Azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,21 Mb.
Pdf görüntüsü
səhifə216/221
tarix20.09.2017
ölçüsü5,21 Mb.
#1118
növüDərs
1   ...   213   214   215   216   217   218   219   220   221

 

 

686 



 

oryentasiyaları əhatə edir. Siyasi mədəniyyət vətəndaş və hakimiyyət arasındakı 

qarşılıqlı  münasibətlərə  aid  olan  mövqelərin,  sərvətlərin  və  davranış 

məcəllərinin məcmusudur. 

  Test-  (pedoqoji)  təhsil  alanların  biliyinin  səviyyəsini  səmərəli  və 

keyfiyyətli şəkildə müəyyən etməyə şərait yaradan,çətinliyin artması qaydası ilə 

və xüsusi formada hazırlanmış tapşırıqlar sistemi. 

 Testologiya-testlər haqqında elm. 

 Tədqiqat  metodları-dedikdə,elmin  öz  predmetini,mövzusunu  tədqiq 

etmək məqsədilə tətbiq etdiyi yol və vasitələrin məcmusu. 



Tədris-  təlimin  məqsədini  (təhsil  vəzifələrini)  həyata  keçirmək  üzrə 

müəllimin  şagirdlərin  bilik,bacarıq  və  vərdişlərinin  formalaşdırılması, 

məqsədyönlü  fəaliyyəti,  məlumatvermənin,  tərbiyənin,  biliklərin  dərkolunması 

və  praktik  tətbiqinin  təmin  olunması.  Başqa  sözlə,  tədris  idraki  və  praktik 

fəaliyyətinə rəhbərlik etməsi üzrə müəllimin fəaliyyəti. 

  Tədris  planı-Azərbaycan  Respublikasının  Təhsil  Nazirliyi  tərəfindən 

təsdiq edilən sənəd olub tədris ilinin müddətini, rüblərin və tətillərin sürəkliyini; 

tədris müəssisələrində öyrənilən fənlərin tərkibini (sırasını),onların hər bir sinif 

üzrə  bölüşdürülməsini,bu  və  ya  digər  sinifdə  öyrənilən  fənn  üçün  nəzərdə 

tutulan saatların həftəlik və illik miqdarını əks etdirir. 



  Tədris proqramı-Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən 

təsdiq  edilən  sənəd  olub  bu  və  ya  digər  sinifdə  hər  bir  fənn  üzrə  təhsilin 

məzmununu  və  quruluşunu  müəyyənləşdirir,dünyagörüş  və  mənəvi-etik 

ideyaların,həmçinin  şagirdlər  tərəfindən  mənimsənilməsi  vacib  bilinən  praktik 

bacarıq və vərdişlərin sistemini özündə birləşdirir. 

Tədris  ədəbiyyatı  –  şagirdlərin təlim prosesində istifadə etdikləri kitablar 

və digər didaktik materiallardır. 

  Təhlil-(analiz)-idrak metodu.Öz məzmunu etibarilə tamı,yaxud mürəkkəb 

hadisəni tərkib hissələrə,maddi elementlərə fikrən ayırmaq,onun bu və ya digər 

tərəf,  xassə  və  əlaqələrini  seçib  ayırmaq  məqsədilə  istifadə  edilən  üsul  və 

qanunauyğunluqların məcmusu. 




 

 

687 



 

  Təhsil-sistemləşdirilmiş  bilik,bacarıq  və  vərdişlərə,  təfəkkür  üsullarına 

yiyələnmənin məqsədyönlü prosesi və nəticəsi, böyüyən nəslin həyata, əməyə və 

ictimai fəaliyyətə hazırlanmasının mühim şərti. 

  Təhsil 

sistemi-müxtəlif 

pillələrdən 

olan 

təhsil 


proqramlarının 

məcmusundan,  onları  həyata  keçirən  təhsil  müəssisələri  şəbəkəsindən,təhsilə 

rəhbərlik və onu idarə edən orqanlardan,təlim və tərbiyə işi ilə məşğul olan digər 

müəssisə və təşkilatlardan ibarətdir. 

  Təhsilin 

məzmunu-dedikdə,təlim  prosesində  şagirdlər  tərəfindən 

mənimsənilməsi  zəruri  olan  elmi  biliklər,praktik  bacarıq  və vərdişləri,həmçinin 

dünyagörüş və mənəvi-etik ideyalar sistemi nəzərdə tutulur. 

  Təlim-müəllim və şadirdlərin qarşılıqlı fəaliyyətinin xüsusi təşkil edilmiş, 

məqsədyönlü,  sistemli  və  idarə  olunan  prosesi  olub  bu  zaman  bilik,bacarıq  və 

vərdişlərin  mənimsənilməsi  baş  verir,məktəblilərin  tərbiyəsi  və  inkişafı  həyata 

keçir. 


  Təlim  prosesinin  metodoloji  əsasında-qneseologiya  (idrak  fəlsəfəsi

dayanır.  Qneseologiyaya  görə,dərketmə  obyektiv  aləmin  şəxsiyyətin  şüurunda 

fəal  inikası  prosesidir.Obyektiv  mövcud  olan  hadisələr,proseslər  aləmi,onlar 

arasındakı  səbəbiyyət  və  qanunauyğunluq  ələqələri  şəxsiyyətin  şüurunda  öz 

ifadəsini  tapır.  İdrak  isə  obyektiv  mövcud  olanarın  insanın  subyektiv  şüurunda  

inikasıdır. 

   Təlimin metodları- təlim prosesində müəllim tərəfindən həyata keçirilən 

müvafiq  fəaliyyət,təqdim  olunan  materialın  şagirdlər  tərəfindən  dərk  edilməsi 

üzrə  onların  müxtəlif  idraki  və  praktik  fəaliyyətini  özündə  birləşdirən  iş 

sistemidir.  Və  yaxud,  təlimin  metodları  müəllim  və  şagirdlərin  təlim 

vəzifələrinin həllinə yönəlmiş birgə fəaliyyətinin üsullarıdır. 

  Təlimin məzmunu-bilik,bacarıq və vərdişlər təşkil edir. 

  Təlimin  prinsipləri-gənc  nəslin  təhsili  və  tərbiyəsinin  məqsədinə  uyğun 

olaraq təlimin xarakterini müəyyənləşdirən əsas rəhbər müddəaları. 




 

 

688 



 

   Təlim-tərbiyənin 



təĢkili 

formaları

dedikdə, 

məktəblilərin 

qruplaşdırılması,  müəllimlə  şagirdlər  arasındakı  münasibətlərin  xarakteri  və 

məşğələnin keçirilmə mexanizmi (rejimi,vaxtı və şəkli) başa düşülür. 

   Tərbiyə- (geniş mənada) dedikdə, ailədə və tədris-tərbiyə müəsisələrində 

müvafiq  keyfiyyətləri  formalaşdırmaq,  bilik,  bacarıq  və  vərdişlər  aşılamaq 

məqsədilə  həyata  keçirilən  xüsusi  təşkil  olunan  proses,sistemli,ardıcıl.fasiləsiz 

və mütəşəkkil şəkildə göstərilən (idarə olunan) təsirdir. 

  Məhdud  mənada  tərbiyə-dedikdə  isə,  uşaqda  bu  və  ya  digər  keyfiyyətin 

(xeyirxahlıq, düzlük və doğruçuluq, vətənpərvərlik, əməksevərlik, böyüyə hörmət 

və s.) inkişaf etdirilməsi nəzərdə tutulur. 

 Sosial  mənada  tərbiyə-yaşlı  nəslin  qazanmış  olduğu  təcrübəni  gənc  nəslə 

verməsidir.  Tərbiyə  həm  də  tərbiyəçinin  tərbiyə  olunana  məqsədyönlü  təsiri 

deməkdir. 

 Tərbiyənin  məqsədi  -  həqiqi  insan  yetişdirmək,şəxsiyyətin  hərtərəfli  və 

ahəngdar inkişafını təmin etməkdir. 

 Tərbiyənin obyekti - böyüyən və inkişaf edən insandır. 

 Tərbiyənin  prinsipləri  - dedikdə, tərbiyənin məzmunu,metod və təşkilatı 

formalarını  müəyyən  edən  əsas  tələblər  başa  düşülür.  Başqa  sözlə,tərbiyənin 

prinsipləri  dedikdə,tərbiyəçinin  (müəllimin)  öz  fəaliyyətində  rəhbər  tutduğu 

rəhbər müddəa və tələblər anlaşılır. 



 Tərkib-(sintez)  idrak  metodu  olub  məzmunu  etibarilə  cismən  bu  və  ya 

digər  hissə  və  elementlərin  bir  tam  halında  birləşdirməyə  imkan  verən  üsul  və 

qanunauyğunluqların məcmusu. 

Üsul – metodik anlayış. Üsullar metodların tərkib hissələridir. 

 VərdiĢlər-praktik bacarıqlardır ki,insan fəaliyyət prosesində onları qismən 

avtomatlaşan hərəkətləri ilə,iş üsullarını çətinlik çəkmədən,xüsusi iradə səyi və 

şüurun xüsusi nəzarəti olmadan və tərəddüdsüz yerinə yetirir. 

 Vasitə-pedoqoji 

prosesin 

səmərəli 

şəkildə  həyata  keçirilməsini 

asanlaşdırmaq  üçün  nəyinsə  köməyindən  (əyanilik,söz,nümayiş  və  s.)  istifadə 

etmək. 



Yüklə 5,21 Mb.

Dostları ilə paylaş:
1   ...   213   214   215   216   217   218   219   220   221




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə