Azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,21 Mb.
Pdf görüntüsü
səhifə220/221
tarix20.09.2017
ölçüsü5,21 Mb.
#1118
növüDərs
1   ...   213   214   215   216   217   218   219   220   221

 

 

699 



 

8. Mübariz Mirəziz oğlu Əmirov. Orta məktəbdə tarixin interaktiv/fəal 

təlimi  metodikası.  Ali  məktəblərin  tarix  fakültəsi  tələbələri  üçün  dərs 

vəsaiti. Bakı, Mütərcim, 2011, 508 səh. 

Dərs vəsaitində fənnin məzmununu təşkil edən 75 saatlıq təxmini proqram 

materialları da verilib. Vəsaitdə tələbələrin dayaq biliklərinin əsasını təşkil edən 

ənənəvi  təlim  üsulu  ilə  yanaşı,  yeni  təlim  texnologiyalarına  geniş  yer  verilib. 

Vəsaitdə  tarixin  təlimi  metodikasının  mühüm  bölmələri  əhatə  olunub.  Həmin 

bölmələr aşağıdakılardan ibarətdir: 

1.  Azərbaycan  Respublikasının  təhsil  sahəsində  dövlət  siyasətinin  əsas 

prinsipləri. Tarix təlimi metodikası pedaqoji fənlərdən biri kimi, onun predmeti, 

məqsədləri, təlim-tərbiyəvi vəzifələri; 2. Tarixin təlimi metodikasının mənbələri, 

pedaqoji-psixoloji  və  başqa  elmlərlə  əlaqəsi.  Tarix  təlimi  metodikasının 

komponentləri  və  tədqiqat  metodları;  3.  Tarix  təlimi  tarixi  həqiqətlərin  dərk 

edilməsi  prosesi  kimi;  4.  Orta  məktəbin  tarix  təhsilinin  inkişaf  mərhələləri;  5. 

Orta  məktəbdə  tarixin  təlimi  metodikası  elminin  inkişafı;  6.  Təhsil.  Təhsilin 

məzmunu və sistemi, təhsilalma formaları. Ümumtəhsil orta məktəblərin planları 

və tədris proqramları; 7. Məktəb tarixi  təhsilinin müasir qoyuluşu, Azərbaycan 

tarixi və ümumi tarix kurslarının öyrənilməsi qaydası. Tarixdən  müasir məktəb 

proqramlarının  məzmunu.  Proqramların  quruluşu  və  əsas  tərkib  hissələri;  8. 

Məktəbdə  tarix  təlimi  prosesinin  mahiyyəti  və  onun  planlaşdırılması.  Tarix 

təliminin  prinsipləri  və  funksiyaları;  9. Tarix  təliminin  təşkilat  formaları. Tarix 

təliminin  idrakı  və  psixoloji  əsasları.  Məktəb  tarix  təlimi  prosesinin 

qanunauyğunluqları;  10.  Tarix  təliminin  məzmunu  anlayışının  mahiyyəti. 

Şagirdlərin  elmi  dünyagörüşünün  formalaşdırılmasında  tarixi  biliklərin  rolu. 

Tarix  təliminin  məqsədləri  ilə  məzmunu  arasında  uyğunluq;  11.  Məktəb  tarix 

dərsliyinə  verilən  tələblər.  V-XI  siniflərin  tarix  dərsliklərinin  təhsil-tərbiyə  və 

inkişafetdirici  vəzifələrinin  xarakteristikası  –  onların  arasında  ardıcıllıq  və 

varislik;  12.  Tarixdən  təlim  materiallarının  məzmununun  quruluşu;  13. 

Şagirdlərdə 

tarixi 


təsəvvürlərin 

yaradılması 

– 

tarixi 


biliklərin 

mənimsədilməsinin  əsas  vasitəsidir;  14.  Miqdar,  ardıcıllıq,  zaman  və  məkan 




 

 

700 



 

haqqında  təsəvvürlərin  yaradılması;  15.  Səbəb,  nəticə  əlaqələrinin,  tək-tək, 

xüsusi  və  ümumi  münaisbətlərin  açılıb  göstərilməsi;  16.  Təlimində  

abstraktlaşdırma və ümumiləşdirmə; 17. Tarix təlimində müqayisə priyomundan 

istifadə  imkanları;  18.  Tarixi  anlayışların  təşəkkülü,  təsnifatı,  təlim-tərbiyəvi 

əhəmiyyəti.  Tarixi  anlayışların  açılmasının  üsul  və  vasitələri;  19.  Biliklərin 

mənimsənilməsində  şagirdlərin  qavrayış  və  təfəkkürünün  rolu;  20.  Şagirdlərin 

tarixi  qanunauyğunluğu  başa  düşməyə  gətirib  çıxarılması;  21.  Tarix  təlimində 

tarixi  proseslərin  dövrləşdirilməsi  anlayışının  mənimsənilməsi;  22.  Təlim 

prosesində  müəllim  və  şagirdlərin  fəaliyyəti;  23.  Təlim  vasitələrinin  ümumi 

xarakteristikası;  24.  İnkişafetdirici  təlim.  Təfəkkürün,  bacarıq  və  vərdişlərin 

mahiyyəti  və  inkişafına  dair  mteodik  ədəbiyyatda  fikir  müxtəlifliyi;  25.  Təlim 

prosesində  formalaşdırılan  əsas  bacarıqların  təsnifatı;  26.  Şagirdlərdə  tarixi 

materialları analitik təhlil və  sintez etmək bacarıqlarının formalaşdırılması; 27. 

Tarixi  hadisə  və  təzahürləri  müqayisə  etmək  bacarıqlarının  formalaşdırılması; 

28.  Nəticələri  qısa  ifadə  etmək,  əsaslandırmaq,  sübut  etmək  bacarıqlarının 

formalaşdırılması;  29.  Şagirdlərin  nitqinin  inkişaf  etdirilməsi,  onlarda  tarixi 

materialı  şərh  etmək  bacarığının  formalaşdırılması;  30.  Tarix  təhsili  və  təlimi, 

onların əsas kateqoriyaları. Təlim mteodlarının təsnifatı; 31.  Şifahi şərh metodu; 

32. Dərsliyin mətni ilə iş üsulları; 33. Tarixi sənədlə iş; 34. Tarix təlimində bədii 

ədəbiyyatdan  istifadə;  35.  Əyani  təliminin  funksiyaları  və  əhəmiyyəti;  36. 

Texniki təlim  vasitələrindən istifadə; 37. Tarix dərslərində  tədris şəkilləri ilə  iş 

üsulları;  38.  Xəritə  ilə  iş;  39.  Tarix  dərsi;  40.  Tarix  müəllimi;  41.  Tarix  üzrə 

sinifdənxaric işlər; 42. Məktəbdə kompüterləşdirilmiş tarix kabineti;43. Tarixin 

tədrisi metodikasında işlədilən anlayışların şərhi və s. 

Mübariz  Mirəziz  oğlu  Əmirovun  rəhbərliyi  altında  tarixin  tədrisi 

metodikası ixtisası üzrə alimlik dərəcəsi alanların siyahısı: 

  1995-ci  ildə  ―IX-XI  siniflərdə  tarixin  tədrisində  kütləvi  informasiya 



vasitələrindən  istifadə  və  təlimin  keyfiyyətinə  onun  təsiri‖  –  Ələkbərov  Sabir 

Murad oğlu. 




 

 

701 



 

  1997-ci  ildə  ―Tarixdən  təkrar  dərslərinin  təşkili  üzrə  işin  sistemi‖  - 



Veyisov Arif Hacı oğlu. 

  1998-ci  ildə  ―Tarixin  tədirsində  məktəb  mühazirə  və  seminarlarından 



istifadə üzrə işin sistemi‖ – Ərsoy Özkan Xəlil oğlu. 

 1998-ci ildə ―Orta ümumtəhsil məktəblərində Azərbaycan tarixinin tədrisi 



prosesində şagirdlərin müstəqil işlərinin təşkili‖ – Ələsgərov Baxış İslam oğlu. 

  2009-cu  ildə  ―Azərbaycan  tarixinin  tədrisində  şagidrlərdə  tarixi 



anlayışların  formalaşdırılması  üzrə  işin  sistemi  (V-XI  siniflərin  materilaları 

əsasında)‖ – Cəlilov Azər Müzadil oğlu. 



 

Ünvan: Bakı Ģəhəri, Ü.Hacıbəyov № 34 

 

 

 


Yüklə 5,21 Mb.

Dostları ilə paylaş:
1   ...   213   214   215   216   217   218   219   220   221




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə