Azərbaycan Respublikasının Gömrük Məcəlləsi



Yüklə 4,93 Kb.
Pdf görüntüsü
səhifə41/50
tarix02.01.2018
ölçüsü4,93 Kb.
#18988
1   ...   37   38   39   40   41   42   43   44   ...   50

250.3. Gömrük borclarına təminat borclu və ya borclu ola biləcək şəxsin əvəzinə başqa 
şəxs tərəfindən də verilə bilər. 
250.4. Təminatın məbləğini gömrük orqanları müəyyən edirlər. 
250.5. Bu Məcəllənin 256-cı maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, 
gömrük orqanları müvafiq mallar və gömrük bəyannaməsi üçün yalnız bir təminat tələb 
edə bilərlər. 
250.6. Müvafiq gömrük bəyannaməsi üçün verilən təminat gömrük borcunu təşkil edən 
idxal, yaxud ixrac gömrük rüsumlarını və vergiləri, habelə bəyan edilən mallarla əlaqədar 
digər ödənişləri əhatə edir. 
250.7. Gömrük orqanları gömrük ödənişləri üzrə borclu və ya borclu ola biləcək şəxsin 
müraciətinə əsasən iki və daha çox əməliyyat, gömrük bəyannaməsi, yaxud gömrük 
proseduru ilə əlaqədar mövcud, yaxud yarana biləcək gömrük borcuna təminat məqsədi 
ilə, bu Məcəllənin 255-ci maddəsində göstərilən əhatəli təminatın təqdim olunmasına 
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada icazə verirlər. 
250.8. Bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, gömrük orqanları tərəfindən 
qəbul edilmiş təminat bütün gömrük ərazisində etibarlıdır. 
250.9. Təminatın verilməsinin məcburi və fakültativ (məcburi olmayan) hallarını müvafiq 
icra hakimiyyəti orqanı müəyyən edir. 
Maddə 251. Məcburi təminat 
251.1. Məcburi təminatın verilməsi tələb olunduğu vaxt gömrük borcunun məbləğini 
dəqiq müəyyənləşdirmək mümkündürsə, gömrük orqanları həmin təminatın məbləğini 
gömrük borcunun məbləğinə bərabər səviyyədə müəyyənləşdirirlər. 
251.2. Gömrük borcunun dəqiq məbləğini müəyyənləşdirmək mümkün olmadıqda, 
təminatın məbləği gömrük orqanları tərəfindən hesablanmış mövcud və ya yarana biləcək 
gömrük borcunun ən yüksək səviyyəsində müəyyənləşdirilir. 
251.3. Məbləği müəyyən müddət ərzində dəyişən gömrük borcu üzrə ixrac, yaxud idxal 
gömrük rüsumlarının və vergilərin ödənilməsinin təmin edilməsi üçün əhatəli təminatın 
verildiyi hallarda, həmin təminatın məbləği gömrük rüsumlarının və vergilərin 
ödənilməsinin istənilən vaxt təmin edilməsinə imkan verən səviyyədə müəyyənləşdirilir. 
Maddə 252. Fakültativ (məcburi olmayan) təminat 
Gömrük orqanları gömrük borcunun müəyyən edilmiş müddətdə ödəniləcəyinə əmin 
olmadıqda, təminatın verilməsinin fakültativ (məcburi olmayan) hallarında da, təminatın 
verilməsini tələb edirlər. Tələb edilən təminatın məbləği bu Məcəllənin 251-ci 
maddəsində nəzərdə tutulmuş məbləğlərdən artıq olmamalıdır. 


Maddə 253. Təminatın seçilməsi 
253.1. Gömrük borcuna təminat verən şəxs bu Məcəllənin 258.1-ci maddəsində nəzərdə 
tutulmuş təminatlardan birini seçə bilər. 
253.2. Seçilən təminat müvafiq gömrük prosedurunun lazımi qaydada tətbiqinə uyğun 
gəlmədikdə, gömrük orqanları həmin təminatın qəbulundan imtina edir. 
253.3. Gömrük orqanları seçilmiş təminatın müvafiq dövr ərzində saxlanmasını tələb 
edirlər. 
Maddə 254. Zamin şəxs 
254.1. Bu Məcəllənin 258.1.6-cı maddəsində nəzərdə tutulan zamin şəxs gömrük ərazisi 
daxilində müəyyənləşdirilən üçüncü şəxs olmalıdır. 
254.2. Zamin şəxs gömrük borcunun ödənilməsinə yazılı təminat verməlidir. 
254.3. Gömrük orqanları gömrük borcunun müəyyən edilmiş müddət ərzində 
ödəniləcəyinə əmin olmadıqda, üçüncü şəxsin zaminliyini qəbul etməkdən imtina edirlər. 
Maddə 255. Əhatəli təminat 
255.1. Gömrük orqanları bu Məcəllənin 255.2-ci maddəsində nəzərdə tutulmuş şərtlərə 
cavab verən şəxsin yazılı müraciəti əsasında ondan iki və ya daha çox bəyannamə, 
gömrük əməliyyatı və ya gömrük proseduru ilə bağlı ödəniləcək gömrük ödənişlərini 
əhatə edən əhatəli təminatı qəbul edirlər. 
255.2. Əhatəli təminat gömrük və vergi qanunvericiliyinə əməl edən, gömrük 
prosedurlarından mütəmadi istifadə edən və bu prosedurlarla əlaqədar öhdəliklərini 
vaxtında və tam yerinə yetirmək imkanı olan rezidentlərdən qəbul olunur. 
Maddə 256. Əlavə və yaxud əvəzedici təminat 
Gömrük orqanları təqdim edilmiş təminatın müəyyən olunmuş müddət ərzində gömrük 
borcunun ödənilməsinə təminat vermədiyini, yaxud həmin təminatın gömrük borcunun 
ödənilməsi üçün etibarlı və ya kifayət olmadığını müəyyənləşdirərsə, bu Məcəllənin 
250.2-ci maddəsində qeyd olunan şəxsdən onun seçimi əsasında əlavə təminat, yaxud 
verilmiş təminatın yenisi ilə əvəz edilməsini tələb edirlər. 
Maddə 257. Təminatın başa çatması 
Gömrük orqanları gömrük borcunun tam məbləğdə ödənilməsinə və gömrük borcunun 
olmamasına əmin olduğu zaman təminat başa çatmış hesab edilir. 
Maddə 258. Gömrük borcunun ödənilməsinin təmin edilməsi üsulları 


258.1. Gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün aşağıdakı təminat 
üsullarından (təminatdan) istifadə olunur: 
258.1.1. girov; 
258.1.2. veksel zaminliyi (aval); 
258.1.3. bank qarantiyası; 
258.1.4. ödənilməli olan məbləğin gömrük orqanının depozit hesabına 
köçürülməsi; 
258.1.5. sığorta müqavilələri; 
258.1.6. üçüncü şəxsin zaminliyi
258.1.7. avans ödəmələr. 
258.2. Bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxs bu Məcəllənin 258.1-
ci maddəsində göstərilən təminatların hər birindən istifadə etmək hüququna malikdir. 
258.3. Təminatdan istifadə etməklə gömrük borcunun ödənilməsinin təmin edilməsi 
qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 
Maddə 259. Girov 
259.1. Gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün mallar gömrük orqanları 
tərəfindən girov qismində qəbul olunur. 
259.2. Girovun rəsmiləşdirilməsi, girov qoyulmuş malların saxlanılması, ödənişin girov 
predmetinə yönəldilməsi və bununla bağlı digər məsələlər Azərbaycan Respublikasının 
Mülki Məcəlləsi ilə tənzimlənir. 
Maddə 260. Veksel zaminliyi (aval) 
Gömrük borcunun təminatı kimi veksellər yalnız o halda qəbul olunur ki, onlar üzrə 
avalçı qismində bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malik olan 
banklar və ya bank olmayan kredit təşkilatları çıxış etsin. 
Maddə 261. Bank qarantiyası 
261.1. Gömrük borcu bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malik olan 
və müvafiq icra hakimiyyəti orqanının apardığı müvafiq reyestrə daxil edilmiş bankların 
və bank olmayan kredit təşkilatlarının qarantiyası ilə təmin oluna bilər. 


Yüklə 4,93 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə