Azərbaycan respublikasinin göMRÜk məCƏLLƏSİ



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə5/57
tarix01.09.2018
ölçüsü0,86 Mb.
#66194
1   2   3   4   5   6   7   8   9   ...   57

9.0.10.  gömrük  işi  sahəsində  cinayətlərin  qarşısını  almaq,  belə  cinayətləri  törətmiş, 
habelə  onların  törədilməsində  şübhəli  bilinən  şəxslərin  saxlanılması  və  ya  təqib  edilməsi 
məqsədi  ilə  idarə,  müəssisə  və  təşkilatlara  (xarici  dövlətlərin  diplomatik,  konsulluq  və 
başqa  nümayəndəliklərinə,  beynəlxalq  təşkilatlara  məxsus  olan  və  xüsusi  təyinatlı 
nəqliyyat, rabitə vasitələri istisna edilməklə) məxsus olan rabitə və nəqliyyat vasitələrindən
 
son zərurət vəziyyətində istifadə etmək;
 
9.0.11.  müstəqil  surətdə,  yaxud  digər  hüquq  mühafizə  orqanları  cəlb  edilməklə, 
gömrük  nəzarəti  zonasında  rejim  qaydalarına  riayət  olunmasına  nəzarət  etmək,  gömrük 
xidmətinin  infrastruktur  obyektlərinin  mühafizə  sistemini  təşkil  etmək,  gömrük  sərhədinin 
qorunması məqsədi ilə başqa tədbirləri həyata keçirmək;
 
9.0.12. malların və nəqliyyat  vasitələrinin  gömrük  sərhədindən keçirilməsi, həmçinin 
gömrük nəzarəti altında yerləşdirilən malların daşınması, saxlanılması, onlar üzərində yük 
əməliyyatlarının aparılması ilə bağlı faktları və hadisələri sənədləşdirmək, audio yazılarını, 
video və foto çəkilişlərini aparmaq;
 
9.0.13. bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada fiziki qüvvədən,  xüsusi 
vasitələrdən (o cümlədən texniki vasitələrdən) və odlu silahdan istifadə etmək;
 
9.0.14.  öz  funksiyalarını  yerinə  yetirmək  məqsədi  ilə  şəxslərə  gömrük 
qanunvericiliyinin  pozulmasının  aradan  qaldırılması  üçün  yazılı  formada  xəbərdarlıqlar 
göndərmək və tələblərinin yerinə yetirilməsinə
 
nəzarət etmək;
 
9.0.15. 
digər  ölkələrin  gömrük  orqanları  ilə,  habelə  beynəlxalq  təşkilatlarla 
əməkdaşlıq etmək;
 
9.0.16.  gömrük  rəsmiləşdirilməsinin  və  nəzarətinin  müasir  metodlarının  və 
vasitələrinin tətbiqi məsələləri üzrə xarici ticarət iştirakçıları ilə
 
əməkdaşlıq etmək məqsədi 
ilə onlarla rəsmi münasibətlər yaratmaq, məsləhətləşmələr aparmaq;
 
9.0.17.  bu  Məcəllədə  və  gömrük  işi  üzrə  digər  qanunvericilik  aktlarında  nəzərdə 
tutulmuş başqa hüquqlardan istifadə etmək.
 
  
M a d d ə
 10. 
Müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan qurumlar
 
  
10.1. Müvafiq icra hakimiyyəti orqanı malların gömrük
 
ekspertizasını aparan gömrük 
laboratoriyaları yaradır.
 
10.2. Müvafiq icra hakimiyyəti orqanı gömrük işi sahəsində tədqiqatların aparılması, 
kadrların  hazırlanması  və  ixtisasının  artırılması  məqsədi  ilə  elmi  tədqiqat  və  tədris 
müəssisələri,  gömrük  fəaliyyətinin  həyata  keçirilməsinə  yardım  edən  digər  qurumlar 
yarada bilər.
 
10.3.  Gömrük  orqanlarının,  müvafiq  icra  hakimiyyəti  orqanının  tabeliyində  olan 
gömrük  laboratoriyala
rının,  elmi  tədqiqat  və  tədris  müəssisələrinin,  digər  qurumların 
əmlakı dövlət mülkiyyətindədir.
 
  
M a d d ə
 11. 
Gömrük orqanlarının atributları
 
11.1. Gömrük orqanlarının bayrağı və emblemi vardır.
 
11.2.  Bayraq  və  emblem  gömrük  orqanlarının  inzibati  binalarında,  onlara  məxsus 
avtonəqliyyat vasitələrində, dəniz, çay və hava gəmilərində yerləşdirilir.
 
11.3.  Gömrük  orqanlarının  bayrağının  və  embleminin  təsvirini  müvafiq  icra 
hakimiyyəti orqanı təsdiq edir.
 
  
M a d d ə
 12. 
Gömrük  orqanlarının  digər  dövlət  orqanları,  hüquqi  və  fiziki 
şəxslərlə qarşılıqlı fəaliyyəti
 
  
12.1.  Gömrük  orqanları  gömrük  işi  ilə  əlaqədar  vəzifələrinin  yerinə  yetirilməsi 
məqsədi ilə hüquq mühafizə orqanları daxil olmaqla, digər dövlət orqanları, hüquqi və fiziki 
şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərirlər.
 


12.2.  Dövlət  orqanlarının  vəzifəli  şəxsləri  gömrük  orqanları  tərəfindən  vəzifələrinin 
yerinə yetirməsinə lazımi şərait yaratmalıdırlar.
 
  
M a d d ə
 13. 
Gömrük orqanları tərəfindən “bir pəncərə” prinsipinin tətbiqi
 
  
13.1.  Beynəlxalq  ticarətin  asanlaşdırılması  məqsədi  ilə  gömrük  orqanları  dövlət 
sərhədinin buraxılış məntəqəsində mallara baytarlıq, fitosanitar və müvafiq icra hakimiyyəti 
orqanının müəyyən etdiyi digər nəzarət növlərini “bir pəncərə” prinsipi əsasında mümkün 
qədər qısa vaxtda həyata keçirirlər.
 
13.2. 
Gömrük  orqanları  və  digər  dövlət  orqanları  risklərin  azaldılması,  beynəlxalq 
ticarət
-
təchizat  zəncirinin  fəaliyyətinin  təhlükəsizliyinin  təmin  edilməsi,  xarici  ticarətin 
asanlaşdırılmasına şəraitin yaradılması məqsədi ilə gömrük sərhədindən keçirilən malların 
və nəqliyyat  vasitələrinin  gömrük ərazisinə daxil olması,  çıxması və tranziti ilə bağlı əldə 
edilən  məlumatların  öz  aralarında  və  müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi 
qaydada  başqa  ölkələrin  gömrük  və  digər  səlahiyyətli  dövlət  orqanları  ilə  mübadiləsini 
həyata keçirirlər.
 
  
 
M a d d ə
 13-1
.  Malların  və  nəqliyyat  vasitələrinin  gömrük  sərhədindən 
keçirilməsi üçün buraxılış sistemlərinin tətbiqi
 
  
13-
1.1.  Gömrük  sərhəd  buraxılış  məntəqələrindən  keçirilən  malların  və  nəqliyyat 
vasitələrinin  gömrük  rəsmiləşdirilməsinin  sadələşdirilməsi  məqsədi  ilə  qısa  idxal 
bəyannaməsi əsasında malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının 
yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemləri tətbiq olunur.
 
13-
1.2. Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl 
dəhliz” və digər buraxılış sistemlərindən istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı 
tərəfindən müəyyən edilir.
 
  
 
M a d d ə
 14. 
Gömrük orqanlarının beynəlxalq əməkdaşlığı
 
  
14.1. Gömrük orqanları öz funksiyalarını həyata keçirərkən beynəlxalq müqavilələrə 
uyğun  olaraq  başqa  dövlətlərin  gömrük  və  digər  səlahiyyətli  dövlət  orqanları  ilə,  habelə
 
beynəlxalq təşkilatlarla əməkdaşlıq edirlər.
 
14.2.  Müvafiq  icra  hakimiyyəti  orqanının  öz  funksiyalarının  həyata  keçirilməsinin 
təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb edən dövlətlərdə və beynəlxalq təşkilatlarda 
nümayəndələrini  (gömrük  attaşelərini)  müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi 
qaydada təyin etmək səlahiyyəti vardır.
 
  
M a d d ə
 15. 
Gömrük orqanlarının fəaliyyəti üçün şərait yaradılması
 
  
15.1. Gömrük nəzarətinin və gömrük rəsmiləşdirilməsinin gömrük orqanlarının olduğu 
yerdə deyil, öz ərazilərində və ya binalarında keçirilməsində maraqlı olan şəxslər gömrük 
orqanlarının fəaliyyəti üçün şəraitin təmin edilməsinə imkan verən hədd daxilində gömrük 
orqanlarına  əvəzsiz  istifadə  üçün  lazımi  xidmət  və  məişət  otaqları,  avadanlıq  və  rabitə 
vasitələri verirlər.
 
15.2. Gömrük obyektlərinin yerləşdirilməsi üçün torpaq sahələri gömrük orqanlarının 
istifadəsinə torpaq qanunvericiliyinə uyğun olaraq verilir.
 
  
 
 


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə