Azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,21 Mb.
Pdf görüntüsü
səhifə215/221
tarix20.09.2017
ölçüsü5,21 Mb.
#1118
növüDərs
1   ...   211   212   213   214   215   216   217   218   ...   221

 

 

683 



 

millətin  varlığı,  mənəviyyatı,  özünəməxsusluğu,  dili,  adət  və  ənənələri, 

mədəniyyəti,  psixologiyası,  bütövlükdə  sosial-siyasi  həyatın  bütün  sahələri 

daxildir. 

  Monitorinq  və  qiymətləndirmə-pedoqoji  prosesin  və  onun  ayrı-ayrı 

komponentlərinin  işi  barədə  məlumatlara  yiyələnmək  və  fəaliyyətin 

səmərəliliyini müəyyən etmək üçün vasitə. 

 Mühit-insanın inkişafının baş verdiyi real gerçəklik şəraiti. 

 MüĢahidə  metodu-pedoqoji  proseslərin  gedişinə  qarışmadan  onları 

məqsədyönlü,  planlı,  sistemli  və  ardıcıl  şəkildə  izləməyi,  qeydlər  apararaq 

konkret faktik material toplamağı nəzərdə tutur. 

 Nəzəriyyə-idrak 

obyektinin 

mahiyyətini,məqsəd 

və 


vəzifələrini,daxili,zəruri  əlaqələrini,qanun  və  qanunauyğunluqlarını  ehtiva 

etdirən anlayışlar və ideyalar sistemi. Başqa sözlə,nəzəriyyə pedoqoji gerçəkliyə 

aid  olan  hadisələri  təsəvvür  və  izah  edən,pedoqogikanın  qanunlarını  vahid 

məcraya gətirən biliklər sistemidir. 

 Obyekt-elmin  obyekti  dedikdə,onun  tədqiq  etdiyi  obyektiv  gerçəklik 

nəzərdə tutulur.  

 Öyrənmə-təlimin  (tərbiyənin)  gedişində  şagirdlərin  bilik,bacarıq  və 

vərdişlərə yiyələnməsi üzrə fəaliyyəti prosesi. 

 Özünütərbiyə  -  dedikdə,  şagirdlərin  cəmiyyətdə  bəyənilən  müsbət 

keyfiyyətləri,  mənəvi  hiss  və  mənəvi  adətləri,müsbət  davranış  təcrübəsini  və 

rəftar  tərzini  özündə  təkmilləşdirmək,  mənfi  keyfiyyətlərdən  və  xoşagəlməz 

davranış  təcrübəsindən  və  rəftar  tərzindən  azad  olmaq,  sinif  yoldaşları, 

müəllimləri,  valideynləri  və  digər  adamlarla  qarşılıqlı  münasibətləri  düzgün 

qurmaq  üçün  öz  üzərində  məqsədyönlü,  sistemli,  planlı  və  fasiləsiz  şəkildə 

apardığı fəaliyyət başa düşülür. 

  Pedoqogika-dedikdə, uşaqların təhsilinin, təliminin və tərbiyəsinin qanun 

və  qanunauyğunluqları,  məqsəd  və  vəzifələri,  məzmunu,  prinsip  və  metodları, 

pedoqolji  prosesin  təşkilinin  səmərəli  forma  və  yolları,  bu  və  ya  digər  məktəb 

tipinin idarə olunması və s.-dən bəhs edən elm nəzərdə tutulur. 




 

 

684 



 

  Pedaqogikanin  predmeti  - şəxsiyyətin təşəkkülü qanunauyğunluqlarının 

öyrənilməsi və pedoqoji prosesin səmərəli təşkilinə yardımçı olan bu və ya digər 

məsələlərin araşdırılması. 

  Pedaqoji  elmlər  sistemi-dedikdə,  pedaqoji  gerçəkliyi  öyrənən  elmlərin 

vəhdət  təşkil  etməsi,  birinin  digərindən  ötrü  şərt  olması,  onların  qarşılıqlı 

asılılığı başa düşülür. 

  Pedaqoji 



kvalimetriya-təlim 

prosesin 

səviyyəsinin 

və 


təhsil 

müəssisəsinin  fəaliyyətinin  keyfiyyətcə  qiymətləndirilməsi  və  ekspertizasının 

aparılması. 

  Pedaqoji mərifət-pedaqoji prosesdə müəllimin şagirdlərlə ünsiyyətində, 

davranış  və  rəftarında  müəyyən  əndazəni  gözləməsi,  oğlan  və  qızlara 

düzgün yanaşma tərzi seçmək bacarığı. 

  Pedaqoji  monitorinq-təhsil  müəssisəsində  işlərin  səmərəli  təşkilinə  nail 

olmaq,onun  fəaliyyətinin  müntəzəm  izlənməsi,  vaxtı-vaxtında  nizamlanması  və 

inkişafının  proqnozlaşdırılması  məqsədilə  zəruri  məlumatlar  toplanması,  təhlili 

və nəticənin çıxarılması.   

  Pedoqoji  proses-  təhsil,  təlim,  tərbiyə,  inkişaf  və  formalaşma  prosesinin 

məcmusu. 

  Pedoqoji  texnika-ayrı-ayrı  məktəblilərə,  yaxud  şagird  kollektivinə 

pedoqoji təsir metodlarını səmərəli şəkildə tətbiq etməkdən ötrü müəllimə lazım 

olan bilik,bacarıq və vərdişlər kompleksi. 

  Pedoqoji tədqiqatların metodları-pedoqoji gerçəkliyin öyrənilməsinə və 

elmi-pedoqoji  problemlərin  həllinə  yönəlmiş  priyom  və  əməliyyatların 

məcmusu. 



Pedaqoji  texnologiya  –  təlim  vasitələrinin  forma,  metod, üsulları, tərbiyə 

üsullarının  xüsusi  yığımı  və  komponentləşdirilməsini  müəyyən  edən  pedaqoji-

psixoloji göstərişlərin toplusudur, o, pedaqoji prosesin təşkilati-metodiki alətidir. 

  Pedoqoji  ustalıq-nəzəri  və  metodik  hazırlığa,pedoqoji  takt,  texnika  və 

qabiliyyətə malik müəllimin pedoqoji prosesi təşkil və idarəetmə bacarığı. 



 

 

685 



 

  Pedoqoji  üslub-təhsil  müəssisəsindəki  fəaliyyəti  dövründə  müəllimin 

yiyələndiyi pedoqoji ustalığın səciyyəvi əlamətləri. 

  PeĢəyönümü-şagirdin  peşə  seçməsinə  kömək  göstərmək  məqsədilə 

ailə,məktəb və ictimaiyyətin həyata keçirdiyi tədbirlər sistemi. 

  Potensial imkan-şəxsiyyətin inkişafının yaxın zonası. 

  Predmet-Elmin  predmeti  dedikdə,onun  öz  obyektindən  ayırd  etdiyi, 

seçdiyi cəhətlərə hansı baxımdan,hansı nəzəri və ya praktik aspektdə yanaşması 

nəzərdə tutulur. 

  Prinsip-(lat:prinsipium-əsas,  ilkin,  rəhbər  ideya)-pedoqoji  prosesdə 

müəllimin  rəhbər  tutduğu,  şagirdlərin  təlim  fəaliyətinə  və  davranışına  verdiyi 

əsas qayda, ideya və tələblər. 

  Priyomlar-metodun komponentləri,onun tərkib hissələridir. 

  Rejim-şagirdin  təlim  əməyini,davranışını  və  həyat  tərzini  tənzimləyən 

qaydaların  məcmusudur. 

  Rəğbətləndirmə-(metodu)  dedikdə,ayrı-ayrı  məktəblilərin  yaxud,şagird 

kollektivinin nümunəvi davranışına və fəaliyyətinə verilən müsbət qiymət başa 

düşülür. 

  Sinifdənxaric  iĢ  -  təlimdənkənar  vaxtlarda  pedoqoji  kollektiv  üzvlərinin 

(sinif  rəhbərləri,  fənn  müəllimləri,  kitabxanaçı,  şagird  təşkiltları,  valideyn 



komitəsi  və  s.)  və  məktəb  rəhbərlərinin,  bir  sıra  hallarda  ailə  və  ictimaiyyət 

nümayəndələrinin  yaxından  köməyilə  müxtəlif  təşkilati  formalarda  apardıqları 

təlim-tərbiyə xarakterli tədbirlər. 

  Sosiometriya-(lat:sosietas-cəmiyyət;  yun:metreo-ölçmək)  bu  və  ya  digər 

qrupda (kollektivdə) insanlar arsındakı qarşılıqlı münasibətləri öyrənir.  

  Söhbət-qabaqcadan  hazırlanmış  suallar  əsasında  şagirdlə  canlı  ünsiyyət 

yaradan tədqiqat metodudur.  

Siyasi  mədəniyyət  –  nəsillər  boyu  formalaşan  siyasi  ənənələr,  siyasi 

təcrübənin  qüvvədə  olan  normalarını,  ictimai-siyasi  təsisatların  qarşılıqlı 

münasibətlərinə  aid  olan  ideyaları,  konsepsiyaları  və  inamları,  insanların 

mövcud  olan  qaydalara  münasibətini  müəyyən  edən  prinsipləri  və 




Yüklə 5,21 Mb.

Dostları ilə paylaş:
1   ...   211   212   213   214   215   216   217   218   ...   221




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə