Azərbaycan Respublikasının Gömrük Məcəlləsi



Yüklə 4,93 Kb.
Pdf görüntüsü
səhifə30/50
tarix02.01.2018
ölçüsü4,93 Kb.
#18988
1   ...   26   27   28   29   30   31   32   33   ...   50

Tranzit və sərbəst zona xüsusi gömrük prosedurları istisna olmaqla, digər xüsusi gömrük 
prosedurları altında yerləşdirilmiş mallar gömrük ərazisinin müxtəlif məntəqələri 
arasında gömrük qanunvericiliyinin tələblərinə riayət olunmaqla daşına bilər. 
Maddə 172. Mallarla adi işləmə formaları 
Gömrük anbarlarında saxlanc, emal və ya sərbəst zona xüsusi gömrük prosedurları 
altında yerləşdirilmiş mallar onların qorunması, xarici görünüşünün və keyfiyyətinin 
yaxşılaşdırılması, satış və daşınma üçün hazırlanması məqsədi ilə adi işləmə formalarına 
məruz qala bilərlər. 
Maddə 173. Ekvivalent mallar 
173.1. Xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların əvəzinə saxlanca 
qoyulan, istifadə edilən və ya emal edilən daxili mallar ekvivalent mallar hesab olunur. 
173.2. Xaricdə emal prosedurunda ekvivalent mallar bu prosedur altında yerləşdirilmiş 
daxili malların əvəzinə emal olunan xarici mallardan ibarətdir. 
173.3. Ekvivalent mallar əvəz etdikləri mallarla eyni keyfiyyətə, eyni texniki göstəricilərə 
və xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə eyni rəqəmli koda malik 
olmalıdırlar. 
173.4. Gömrük orqanları gömrük prosedurunun gömrük nəzarəti baxımından 
qanunvericiliyin tələblərinə uyğun tətbiq olunmasının təmin edilməsi şərti ilə tranzit
müvəqqəti idxal və ya müvəqqəti saxlanc xüsusi gömrük prosedurları istisna edilməklə, 
digər xüsusi gömrük prosedurları daxilində ekvivalent mallardan istifadəyə icazə verirlər. 
173.5. Müvafiq icra hakimiyyəti orqanı ekvivalent mallardan istifadə qaydalarını 
müəyyən edir. 
Fəsil 29. Tranzit 
Maddə 174. Beynəlxalq tranzit 
174.1. Beynəlxalq tranzit xüsusi gömrük proseduru xarici malların gömrük rüsumları, 
əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan 
gömrük nəzarəti altında bir yerdən başqa yerə daşınmasıdır. 
174.2. Malların beynəlxalq tranzit xüsusi gömrük proseduru altında yerləşdirilərək 
daşınması aşağıdakı qaydada həyata keçirilir: 
174.2.1. malların daşınması gömrük ərazisindən kənarda başlanır, yaxud başa 
çatır; 


174.2.2. malların daşınması gömrük ərazisinin iki məntəqəsi arasında gömrük 
ərazisindən kənar ərazidən keçməklə baş verir. 
174.3. Bu Məcəllənin 174.1-ci maddəsində qeyd edilən daşınma aşağıda göstərilənlər 
əsasında həyata keçirilir: 
174.3.1. beynəlxalq tranzit xüsusi gömrük proseduru; 
174.3.2. beynəlxalq gömrük tranziti üzrə Azərbaycan Respublikasının tərəfdar 
çıxdığı beynəlxalq müqavilələr; 
174.3.3. mallar Ümumdünya Poçt İttifaqının Aktları əsasında hüquqlara malik 
olan və öhdəliklər daşıyan subyektlər (poçt rabitəsi operatorları) tərəfindən və ya 
onlar üçün beynəlxalq poçt göndərişlərinin daşınmasında vasitəçilik edən şəxslər 
tərəfindən daşındığı halda, bu aktlara müvafiq olaraq beynəlxalq poçt 
göndərişlərinin mübadiləsi sistemi. 
174.4. Daxili malların beynəlxalq tranzit xüsusi gömrük proseduru altında yerləşdirilməsi 
hallarını və şərtlərini müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. 
174.5. Xarici dövlətlərin və beynəlxalq təşkilatların rezidentlərin mənafeyinə zərər vuran 
ayrı-seçkilik və digər iqtisadi siyasət tədbirlərinə cavab kimi, müvafiq icra hakimiyyəti 
orqanı həmin dövlətlərin və müvafiq beynəlxalq təşkilatlara daxil olan dövlətlərin 
mallarının gömrük ərazisindən beynəlxalq tranzitinə qadağalar və məhdudiyyətlər tətbiq 
edə bilər. 
174.6. Malların beynəlxalq tranzit xüsusi gömrük proseduru altında yerləşdirilərək 
daşınması gömrük orqanlarının icazəsi əsasında həyata keçirilir. 
Maddə 175. Daxili tranzit 
175.1. Daxili tranzit xüsusi gömrük proseduru daxili malların statusunu dəyişmədən 
gömrük ərazisinin bir yerindən başqa yerinə daşınmasıdır. 
175.2. Bu Məcəllənin 175.1-ci maddəsində qeyd edilən daşınma poçt sistemi daxilində 
daşınan mallara da şamil edilir. 
175.3. Malların daxili tranzit xüsusi gömrük proseduru altında yerləşdirilərək daşınması 
gömrük orqanlarının icazəsi ilə həyata keçirilir. 
175.4. Malların beynəlxalq və daxili tranzit xüsusi gömrük prosedurları altında 
yerləşdirilərək daşınması qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 
Fəsil 30. Saxlanc 
Maddə 176. Saxlanc xüsusi gömrük prosedurunun əhatə dairəsi 


176.1. Saxlanc xüsusi gömrük proseduru müvəqqəti saxlanc və gömrük anbarı 
prosedurlarından ibarətdir. Malların saxlanc xüsusi gömrük proseduru altında 
yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 
176.2. Xarici mallar saxlanc xüsusi gömrük proseduru altında idxal gömrük rüsumları, 
idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq 
olunmadan gömrük və müvəqqəti saxlanc anbarlarında gömrük nəzarəti altında 
yerləşdirilir. 
176.3. Daxili mallar da gömrük qanunvericiliyinə müvafiq olaraq gömrük anbarı 
proseduru və ya sərbəst zona xüsusi gömrük proseduru altında yerləşdirilə bilər. 
176.4. Daxili malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirildiyi halları və 
şərtləri müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 
Maddə 177. Saxlanc xüsusi gömrük proseduru sahibinin məsuliyyəti 
177.1. Saxlanc xüsusi gömrük prosedurunun sahibi aşağıdakılara görə cavabdehdir: 
177.1.1. müvəqqəti saxlanc və ya gömrük anbarı xüsusi gömrük prosedurları 
altında yerləşdirilmiş malların gömrük nəzarətindən yayındırılmasına; 
177.1.2. malların saxlancından irəli gələn öhdəliklərinin yerinə yetirilməməsinə; 
177.1.3. gömrük və ya müvəqqəti saxlanc anbarlarının təsisi ilə əlaqədar verilmiş 
lisenziyada müəyyən edilən şərtlərə əməl edilməməsinə. 
177.2. Prosedur sahibi malların müvəqqəti saxlanc və ya gömrük anbarı xüsusi gömrük 
prosedurları altında yerləşdirilməsindən irəli gələn öhdəliklərini yerinə yetirməməsinə 
görə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. 
Maddə 178. Müvəqqəti saxlanc xüsusi gömrük proseduru 
178.1. Başqa gömrük proseduru altında yerləşdirilməsi üçün bəyan edilmə halları istisna 
olmaqla, mal sahibi tərəfindən gömrük orqanlarına təqdim edilmiş aşağıdakı xarici mallar 
onun tərəfindən müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilərək 
bəyan edilir: 
178.1.1. sərbəst zonaya birbaşa gətirilmə istisna olmaqla, gömrük ərazisinə 
gətirilən mallar; 
178.1.2. sərbəst zonadan gömrük ərazisinin digər hissəsinə gətirilən mallar; 
178.1.3. barəsində beynəlxalq tranzit xüsusi gömrük proseduru başa çatmış 
mallar. 


Yüklə 4,93 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə