Azərbaycan Respublikasının Gömrük Məcəlləsi



Yüklə 4,93 Kb.
Pdf görüntüsü
səhifə49/50
tarix02.01.2018
ölçüsü4,93 Kb.
#18988
1   ...   42   43   44   45   46   47   48   49   50

Maddə 312. Xarici dövlətlərin diplomatik poçtunun və konsul valizinin (çantasının) gömrük 
sərhədindən keçirilməsi 
312.1. Gömrük sərhədindən keçirilən xarici dövlətlərin diplomatik poçtunu və konsul 
valizini (çantasını) açmaq və gecikdirmək olmaz. 
312.2. Konsul valizində bu Məcəllənin 312.4-cü maddəsində göstərilməyən əşyaların 
mövcudluğu haqqında kifayət qədər əsas olduqda, gömrük orqanlarının vəzifəli şəxsləri 
xarici dövlətin səlahiyyətli şəxsləri tərəfindən konsul valizinin açılmasını tələb edirlər. 
Bu tələbin yerinə yetirilməsindən imtina edildikdə, konsul valizi açılmadan geri 
qaytarılır. 
312.3. Diplomatik poçt və konsul valizi olan bütün yerlərdə onların xarakterini əks 
etdirən, görünən xarici nişanlar olmalıdır. 
312.4. Diplomatik poçt yalnız rəsmi istifadə üçün nəzərdə tutulan diplomatik sənədlərdən 
və mallardan, konsul valizi isə yalnız rəsmi yazışma və sənədlərdən, yaxud yalnız rəsmi 
istifadə üçün nəzərdə tutulmuş mallardan ibarət ola bilər. 
Maddə 313. Xarici dövlətlərin diplomatik və konsulluq kuryerləri üçün gömrük güzəştləri 
313.1. Xarici dövlətlərin diplomatik və konsulluq kuryerləri gömrük baxışından və 
gömrük ödənişlərindən qarşılıqlı azadolunma əsasında şəxsi istifadə üçün olan malları 
gömrük ərazisinə gətirə və bu ərazidən apara bilərlər. 
313.2. Bu Məcəllənin 313.1-ci maddəsi saxlanca görə ödənişlərə, habelə bu Məcəllənin 
232.2-ci maddəsinə uyğun olaraq malların və nəqliyyat vasitələrinin gömrük orqanlarının 
iş vaxtından kənar saatlarda və iş yerindən kənarda gömrük nəzarətinin həyata 
keçirilməsinə görə aldığı gömrük ödənişlərinə şamil edilmir. 
Maddə 314. Xarici dövlətlərin nümayəndələri və nümayəndə heyəti üzvləri üçün gömrük 
güzəştləri 
Dövlətlərarası danışıqlarda, beynəlxalq konfranslarda, seminarlarda, müşavirələrdə 
iştirak etmək üçün və ya digər rəsmi tapşırıqla Azərbaycan Respublikasına gələn xarici 
dövlətlərin nümayəndələrinə, parlament və hökumət nümayəndə heyətlərinin üzvlərinə, 
həmçinin qarşılılıq prinsipi əsasında xarici dövlətlərin nümayəndə heyətinin 
əməkdaşlarına bu Məcəllədə xarici dövlətlərin diplomatik nümayəndəliklərinin heyət 
üzvləri üçün nəzərdə tutulan gömrük güzəştləri tətbiq edilir. Bu güzəştlər həmin şəxsləri 
müşayiət edən ailə üzvlərinə də şamil olunur. 
Maddə 315. Gömrük ərazisindən tranzitlə keçən xarici dövlətlərin diplomatik heyət üzvləri, 
konsulluqlarının vəzifəli şəxsləri və onların ailə üzvləri üçün gömrük güzəştləri 
Gömrük ərazisindən tranzitlə keçən xarici dövlətlərin diplomatik heyət üzvlərinə, 
konsulluqlarının vəzifəli şəxslərinə, həmin şəxslərin ailə üzvlərinə, habelə bu Məcəllənin 


314-ci maddəsində göstərilən şəxslərə xarici dövlətlərin diplomatik nümayəndəliklərinin 
heyət üzvləri üçün nəzərdə tutulan gömrük güzəştləri tətbiq edilir. 
Maddə 316. Dövlətlərarası və hökumətlərarası beynəlxalq təşkilatlar, onların nəzdindəki 
xarici dövlət nümayəndəlikləri, habelə bu təşkilat və nümayəndəliklərin əməkdaşları üçün 
gömrük güzəştləri 
Beynəlxalq dövlətlərarası və hökumətlərarası təşkilatlar, onların nəzdindəki xarici dövlət 
nümayəndəlikləri, habelə bu təşkilatların və nümayəndəliklərin əməkdaşları və onların 
ailə üzvləri üçün gömrük güzəştləri müvafiq beynəlxalq müqavilələrlə müəyyən edilir. 
XI
X bölmə
. Xarici ticar
ətin gömrük statistikasının və
 mal 
nomenklaturasının aparılması
 
Fəsil 54. Gömrük statistikasının aparılması 
Maddə 317. Xarici ticarətin gömrük statistikası 
317.1. Gömrük orqanları Azərbaycan Respublikasında xarici ticarətin cari vəziyyətini, 
dinamikasını, inkişaf meyllərini və perspektivlərini təhlil etmək, gömrük ödənişlərinin 
dövlət büdcəsinə daxil olmasına nəzarəti, valyuta və ixrac nəzarətini həyata keçirmək 
məqsədi ilə malların gömrük sərhədindən keçirilməsi barədə məlumatların toplanması, 
təhlili, elektron üsullarla işlənməsi yolu ilə xarici ticarətin gömrük statistikasını aparırlar. 
317.2. Azərbaycan Respublikasında xarici ticarətin gömrük statistikasının məlumatları 
Azərbaycan Respublikasının Milli Məclisinə, Azərbaycan Respublikasının Mərkəzi 
Bankına və müvafiq icra hakimiyyəti orqanlarına təqdim olunur. 
317.3. Xarici ticarətin gömrük statistikası bu Məcəlləyə və rəsmi statistika haqqında 
qanunvericiliyə uyğun olaraq, xarici ticarət əlaqələri barədə məlumatların 
müqayisəliliyini təmin edən metodologiya əsasında aparılmalıdır. 
317.4. Müvafiq icra hakimiyyəti orqanı beynəlxalq müqavilələr və qanunvericiliklə 
müəyyən edilmiş qaydada xarici ticarətin gömrük statistikasının məlumatlarını 
beynəlxalq təşkilatlara təqdim edə bilər. 
317.5. Xarici ticarətin gömrük statistikası müvafiq icra hakimiyyəti orqanı tərəfindən, 
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və müddətdə nəşr 
olunmalıdır. 
Maddə 318. Xüsusi gömrük statistikası 
318.1. Gömrük orqanları öz səlahiyyətlərini həyata keçirməsini təmin etmək məqsədilə 
xüsusi gömrük statistikasını aparırlar. 


318.2. Xüsusi gömrük statistikasının aparılması qaydalarını müvafiq icra hakimiyyəti 
orqanı müəyyən edir. 
318.3. Xüsusi gömrük statistikasının məlumatları gömrük orqanları tərəfindən yalnız 
gömrük məqsədləri üçün istifadə olunur. 
Fəsil 55. Xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının aparılması 
Maddə 319. Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası 
319.1. Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası — malların qrupunu, mövqeyini, 
yardımçı mövqeyini, alt yardımçı mövqeyini rəqəm işarəsi və ya rəqəm işarələri qrupu 
(kodlar) şəklində özündə birləşdirən təsnifatdır. 
319.2. Xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının şərh etmə qaydaları və istənilən 
təsnifatlandırma səviyyəsindəki mövqelərə dair şərhlər (qeydlər) xarici iqtisadi 
fəaliyyətin mal nomenklaturasının ayrılmaz hissəsidir. 
319.3. Xarici iqtisadi fəaliyyətin mal nomenklaturasından tarif və qeyri-tarif tədbirlərinin 
tətbiqi və xarici ticarətin gömrük statistikasının aparılması üçün istifadə edilir. 
319.4. Azərbaycan Respublikasında istifadə edilən xarici iqtisadi fəaliyyətin mal 
nomenklaturası Ümumdünya Gömrük Təşkilatının malların təfsiri və kodlaşdırılmasının 
Harmonikləşdirilmiş Sisteminə, Avropa Birliyinin Kombinə Edilmiş Sisteminə və 
Müstəqil Dövlətlər Birliyinin xarici iqtisadi fəaliyyətin vahid mal nomenklaturasına 
uyğun olmalıdır. 
319.5. Xarici iqtisadi fəaliyyətin mal nomenklaturasını müvafiq icra hakimiyyəti orqanı 
təsdiq edir. 
Maddə 320. Xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının aparılması 
320.0. Müvafiq icra hakimiyyəti orqanı xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının 
aparılması ilə əlaqədar: 
320.0.1. xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının beynəlxalq əsaslarına 
edilən dəyişikliklərin və əlavələrin, bu əsasların təfsiri üzrə beynəlxalq şərhlərin 
(qeydlərin) və qərarların izlənməsini təmin edir; 
320.0.2. xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının onun beynəlxalq 
əsaslarına uyğunlaşdırılması üzrə təkliflər hazırlayır; 
320.0.3. müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə xarici iqtisadi fəaliyyətin 
mal nomenklaturasının işlənib hazırlanması, ona dəyişikliklər və əlavələr 
olunması barədə təkliflərin hazırlanmasını təmin edir; 


Yüklə 4,93 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə