Azərbaycan Respublikasının Gömrük Məcəlləsi



Yüklə 4,93 Kb.
Pdf görüntüsü
səhifə46/50
tarix02.01.2018
ölçüsü4,93 Kb.
#18988
1   ...   42   43   44   45   46   47   48   49   50

Gömrük sərhədindən boru kəməri vasitəsilə keçirilən mallara dair natamam 
bəyannamənin təsdiq edildiyi gün qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş ticarət 
siyasəti tədbirləri tətbiq olunur. 
Maddə 295. Malların gömrük sərhədindən elektrikötürücü xətlər vasitəsilə keçirilməsi 
295.1. Malların elektrikötürücü xətlər vasitəsilə gömrük ərazisindən aparılması və ya bu 
əraziyə gətirilməsi gömrük orqanlarının ilkin icazəsi alındıqdan sonra həyata keçirilir. 
295.2. Gömrük sərhədindən elektrikötürücü xətlər vasitəsilə keçirilən malların gömrük 
rəsmiləşdirilməsi üçün gömrük bəyannaməsi təqdim olunmalıdır. 
295.3. Gömrük bəyannaməsi aşağıdakı səbəblərə görə təqdim edilə bilmədikdə, natamam 
bəyannamə təqdim edilir: 
295.3.1. gömrük orqanlarına faktiki təqdim edilməli olan mal partiyası gömrük 
bəyannaməsi verildiyi vaxt olmadıqda; 
295.3.2. gömrük bəyannaməsi verildiyi vaxt malın miqdarını, keyfiyyətini və 
dəyərini müəyyənləşdirmək mümkün olmadıqda. 
295.4. Gömrük sərhədindən elektrikötürücü xətlər vasitəsilə keçirilən mallar üzrə qısa 
idxal (ixrac) bəyannaməsi onların göndərilmə rübündən əvvəlki ay ərzində gömrük 
orqanlarına təqdim olunmalıdır. 
295.5. Gömrük sərhədindən elektrikötürücü xətlər vasitəsilə keçirilən mallar üzərində 
gömrük nəzarətinin həyata keçirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı 
müəyyən edir. Gömrük sərhədindən elektrikötürücü xətlər vasitəsilə keçirilən malların 
gömrük rəsmiləşdirilməsi həmin qaydalarda göstərilən müddətdə gömrük 
bəyannaməsinin təqdim olunması ilə başa çatır. 
Maddə 296. Gömrük sərhədindən boru kəməri və elektrikötürücü xətlər vasitəsilə keçirilən 
malların eyniləşdirilməsi 
296.1. Gömrük sərhədindən boru kəməri və elektrikötürücü xətlər vasitəsilə keçirilən 
mallara eyniləşdirilmə vasitələri tətbiq olunmur. 
296.2. Bu Məcəllənin 296.1-ci maddəsi gömrük orqanları tərəfindən müvafiq sənədlərdə 
olan məlumatlardan və ölçü cihazlarının göstəricilərindən istifadə olunmaqla malların 
miqdarını, keyfiyyətini və digər xüsusiyyətlərini gömrük məqsədləri üçün 
müəyyənləşdirməsinə maneə yaratmır. 
Maddə 297. Daxili malların xarici dövlətin ərazisindən keçməklə, gömrük ərazisində yerləşən 
iki gömrük orqanı arasında boru kəməri və elektrikötürücü xətlər vasitəsilə keçirilməsi 


Daxili malların xarici dövlətin ərazisindən keçməklə, gömrük ərazisində yerləşən iki 
gömrük orqanı arasında boru kəməri və elektrikötürücü xətlər vasitəsilə keçirilməsi bu 
Məcəllənin 175-ci maddəsinin tələblərinə uyğun olaraq həyata keçirilir. 
Maddə 298. Boru kəməri və elektrikötürücü xətləri vasitəsilə qarşılıqlı ötürülən malların 
gömrük rəsmiləşdirilməsi 
Boru kəməri və elektrikötürücü xətlər vasitəsilə qarşılıqlı ötürülən malların gömrük 
rəsmiləşdirilməsi beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş şərtlərə və qaydalara uyğun 
olaraq həyata keçirilir. 
XVII bölmə. Fiziki şə
xsl
ə
r t
ə
r
ə
find
ən malların və
 n
ə
qliyyat vasit
ə
l
ə
rinin 
gömrük sə
rh
ə
dind
ən keçirilmə
si 
Fəsil 52. Fiziki şəxslər tərəfindən malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən 
keçirilməsinin xüsusiyyətləri 
Maddə 299. Fiziki şəxslər tərəfindən malların gömrük sərhədindən keçirilməsi qaydaları 
299.1. Gömrük ərazisinə gətirilməsi və bu ərazidən aparılması bu Məcəllənin 214-cü 
maddəsi, «Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) 
əşyaların siyahısı haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən qadağan 
edilmiş mallar istisna olmaqla, fiziki şəxslər istehsal, yaxud kommersiya məqsədləri üçün 
nəzərdə tutulmayan malları gömrük sərhədindən müvafiq icra hakimiyyəti orqanının 
müəyyən etdiyi güzəştli və sadələşdirilmiş qaydada keçirirlər. 
299.2. Malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, onların 
fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün 
keçirildiyi yəqinləşdirilməklə, xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin 
mütəmadiliyi əsasında müəyyən edilir. 
299.3. Fiziki şəxslər gömrük sərhədindən malları istehsal, yaxud kommersiya məqsədləri 
üçün keçirərkən, gömrük rəsmiləşdirilməsinin bu Məcəllə ilə müəyyən olunmuş ümumi 
qaydaları tətbiq olunur. 
299.4. Fiziki şəxs gömrük sərhədindən keçirmək istədiyi malların təsnifatının, gömrük 
dəyərinin, mənşə ölkəsinin və gömrük ödənişlərinin məbləğinin əvvəlcədən 
müəyyənləşdirmək məqsədilə gömrük orqanına yazılı müraciət edə bilər. Həmin müraciət 
əsasında bu Məcəllənin 50-ci maddəsinə müvafiq olaraq malların təsnifatının, gömrük 
dəyərinin, mənşə ölkəsinin və gömrük ödənişlərinin məbləğinin müəyyən edilməsi 
baxımından icrası gömrük orqanları üçün məcburi olan qərar qəbul edilir. 
Maddə 300. Fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların bəyan edilməsi 


300.1. Fiziki şəxslərin gömrük sərhədindən keçirilən malların bəyan edilməsinin 
sadələşdirilmiş qaydasından istifadə etməsi üçün gömrük sərhəd buraxılış məntəqələrində 
ikikanallı – «Yaşıl kanal» və «Qırmızı kanal» — buraxılış sistemləri tətbiq olunur. 
300.2. «Yaşıl kanal» buraxılış sistemi fiziki şəxslər tərəfindən malların (müşayiət 
olunmayan baqajda keçirilən və poçt göndərişlərində göndərilən mallar istisna olmaqla) 
şifahi formada bəyan edilməsi üçün nəzərdə tutulur. 
300.3. «Qırmızı kanal» buraxılış sistemi mallara dair sadələşdirilmiş bəyannamə 
verilməklə, onların yazılı formada bəyan edilməsi üçün nəzərdə tutulur. 
300.4. Fiziki şəxslər yazılı formada bəyan edilməli olan malları gömrük sərhədindən bu 
Məcəllənin 300.3-cü maddəsində göstərilən «Qırmızı kanal» sistemi tətbiq olunmaqla, 
onlara dair sadələşdirilmiş bəyannamə verməklə keçirirlər. 
300.5. Fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan 
edilməli olan malların siyahısını, onların bəyan olunması və gömrük rəsmiləşdirilməsi 
qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 
300.6. Yazılı formada bəyan edilməli olan mallar gömrük sərhədindən yetkinlik yaşına 
çatmamış fiziki şəxslər tərəfindən keçirildikdə, həmin mallar onu müşayiət edən şəxs 
tərəfindən bəyan olunur. 
300.7. Fiziki şəxslər istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan 
malları gömrük sərhədindən əl yükündə və (və ya) müşayiət edilən baqajda keçirdikdə, 
sadələşdirilmiş bəyannaməni malların gömrük orqanına təqdim edilməsi ilə eyni vaxtda 
verirlər. 
300.8. Gömrük ərazisinə müşayiət olunmayan baqajda gətirilən mallara dair 
sadələşdirilmiş bəyannamə bu Məcəllənin 149.3-cü maddəsində nəzərdə tutulan 
müddətdə, gömrük ərazisindən müşayiət olunmayan baqajda aparılan mallara dair 
sadələşdirilmiş bəyannamə isə, onların gömrük orqanına təqdim edilməsi ilə eyni vaxtda 
verilir. 
300.9. Müşayiət olunmayan baqajdakı mallar onları keçirən şəxs və ya onun 
nümayəndəsi tərəfindən bəyan edilə bilər. Gömrük orqanlarına bəyan edilmiş mallara 
dair məlumatın düzgünlüyünə görə cavabdehliyi malları bəyan edən şəxs daşıyır. 
300.10. Müşayiət olunmayan baqajda yetkinlik yaşına çatmayan şəxsə aid olan mallar 
onun valideynləri, övladlığa götürənləri, qəyyumları, himayəçiləri, yaxud göstərilən 
şəxslərin etibarnamələri əsasında hərəkət edən başqa şəxslər tərəfindən bəyan edilir. 
Maddə 301. Fiziki şəxslər tərəfindən gömrük rüsumlarının və vergilərin ödənilməsi 


Yüklə 4,93 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə