Azərbaycan Respublikasının Gömrük Məcəlləsi



Yüklə 4,93 Kb.
Pdf görüntüsü
səhifə36/50
tarix02.01.2018
ölçüsü4,93 Kb.
#18988
1   ...   32   33   34   35   36   37   38   39   ...   50

215.1. Beynəlxalq müqavilələrlə müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsi, 
dövlətin iqtisadi maraqlarının müdafiəsi, daxili bazarın qorunması baxımından, həmçinin 
rezidentlərin mənafeyinə zərər vuran xarici dövlətlərin və onların ittifaqlarının ayrı-
seçkilik və digər iqtisadi siyasət tədbirlərinə qarşı cavab kimi, qanunvericiliyə və 
beynəlxalq müqavilələrə uyğun surətdə malların gömrük ərazisinə gətirilməsinə və ya bu 
ərazidən aparılmasına müvafiq icra hakimiyyəti orqanı tərəfindən məhdudiyyətlər 
müəyyən edilə bilər. 
215.2. Bu Məcəllənin 215.1-ci maddəsində qeyd olunan məhdudiyyətlər müəyyən 
edildikdə, onların təsiri altına düşən malların buraxılışı yalnız qanunvericiliklə və 
beynəlxalq müqavilələrlə müəyyən edilən tələblərə riayət edilməsi şərti ilə gömrük 
orqanları tərəfindən həyata keçirilir. 
215.3. «Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə 
olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) 
əşyaların siyahısı haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş 
malların gömrük sərhədindən keçirilməsi üçün xüsusi icazə tələb olunur. 
Fəsil 38. Gömrük sərhədindən keçirilən malların nəzarətli göndərişi 
Maddə 216. Gömrük sərhədindən keçirilən malların nəzarətli göndərişinin xüsusiyyətləri 
216.1. Nəzarətli göndəriş — qanunsuz dövriyyəyə daxil edilmiş ayrı-ayrı malların xarici 
dövlətlərin gömrük və başqa səlahiyyətli orqanları ilə razılaşmalara və ya beynəlxalq 
müqavilələrə uyğun olaraq əməliyyat-axtarış fəaliyyəti subyektlərinin nəzarəti altında 
gömrük ərazisinə gətirilməsi, bu ərazidən aparılması və ya tranzitlə keçirilməsi üzrə 
əməliyyat-axtarış tədbiridir. 
216.2. Gömrük sərhədindən keçirilən malların nəzarətli göndərişinə, malların qanunsuz 
beynəlxalq dövriyyəsi ilə bağlı törədilən və ya hazırlanan cinayətlərin qarşısının alınması, 
açılması və dövriyyədə iştirak edən şəxslərin aşkar edilməsi məqsədi ilə yol verilir. 
216.3. Gömrük sərhədindən keçirilən malların nəzarətli göndərişi haqqında qərarı 
müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanı ilə 
razılaşdırmaqla digər əməliyyat-axtarış fəaliyyətinin subyektləri qəbul edir. 
216.4. Gömrük sərhədindən keçirilən malların nəzarətli göndərişi metodundan istifadə 
haqqında qərar qəbul edildikdə və malların təyinat yeri xarici ölkə olduqda, əməliyyat-
qeydiyyat işi açılmaqla, dərhal Azərbaycan Respublikasının Baş prokuroruna məlumat 
verilir və əməliyyat-axtarış tədbirinin nəticələrindən asılı olaraq, qanunvericiliklə 
müəyyən edilmiş qaydada cinayət işinin başlanılıb-başlanılmaması məsələsi həll edilir. 
Maddə 217. Nəzarətli göndəriş metodundan istifadə etməklə gömrük sərhədindən keçirilən 
malların götürülməsi 


Nəzarətli göndəriş metodundan istifadə etməklə gömrük sərhədindən keçirilən mülki 
dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış mallar müvafiq icra 
hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada götürülə bilər. 
XIII bölmə. Gömrük rüsumlarının və
 mallarla ticar
ə
td
ə
 dig
ə
r t
ə
dbirl
ə
rin 
t
ə
tbiqini 
əsaslandıran amillə

Fəsil 39. Gömrük tarifi və malların tarif təsnifatı 
Maddə 218. Gömrük tarifi 
218.1. Malların idxalı və ixracı üzrə gömrük rüsumları gömrük tarifinə əsaslanır. 
Malların idxalı və ixracı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirlər bu 
malların tarif təsnifatına uyğun olaraq tətbiq olunur. 
218.2. Gömrük tarifi aşağıdakılar əsasında müəyyən edilir: 
218.2.1. xarici iqtisadi fəaliyyətin mal nomenklaturası; 
218.2.2. tamamilə və ya qismən xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına 
əsaslanan və malların ticarəti ilə bağlı tarif tədbirlərinin tətbiqi məqsədilə xüsusi 
sahələri tənzimləyən qanunvericilik aktları ilə müəyyən edilmiş digər 
nomenklatura; 
218.2.3. xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının əhatə etdiyi mallara 
tətbiq olunması nəzərdə tutulan avtonom və ya konvensiya idxal gömrük 
rüsumları; 
218.2.4. müəyyən ölkələrlə, yaxud beynəlxalq təşkilatlarla bağlanılmış beynəlxalq 
müqavilələrdə nəzərdə tutulmuş preferensial tarif tədbirləri; 
218.2.5. müəyyən ölkələrə, yaxud beynəlxalq təşkilatın üzv ölkələrinə 
münasibətdə birtərəfli qaydada qəbul edilən preferensial tarif tədbirləri; 
218.2.6. müəyyən mallar üzrə gömrük rüsumlarının azaldılmasını, yaxud gömrük 
rüsumlarından azadedilməni təmin edən tədbirlər; 
218.2.7. müəyyən malların xüsusiyyətləri, yaxud son istifadəsi ilə əlaqədar olaraq, 
bu Məcəllə və müvafiq qanunvericiliklə müəyyən edilmiş güzəştli tarif rejimi
218.2.8. kənd təsərrüfatını, ticarəti və başqa sahələri tənzimləyən qanunvericiliklə 
müəyyən edilmiş digər tarif tədbirləri. 
218.3. Bu Məcəllənin 218.2.4–218.2.7-ci maddələrində qeyd olunan tədbirlərin tətbiqi və 
ya bu Məcəllənin 218.2.8-ci maddəsində qeyd olunan tədbirlərdən azadetmə idxalın və ya 
ixracın müəyyən həcmi ilə məhdudlaşırsa, həmin tədbirlərin tətbiqi və ya azadetmə (tarif 


kvotası olduğu halda) idxal və ya ixrac üzrə müəyyənləşdirilən həcmə çatan kimi dərhal 
dayandırılmalıdır. 
218.4. Bu Məcəllənin 218.2.3-cü maddəsində «konvensiya idxal rüsum dərəcələri» 
dedikdə, bağlanılan beynəlxalq müqavilələr əsasında, «avtonom rüsum dərəcələri» 
dedikdə isə, dövlət tərəfindən birtərəfli qaydada, beynəlxalq müqavilə bağlanılmadan 
müəyyənləşdirilən rüsum dərəcələri nəzərdə tutulur. 
Maddə 219. Malların tarif təsnifatı 
219.1. Malların tarif təsnifatı gömrük rüsumları, vergilər, malların idxalı və ixracı üzrə 
qadağalar və məhdudiyyətlər barədə məlumat toplusundan ibarətdir. 
219.2. Gömrük orqanları gömrük rüsumlarının və qanunvericilikdə nəzərdə tutulmuş 
vergilərin tətbiqində malların tarif təsnifatından istifadə edirlər. 
Fəsil 40. Malların gömrük dəyəri 
Maddə 220. Malların gömrük məqsədləri üçün dəyərləndirilməsi 
220.1. Malların gömrük dəyəri bəyanetməni həyata keçirən şəxs tərəfindən bu Məcəllə və 
«Gömrük tarifi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş 
qaydada müəyyən olunur. 
220.2. Malları gömrük məqsədləri üçün dəyərləndirən şəxs: 
220.2.1. onların bəyan edilməsi ilə bağlı sənədləri və məlumatları bu Məcəllənin 
95.2-ci maddəsində tələb olunan müddət ərzində saxlamalı; 
220.2.2. gömrük orqanları tərəfindən tələb olunduqda, müəyyən edilmiş gömrük 
dəyərinin dəqiqliyini yoxlamaq üçün bəyanetmə ilə bağlı sənədləri və məlumatları 
onlara təqdim etməlidir. 
Maddə 221. Gömrük dəyərinə düzəlişlərin edilməsi 
221.1. Apardıqları yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin 
«Gömrük tarifi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olmaması, 
yaxud digər səbəblərdən düzgün olmadığı barədə qənaətə gəldikdə, gömrük orqanının 
vəzifəli şəxsi gömrük dəyərinə həmin qanunun tələbləri nəzərə alınmaqla müvafiq 
düzəlişlər edilməsi və onların əsaslandırılması barədə şəxsə yazılı bildiriş təqdim edir. 
221.2. Bu Məcəllənin 221.1-ci maddəsi malların gömrük orqanlarının nəzarətində 
qalmasından, hesablanmış gömrük ödənişlərinin ödənilməsindən asılı olmayaraq tətbiq 
edilir. 


Yüklə 4,93 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə