Azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,21 Mb.
Pdf görüntüsü
səhifə219/221
tarix20.09.2017
ölçüsü5,21 Mb.
#1118
növüDərs
1   ...   213   214   215   216   217   218   219   220   221

 

 

696 



 

Monoqrafiyada  hədəf  kimi  götürülmüş  tarix  təlimində  şagirdlərdə  siyasi 

mədəniyyətin  formalaşdırılması  problemi  əsasən  həll  edilib.  Monoqrafiya 

böyüməkdə olan gənc nəslin milli ideologiyasının nəzəri və təcrübi problemləri 

ilə  məşğul  olan  mütəxəssislər,  ictimai-humanitar  fənn  müəllimləri,  məktəb 

rəhbərləri,  məktəbdənkənar  tərbiyə  müəssisələrinin  rəhbərləri  üçün  nəzərdə 

tutulub. 

2.  Mübariz  Mirəziz  oğlu  Əmirov  kollektiv 

müəlliflərlə Ġnsan və cəmiyyət 11-ci sinif üçün dərslik. 

Bakı: Təhsil, 1994, 192 səh.

 

 

Orta  məktəbin  11-ci  sinfi  üçün  nəzərdə  tutulmuş  bu 

dərsliyi  M.M.Əmirov  kollektiv  müəlliflərlə  hazırlayıb. 

Dərsliyin  əsas  qayəsi  cəmiyyətin  mənəvi  həyat  sistemini 

təşkil  edən  başlıca  elementlərin  -  əxlaqın,  incəsənətin,  dinin,  hüququn  və  s. 

mahiyyətinin  şagirdlər  üçün  açıqlanmasından,  mənəvi  həyat  sahələrinin  və 

onlarda  yaranan  müvafiq  sosial  mühitin  insanın  bir  şəxsiyyət,  vətəndaş  kimi 

formalaşmalarında  və  inkişafında  oynadıqları  rolun  araşdırılmasından,  habelə 

insanların 

cəmiyyətin 

mənəvi 


həyat 

sahələrinin 

qərarlaşması 

və 


təkmilləşməsində  rolunun  göstərilməsindən  asılıdır.  Dərslikdə  dövlətin, 

hüququn,  tarixi  şəxsiyyətlərin  və  siyasətin  cəmiyyətdəki  rolu  məsələləri 

şagirdlərin başa düşəcəyi tərzdə şərh edilib. 

3.  Mübariz  Mirəziz  oğlu  Əmirov  və  Ġbrahim  Ġsa 

oğlu  Ġsmayılov.  Azərbaycan  Respublikası  Konsti-

tusiyasının əsasları. Orta ümumtəhsil məktəblərinin IX 

sinifi üçün dərslik. Bakı, Təhsil, 2002, 219 s.

 

 

Dərslikdə  müstəqil  Azərbaycan  Respublikasının 

1995-ci il noyabrın 12-də qəbul edilmiş Əsas Qanunun 




 

 

697 



 

 təfsiri 

verilib. 

Dərslikdə 

Azərbaycan 

Respublikası 

Konstitusiyasının  5  bölməsi,  XII  fəsli,  158  maddəsinin  şərhi 

verilib.  Şərh  və  təfsirlər  9-cu  sinif  şagirdlərinin  başa  düşəcəyi 

tərzdə verilib. 

4.  Mübariz  Mirəziz  oğlu  Əmirovun  metodik  iĢləmələri 

əsasında  kollektiv  müəlliflərin  hazırladıqları  Ġnsan  hüquqlarının  tədrisi. 

Bakı, ÇaĢıoğlu, 2003-cü il, 336 səh.

 

 

Həmin  metodik  vəsait  orta  məktəblərin  IX-XI  sinif  ,  litsey,  gimnaziya  və 

pedaqoji  məktəb  metodistlər,  müəllimlər  və  pedaqoji  məktəb  tələbələri  üçün 

nəzərdə tutulub. Metodik vəsaitdə insan hüquqlarının öyrənilməsi zəruriliyi, fəal 

təlim  metodları,  insan  hüquqları  üzrə  məktəb  mövzularının 

şərhi dərs nümunələri əsasında verilib. 

5.  Mübariz  Mirəziz  oğlu  Əmirov.  Tarixin  tədrisində 

Ģagirdlərdə  siyasi  mədəniyyətin  formalaĢdırılması  üzrə 

iĢin sistemi. Bakı, Mütərcim, 2004, 176 səh.

 

 

Monoqrafiyada  tarixin  tədrisi  prosesində  şagirdlərdə 

siyasi  mədəniyyətin  formalaşdırılması  araşdırılıb.  Bu  məqsədlə  XX  əsrin 

əvvəllərindən bu günlərimizədək orta məktəblərin proqramları, dərslikləri təhlil 

edilib.  Eləcə  də,  problemin  işlənmə  səviyyəsi  təsdiq  edilib.  Problemlə  bağlı 

məktəb təcrübəsi öyrənilərək ümumiləşdirilib. Monoqrafiyada şagirdlərdə siyasi 

mədəniyyəti  formalaşdıracaq  ictimai  şüur  formalarını  özündə  əks  etdirən 

mövzuların  təlimi  ən  optimal  təlim  metodları  ilə  verilib.  Əsərdə  şagirdlərdə 

siyasi mədəniyyətin formalaşdırılmasının fəlsəfi, pedaqoji, psixoloji əsasları əks 

etdirilib,  eləcə  də,  şagirdlərdə  siyasi  mədəniyyətin  formalaşdırılmasının 

məqsədi,  vəzifələri,  prinsipləri,  forma  və  metodları  yetərincə  işıqlandırılıb.  Bir 

sözlə,  monoqrafiyada  tarix  təlimində  şagirdlərdə  siyasi  mədəniyyətin 

formalaşdırılması üzrə işin sistemi yaradılıb. 




 

 

698 



 

6.  Mübariz  Mirəziz  oğlu  Əmirov.  Orta  məktəbdə 

tarixin  tədrisinin  aktual  problemləri  (metodik  vəsait). 

Bakı, ADPU-nun nəĢri,

 

 2009, 160 səh. 

Metodik  vəsaitdə  tarixin  təliminin  aşağıda  sadalanan 

aktual problemləri öz həllini qismən tapıb:  

1. Tarix təlimində fənlərarası əlaqədən istifadənin imkan 

və  yolları;  2.  Tarix  təlimində  anlayışların  formalaşdırılması;  3.  Tarix  təlimində 

mətnlə  işin  təşkili;  4.  Tarix  təlimində  şagirdlərin  müstəqil  işlərinin  səmərəli 

təşkili; 5. Tarix təlimində təkrar dərslərinin səmərəli təşkili; 6. Tarix dərslərində 

kütləvi  informasiya  vasitələrindən  istifadənin  imkan  və  yolları;  7.  Tarixin 

problemli  təlimi;  8.  Azərbaycan  tarixinin  təlimində  dövlət  atributlarından 

istifadə etməklə şagirdlərdə vətəndaşlıq tərbiyəsinin formalaşdırılması və s. 

7. Mübariz Mirəziz oğlu Əmirovun. Ġnsan və 

cəmiyyət. 

Ali 

məktəblərin 

tarix  fakültəsi 

tələbələri  üçün  dərs  vəsaiti.  Bakı,  ADPU-nun 

nəĢriyyatı, 2010, 581 səh.

 

 

Dərs  vəsaitində  fənnin  proqramı,  proqrama 

uyğun  təlim  materiallarının  şərhi  verilib.  Bunlar 

aşağıdakılardır: 

1. İnsan təbiətin övladı, cəmiyyətin üzvüdür; 2. 

İnsan  insanlar  arasında;  3.  Əxlaq;  4.  Siyasət,  onun 

icraçıları  və  yaradıcıları;  5.  İnsan  və  vətəndaş;  6. 

İnsan və iqtisadi həyat; 7. İnsan inkişafı; 8. İnsan və 

vətəndaşın hüquq və azadlıqları; 8. Hüquq və dövlət;  

9. Qanun və dövlət; 10. Demokratiya və cəmiyyət;  

11. Demokratik cəmiyyətdə seçkilər; 12. Cəmiyyətin 

mənəvi həyatı; 13. Bəşəriyyətin qlobal problemləri;  

14. Terminlər lüğəti və istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir. 




Yüklə 5,21 Mb.

Dostları ilə paylaş:
1   ...   213   214   215   216   217   218   219   220   221




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə