Azərbaycan Respublikasının Gömrük Məcəlləsi



Yüklə 4,93 Kb.
Pdf görüntüsü
səhifə23/50
tarix02.01.2018
ölçüsü4,93 Kb.
#18988
1   ...   19   20   21   22   23   24   25   26   ...   50

125.4. Mallar gömrük ərazisindən aparılmazdan əvvəl təqdim olunan gömrük 
bəyannaməsində ən azı qısa ixrac bəyannaməsi üçün tələb olunan məlumatlar əks 
olunmalıdır. 
125.5. Bu Məcəllənin 125.3-cü maddəsində nəzərdə tutulmuş gömrük bəyannaməsi, 
təkrar ixrac bildirişi və ya qısa ixrac bəyannaməsi gömrük ərazisindən aparılması nəzərdə 
tutulan mallar gömrük sərhədinə çatmamışdan əvvəl də kağız üzərində yazılı və ya 
elektron formada gömrük orqanına təqdim edilə bilər. 
125.6. Mallar gömrük ərazisindən aparılmazdan əvvəl bəyan edilməsinin qaydasını 
müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 
Maddə 126. Gömrük ərazisindən aparılan mallar üzərində gömrük nəzarəti və onların gömrük 
rəsmiləşdirilməsi 
126.1. Gömrük ərazisindən aparılan mallar bu Məcəllənin 83-cü maddəsində nəzərdə 
tutulmuş müddətdə gömrük nəzarəti altında olur və onlara bu Məcəllənin 92.2-ci maddəsi 
ilə müəyyən edilmiş gömrük nəzarəti formaları tətbiq edilir. 
126.2. Qanunvericilikdə nəzərdə tutulmuş hallarda, gömrük ərazisindən aparılan malların 
gömrük rəsmiləşdirilməsi aşağıdakılar tətbiq olunmaqla həyata keçirilir: 
126.2.1. ixrac gömrük rüsumlarının tutulması; 
126.2.2. milli təhlükəsizliyin, ictimai asayişin, əhalinin mənəviyyatının, insanların 
həyat və sağlamlığının, mülkiyyət hüququnun, o cümlədən əqli mülkiyyət 
hüquqları obyektlərinin, heyvanların və bitkilərin, ətraf mühitin, xalqların mədəni, 
tarixi və arxeoloji sərvətlərinin qorunması baxımından müəyyən edilmiş 
qadağalar. 
126.3. Malların aparılmasına o şərtlə icazə verilir ki, aparılan mallar bu Məcəllənin 
125.3-cü maddəsində nəzərdə tutulmuş gömrük bəyannaməsinin, təkrar ixrac bildirişinin 
və ya qısa ixrac bəyannaməsinin gömrük orqanları tərəfindən təsdiq edildiyi zaman 
olduğu vəziyyətdədir. 
Fəsil 19. İxrac, təkrar ixrac və müvəqqəti ixrac 
Maddə 127. Daxili malların ixracı 
127.1. Gömrük ərazisindən kənarda daimi qalması üçün aparılan daxili mallar ixrac 
gömrük proseduru altında yerləşdirilir. 
127.2. Bu Məcəllənin 127.1-ci maddəsi aşağıdakı mallara tətbiq edilmir: 
127.2.1. son istifadə və ya xaricdə emal xüsusi gömrük proseduru altında 
yerləşdirilmiş mallara; 


127.2.2. daxili tranzit xüsusi gömrük proseduru altında yerləşdirilmiş və ya bu 
Məcəllənin 130-cu maddəsinə uyğun olaraq, gömrük ərazisindən müvəqqəti ixrac 
olunan mallara. 
Maddə 128. Xarici malların təkrar ixracı 
128.1. Xarici mallar gömrük ərazisindən aparıldıqda, gömrük orqanları onların ixrac 
rəsmiləşdirilməsini həyata keçirir və digər səlahiyyətli gömrük orqanlarına təqdim etmək 
üçün təkrar ixrac bildirişi verirlər. 
128.2. Bu Məcəllənin 128.1-ci maddəsi aşağıdakı mallara tətbiq edilmir: 
128.2.1. gömrük ərazisindən beynəlxalq tranzit xüsusi gömrük proseduru altında 
yerləşdirilərək keçirilən mallara; 
128.2.2. sərbəst zona daxilində bir nəqliyyat vasitəsindən digərinə boşaldılıb 
yüklənmiş, yaxud sərbəst zonadan birbaşa təkrar ixrac edilən mallara; 
128.2.3. müvəqqəti saxlanc yerlərindən birbaşa təkrar ixrac edilən, müvəqqəti 
saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara. 
128.3. Sərbəst dövriyyəyə buraxılışından 1 (bir) il ərzində gömrük ərazisindən təkrar 
ixrac olunan mallar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi şərtlərə cavab 
verdikdə, həmin malların idxalı üçün ödənilmiş gömrük rüsumları və vergilər qaytarılır. 
128.4. Malların təkrar ixrac gömrük proseduru altında yerləşdirilməsi qaydalarını 
müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 
Maddə 129. Qısa ixrac bəyannaməsi və ona düzəlişlərin edilməsi 
129.1. Gömrük ərazisindən malların aparılması üçün gömrük bəyannaməsi və ya təkrar 
ixrac bildirişinin tələb olunmadığı hallarda gömrük orqanlarına qısa ixrac bəyannaməsi 
təqdim edilməlidir. 
129.2. Riskin təhlili və gömrük nəzarətinin düzgün tətbiqi üçün zəruri olan məlumatları 
özündə əks etdirən qısa ixrac bəyannaməsinin formasını və təqdim olunması qaydalarını 
müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 
129.3. Qısa ixrac bəyannaməsi məlumatların elektron emalı üsulundan istifadə 
olunmaqla, elektron sənəd formasında təqdim edilir. 
129.4. Qısa ixrac bəyannaməsi gömrük orqanlarına kağız üzərində yazılı formada da 
təqdim edilə bilər. Həmin bəyannamə risklərin idarə olunmasını, məlumatların gömrük 
orqanları arasında mübadiləsini elektron formada verilən qısa ixrac bəyannaməsinə 
analoji səviyyədə təmin etməsi şərti ilə gömrük orqanları tərəfindən təsdiq olunur. 


129.5. Qısa ixrac bəyannaməsi aşağıdakı şəxslərdən biri tərəfindən təqdim edilə bilər: 
129.5.1. malları gömrük ərazisindən aparan və ya onun daşınmasına görə 
cavabdeh olan şəxs; 
129.5.2. malları ixrac edən və ya göndərən, yaxud bu Məcəllənin 129.5.1-ci 
maddəsində qeyd olunan şəxsin adından çıxış edən digər şəxs; 
129.5.3. malları səlahiyyətli gömrük orqanına təqdim edən və ya təqdim etməli 
olan istənilən şəxs. 
129.6. Bu Məcəllənin 129.7-ci maddəsində göstərilən hallar istisna olmaqla, qısa ixrac 
bəyannaməsi təqdim edildikdən sonra onu təqdim edən şəxsin müraciəti əsasında həmin 
bəyannamədə düzəlişlərin aparılmasına gömrük orqanları tərəfindən icazə verilir. 
129.7. Aşağıdakı hallarda qısa ixrac bəyannaməsinə düzəlişlərin edilməsinə icazə 
verilmir: 
129.7.1. gömrük orqanları qısa ixrac bəyannaməsini təqdim etmiş şəxsə malları 
yoxlamaq niyyəti barədə məlumat verdikdən sonra
129.7.2. gömrük orqanları qısa ixrac bəyannaməsindəki məlumatların düzgün 
olmadığını müəyyənləşdirdikdən sonra; 
129.7.3. gömrük orqanları malların aparılmasına icazə verdikdən sonra. 
Maddə 130. Müvəqqəti ixrac 
130.1. Təkrar idxal üçün nəzərdə tutulmuş daxili mallar müvəqqəti ixrac proseduru 
altında yerləşdirilir. Bu mallardan bu Məcəllənin 130.2-ci maddəsində nəzərdə tutulmuş 
qaydalara uyğun olaraq gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən 
azad edilməklə, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisindən 
kənarda istifadə olunur. 
130.2. Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi qaydalarını bu 
Məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 
Həmin qaydalarda malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi 
şərtləri, onların bu prosedur altında qalma müddəti müəyyən edilməlidir. 
IX bölmə
. N
ə
qliyyat vasit
ə
l
ə
rinin v
ə
 
şə
xsl
ərin gömrük ə
razisin
ə
 daxil 
olması və
 bu 
ə
razid
ən yola düşmə
si 
Fəsil 20. Nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil olması 
Maddə 131. Nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil olması haqqında məlumatın 
gömrük orqanlarına təqdim edilməsi 


Yüklə 4,93 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə