Azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,21 Mb.
Pdf görüntüsü
səhifə218/221
tarix20.09.2017
ölçüsü5,21 Mb.
#1118
növüDərs
1   ...   213   214   215   216   217   218   219   220   221

 

 

693 



 

 

 

Azərbaycan Dövlət Pedaqoji Universiteti 

Mübariz Mirəziz oğlu Əmirov 

Pedaqogika elmləri doktoru 

Qısa bioqrafik məlumat 

 

1947-ci ildə Azərbaycan SSRİ-nin Dəvəçi (indiki Şabran) rayonunda ziyalı 



ailəsində  anadan  olub,  1954-1965-ci  illərdə  Dəvəçi  şəhər  1  saylı  orta 

məktəbində,  orta  təhsil,  1969-1973-cü  illərdə  V.İ.Lenin  adına  APİ-nin  tarix 

fakültəsində  ali  təhsil  alıb.  1973-1974-cü  tədris  ilində  Dəvəçi  rayonu  Baş 

Əmirxanlı  kənd  orta  məktəbində  tarix  müəllimi,  eyni  zamanda  axşam  fəhlə-

gənclər  orta  məktəbinin  direktoru,  1974-1975-ci  tədris  illərində  Dəvəçi  rayonu 

Surra  kənd  məktəbində  direktor  müavini  işləyib. 1975-ci  ilin  dekabrında  Elmi-

Tədqiqat Pedaqoji Elmlər İnstitutunun Hüququn tədrisi metodikası ixtisası üzrə 

əyani aspiranturaya daxil olub. 1978-ci ildə aspiranturanı qurtarıb. 1978-ci ildən 

1985-ci  ilədək  ETPEİ-da  kiçik  elmi  işçi  işləyib.  1985-ci  ilin  may  ayının  25-də 

hüquq  elmləri  doktoru,  professor  Murtuz  Ələsgərovun  rəhbərliyi  ilə  Tbilisi 

şəhərində  Puşkin  adına  Tbilisi  Pedaqoji  Universitetində  ―Hüquqi  biliklərin 

verilməsi prosesində şagirdlərin müstəqil işlərinin səmərəli təşkili‖ mövzusunda 

namizədlik  dissertasiyası  müdafiə  edərək  pedaqoji  elmlər  üzrə  fəlsəfə  doktoru 

elmi dərəcəsi alıb. 

1985-ci  ildən  1999-cu  ilədək  Azərbaycan  respublikası  Təhsil  Problemləri 

İnstitutunda ―Tarix, coğrafiya və hüququn tədrisi metodikası‖ şöbəsinin müdiri, 

1986-cı  ildən  hal-hazıra  kimi  Azərbaycan  Dövlət  Pedaqoji  Universitetinin 

―Türk,  Şərqi  Avropa  xalqları  tarixi  və  tarixin  tədrisi  metodikası‖  kafedrasında 

dosent  vəzifəsində  işləyir.  O,  tarix  fakültəsinin  və  ADPU-da  fəaliyyət  göstərən 

Müdafiə  Şuralarının  üzvüdür.  Təhsil  Nazirliyinin  elmi-metodik  şurasının  tarix 

bölməsinin üzvüdür. Ailəlidir, iki oğlu var. 

Təhsili, elmi dərəcəsi və elmi adları  

 1973-cü ildə V.İ.Lenin adına APİ-nin tarix fakültəsini bitirib 




 

 

694 



 

  1985-ci  ildə  Tbilisi  şəhərində  ―Hüquqi  biliklərin  verilməsi  prosesində 



şagirdlərin  müstəqil  işlərinin  səmərəli  təşkili‖  mövzusunda  namizədlik 

dissertasiyası müdafiə edib. 

  2008-ci  ildə  Bakı  şəhərində  ―Tarixin  tədrisində  şagirdlərdə  siyasi 



mədəniyyətin  formalaşdırılması  üzrə  işin  sistemi‖  mövzusunda  doktorluq 

dissertasiyası müdafiə edib.  



Əmək fəaliyyəti 

  1973-1974-cü  illərdə  Dəvəçi  (indiki  Şabran)  rayonu  Baş  Əmirxanlı 



kəndində tarix müəllimi və axşam (növbəli) fəhlə-gənclər məktəbinin direktoru 

  1974-1975-ci  illərdə  Dəvəçi  (indiki  Şabran)  rayonu  Surra  kənd 



məktəbində direktor müavini 

 1975-1978-ci illərdə Azərbaycan SSR Maarif Nazirliyinin, Elmi Tədqiqat 



Pedaqoji Elmlər İnstitutunun əyani aspirantı 

 1978-1985-ci illərdə ETPEİ-də kiçik elmi işçi 



  1985-1999-cu  illərdə  ETAEİ-nun  ―Tarix  və  coğrafiyanın  tədrisi 

metodikası‖  şöbəsinin müdiri. 

  1986-cı  ildən  hal-hazıra  qədər  Azərbaycan  Dövlət  Pedaqoji 



Universitetinin  ―Türk,  Şərqi  Avropa  və  tarixin  tədrisi  metodikası‖  kafedrasının 

dosenti işləyir. 

  Apardığı  dərslər:  ―Tarixin  tədrisi  metodikası‖,  ―İnsan  və  cəmiyyət‖, 



―Tarixin interaktiv təlimi metodikası‖. 

Tədqiqat sahəsi 

 Orta məktəbdə tarixin tədrisi metodikasının problemləri. 



Beynəlxalq seminar, simpozium və konfranslarda iĢtirakı 

  2010-cu  ildə  Naxçıvan  Muxtar  Respublikasında  pedaqoji  elmlərin 



tədrisinə  həsr  edilmiş  ümumrespubilka  konfransında  ―‖Tarixin  təlimində 

şagirdlərdə siyasi mədəniyyətin formalaşdırılması‖ mövzusunda tezislərlə çıxış 

etmiş 



 

 

695 



 

 2010-cu ildə Moskva şəhərində ―Humanitar elmləri tədrisi‖ mövzusunda 



olan  beynəlxalq  konfransda  ―Tarixin  təlimində  yeni  texnologiyalardan  istifadə 

etməklə  şagirdlərdə  siyasi  mədəniyyətin  formalaşdırılması‖  mövzusunda 

tezislərlə çıxış etmiş. 

SeçilmiĢ əsərləri 

  Tarix,  insan  və  cəmiyyət  fənlərinin  tədrisində  şagirdlərdə  siyasi 



mədəniyyətin  formalaşdırılması,  ADPU-nun  nəşriyyatı,  Bakı,  1994-cü  il,  125 

səh. 


 Tarixin tədrisində şagirdlərdə siyasi mədəniyyətin formalaşdırılması üzrə 

işin sistemi, Mütərcim, Bakı, 2004-cü il. 

Azərbaycan  Xalq  Cümhuriyyəti  mövzusunun  öyrədilməsində  şagirdlərdə 



siyasi  mədəniyyətin  formalaşdırılması.  Türkiyə  Respublikası,  İstanbul,  Egitim. 

Bilim jurnalı, 1999-cu il, № 5 



Mübariz  Əmirovun  yüzdən  çox  nəşr  edilmiş  jurnalı  əlaqələri, 

monoqrafiyaları, proqramları, dərslikləri, dərs vəsaitləri və metodik vəsaiti var 



 

NəĢr edilmiĢ kitabların annotasiyası 

1.  Mübariz  Mirəziz  oğlu  Əmirov.  Tarix,  insan  və 

cəmiyyət 

fənlərinin 

tədrisində 

Ģagirdlərdə  siyasi 

mədəniyyətin 

formalaĢdırılması.  Bakı,  ADPU-nun 

nəĢriyyatı, 1994, 125 səh. 

Monoqrafiyada  şagirdlərin  siyasi  mədəniyyətini  daha 

aydın şəkildə nəzərə çatdırmaq üçün tarix, insan və cəmiyyət 

fənlərinin  tədrisində  eləcə  də,  sinifdənxaric  və  məktəbdənkənar  tədbirlərin 

nümunələri  verilib.  Monoqrafiyada  siyasi  mədəniyyətin  mahiyyəti,  vəzifələri, 

prinsipləri, vasitə və üsulları yetərincə işıqlandırılıb. Müəllifin tarixin təlimində 

şagirdlərdə  siyasi  mədəniyyətin  formalaşdırılmasına  yönəltdiyi  dərs, 

sinifdənxaric  və  məktəbdənkənar  tədbirlərin  nümunələri  tarix  təliminin 

tərbiyəedici  imkanlarının  xüsusi  əhəmiyyət  kəsb  etdiyini  nümayiş  etdirir. 



Yüklə 5,21 Mb.

Dostları ilə paylaş:
1   ...   213   214   215   216   217   218   219   220   221




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə