Azərbaycan Respublikasının Gömrük Məcəlləsi



Yüklə 4,93 Kb.
Pdf görüntüsü
səhifə24/50
tarix02.01.2018
ölçüsü4,93 Kb.
#18988
1   ...   20   21   22   23   24   25   26   27   ...   50

131.1. Gömrük ərazisinə daxil olması nəzərdə tutulan nəqliyyat vasitəsinə görə məsul 
şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və formada (o 
cümlədən elektron formada) aşağıdakılar barədə məlumatları gömrük orqanlarına 
əvvəlcədən təqdim edə bilər: 
131.1.1. nəqliyyat vasitəsinin gömrük ərazisinə gözlənilən daxilolma vaxtı; 
131.1.2. nəqliyyat vasitəsinin hərəkət istiqamətləri və marşrutları; 
131.1.3. nəqliyyat vasitəsinin heyəti və sərnişinləri; 
131.1.4. təyinatından və gətirilmə məqsədlərindən asılı olmayaraq, gömrük 
ərazisində boşaldılacaq yük; 
131.1.5. mövcud olduqda, gömrük ərazisində boşaldılması nəzərdə tutulmayan 
yük; 
131.1.6. nəqliyyat vasitəsinin daxil olacağı gömrük sahəsi. 
131.2. Gömrük ərazisinə daxil olan nəqliyyat vasitəsinə görə məsul şəxs: 
131.2.1. nəqliyyat vasitəsi gömrük ərazisinin müəyyən olunmuş gömrük sahəsinə 
daxil olarkən daxilolma haqqında məlumatı gömrük orqanlarına təqdim etməli
131.2.2. gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən icazə verilənədək heç bir 
şəxsin nəqliyyat vasitəsini tərk etməsinə və ya oraya daxil olmasına imkan 
verməməli; 
131.2.3. nəqliyyat vasitəsinin gömrük sahəsi daxilində hərəkəti, malların 
nəqliyyat vasitəsindən boşaldılması, heyətin və başqa şəxslərin nəqliyyat 
vasitəsindən düşürdülməsi barədə gömrük orqanlarının vəzifəli şəxslərinin 
göstərişlərinə əməl etməlidir. 
131.3. Nəqliyyat vasitəsinin gömrük ərazisinə daxil olduqdan sonrakı 1 (bir) saat 
müddətində gömrük orqanlarına daxilolma haqqında məlumat verilməlidir. Nəqliyyat 
vasitəsi gömrük ərazisinə gömrük orqanlarının iş vaxtından kənar saatlarda daxil 
olduqda, bu məlumat onların növbəti iş vaxtı başlandıqdan sonrakı 1 (bir) saat 
müddətində verilməlidir. 
131.4. Bu Məcəllənin 131.1-ci maddəsində göstərilən məlumatlar gömrük orqanlarına 
nəqliyyat vasitəsinə görə məsul şəxslərin adından onların nümayəndəsi tərəfindən də 
təqdim oluna bilər. 
131.5. Nəqliyyat vasitələri gömrük ərazisinə yüksüz və şərnişinsiz daxil olarkən, bu 
Məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 
qaydada müvafiq gömrük orqanına bəyan edilməlidir. 


Maddə 132. Nəqliyyat vasitələrinin sahiblərinə, heyət üzvlərinə və sərnişinlərinə dair tələblər 
Gömrük ərazisinə daxil olan nəqliyyat vasitələrinin sahibləri, heyət üzvləri və sərnişinləri 
gömrük orqanlarının vəzifəli şəxslərinin nəqliyyat vasitəsi, onun hərəkət marşrutu, 
təyinat yeri, daşınan sərnişinlər, yaxud mallar barədə suallarını cavablandırmalı, bu 
Məcəlləyə uyğun olaraq tələb olunan sənədləri təqdim etməlidirlər. 
Maddə 133. Gömrük ərazisinə daxil olan gəminin dayandırılması 
133.1. Gömrük ərazisinə daxil olan gəmiyə görə məsul şəxs gömrük orqanlarının vəzifəli 
şəxslərinin tələbi ilə gəmini lövbərə qoymalı, gəminin yoluna davam etməsi barədə 
müvafiq göstəriş olmayana qədər onun dayanmasını təmin etməlidir. 
133.2. Gömrük orqanlarının vəzifəli şəxslərini və digər səlahiyyətli şəxsləri daşıyan 
gəminin üzərində onun dövlət xidmətində olmasını təsdiq edən müvafiq nişanlar 
olmalıdır. 
133.3. Gəmiyə görə məsul şəxs gömrük orqanlarının vəzifəli şəxslərinin və ya digər 
səlahiyyətli şəxslərin onun göyərtəsinə qalxmaları üçün bütün mümkün vasitələrlə şərait 
yaratmalıdır. 
133.4. Gömrük orqanlarının vəzifəli şəxslərinin göstərişindən sonra, gəmiyə görə məsul 
şəxs həmin gəminin gömrük ərazisini dərhal tərk etməsini təmin etməlidir. 
Maddə 134. Nəqliyyat vasitəsinin müəyyən olunmuş gömrük sahəsindən fərqli sahəyə daxil 
olması 
134.1. Qəza, fövqəladə və digər qarşısıalınmaz hadisələrin baş verməsi nəticəsində 
müəyyən gömrük sahəsinə lövbər salmaqla, yerə enməklə, saxlanılmaqla, dayanmaqla və 
başqa formada daxil olmaq məcburiyyəti qarşısında qalan nəqliyyat vasitələrinə bu 
Məcəllənin 131.2.2-ci maddəsi şamil edilmir. 
134.2. Müəyyən olunmuş gömrük sahəsindən fərqli sahəyə daxil olan nəqliyyat vasitəsinə 
görə məsul olan şəxs: 
134.2.1. bu barədə gömrük orqanlarının vəzifəli şəxslərinə dərhal məlumat 
verməli; 
134.2.2. nəqliyyat vasitəsində daşınan malların boşaldılmasına, heyət üzvlərinin 
və başqa şəxslərin nəqliyyat vasitəsinin dayandığı yerdən uzaqlaşmasına gömrük 
orqanlarının vəzifəli şəxslərinin icazəsi olmadan yol verməməli; 
134.2.3. nəqliyyat vasitəsində olan mallar, onun heyəti və başqa şəxslər barədə 
gömrük orqanlarının vəzifəli şəxslərinin göstərişlərini yerinə yetirməlidir. 
Fəsil 21. Nəqliyyat vasitələrinin gömrük ərazisindən yola düşməsi 


Maddə 135. Gömrük ərazisindən yola düşən nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi 
135.1. Gömrük ərazisindən yola düşməsi nəzərdə tutulan nəqliyyat vasitəsinə görə məsul 
şəxs bu barədə məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada 
və formada (o cümlədən elektron formada) gömrük orqanlarına əvvəlcədən təqdim edə 
bilər. 
135.2. Gömrük orqanı bu məlumatı qeydə almaqla, sonrakı rəsmiləşdirmənin aparılması 
üçün nəqliyyat vasitəsinin yola düşəcəyi vaxtı və yeri müəyyən edir. 
135.3. Nəqliyyat vasitələri gömrük ərazisindən yüksüz və sərnişinsiz yola düşərkən bu 
Məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 
qaydada müvafiq gömrük orqanına bəyan edilməlidir. 
135.4. Gömrük orqanları gömrük ərazisində olan nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi 
aparılmadan onun bu ərazidən yola düşməsinə imkan verməməlidirlər. 
135.5. Bu maddənin müddəaları Azərbaycan Respublikasının ərazisində yerləşən dəniz, 
çay və ya hava limanlarında dayanmayan, gömrük ərazisindən keçən dəniz, çay və hava 
gəmiləri barəsində tətbiq edilmir. 
Maddə 136. Nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi haqqında sənəd 
136.0. Gömrük ərazisindən yola düşən nəqliyyat vasitəsinə görə məsul şəxsə həmin 
nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi haqqında sənəd verilməzdən əvvəl həmin şəxs 
aşağıdakı tələbləri yerinə yetirməlidir: 
136.0.1. yola düşmə haqqında məlumatı onu təsdiq edən sənədlərlə birlikdə 
gömrük orqanlarına təqdim etməli; 
136.0.2. gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən nəqliyyat vasitəsi, onun 
heyət üzvləri, sərnişinləri, yükü, nəzərdə tutulan hərəkət istiqaməti, marşrutu 
barədə verilən sualları cavablandırmalı; 
136.0.3. gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən nəqliyyat vasitəsi, onun 
heyət üzvləri, sərnişinləri, yükü, nəzərdə tutulan hərəkət istiqaməti, marşrutu ilə 
bağlı tələb olunan sənədləri təqdim etməli; 
136.0.4. nəqliyyat vasitəsi, onun heyət üzvləri, sərnişinləri, yükü, nəzərdə tutulan 
hərəkət istiqaməti, marşrutu ilə bağlı bu Məcəllənin və gömrük işi üzrə digər 
qanunvericilik aktlarının tələblərinə əməl etməlidir. 
Maddə 137. Gömrük ərazisindən yola düşən nəqliyyat vasitəsinə daxilolma 


Yüklə 4,93 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə