Azərbaycan Respublikasının Gömrük Məcəlləsi



Yüklə 4,93 Kb.
Pdf görüntüsü
səhifə33/50
tarix02.01.2018
ölçüsü4,93 Kb.
#18988
1   ...   29   30   31   32   33   34   35   36   ...   50

194.2. Gömrük rüsumlarından, vergilərdən qismən azad edilməklə müvəqqəti idxal 
xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara görə alınan gömrük rüsumlarının 
və vergilərin ümumi məbləği, onların müvəqqəti idxal proseduru altında yerləşdirildiyi 
tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının, 
vergilərin məbləğindən artıq olmamalıdır. 
194.3. Müvəqqəti idxal edilən malların gömrük rüsumlarından və vergilərdən tamamilə 
və ya qismən azad edilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 
Maddə 195. Son istifadə xüsusi gömrük proseduru 
195.1. Son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar bu prosedurun 
məqsədinə uyğun olaraq gömrük rüsumlarından və vergilərdən azad edilməklə sərbəst 
dövriyyəyə buraxılır. Bu zaman həmin mallar gömrük nəzarəti altında qalır. 
195.2. Son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar üzərində 
gömrük nəzarəti aşağıdakı hallarda başa çatır: 
195.2.1. mallar gömrük rüsumlarından və vergilərdən azad edilmənin tətbiqi üçün 
qanunvericiliklə müəyyən edilmiş məqsədlərə istifadə olunduqda; 
195.2.2. mallar ixrac və ya məhv edildikdə, yaxud onlardan dövlətin xeyrinə 
imtina olunduqda; 
195.2.3. mallardan gömrük rüsumlarından və vergilərdən azad olunmanın 
məqsədləri üçün istifadə edilmədiyi aşkar olunduqda və bununla əlaqədar 
qanunvericilikdə nəzərdə tutulmuş gömrük rüsumları və vergilər tam ödənildikdə; 
195.2.4. mallar gömrük idxal rüsumları, vergilər alınmadan və ticarət siyasəti 
tədbirləri tətbiq edilmədən gömrük ərazisində müvafiq icra hakimiyyəti orqanının 
müəyyən etdiyi yerlərdə (beynəlxalq hava və dəniz limanlarında və başqa 
yerlərdə) və qaydada yaradılan və fəaliyyət göstərən rüsumsuz ticarət 
mağazalarında gömrük nəzarəti altında satıldıqda. 
195.3. Malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını 
müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 
Fəsil 33. Emal 
Maddə 196. Hasilat norması 
196.1. Gömrük orqanları emal xüsusi gömrük proseduru üzrə yerinə yetirilən 
əməliyyatların hasilat normasını və ya orta hasilat normasını müvafiq icra hakimiyyəti 
orqanının təsdiq etdiyi qaydada müəyyənləşdirirlər. 


196.2. Hasilat norması və ya orta hasilat norması emal əməliyyatlarının həyata keçirildiyi 
və ya həyata keçirilməli olduğu faktiki şərait əsasında müəyyənləşdirilir. 
Maddə 197. Daxildə emal xüsusi gömrük proseduru və onun əhatə dairəsi 
197.1. Daxildə emal proseduru altında yerləşdirilən xarici mallar aşağıda göstərilənlər 
tətbiq olunmadan gömrük ərazisində bir və ya bir neçə emal əməliyyatında istifadə edilir: 
197.1.1. idxal gömrük rüsumları; 
197.1.2. malların idxalı üzrə qanunvericilikdə nəzərdə tutulmuş əlavə dəyər 
vergisi və aksizlər; 
197.1.3. ticarət siyasəti tədbirləri. 
197.2. Malların təmiri və məhv etmə halları istisna olmaqla, daxildə emal prosedurundan 
yalnız o halda istifadə etmək olar ki, istehsal materiallarından istifadə edilməsinə 
baxmayaraq daxildə emal proseduru altında yerləşdirilmiş malları emal məhsulları ilə 
eyniləşdirmək mümkün olsun. 
197.3. Daxildə emal xüsusi gömrük prosedurundan bu Məcəllənin 173-cü maddəsi ilə 
müəyyən edilmiş ekvivalent mallarla bağlı şərtlərə əməl olunduqda istifadə olunur. 
197.4. Aşağıda göstərilən mallar da daxildə emal xüsusi gömrük proseduru altında 
yerləşdirilə bilər: 
197.4.1. sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunun texniki şərtlərinə 
uyğunluğunun təmin edilməsi məqsədi ilə emal əməliyyatlarına məruz qalmalı 
olan mallar; 
197.4.2. bu Məcəllənin 172-ci maddəsində qeyd olunan adi işləmə formalarına 
məruz qalmalı olan mallar. 
197.5. Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını 
müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 
Maddə 198. Daxildə emal xüsusi gömrük prosedurunun başa çatması müddəti 
198.1. Gömrük orqanı bu Məcəllənin 197-ci maddəsinə müvafiq olaraq daxildə emal 
xüsusi gömrük prosedurunun başa çatma müddətini müəyyənləşdirir. Bu müddət 2 (iki
ildən artıq olmamalıdır. 
198.2. Bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulan müddət xarici malların 
daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirildiyi tarixindən başlayır və emal 
əməliyyatlarının, habelə bu prosedurun başa çatdırılması üçün tələb edilən vaxtı əhatə 
edir. 


198.3. Şəxsin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanları müvafiq icra 
hakimiyyəti orqanının müəyyən etdiyi qaydada bu Məcəllənin 198.1-ci maddəsində 
göstərilən müddətin uzadılması barədə qərar qəbul edir. 
198.4. Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün 
gömrük orqanlarının verdiyi icazədə onun başlama və sona çatma müddətləri 
göstərilməlidir. 
Maddə 199. Emalı davam etmək məqsədi ilə müvəqqəti təkrar ixrac 
Gömrük orqanının verdiyi icazəyə uyğun olaraq daxildə emal xüsusi gömrük proseduru 
altında yerləşdirilmiş mallar, yaxud onların bir hissəsi, habelə emal edilmiş məhsullar 
emalı davam etmək məqsədi ilə xaricdə emal xüsusi gömrük prosedurunun şərtlərinə 
müvafiq olaraq gömrük ərazisindən kənara müvəqqəti təkrar ixrac edilə bilər. 
Maddə 200. Xaricdə emal xüsusi gömrük proseduru və onun əhatə dairəsi 
200.1. Xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilən daxili mallar emal 
üçün gömrük ərazisindən müvəqqəti ixrac edilir. Bu mallardan əldə edilən emal 
məhsulları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada idxal 
gömrük rüsumlarından və vergilərdən tam və ya qismən azad edilməklə sərbəst 
dövriyyəyə buraxılır. 
200.2. Aşağıdakı daxili malların xaricdə emalına icazə verilmir: 
200.2.1. ixracı idxal gömrük rüsumlarının və vergilərin geriyə qaytarılmasına və 
ya qanunvericilikdə nəzərdə tutulmuş hallarda onlardan azad olunması ilə 
nəticələnə biləcək mallar; 
200.2.2. təmiri üzrə əməliyyatların aparıldığı hallar istisna olmaqla, ixracdan 
əvvəl son istifadə ilə əlaqədar gömrük rüsumlarından və vergilərdən tam və ya 
qismən azad edilməklə sərbəst dövriyyəyə buraxılmış mallar; 
200.2.3. ixrac edilməsi ixrac üzrə gömrük ödənişlərinin geriyə qaytarılması ilə 
nəticələnən mallar. 
200.3. Bu Məcəllənin 201-ci və 202-ci maddələrinin əhatə etmədiyi və advalor gömrük 
rüsumunun tətbiq edildiyi hallarda idxal gömrük rüsumlarının və vergilərin məbləği 
gömrük ərazisindən kənarda həyata keçirilmiş emal əməliyyatlarına çəkilən xərclər 
əsasında hesablanır. Bu hesablamanın aparılması qaydasını müvafiq icra hakimiyyəti 
orqanı müəyyən edir. 
200.4. Gömrük orqanı müvəqqəti ixrac edilmiş malların emal olunduqdan sonra gömrük 
ərazisinə təkrar idxal edilərək, sərbəst dövriyyəyə buraxılması müddətini müəyyən edir. 
Bu müddət 2 (iki) ildən artıq olmamalıdır. Mallar bu müddət ərzində təkrar idxal 
edildikdə, idxal gömrük rüsumlarından və vergilərdən müvafiq icra hakimiyyəti 


Yüklə 4,93 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə