Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə3/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   2   3   4   5   6   7   8   9   ...   137

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
11
qımızın uğurlu gələcəyi, yaşaması, ölkəmizin dayanıqlı inkişafı üçün müstəsna 
əhəmiyyətə malik olan bir layihədir.
Bu il Azərbaycanda prezident seçkiləri keçirilmişdir. Seçkilər azad, ədalətli 
şəkildə  keçirilmişdir.  Seçkiləri  müşahidə  edən  xarici  qonaqlar  seçkilərə  çox 
yüksək  qiymət  vermişlər.  Əsas  məsələ  ondan  ibarətdir  ki,  Azərbaycan  xalqı 
seçkilərin  keçirilməsinə  yüksək  qiymət  vermişdir.  Seçkilərdə  Azərbaycan  xal-
qının iradəsi tam şəkildə öz əksini tapmışdır. Mənə yenidən böyük diqqət və 
dəstək göstərdiyi üçün doğma xalqıma minnətdaram. Azərbaycan xalqını bir 
daha əmin etmək istəyirəm ki, mən bundan sonra da ölkəmizin uğurlu inkişafı, 
gələcəyi üçün var gücümlə çalışacağam. 
Bu il Azərbaycan kosmik dövlətə çevrildi. İlin əvvəlində “Azərspace-1” pey-
kinin fəzaya buraxılması tarixi nailiyyətdir. Bu, onu göstərir ki, ölkəmiz böyük 
işlərə, böyük uğurlara imza atır. Kosmik sənayenin inkişafı ölkəmizin ümumi, 
intellektual və iqtisadi potensialını bir daha təsdiqləyir.
Əziz bacılar və qardaşlar, bu gün, eyni zamanda, Dünya Azərbaycanlılarının 
Həmrəyliyi  Günüdür.  Dünyada  yaşayan  bütün  azərbaycanlılar,  əminəm,  fəxr 
edirlər ki, bu gün güclü Azərbaycan dövləti vardır. O dövlət ki, öz vətəndaşları 
üçün çalışır, vətəndaşlarının qayğıları ilə yaşayır. Müasir, dinamik, demokratik 
dövlət ki, bu gün bütün azərbaycanlıların Vətənidir. 
Mən  bütün  Azərbaycan  xalqını  bir  daha  Dünya  Azərbaycanlılarının 
Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edirəm, hər 
bir Azərbaycan ailəsinə xoşbəxtlik, firavanlıq, əmin-amanlıq arzulayıram.
1
 
1 http://president.az/articles/10781


STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
12 
x


Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
13
x
Açar sözlər:  dünyanın qlobal fikir cərəyanı, siyasət, demokratiya, “humanizm” 
ideyası, geosiyasi məkan, milli dövlətçilik, Azərbaycan modeli
Key words: global mainstream, politics, democracy, the idea of “humanism”, 
geopolitical area, national governance, the model of Azerbaijan 
Ключевые слова: политика, демократия, идея гуманизма, геополити-
ческое  пространство,  национальная  государственность,  азербайджан-
ская модель
Siyasətin tükənən 
romantikası
 (sosial-psixoloji 
yanaşma)
Bəxtiyar 
ƏLİYEV 
Azərbaycan Milli Elmlər 
Akademiyasının müxbir üzvü, professor
Milli Məclisin deputatı 
azmm@meclis.gov.az


STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
14 
Giriş
Müasir dünyada baş verən proseslər bir daha göstərir ki, XX əsrin birinci ya-
rısında yaşanmış iki böyük cahan savaşı bəşəriyyəti dünyanın gələcəyi haqqın-
da yenidən düşünməyə vadar etsə də, insanın əsas dəyər olduğunu anlasa da, 
tarixin ibrət dərslərindən lazımınca nəticə çıxarılmamışdır. Hər gün dünyada 
minlərlə insan aclıq və xəstəlik nəticəsində öldüyü halda, inkişaf etmiş ölkələr 
milyardlarla  ABŞ  dollarını  sürətlə  silahlanmaya,  silahlı  müdaxilə  vasitəsilə 
“demokratiyanın”  müxtəlif  ölkələrə  yayılmasına  xərcləyirlər.  Tarixin  müxtəlif 
dövrlərində dini fikirlər də zor gücünə, minlərlə insanı qətlə yetirməklə qəbul 
etdirilirdi. Ola bilər ki, Vladimir Lenin və İosif Stalinin sosialist inqilabını “eks-
port” etmək ideyası buradan qaynaqlandığı kimi, “yeni demokratiya” ideoloq-
ları da bu üsulu XXI əsrdə ən yaxşı vasitə hesab edirlər.
 XX əsrin sonu XXI əsrin əvvəllərində “humanizm” ideyası əsas ideya kimi 
yaşadığımız dünyanın qlobal fikir cərəyanına çevrilmişdir. Parodoksal odur ki, 
dünyanın intibah dövrünü yaşamaqda olan Avropa ölüm hökmünü ləğv edərək 
insan həyatını ən böyük nemət, ən əsas dəyər olduğunu bəyan etdiyi halda, 
dünyanın super dövləti, demokratiyanın beşiyi missiyasını üzərinə götürmüş 
ABŞ-da ölüm hökmü cəmiyyətdəki hüquq münasibətlərinin tənzimlənməsinin 
əsas  mexanizmlərindən  biri,  tərbiyə  vasitələrindən  isə  ən  təsirlisi  kimi 
qiymətləndirilir.
Dünyada mövcud olan ikiqütblü siyasi sistem SSRİ dağıldıqdan sonra çox-
qütblü  xarakter  daşımağa  başladı.  Belə  olan  halda  güclü  dövlətlər  yeni  yara-
nan və ya inkişaf etməkdə olan dövlətlərin xarici siyasətlərini öz ölkələrindən 
maksimum dərəcədə uzaqda saxlamağı milli təhlükəsizlik konsepsiyalarının əsas 
məqsədi kimi qarşıya qoydular. Burada məqsəd yeni güc mərkəzlərinin yaran-
masına imkan verməmək, dünya bazarını yenidən şəriksiz bölüşdürmək və im-
kan yarandıqca mövcud rəqibləri sıradan çıxarmaq idi. 
Azərbaycan  Respublikasının  son  illər  həyata  keçirdiyi  xarici  siyasətin 
təhlilinin  ümumi  mənzərəsində  qabarıq  nəzərə  çarpan  əsas  məqamlardan 
biri də onun artıq nəinki Cənubi Qafqaz, həmçinin Avropa  və dünya siyasi 
məkanında fəal aktora çevrilməsidir. Bu mövqe həyata keçirilən siyasi-hüquqi, 
iqtisadi  islahatların  nəticələrinə  və  bunun  əsasında  təşəkkül  tapmış  siyasi 
nailiyyətlərə söykənir. 
“Ötən  əsrin  90-cı  illərinin  ortalarında  Heydər  Əliyev  Azərbaycanda 
müstəqil dövlət yaradılması və dövlətçiliyin möhkəmləndirilməsi, idarəetmə 
proseslərinin mərkəzləşdirilməsi və milli iqtisadiyyatın durğunluq prosesinin 
dayandırılması məqsədi daşıyan sosial-siyasi və iqtisadi dəyişikliklər həyata 
keçirməyə  başladı.  Milli  tariximizin  bu  dövrü  milli  dövlətçiliyin  qurulması 
üçün o vaxt zəruri olan qətiyyətli etatist yanaşmanın əsası, başlıca mənbəyi 
olmuş, bu yanaşmanın bazis konsepti isə Azərbaycan cəmiyyətinin siyasi, iq-
tisadi və sosiomədəni modernləşməsinin prioritet komponenti kimi realpo-


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə