana 

gəlməsi,başqa  sözlə,uşaqların  öz  valideynlərindən  müəyyən  keyfiyyət  və 

əlamətləri əxz etməsi başa düşülür. 

Ġnternet – ümumdünya hörümçək toru 

  Ġzah-təlimin  metodu  olub  onun  köməyilə  müəllim  yeni  materialı  sadəcə 

təqdim etmir, daha çox onu aydınlaşdırır,təhlil edir,bu və ya digər müddəalarını 

sübut edir.  

  Kurikulum-təhsilin  məzmunu  ilə  bağlı  olan  bütün  sənədləri  (təhsil 

standartları. tədris planı və fənn proqramları, dərslik və dərs vəsaitləri, didaktik 



 

 

681 



 

materiallar,  metodik  rəhbərliklər,təhsilə  aid  qərar  və  göstərişlər  və  s.)  özündə 

birləşdirir. 

  Qabiliyyət-insanın  fərdi-psixoloji  xüsusiyyəti  olub  bilik  və    bacarıqlara, 

hər  hansı  fəaliyyətin  icrasına  tez  və  asanlıqla  yiyələnmək  və  məqsədə 

çatmaqda,fəaliyyətin bu və ya digər sahəsində uğur qazanmaqdır. 

  Qanun-məqsədin,məzmunun və metodların sosial şərtlənməsidir. 



Qiymətləndirmə-pedoqoji  prosesin  (eyni  zamanda  ayrı-ayrılıqda  həm 

təlim,  həm  də  tərbiyənin)  komponentləri  üzrə  işin  səmərəliliyini  müəyyən 

göstəricilərə  (indikatorlara,  meyarlara,  paramertlərə)  görə  öyrənilməsi, 

müqayisəsinin  aparılması  və  dəyərləndirilməsi  və  yaxud,qiymətləndirmə 

fəaliyyətdə  olan  və  başa  çatmış  bu  və  ya  digər  proqramın  sistemli  və  obyektiv 

təhlilini  və  ekspertizasını  keçirmək,  səmərəliliyini,  məqsədəuyğunluğunu, 

həyatiliyini və irəli sürülmüş vəzifələrin düzgünlüyünü müəyyənləşdirmək üçün 

pedoqoji  fəaliyyətin  konsepsiyasını,  icrasını  və  nəticələrini  öyrənmək  və 

dəyərləndirmək. 

  Metod-(yun:methodos-gerçəkliyə,gözlənilən  nəticəyə  doğru  yol,tərz). 

Məqsədə  çatmaq,  pedoqoji  gerçəkliyi  dərk  etmək,bu  və  ya  digər  pedoqoji 

vəzifəni  həyata  keçirmək  üçün  istifadə  olunan  priyomların,nəzəri  və  əməli 

fəaliyyəti  nizamlayan  prinsip  və  qaydaların  məcmusu.  Dərk  olunan 

qanunauyğunluqları-metodun  obyektiv  amilləri;  həmin  qanunauyğunluqlara 

əsaslanaraq  pedoqoji  gerçəkliyin  öyrənilməsi  və  qarşıda  dayanan  pedaqoji 

vəzifələrin  həyata  keçirilməsi  priyom  və  vasitələri  isə  onun  subyektiv 

amilləridir. 



Mentalitet,  mentallıq  –  insanın  eyni  mədəniyyətə  malik  mikromühitə 

mənsub olmasını nəzərdə tutur. 

  Metodologiya-pedoqoji  gerçəkliyin  dərk  edilməsi  və  dəyişdirilməsi 

metodları  haqqında,dialektikanın  prinsiplərinin  idrak  prosesinə,fəaliyyətə  və 

təcrübəyə  tətbiqi  haqqında  təlim.Ümumi  metodologiya  dedikdə,tədqiqatçının 

əsaslandığı  ümumi  fəlsəfi  yanaşma,ümumi  idrak  üsulu  anlaşılır.Xüsusi 




 

 

682 



 

metodologiya  dedikdə,hər  hansı  elm  sahəsində  (pedoqogikada  və  s.)  istifadə 

edilən metodoloji prinsiplərin məcmusu başa düşülür. 



Metodik ədəbiyyat  - müəllimə kömək üçün buraxılan kitab və məqalələr 

  Məktəb mühazirəsi-şagirdlərin idrakı fəaliyətini fəallaşdıran priyomların 

köməyilə müəllimin tədris materialını bütün dərs boyu şifahi şəkildə şərh etməsi. 

  Məktəbdənkənar  iĢ-uşaq  və  yeniyetmələrin  asudə  vaxtında  məktəb 

mikrorayonunda  müxtəlif  təşkilat  və  müəssisələr  tərəfindən  aparılan  təlim-

tərbiyə xarakterli tədbirlər. 

  MəktəbĢünaslıq-təlim-tərbiyə  müəssisələrinə  rəhbərlik  və  onların  idarə 

edilməsinin başlıca prinsiplərini, məzmununu,vasitə və metodlarını,idarəetmənin 

səmərəli  forma  və  yollarını,təhsil  orqanlarının  məktəbə  inzibati-təsərrüfat  və 

pedoqoji  baxımdan  rəhbərliyi  məsələlərini,pedoqoji  prosesin  təşkili  və  ona 

nəzarət,  məktəbdə  fəaliyyətin  planlaşdırılması,  rəhbərlikdə  kollektiv  üzvləri 

arasındakı 

münasibətlərin 

müəyyənləşdirilməsi 

və 


tənmzimlənməsi 

problemlərini öyrənir, uçot və hesabat işləri barədə təsəvvür yaradır. 

  Məqsəd-  (elmi  anlayış  kimi)  başlıca  səylərin  yönəldiyi  nəticəyə  çatmaq 

istəyi, yaxud hər hansı fəalliyyətin son nəticəsinin təsəvvürə gətirilməsi. 

  Mənəvi  tərbiyə-  dedikdə,şagirdlərin  mənəvi  şüuruna,mənəvi  hiss  və 

duyğularına,  mənəvi  davranışına  sistemli,  məqsədyönlü,  vətəndaşlıq 

yetkinliyinin, fəal həyat mövqeyinin formalaşdırılması üzrə müəllimin fəaliyyəti 

başa düşülür. 

  Mənimsəmə 

prosesinin 

komponentləri

qavrama, 

anlama, 

möhkəmləndirmə və tətbiqetmədi. 

  Mənlik  Ģüuru-dedikdə,  şagirdin  özünü  şəxsiyyət  kimi  tanıması  və  dərk 

etməsi prosesi anlaşılır. 



  Məzmun-(təlim,təhsil)  təlimin  gedişində  şəgirdlərin  yiyələndikləri  elmi 

biliklərin, praktik bacarıq və vərdişlərin,fəaliyyət və təfəkkür üsullarının sistemi. 

  Milli  mənlik  Ģüuru-  dedikdə,  milətin  varlığı,  özünəməxsusluğu,  milli 

özünüdərk  və  özünütəsdiqinin,  milli  şərəf  və  ləyaqətini,  ümumbəşəri 

keyfiyyətlərinin məcmusu başa düşülür. Milli mənlik şüurunun kompanentlərinə 



Yüklə 5,21 Mb.

Dostları ilə paylaş:
1   ...   210   211   212   213   214   215   216   217   ...   221




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə