Azərbaycan Respublikasının Gömrük Məcəlləsi



Yüklə 4,93 Kb.
Pdf görüntüsü
səhifə45/50
tarix02.01.2018
ölçüsü4,93 Kb.
#18988
1   ...   42   43   44   45   46   47   48   49   50

Fəsil 50. Malların gömrük sərhədindən beynəlxalq poçt göndərişləri vasitəsilə keçirilməsi 
Maddə 289. Beynəlxalq poçt göndərişləri 
289.1. Beynəlxalq poçt göndərişlərinə aşağıdakılar aiddir: 
289.1.1. poçt kartları; 
289.1.2. məktublar; 
289.1.3. banderollar; 
289.1.4. xüsusi «M» kisələri; 
289.1.5. kiçik paketlər; 
289.1.6. poçt bağlamaları; 
289.1.7. sekoqramlar. 
289.2. Beynəlxalq poçt göndərişləri Ümumdünya Poçt İttifaqının aktlarında nəzərdə 
tutulmuş sənədlərlə müşayiət olunmalıdır. 
289.3. Beynəlxalq poçt mübadilə məntəqələrini və yerlərini müvafiq icra hakimiyyəti 
orqanları birgə müəyyən edirlər. 
289.4. Poçt rabitəsi operatorları özlərinə aid beynəlxalq poçt mübadiləsi yerlərində və 
beynəlxalq poçt mübadiləsi məntəqələrində gömrük nəzarətini və gömrük 
rəsmiləşdirilməsini həyata keçirmək üçün gömrük orqanlarını qarşılıqlı razılaşma 
əsasında xidməti sahələrlə və lazımi avadanlıqla təmin edirlər. 
289.5. Beynəlxalq poçt göndərişləri vasitəsilə göndərilən mallar gömrük nəzarəti və 
gömrük rəsmiləşdirilməsi başa çatanadək və onların buraxılışı barədə rəsmi icazə 
verilənədək gömrük orqanlarının nəzarəti altında olurlar. 
Maddə 290. Malların gömrük sərhədindən beynəlxalq poçt göndərişləri ilə keçirilməsinin 
xüsusiyyətləri 
290.1. Aşağıdakı malların gömrük sərhədindən beynəlxalq poçt göndərişləri ilə 
keçirilməsinə icazə verilmir: 
290.1.1. gömrük ərazisinə gətirilməsinə və bu ərazidən aparılmasına bu 
Məcəllənin 214-cü maddəsinə əsasən qadağa qoyulan mallar; 
290.1.2. Ümumdünya Poçt İttifaqının aktlarına uyğun olaraq poçt vasitəsilə 
göndərilməsi qadağan olunan mallar. 


290.2. Gömrük ərazisinə beynəlxalq poçt göndərişləri ilə gətirilməsinə və bu ərazidən 
aparılmasına bu Məcəllə və digər qanunvericiliklə, beynəlxalq müqavilələrlə 
məhdudiyyət qoyulmuş malların gömrük rəsmiləşdirilməsi zamanı onları alan və 
göndərən şəxslər (həmin şəxslərin səlahiyyətli nümayəndələri) müvafiq icazə sənədini 
təqdim etməlidir. 
290.3. Fiziki şəxslərin ünvanına qanunvericiliklə müəyyənləşdirilmiş şərtlərə əməl 
olunmaqla beynəlxalq poçt göndərişləri ilə göndərilən, istehsal və kommersiya 
məqsədlərinə istifadə üçün nəzərdə tutulmayan mallar gömrük rüsumlarından və 
vergilərdən, habelə ticarət siyasəti tədbirlərinin tətbiqindən azad edilir. 
290.4. Beynəlxalq poçt göndərişlərinin daşınmasını həyata keçirən poçt rabitəsi 
operatorları, bu prosesdə vasitəçilik edən şəxslər gömrük sərhədindən keçirilən 
beynəlxalq poçt göndərişlərinə gömrük nəzarətini və gömrük rəsmiləşdirilməsini həyata 
keçirmək üçün onları gömrük orqanlarına təqdim etməlidirlər. 
290.5. Beynəlxalq poçt göndərişləri ilə gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən 
aparılmasına qadağa və ya məhdudiyyətlər qoyulan (müvafiq icazə sənədi olmadıqda) 
mallar Ümumdünya Poçt İttifaqının aktlarına və bu Məcəlləyə uyğun olaraq gömrük 
orqanları tərəfindən götürülür. 
290.6. Beynəlxalq poçt göndərişlərinin daşınmasını həyata keçirən poçt rabitəsi 
operatorları, bu prosesdə vasitəçilik edən şəxslər beynəlxalq poçt göndərişlərinin gömrük 
orqanlarının icazəsi olmadan alıcılara verilməsinə görə qanunvericiliyə uyğun olaraq 
məsuliyyət daşıyırlar. 
Maddə 291. Beynəlxalq poçt göndərişləri ilə göndərilən malların gömrük rəsmiləşdirilməsi 
291.1. Ümumdünya Poçt İttifaqının aktlarında nəzərdə tutulmuş sənədlərlə müşayiət 
olunan beynəlxalq poçt göndərişləri ilə göndərilən malların gömrük rəsmiləşdirilməsi bu 
Məcəlləyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının birlikdə müəyyən etdiyi 
qaydada həyata keçirilir. 
291.2. Gömrük bəyannaməsi təqdim edilməklə beynəlxalq poçt göndərişləri ilə 
göndərilən malların gömrük rəsmiləşdirilməsi, beynəlxalq poçt mübadiləsi 
məntəqələrində və yerlərində həyata keçirilir. 
291.3. Audio-video yazılarının, maqnit və digər məlumat daşıyıcılarının gömrük 
rəsmiləşdirilməsi xüsusi texniki nəzarət vasitələrindən istifadə etməklə gömrük nəzarəti 
aparıldıqdan sonra həyata keçirilir. 
Maddə 292. Beynəlxalq poçt göndərişləri ilə göndərilən malların bəyan olunması 
292.1. Kommersiya və istehsal məqsədləri üçün nəzərdə tutulan mallar beynəlxalq poçt 
göndərişləri ilə göndərildikdə, həmin mallar bu Məcəllənin malların bəyan edilməsi ilə 


bağlı müddəalarına uyğun olaraq gömrük bəyannaməsi təqdim olunmaqla bəyan 
edilməlidir. 
292.2. Gömrük orqanları üçün zəruri olan məlumatları özündə əks etdirən Ümumdünya 
Poçt İttifaqının aktlarında nəzərdə tutulmuş sənədlərlə müşayiət olunan beynəlxalq poçt 
göndərişləri ilə göndərilən mallar üçün gömrük bəyannaməsi tələb olunmur. 
Fəsil 51. Malların gömrük sərhədindən boru kəməri və elektrikötürücü xətlər vasitəsilə 
keçirilməsi 
Maddə 293. Malların gömrük sərhədindən boru kəməri vasitəsilə keçirilməsi 
293.1. Gömrük ərazisindən boru kəməri vasitəsilə aparılan və bu əraziyə gətirilən mallar 
gömrük bəyannaməsi təqdim edildikdən və seçilmiş gömrük prosedurunun tələblərinə 
uyğun olaraq buraxılışından sonra gömrük sərhədindən keçirilir. 
293.2. Bəyannaməçi gömrük bəyannaməsini aşağıdakı səbəblərə görə verə bilmədiyi 
hallarda natamam bəyannamə təqdim edir: 
293.2.1. gömrük orqanlarına faktiki təqdim edilməli olan mal partiyası gömrük 
bəyannaməsi verildiyi vaxt olmadıqda; 
293.2.2. gömrük bəyannaməsi verildiyi vaxt malların miqdarını, keyfiyyətini və 
dəyərini müəyyənləşdirmək mümkün olmadıqda. 
293.3. Gömrük sərhədindən boru kəməri vasitəsilə keçirilən mallar seçilmiş gömrük 
proseduru altında yerləşdirilərkən, onların gömrük orqanlarına faktiki təqdim edilməsi 
tələb olunmur. 
293.4. Boru kəməri vasitəsilə aparılan mallar seçilmiş gömrük proseduru altında 
yerləşdirilənədək, müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməməsi 
şərti ilə, qəbul məntəqələrində saxlanıla bilər. Həmin mallardan istifadə və 
özgəninkiləşdirmək də daxil olmaqla, onlar barəsində sərəncam verilə bilməz. 
293.5. Nəqletmənin texnoloji cəhətlərindən, malların isə xassələrindən və 
xüsusiyyətlərindən asılı olaraq, gömrük sərhədindən boru kəməri vasitəsilə keçirilən 
malların normativ hüquqi aktların tələblərinə əməl edilməsi şərti ilə qarışdırılmasına, 
miqdarının və kəmiyyətinin dəyişdirilməsinə icazə verilir. 
293.6. Gömrük sərhədindən boru kəməri vasitəsilə keçirilən mallar üzərində gömrük 
nəzarətinin həyata keçirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 
Maddə 294. Gömrük sərhədindən boru kəməri vasitəsilə keçirilən mallara qanunvericilikdə 
nəzərdə tutulmuş ticarət siyasəti tədbirlərinin tətbiqi 


Yüklə 4,93 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə