Azərbaycan Respublikasının Gömrük Məcəlləsi



Yüklə 4,93 Kb.
Pdf görüntüsü
səhifə40/50
tarix02.01.2018
ölçüsü4,93 Kb.
#18988
1   ...   36   37   38   39   40   41   42   43   ...   50

243.3. Gömrük bəyannaməsinin verilməsi gecikdirildikdə, gömrük borcunun ödənilməsi 
müddəti gömrük bəyannaməsinin verilməsi üçün müəyyən edilən müddətin başa çatdığı 
gündən hesablanır. 
243.4. Bu Məcəllənin 156.2-ci maddəsində nəzərdə tutulan dövri bəyannamə verildiyi 
halda, gömrük borcu mallar müvafiq gömrük orqanına təqdim olunduğu tarixdən 15 (on 
beş) gündən gec olmayaraq ödənilməlidir. 
Maddə 244. Gömrük borcunun ödənilməsi qaydaları 
244.1. Gömrük borcu gömrük orqanına (yalnız bank, poçt və ya plastik kart vasitəsi ilə), 
beynəlxalq poçt göndərişləri ilə göndərilən mallar üçün isə poçt rabitəsi operatorlarına 
(qanunvericiliklə müəyyən edilmiş ödəniş vasitələri ilə) ödənilir. 
244.2. Gömrük borcu üzrə ödənişlərin həyata keçirilməsi məqsədilə gömrük sərhəd 
buraxılış məntəqələrində bank və ya poçt şöbələri yaradılmalıdır. 
244.3. Gömrük borcu istənilən maraqlı şəxs tərəfindən ödənilə bilər. 
244.4. Poçt rabitəsi operatorları gömrük borcu üzrə ödənişləri müvafiq icra hakimiyyəti 
orqanlarının birlikdə müəyyən etdiyi qaydada gömrük orqanlarının hesabına köçürürlər. 
244.5. Yol vergisi və icazə blankına görə dövlət rüsumu xarici dövlətlərin avtonəqliyyat 
vasitələri gömrük ərazisinə daxil olan zaman gömrük orqanları tərəfindən tutulur və bir 
bank günü ərzində dövlət büdcəsinə köçürülür. 
Maddə 245. Gömrük borcunun ödənilməsinə görə məsul şəxs 
245.1. Bəyannaməçi gömrük borcunun ödənilməsinə görə məsul şəxs hesab edilir. 
245.2. Mallardan istifadə edilməsi və onlara dair sərəncam verilməsi haqqında, o 
cümlədən müvafiq gömrük proseduruna uyğun olaraq gömrük ödənişlərindən tamamilə 
və ya qismən azad edilmiş mallardan təyinatı üzrə istifadə edilməsi barədə bu Məcəllədə 
nəzərdə tutulmuş tələblərə riayət olunmadığı halda, müvafiq gömrük prosedurlarının 
tələblərini yerinə yetirilməli olan şəxs həmin mallar üzrə gömrük borcunun ödənilməsinə 
görə məsul şəxs hesab olunur. 
Maddə 246. Gömrük borcunun ödənilməsinə möhlət verilməsi 
246.1. Şəxs tərəfindən bu Məcəllənin 258.1-ci maddəsində nəzərdə tutulmuş üsullardan 
istifadə edilməklə təminat verildikdə, gömrük orqanları müvafiq icra hakimiyyəti 
orqanının müəyyən etdiyi hallarda və qaydada gömrük borcunun ödənilməsinə 14 (on 
dörd) gündən 60 (altmış) günədək möhlət verirlər. 


246.2. Gömrük borcunun ödənilməsinə verilən möhlət müddəti ərzində borcun məbləğinə 
Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsi ilə dövlət büdcəsinə ödənilən faizlər 
hesablanır. 
Maddə 247. Dəbbə pulu 
247.1. Gömrük borcunun ödənilməsinin bu Məcəllə ilə müəyyən edilmiş müddəti 
pozulduqda, gömrük orqanları ödəyicidən dəbbə pulu alırlar. 
247.2. Dəbbə pulunun hesablanması üçün müddətlər aşağıdakılardır: 
247.2.1. gömrük borcunun ödənilməsi müddətinin başa çatdığı tarixdən növbəti 
gündən başlayaraq, borcun faktiki ödənilmə gününədək və ya bu Məcəllənin 
246.1-ci maddəsinə əsasən həmin borcun ödənilməsinə möhlət verilənədək; 
247.2.2. bu Məcəllənin 246.1-ci maddəsinə əsasən gömrük borcunun 
ödənilməsinə verilmiş möhlətin başa çatdığı tarixdən növbəti gündən başlayaraq, 
borcun faktiki ödənilmə gününədək. 
247.3. Dəbbə pulu bu Məcəllənin 247.2-ci maddəsində göstərilən müddətlər ərzində hər 
gecikdirilən günə görə gömrük borcu məbləğinin 0,1 faizi miqdarında hesablanır. Dəbbə 
pulu gömrük borcu üzrə bütün ötmüş müddətə, lakin bir ildən çox olmamaq şərti ilə 
tətbiq edilir. 
247.4. Dəbbə pulu gömrük borcu ilə eyni vaxtda ödənilir. 
247.5. Dəbbə pulunun ödənilməsi, tutulması və qaytarılması bu Məcəllədə gömrük 
ödənişlərinin ödənilməsi, tutulması və qaytarılması üçün nəzərdə tutulmuş qaydalara 
uyğun olaraq həyata keçirilir. 
Maddə 248. Gömrük sərhədindən qanunsuz keçirilmiş və ya şərti buraxılmış mallara görə 
gömrük borcunun hesablanması 
248.1. Gömrük sərhədindən qanunsuz keçirilməklə gətirilən malların qanunsuz keçirilmə 
gününü müəyyən etmək mümkün olmadıqda, gömrük orqanları gömrük borcunun 
məbləğini həmin malların aşkar edildiyi gün qüvvədə olan gömrük rüsumlarının və 
vergilərin dərəcələri və «Gömrük tarifi haqqında» Azərbaycan Respublikasının Qanunu 
əsasında müəyyən edilən gömrük dəyəri əsasında hesablayırlar. 
248.2. Tranzit və ya saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilərək daşınan, 
yaxud saxlanılan mallar itirildiyi, təyinat yerinə çatdırılmadığı hallarda gömrük borcu 
hesablanarkən, onların müvafiq gömrük proseduru altında yerləşdirilməsi barədə gömrük 
orqanının qərarının qəbul edildiyi gün qüvvədə olan gömrük rüsumlarının və vergilərin 
dərəcələri və «Gömrük tarifi haqqında» Azərbaycan Respublikasının Qanunu əsasında 
müəyyən edilən gömrük dəyəri əsas götürülür. 


248.3. Gömrük ödənişlərindən tamamilə və ya qismən azad edilməklə şərti buraxılmış 
mallar nəzərdə tutulmayan başqa məqsədlər üçün istifadə edildikdə, onlar üzrə şərti 
buraxılış gününə hesablanmış gömrük borcunun məbləği əsas götürülür. 
248.4. Bu Məcəllənin 271-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, 
gömrük ödənişləri ödənilməli olan malların qanunvericiliyin tələbləri pozulmaqla idxalı 
və ya ixracı, mal sahibini bu mallara görə gömrük ödənişlərini ödəmək öhdəliyindən azad 
etmir. 
Maddə 249. Gömrük borclarının alınması və məsuliyyət tədbirləri 
249.1. Ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı 
tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş 
qaydada məcburi tutulur. 
249.2. Gömrük bəyannaməsindəki səhvlərin gömrük borcunun məbləğinin 
qanunvericiliklə müəyyən edildiyindən az məbləğdə hesablanmasına, yaxud 
ödənilməsinə səbəb olmasını bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş 
müddət ərzində aşkar edildikdə, gömrük orqanları ödəyicidən ödənilməmiş məbləğləri 
alırlar. 
249.3. Vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi 
əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən 
edilmiş qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulur. 
249.4. Qanunla müəyyən edilmiş hallarda müvafiq icra hakimiyyəti orqanı ödəyicinin 
banklardakı hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə 
iddia qaldırır. 
249.5. Malları və nəqliyyat vasitələrini gömrük sərhədindən qanunsuz keçirən şəxs, 
həmçinin onların qanunsuz keçirildiyini bildiyi, yaxud bilməli olduğu halda, belə 
əməliyyatda iştirak edən şəxs, həmin malları və nəqliyyat vasitələrini öz mülkiyyətinə və 
ya istifadəsinə götürən şəxs gömrük borcunun ödənilməsi üzrə bəyannaməçi ilə birgə 
məsuliyyət daşıyırlar. 
Fəsil 45. Mövcud və yarana biləcək gömrük borcu üçün təminat 
Maddə 250. Ümumi müddəalar 
250.1. Bu fəsildə həm mövcud, həm də yarana biləcək gömrük borclarına təminat 
verilməsi qaydaları müəyyən olunur. 
250.2. Gömrük orqanları mövcud, yaxud gələcəkdə yarana biləcək gömrük borclarının 
ödənilməsini təmin etmək məqsədi ilə borclu və ya borclu olacaq şəxslərdən bu 
Məcəllənin 258.1-ci maddəsində nəzərdə tutulmuş təminatın verilməsini tələb etmək 
hüququna malikdirlər. 


Yüklə 4,93 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə