Azərbaycan Respublikasının Gömrük Məcəlləsi



Yüklə 4,93 Kb.
Pdf görüntüsü
səhifə47/50
tarix02.01.2018
ölçüsü4,93 Kb.
#18988
1   ...   42   43   44   45   46   47   48   49   50

301.1. Fiziki şəxslər gömrük rüsumlarını və vergiləri gömrük sərhədindən keçirdikləri 
malları yazılı formada bəyan edilən zaman yalnız bank, poçt və ya plastik kart vasitəsilə 
ödəyirlər. 
301.2. Fiziki şəxslərin gömrük sərhədindən keçirdiyi malların gömrük rəsmiləşdirilməsi 
onlar tərəfindən gömrük rüsumlarının və vergilərin ödənilməməsi və ya bu Məcəllənin 
215-ci maddəsi, «Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və 
dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi 
məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında» Azərbaycan Respublikasının Qanunu və 
müvafiq icra hakimiyyəti orqanının qərarı ilə məhdudiyyət qoyulmuş malların gömrük 
sərhədindən keçirilməsi müvafiq icazə sənədinin olmaması səbəblərinə görə başa 
çatdırılmadıqda, həmin şəxsin seçimi əsasında mallar gömrük ərazisindən geri 
qaytarılmalı, yaxud müvəqqəti saxlanc anbarında yerləşdirilməlidir. 
Maddə 302. Fiziki şəxslərin gömrük sərhədindən keçirdiyi malların gömrük dəyəri 
302.1. Malların gömrük dəyəri onları gömrük sərhədindən keçirən fiziki şəxslər 
tərəfindən həmin mallar bəyan olunarkən bildirilir. Malın bəyan edilmiş gömrük 
dəyərinin təsdiqi üçün fiziki şəxs malın əldə olunmasını təsdiq edən müvafiq sənədləri 
(çek, hesab sənədi və s.) gömrük orqanlarına təqdim edə bilər. 
302.2. Malların bəyan edilmiş gömrük dəyərinin dəqiqliyini yoxlamaq məqsədilə gömrük 
orqanlarının bu malların satışını həyata keçirən xarici təşkilatların kataloqlarının və ya 
sərəncamlarında olan digər mənbələrin qiymət məlumatlarından istifadə etmək hüququ 
vardır. 
Maddə 303. Fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların mənşə ölkəsi 
Fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların mənşə ölkəsi, onların 
etiketi (yarlığı), pasportu və mənşəyinə dair məlumatları əks etdirən digər sənədlər 
əsasında müəyyən olunur. 
Maddə 304. Fiziki şəxslər tərəfindən malların gömrük sərhədindən güzəştli və sadələşdirilmiş 
qaydada keçirilməsi 
304.1. «Yaşıl kanal» buraxılış sistemi vasitəsilə mallar güzəştli qaydada, yəni malların 
gömrük rəsmiləşdirilməsi zamanı bu Məcəllədə nəzərdə tutulmuş gömrük 
prosedurlarından azad olunmaqla, gömrük ödənişləri alınmadan və ticarət siyasəti 
tədbirləri tətbiq edilmədən keçirilir. Fiziki şəxsin mallarını «Yaşıl kanal» buraxılış 
sistemindən istifadə etməklə gömrük sərhədindən keçirməsi, onun əl yükündə və 
müşayiət olunan baqajında yazılı formada bəyan edilməli malların olmadığı və bu 
malların gömrük orqanlarına şifahi bəyan edilməsi kimi qəbul edilir. 
304.2. Fiziki şəxslərin gömrük sərhədindən güzəştli qaydada keçirdiyi mallara gömrük 
baxışı seçmə yolu ilə həyata keçirilir. Gömrük baxışı zamanı yazılı formada bəyan 


edilməli mallar aşkarlandıqda, fiziki şəxs həmin mallara dair bəyannamə verməli və 
müvafiq gömrük ödənişlərini ödəməlidir. 
304.3. «Qırmızı kanal» buraxılış sistemi vasitəsilə mallar sadələşdirilmiş qaydada, yəni 
malların gömrük rəsmiləşdirilməsi zamanı bu Məcəllədə nəzərdə tutulmuş gömrük 
prosedurlarından azad olunmaqla, lakin gömrük rüsumları və vergilər alınmaqla, habelə 
ticarət siyasəti tədbirləri tətbiq edilməklə keçirilir. 
304.4. Gömrük ərazisinə gətirilməsinə və bu ərazidən aparılmasına bu Məcəllənin 215-ci 
maddəsi, «Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə 
olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) 
əşyaların siyahısı haqqında» Azərbaycan Respublikasının Qanunu və müvafiq icra 
hakimiyyəti orqanının qərarı ilə məhdudiyyət qoyulmuş mallar gömrük sərhədindən 
müvafiq icazə sənədləri əsasında keçirilir. 
304.5. Fiziki şəxslər malları gömrük sərhədindən sadələşdirilmiş qaydada keçirməkdən 
imtina edə bilərlər. Belə hallarda malların gömrük sərhədindən keçirilməsinin bu Məcəllə 
ilə müəyyən olunmuş ümumi qaydaları tətbiq edilir. 
Maddə 305. Fiziki şəxslər tərəfindən malların gömrük ərazisinə müvəqqəti gətirilməsi və bu 
ərazidən müvəqqəti aparılması 
305.1. Rezident fiziki şəxslər xarici dövlətlərin ərazisində müvəqqəti qalma müddətində 
şəxsi istifadə üçün nəzərdə tutulan malları gömrük rüsumlarından və vergilərdən 
tamamilə azad olunmaqla, ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisindən 
aparmaq və həmin əraziyə geri qaytarmaq hüququna malikdirlər. 
305.2. Qeyri-rezident fiziki şəxslərin və gömrük ərazisindən kənarda daimi yaşayan 
Azərbaycan Respublikasının vətəndaşlarının gömrük ərazisində müvəqqəti qalma 
müddətində şəxsi istifadəsi üçün lazım olan mallar həmin əraziyə gömrük rüsumlarından 
və vergilərdən tamamilə azad olunmaqla, ticarət siyasəti tədbirləri tətbiq edilmədən 
gətirilə bilər. 
305.3. Fiziki şəxslərin gömrük ərazisinə güzəştli qaydada müvəqqəti gətirdiyi və ya bu 
ərazidən müvəqqəti apardığı malların müvafiq olaraq gömrük ərazisində və ya bu 
ərazidən kənarda qalma müddəti fiziki şəxsin həmin ərazidə qalma müddəti əsasında 
müəyyən edilir. Müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin gömrük ərazisinə 
güzəştli qaydada müvəqqəti gətirdiyi bəzi kateqoriya mallar üçün gömrük ərazisində 
qalmanın son müddətini müəyyən edir. 
305.4. Yazılı formada bəyan edilməli olan malların fiziki şəxslər tərəfindən 
sadələşdirilmiş qaydada gömrük ərazisinə müvəqqəti gətirilməsi və bu ərazidən 
müvəqqəti aparılması da sadələşdirilmiş bəyannamə vasitəsilə bəyan edilir. 
305.5. Təbii aşınma və təbii itki halları istisna olmaqla, müvəqqəti gətirilən və müvəqqəti 
aparılan mallar dəyişdirilməmiş vəziyyətdə geri qaytarılmalıdır. 


Yüklə 4,93 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə