Azərbaycan Respublikasının Gömrük Məcəlləsi



Yüklə 4,93 Kb.
Pdf görüntüsü
səhifə34/50
tarix02.01.2018
ölçüsü4,93 Kb.
#18988
1   ...   30   31   32   33   34   35   36   37   ...   50

orqanının müəyyən etdiyi qaydada tamamilə və ya qismən azad olunurlar. Prosedur 
sahibinin əsaslandırılmış müraciəti olduqda, bu müddət növbəti 1 (bir) ilədək uzadılır. 
200.5. Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını 
müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 
Maddə 201. Ödənişsiz təmir edilmiş mallar 
Xaricdə emal edilərək gömrük ərazisinə qaytarılan malların müqavilədən irəli gələn 
zəmanət öhdəlikləri, yaxud istehsal və ya material qüsurları ilə əlaqədar gömrük 
ərazisindən kənarda ödənişsiz təmir edildiyi müvafiq sənədlərlə təsdiq edildikdə, onlar 
idxal gömrük rüsumlarından və vergilərdən tam azad edilir. 
Maddə 202. Standart mübadilə sistemi 
202.1. Standart mübadilə sistemi çərçivəsində idxal edilmiş məhsul (əvəzləyici məhsul), 
bu Məcəllənin 202.2 — 202.5-ci maddələrinə müvafiq olaraq emal məhsulunu əvəz edə 
bilər. 
202.2. Gömrük orqanları standart mübadilə sistemindən istifadəyə emal əməliyyatları 
qüsurlu daxili malların təmiri ilə əlaqədar olduğu hallarda icazə verirlər. 
202.3. Əvəzləyici məhsullar təmirə məruz qalan qüsurlu mallarla eyni keyfiyyətə, eyni 
texniki göstəricilərə və xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə eyni rəqəmli 
koda malik olmalıdırlar. 
202.4. Qüsurlu mallardan ixracdan əvvəl istifadə olunmuşdursa, əvəzləyici məhsullar da 
istifadə edilmiş olmalıdırlar. 
202.5. Əvəzləyici məhsul qanundan irəli gələn öhdəliklər, müqavilədən irəli gələn 
zəmanət öhdəlikləri, yaxud istehsal və ya material qüsurları ilə əlaqədar olaraq ödənişsiz 
təmir edilmişdirsə, gömrük orqanları bu Məcəllənin 202.4-cü maddəsində qeyd olunan 
tələbdən imtina edirlər. 
202.6. Emal edilmiş məhsullara tətbiq olunması nəzərdə tutulan müddəalar əvəzləyici 
məhsullara da şamil edilir. 
Maddə 203. Əvəzləyici məhsulların əvvəlcədən idxalı 
203.1. Qüsurlu malların ixrac edilməsindən əvvəl əvəzləyici məhsulların idxal edilməsinə 
şəxsin müraciəti əsasında, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada 
icazə verilir. Bu halda şəxsdən bu Məcəllənin 203.2-ci maddəsində göstərilən miqdarda 
təminat alınır. 


203.2. Bu Məcəllənin 203.1-ci maddəsində nəzərdə tutulan təminatın miqdarı qüsurlu 
məhsullar bu Məcəllənin 203.3-cü maddəsinə müvafiq olaraq ixrac edilmədiyi halda 
ödənilməli olan idxal gömrük rüsumlarının və vergilərin məbləğini əhatə etməlidir. 
203.3. Qüsurlu məhsullar əvəzləyici məhsulların sərbəst dövriyyəyə buraxılması üçün 
verilmiş bəyannamənin gömrük orqanları tərəfindən təsdiq edildiyi tarixdən sonrakı 2 
(iki) ay müddətində ixrac edilməlidir. 
203.4. Qüsurlu məhsullar bu Məcəllənin 203.3-cü maddəsində göstərilmiş müddət 
ərzində üzrlü səbəblərə görə ixrac edilə bilmədikdə, gömrük orqanları şəxsin 
əsaslandırılmış müraciəti ilə bu müddəti 2 (iki) ayadək artırırlar. 
XII bölmə. Malların kabotaj daşınması, qadağalar və
 m
ə
hdudiyy
ə
tl
ə

Fəsil 34. Malların kabotaj daşınması 
Maddə 204. İdxal olunmuş malların kabotaj daşınması 
204.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada sərbəst dövriyyə 
üçün buraxılış gömrük proseduru altında yerləşdirilmiş və ya bəyan edilmədən gömrük 
ərazisinə gətirilən malların gətirildiyi gəmi ilə deyil, başqa gəmi ilə gömrük məntəqələri 
arasında daşınması və boşaldılması gömrük nəzarəti altında kabotaj daşınma yolu ilə 
həyata keçirilə bilər. 
204.2. Gömrük orqanları şəxsin müraciəti nəzərə alınmaqla kabotaj daşınma proseduru 
altında yerləşdirilmiş malların yüklənməsi və boşaldılması üçün yerləri, eləcə də 
yüklənmə və boşaldılmanın həyata keçirildiyi müddəti müəyyən edirlər. 
204.3. Gömrük orqanları malların eyniləşdirilməsinə və digər tələblərin yerinə 
yetirilməsinə əmin olduqda, onların başqa mallarla birlikdə gəminin göyərtəsində kabotaj 
daşınmasına icazə verirlər. 
204.4. Kabotaj daşınma proseduru altında yerləşdirilmiş malları daşıyan gəminin 
göyərtəsində bəyan edilməmiş, yaxud başqa gömrük prosedurları altında yerləşdirilmiş 
mallar olduqda, gömrük orqanları malların kabotaj daşınma proseduru altında 
yüklənməsinə və boşaldılmasına gəmi yükləmə və boşaltma yerinə gəldikdən sonra, 
mümkün qədər qısa müddətdə icazə verirlər. 
204.5. Gömrük orqanları gəminin kapitanından və ya digər əlaqədar şəxslərdən gəmi 
haqqında məlumatları, kabotaj daşınma proseduru altında yerləşdirilmiş malların 
siyahısını və malların boşaldılacağı yerin, gömrük ərazisində yerləşən limanın və ya 
limanların adları göstərilən sənədlərin təqdim olunmasını tələb edirlər. 
Fəsil 35. Gömrük təminatları 


Maddə 205. İdxalı, ixracı və ya gömrük ərazisindən tranzitlə keçirilməsi nəzərdə tutulan 
mallara gömrük təminatının vurulması 
205.1. Gömrük orqanları gömrük nəzarəti altında qalmaqla idxalı, ixracı və ya gömrük 
ərazisindən tranzitlə keçirilməsi nəzərdə tutulan mallara müvafiq icra hakimiyyəti 
orqanının müəyyən etdiyi qaydada gömrük təminatının vurulmasını həyata keçirirlər. 
205.2. Bu Məcəllənin 205.1-ci maddəsində nəzərdə tutulan qaydalarda gömrük 
orqanlarının vəzifəli şəxsləri tərəfindən malların yerləşdirildiyi bağlamalara gömrük 
təminatının vurulmasının, onun dəyişdirilməsinin, çıxarılmasının şərtləri və onlara 
müdaxilə oluna biləcəyi hallar göstərilməlidir. 
Maddə 206. Gömrük təminatının vurulması ilə bağlı bildiriş 
206.0. Gömrük orqanlarında təsdiq edilmiş təhlükəsiz ixrac sxemi üzrə ixrac olunmayan 
malların yerləşdirildiyi bağlamalara gömrük təminatını vuran gömrük orqanlarının 
vəzifəli şəxslərindən bağlamalara aşağıdakıları izah edən bildirişin əlavə edilməsi tələb 
olunur: 
206.0.1. bağlamaya ilk gömrük təminatının vurulduğu vaxtdan bu təminatının 
gömrük orqanı tərəfindən rəsmi çıxarılmasınadək malların həmin bağlamada 
olmasını; 
206.0.2. gömrük orqanlarının vəzifəli şəxslərinin nəqliyyat vasitələrini saxlamaq 
və yoxlamaq səlahiyyətlərinin gömrük təminatı vurulmuş bağlamalarda 
yerləşdirilmiş və gömrük nəzarətindən keçməli olan malları daşıyan nəqliyyat 
vasitələrinə də şamil olunduğunu; 
206.0.3. gömrük orqanlarının vəzifəli şəxslərinin gömrük ərazisindən ixrac 
olunması nəzərdə tutulan bütün mallar barədə aşağıdakı şəxsləri sorğu-sual edə 
bilməsi səlahiyyətini: 
206.0.3.1. gömrük təminatı vurulmuş bağlamaların içərisində yerləşən və 
gömrük nəzarətindən keçməli olan malların mövcudluğu barədə gömrük 
orqanlarının vəzifəli şəxslərinin əsaslı şübhəsi yarandığı nəqliyyat 
vasitəsinə görə məsul şəxsi; 
206.0.3.2. gömrük təminatı vurulmuş bağlamaların içərisində yerləşən və 
gömrük nəzarətindən keçməli olan malların mövcudluğu barədə gömrük 
orqanlarının vəzifəli şəxslərinin əsaslı şübhəsi yarandığı tikilinin sahibini 
və ya onun istifadəçisini; 
206.0.3.3. Bu Məcəllənin 206.0.3.1-206.0.3.2-ci maddələrində göstərilən 
şəxslər tərəfindən işə götürülmüş şəxsi. 
Fəsil 36. Təhlükəsiz ixrac sxemi 


Yüklə 4,93 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə