Azərbaycan Respublikasının Gömrük Məcəlləsi



Yüklə 4,93 Kb.
Pdf görüntüsü
səhifə27/50
tarix02.01.2018
ölçüsü4,93 Kb.
#18988
1   ...   23   24   25   26   27   28   29   30   ...   50

153.2.1. gömrük orqanları bəyannaməçiyə malları yoxlamaq niyyətində olduğunu 
bildirdikdən sonra; 
153.2.2. gömrük orqanları gömrük bəyannaməsindəki məlumatların düzgün 
olmadığını müəyyənləşdirdikdən sonra; 
153.2.3. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallar istisna 
olmaqla, gömrük orqanları tərəfindən malların buraxılışı həyata keçirildikdən 
sonra. 
153.3. Gömrük bəyannaməsində aparılan düzəlişlər onun tətbiq sahəsini genişləndirə və 
ya məhdudlaşdıra bilməz. 
153.4. Gömrük orqanlarının səlahiyyətinə aid olan məlumatların gömrük bəyannaməsinə 
daxil edilməsi halları istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxsləri gömrük 
bəyannaməsini doldurmaq, gömrük bəyannaməsində göstərilən məlumatları dəyişdirmək 
və ya ona əlavələr etmək hüququna malik deyil. 
153.5. Bu Məcəllənin 153.4-cü maddəsi gömrük orqanının vəzifəli şəxslərinin 
bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin 
tərtib edilməsində və ona müvafiq düzəlişlər edilməsində yardım göstərilməsi barədə bu 
Məcəllənin 22.6-cı maddəsində nəzərdə tutulmuş vəzifəsini istisna etmir. 
Maddə 154. Gömrük bəyannaməsinin ləğvi 
154.1. Gömrük orqanları təsdiq olunmuş gömrük bəyannaməsini bəyannaməçinin 
müraciəti əsasında aşağıdakı hallarda ləğv edirlər: 
154.1.1. mallar dərhal başqa gömrük proseduru altında yerləşdirilməli olduqda; 
154.1.2. fors-major halları ilə əlaqədar malların bəyan edildiyi gömrük proseduru 
altında yerləşdirilməsi mümkün olmadıqda. 
154.2. Gömrük orqanları bəyannaməçiyə malları yoxlamaq niyyətini bildirdikdə, gömrük 
bəyannaməsinin ləğvi barədə müraciətə yalnız müvafiq yoxlama aparıldıqdan sonra 
baxılır. 
154.3. Gömrük bəyannaməsi malların buraxılışından sonra ləğv edilə bilməz. 
154.4. Bu Məcəllənin 154.3-cü maddəsi ilə bağlı istisnaları müvafiq icra hakimiyyəti 
orqanı müəyyən edir. 
154.5. Gömrük bəyannaməsinin ləğvi bəyannaməçinin qanunvericilikdə nəzərdə tutulmuş 
inzibati və ya cinayət məsuliyyətinə cəlb olunması üzrə tədbirlərin tətbiqini istisna etmir. 
Maddə 155. Sadələşdirilmiş bəyannamələr 


155.1. Müvafiq icra hakimiyyəti orqanı gömrük rəsmiləşdirilməsini təkmilləşdirmək 
məqsədi ilə malların və nəqliyyat vasitələrinin bəyan olunmasının sadələşdirilmiş 
qaydalarını müəyyən edir. 
155.2. Aşağıdakı hallarda gömrük orqanlarına sadələşdirilmiş bəyannamələr təqdim 
edilir: 
155.2.1. səlahiyyətli iqtisadi operatorlar malları müvafiq gömrük proseduru 
altında yerləşdirərkən; 
155.2.2. bu Məcəllənin 112.1-ci maddəsində nəzərdə tutulan yardım yüklərinin 
gömrük rəsmiləşdirilməsi zamanı; 
155.2.3. fiziki şəxslər istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə 
tutulmayan, lakin yazılı formada bəyan edilməli olan malları gömrük sərhədindən 
keçirərkən. 
155.3. Sadələşdirilmiş bəyannamələr gömrük orqanlarının bəyannaməçinin elektron 
məlumat sistemindən məlumatlar əldə edə bilməsi və onların digər gömrük orqanları ilə 
mübadiləsi üçün lazım olan tələblərə cavab verməsi şərti ilə, bəyannaməçinin mallar və 
nəqliyyat vasitələri barədə hesabatı formasında ola bilər. 
155.4. Səlahiyyətli iqtisadi operatorlara, istehsal və ya kommersiya məqsədləri üçün 
nəzərdə tutulmayan malları gömrük sərhədindən keçirən fiziki şəxslərə münasibətdə və 
yardım yükləri üçün sadələşdirilmiş bəyannamənin ayrı-ayrı formalarını müvafiq icra 
hakimiyyəti orqanı müəyyən edir. 
Maddə 156. Əlavə, dövri və natamam bəyannamələr 
156.1. Bu Məcəllənin 155.2.1-ci və 155.2.2-ci maddələrində nəzərdə tutulmuş hallarda 
sadələşdirilmiş bəyannamə verildikdə, bəyannaməçi aidiyyəti gömrük proseduru üzrə 
gömrük bəyannaməsinin tamamlanması üçün lazım olan digər məlumatları əks etdirən 
əlavə bəyannamə təqdim etməlidir. 
156.2. Gömrük orqanları eyni malları və nəqliyyat vasitələrini gömrük sərhədindən 
müntəzəm olaraq keçirən şəxsə onları müəyyən müddət ərzində bir dövri bəyannamə 
əsasında keçirməsinə icazə verirlər. 
156.3. Bəyannaməçi gömrük bəyannaməsini üzrlü səbəblərə görə tam şəkildə doldura 
bilmədikdə, gömrük orqanları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 
qaydada natamam bəyannamənin verilməsinə icazə verirlər. 
156.4. Natamam bəyannamədə gömrük məqsədləri üçün lazım olan əsas məlumatlar 
göstərilməlidir. Çatışmayan məlumatlar bəyannaməçi tərəfindən müvafiq icra 
hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və müddətdə təqdim edilməlidir. 


156.5. Əlavə, dövri və natamam bəyannamələrin formasını, təqdim olunması qaydalarını 
müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 
Fəsil 24. Gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim edilən 
sənədlərin və malların yoxlanılması 
Maddə 157. Gömrük bəyannaməsində göstərilən məlumatların yoxlanılması 
157.1. Gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən 
məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, müvafiq malları 
yoxlamaq, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün bu Məcəllənin 
150.3-cü maddəsinə əsasən çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, 
malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna 
malikdirlər. 
157.2. Gömrük bəyannaməsində göstərilən məlumatların gömrük orqanları tərəfindən 
yoxlanılmasının nəticələri bütün gömrük ərazisində eyni hüquqi qüvvəyə malikdir. 
157.3. Yoxlamanın nəticələrindən malların yerləşdirildiyi gömrük prosedurunun tətbiqi 
məqsədi ilə istifadə olunur. 
Maddə 158. Malların yoxlanılması, prob və nümunələrin götürülməsi 
158.1. Malların yoxlanıldığı, prob və nümunələrin götürüldüyü, ekspertizasının aparıldığı 
yerlərə daşınması, bununla əlaqədar yükləmə-boşaltma işləri və digər yük əməliyyatları 
bəyannaməçinin özü tərəfindən, yaxud onun məsuliyyəti altında həyata keçirilir. Bu 
zaman yaranan xərclər bəyannaməçi tərəfindən ödənilir. 
158.2. Bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların 
nümayəndələri gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən malların yoxlanılması, 
onlardan prob və nümunələr götürülməsi prosesində iştirak edə bilərlər. Bəyannaməçi 
mallardan prob və nümunələrin götürülməsində gömrük orqanlarının vəzifəli şəxslərinə 
yardım göstərməlidir. 
158.3. Gömrük orqanları bu Məcəllənin 91.3-cü maddəsində göstərilən hallarda 
mallardan prob və nümunələri bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan digər 
şəxslərin və ya onların nümayəndələrinin iştirakı olmadan götürmək hüququna 
malikdirlər. 
158.4. Digər dövlət orqanları, habelə bəyannaməçi, mallar barəsində səlahiyyəti olan 
digər şəxslər və ya onların nümayəndələri mallardan prob və nümunələri yalnız gömrük 
orqanlarının vəzifəli şəxslərinin iştirakı ilə götürə bilərlər. 
158.5. Prob və nümunələr onların gömrük ekspertizasını aparmağa imkan verən 
minimum miqdarda (sayda, ölçüdə) götürülür. Gömrük nəzarəti altında olan mallardan 


Yüklə 4,93 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə