Azərbaycan Respublikasının Gömrük Məcəlləsi



Yüklə 4,93 Kb.
Pdf görüntüsü
səhifə44/50
tarix02.01.2018
ölçüsü4,93 Kb.
#18988
1   ...   40   41   42   43   44   45   46   47   ...   50

aradan qaldırıldıqdan sonra tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malın 
reyestrə daxil olunması barədə ərizə ilə yenidən müraciət oluna bilər. 
280.8. Ərizədə və ya ona əlavə olunmuş sənədlərdəki məlumatlarda dəyişiklik baş 
verdikdə, ərizəçi dərhal bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat 
verməlidir. 
280.9. Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan mallar ərizəçinin təqdim 
etdiyi səhv məlumatlar əsasında reyestrə daxil olunduğu hallarda, həmin mallar müvafiq 
icra hakimiyyəti orqanının qərarı ilə reyestrdən çıxarılır. Bu barədə müvafiq icra 
hakimiyyəti orqanı ərizəçini yazılı formada məlumatlandırır. 
Maddə 281. Gömrük orqanları tərəfindən hüquqların qorunma müddəti 
281.1. Hüquq sahibinin hüquqlarının qorunma müddəti müvafiq icra hakimiyyəti orqanı 
tərəfindən obyektin reyestrə daxil olunması haqqında qərar qəbul olunduğu gündən 
etibarən ərizəçinin göstərdiyi müddət nəzərə alınmaqla, 5 (beş) ilədək müəyyən olunur. 
Ərizəçinin müraciəti olduqda, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin 
müddət uzadılır. 
281.2. Əqli mülkiyyət hüquqlarının obyektinə olan hüquqların gömrük orqanları 
tərəfindən qorunmasının ümumi müddəti, hüquq sahibinin əqli mülkiyyət obyektinə olan 
hüquqlarının qüvvədə olma müddətindən artıq olmamalıdır. 
Maddə 282. Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların gömrük 
rəsmiləşdirilməsi və onlar üzərində gömrük nəzarəti 
282.1. Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların gömrük 
rəsmiləşdirilməsi və onlar üzərində gömrük nəzarəti bu Məcəllə və gömrük işi üzrə digər 
qanunvericilik aktları ilə müəyyən olunmuş qaydada həyata keçirilir. 
282.2. Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların gömrük 
sərhədindən keçirilməsi qaydaları bu Məcəllə, gömrük işi üzrə digər qanunvericilik 
aktları və əqli mülkiyyətə dair qanunvericiliklə tənzimlənir. 
Maddə 283. Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının 
dayandırılması 
283.1. Reyestrə daxil edilmiş tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan 
malların gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti zamanı onların pirat və ya 
kontrafakt olması əlamətləri aşkar edilərsə, belə malların buraxılışı gömrük 
rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanının rəhbəri və ya onu əvəz edən şəxsin 
qərarı ilə 10 (on) iş günü müddətinə dayandırılır. Ərizəçinin əsaslandırılmış müraciəti 
olduqda, göstərilən müddət daha 10 (on) iş gününədək uzadılır. 


283.2. Gömrük orqanı tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların 
buraxılışının dayandırılması barədə qəbul etdiyi qərar haqqında və buraxılışın 
dayandırılmasının səbəbləri barədə bəyannaməçiyə və ərizəçiyə dərhal yazılı bildiriş 
göndərir. Həmin bildirişdə müvafiq olaraq bəyannaməçinin və ərizəçinin adı, soyadı, 
atasının adı, yaşadığı və qeydiyyatda olduqları ünvan haqqında məlumat da verilməlidir. 
283.3. Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının 
dayandırılması, buraxılışın dayandırılma müddətinin uzadılması, qəbul edilən qərarlar 
barədə ərizəçiyə və bəyannaməçiyə məlumat verilməsi qaydalarını müvafiq icra 
hakimiyyəti orqanı müəyyən edir. 
Maddə 284. Vurulan zərərin əvəzinin və çəkilən xərclərin ödənilməsi 
284.1. Reyestrə daxil edilmiş tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan 
malların buraxılışının dayandırılması nəticəsində bəyannaməçiyə, mal sahibinə, yaxud 
digər maraqlı şəxslərə dəymiş zərərin əvəzi malların pirat və ya kontrafakt olmadığı 
müəyyənləşdirildiyi hallarda ərizəçi tərəfindən ödənilir. 
284.2. Reyestrə daxil edilmiş tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan 
malların buraxılışının dayandırılması nəticəsində gömrük orqanlarının çəkdiyi xərclərin 
əvəzi malların pirat və ya kontrafakt olması müəyyənləşdirildiyi hallarda bəyannaməçi
əks halda isə ərizəçi tərəfindən ödənilir. 
Maddə 285. Məlumatların verilməsi. Prob və nümunələrin götürülməsi 
285.1. Gömrük orqanları buraxılışının dayandırılması haqqında qərar qəbul edilmiş 
malların pirat və ya kontrafakt olmasının müəyyənləşdirilməsi üçün lazım olan 
məlumatları ərizəçiyə və bəyannaməçiyə verirlər. 
285.2. Ərizəçiyə və bəyannaməçiyə verilən məlumatlar konfidensial məlumat hesab 
olunur və qanunda nəzərdə tutulan hallar istisna olmaqla, onlar tərəfindən yayılmamalı, 
üçüncü şəxslərə ötürülməməlidir. 
285.3. Gömrük orqanlarının icazəsi ilə ərizəçi və bəyannaməçi, yaxud onların 
nümayəndələri buraxılışı dayandırılmış mallardan gömrük nəzarəti altında prob və 
nümunələr götürə, onların tədqiqatını apara bilərlər. 
Maddə 286. Buraxılışın dayandırılması haqqında qərarın ləğvi 
286.1. Gömrük orqanı buraxılışın dayandırılması barədə bildirişi ərizəçiyə təqdim 
etdikdən sonra bu Məcəllənin 283.1-ci maddəsində nəzərdə tutulan müddət ərzində 
ərizəçinin iddiası əsasında məhkəmədə işin mahiyyəti üzrə baxılmağa başlanması barədə 
gömrük orqanlarına məlumat daxil olmadıqda, tərkibində əqli mülkiyyət hüquqlarının 
obyektləri olan malların bu Məcəllə ilə müəyyən edilmiş qaydada gömrük 
rəsmiləşdirilməsi və buraxılışı həyata keçirilir. 


286.2. Bu Məcəllənin 286.1-ci maddəsində nəzərdə tutulan işlərə ərizə məhkəməyə daxil 
olduğu vaxtdan sonra 20 (iyirmi) iş günündən gec olmayan müddətdə mahiyyəti üzrə 
baxılmağa başlanmalı və bu barədə məhkəmə gömrük orqanına məlumat verməlidir. 
286.3. Malların pirat və ya kontrafakt olduğu müəyyən edildikdə, onların barəsində 
qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər həyata keçirilir. 
286.4. Gömrük orqanları aşağıdakı hallarda malların buraxılışının dayandırılması 
haqqında qərarı bu Məcəllənin 283.1-ci maddəsində göstərilən müddət başa çatanadək 
ləğv edirlər: 
286.4.1. buraxılışın dayandırılması haqqında qərarın ləğvi barədə ərizəçinin müraciəti 
olduqda; 
286.4.2. tərkibində əqli mülkiyyət hüquqlarının obyekti olan mallar reyestrdən 
çıxarıldıqda. 
286.5. Buraxılışın dayandırılması haqqında qərar onu qəbul etmiş gömrük orqanının 
rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən ləğv olunur. 
286.6. Buraxılışın dayandırılması haqqında qərarın ləğvi və malların buraxılması, hüquq 
sahibinin əqli mülkiyyət hüquqlarının obyekti üzərində hüquqlarının qorunması ilə bağlı 
digər səlahiyyətli dövlət orqanlarına müraciət etməsinə maneə yaratmır. 
Maddə 287. Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan mallara nəzarət üzrə 
gömrük orqanlarının əlavə səlahiyyətləri 
287.1. Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan, lakin reyestrə daxil 
edilməmiş, habelə ərizəçinin müraciətində göstərilməmiş malların pirat və ya kontrafakt 
olması əlamətlərini gömrük orqanları aşkar etdikdə, onlar həmin malların buraxılışını bu 
Məcəllənin 283.1-ci maddəsində göstərilən müddətə dayandırmaq hüququna malikdirlər. 
287.2. Bu Məcəllənin 287.1-ci maddəsində nəzərdə tutulmuş hallarda gömrük orqanları 
hüquq sahibini və bəyannaməçini dərhal məlumatlandırır, malların pirat və ya kontrafakt 
olmasını dəqiq müəyyənləşdirmək üçün lazım olan məlumatları isə onlardan tələb edirlər. 
Maddə 288. Əqli mülkiyyət hüquqlarının qorunması tədbirləri tətbiq olunmayan mallar 
Məcəllənin bu fəslində nəzərdə tutulan tədbirlər fiziki şəxslər tərəfindən az miqdarda 
gömrük sərhədindən keçirilən, yaxud beynəlxalq poçt göndərişləri ilə göndərilən istehsal 
və ya digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulmayan mallara münasibətdə tətbiq 
olunmur. 
XVI bölmə. Malların gömrük sə
rh
ə
dind
ə
n beyn
əlxalq poçt göndərişlə
ri, 
boru k
ə
m
ə
ri v
ə
 
elektrikötürücü xə
tl
ə
r vasit
ə
sil
ə
 
keçirilmə
si 


Yüklə 4,93 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə