Azərbaycan Respublikasının Gömrük Məcəlləsi



Yüklə 4,93 Kb.
Pdf görüntüsü
səhifə37/50
tarix02.01.2018
ölçüsü4,93 Kb.
#18988
1   ...   33   34   35   36   37   38   39   40   ...   50

221.3. Şəxs bu Məcəllənin 221.1-ci maddəsinə uyğun olaraq ona təqdim edilən bildirişdə 
göstərilən gömrük dəyərinə təklif olunan düzəlişlə razılaşmadıqda, yuxarı gömrük 
orqanına və (və ya) məhkəməyə müraciət edə bilər. Yuxarı gömrük orqanı və ya 
məhkəmə həmin müraciətə ən geci 10 (on) gün müddətində baxır. Bu barədə müraciətə 
baxılma müddətində dəbbə pulu hesablanmır. 
221.4. Yuxarı gömrük orqanı və ya məhkəmə şəxsin müəyyən etdiyi gömrük dəyərini 
düzgün hesab etdikdə, malların saxlancı ilə bağlı xərclər bu Məcəllənin 221.1-ci 
maddəsinə əsasən gömrük dəyərinə düzəlişlər etmiş vəzifəli şəxsdən tutulur və həmin 
vəzifəli şəxs intizam məsuliyyətinə cəlb olunur. 
Fəsil 41. Malların mənşəyi 
Maddə 222. Malların qeyri-preferensial mənşəyi 
222.1. Malların qeyri-preferensial mənşəyinin müəyyən edilməsinin məqsədi onlar 
barəsində gömrük tarifini, mallarla ticarətin xüsusi sahələrini tənzimləyən tədbirləri və 
malların qeyri-preferensial mənşəyi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş digər 
tədbirləri tətbiq etməkdir. 
222.2. Tamamilə bir ölkədə və ya ərazidə istehsal edilmiş mallar həmin ölkə və ya ərazi 
mənşəli mallar hesab olunur. 
222.3. İstehsalında birdən çox ölkənin iştirak etdiyi mallar həmin malların son dəfə 
əhəmiyyətli dərəcədə dəyişikliyə məruz qaldığı ölkə mənşəli mallar hesab edilir. 
222.4. Gömrük orqanları malların gömrük bəyannaməsində göstərilən mənşəyini təsdiq 
edən sənədin təqdim olunmasını bəyannaməçidən tələb etmək hüququna malikdir. 
222.5. Malların qeyri-preferensial mənşəyinin müəyyən edilməsi qaydalarını müvafiq 
icra hakimiyyəti orqanı müəyyən edir. 
Maddə 223. Malların preferensial mənşəyi 
223.1. Bu Məcəllənin 218.2.4-cü və 218.2.5-ci maddələrində nəzərdə tutulmuş 
preferensial tarif tədbirlərindən və ya qeyri-tarif preferensial tədbirlərindən istifadə etmək 
üçün mallar bu Məcəllənin 223.2 — 223.4-cü maddələrində qeyd olunan preferensial 
mənşəyə dair qaydalara uyğun olmalıdır. 
223.2. Azərbaycan Respublikasının müəyyən ölkələrlə və ya beynəlxalq təşkilatlarla 
bağladığı beynəlxalq müqavilələrdə göstərilən preferensial tədbirlərin şamil olduğu 
mallar üzrə preferensial mənşə qaydaları bu müqavilələrdə öz əksini tapır. 
223.3. Gömrük orqanları Azərbaycan Respublikasının xarici ölkələrə və ya beynəlxalq 
təşkilatın üzv ölkələrinə birtərəfli qaydada qəbul etdiyi preferensial tədbirlərin şamil 


olunduğu mallara münasibətdə bu Məcəllənin 223.4-cü maddəsində nəzərdə tutulan 
qaydaları tətbiq edirlər. 
223.4. Malların preferensial mənşəyinin müəyyən olunması qaydalarını müvafiq icra 
hakimiyyəti orqanı müəyyən edir. 
XIV bölmə. Gömrük ödənişlə
ri, 
gömrük borcu və
 t
ə
minat 
Fəsil 42. Əsas müddəalar 
Maddə 224. Gömrük ödənişləri 
224.1. Bu Məcəllədə, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, «Gömrük tarifi 
haqqında», «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının qanunlarında və 
müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarında nəzərdə tutulmuş 
hallarda gömrük orqanları tərəfindən aşağıdakı gömrük ödənişləri alınır: 
224.1.1. gömrük rüsumları; 
224.1.2. əlavə dəyər vergisi ; 
224.1.3. aksizlər; 
224.1.4. yol vergisi; 
224.1.5. gömrük yığımları; 
224.1.6. haqq; 
224.1.7. dövlət rüsumu. 
224.2. Gömrük ödənişlərinin ödəyiciləri, gömrük ödənişlərinin hesablanması, alınması və 
hesablara daxil edilməsi, ödənilmə müddətinin uzadılması, gömrük ödənişlərinin 
qaytarılması qaydaları, gömrük borcu, gömrük borcunun ləğvi, malların gömrük 
dəyərləndirilməsi, gömrük borcunun ödənilməsinin təmin edilməsi üsulları və onlardan 
istifadə, həmçinin gömrük ödənişləri ilə bağlı güzəştlər və başqa məsələlər bu Məcəllə və 
Məcəllənin 224.1-ci maddəsində nəzərdə tutulan digər normativ hüquqi aktlarla müəyyən 
edilir. 
224.3. Azərbaycan Respublikasının iqtisadi maraqlarının qorunması məqsədi ilə ixrac və 
idxal edilən mallara «Gömrük tarifi haqqında» Azərbaycan Respublikasının Qanununda 
və müvafiq icra hakimiyyəti orqanının normativ hüquqi aktlarında nəzərdə tutulmuş 
qaydada müvəqqəti olaraq xüsusi rüsumlar və mövsümi rüsumlar tətbiq oluna bilər. 


224.4. Fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün 
nəzərdə tutulmayan mallar keçirilərkən gömrük ödənişləri müvafiq icra hakimiyyəti 
orqanının müəyyən etdiyi sadələşdirilmiş qaydada alınır. 
224.5. Bəyan olunan mallara gömrük ödənişlərinin tətbiqi zamanı onların xarici iqtisadi 
fəaliyyətin mal nomenklaturasına uyğun kodu əsas götürülür. 
224.6. Gömrük rüsumlarının dərəcələri göstərilməklə, bu dərəcələrin həm malların adları, 
həm də kodları üzrə axtarışının həyata keçirilməsinə, qanunla nəzərdə tutulmuş digər 
gömrük ödənişlərinin məbləğlərinin öyrənilməsinə imkan verən, malları gömrük 
sərhədindən keçirən şəxslərin istifadəsi üçün nəzərdə tutulan və istifadəsi sadə olan 
elektron avadanlıqlar gömrük sərhəd buraxılış məntəqələrində hər kəsin yaxşı görə 
biləcəyi yerlərdə yerləşdirilməlidir. 
Maddə 225. Gömrük rüsumları 
225.1. Gömrük rüsumları bəyan edilən malların yerləşdirilməsi üçün seçilmiş gömrük 
prosedurunun tələbləri əsasında, normativ hüquqi aktlara uyğun olaraq tətbiq olunur. 
225.2. Konkret mallar üzrə gömrük rüsumlarının dərəcələrini müvafiq icra hakimiyyəti 
orqanı müəyyən edir. Gömrük rüsumlarının dərəcələri rəsmi nəşrlərdə dərc olunur və 
müvafiq icra hakimiyyəti orqanlarının rəsmi internet saytlarında yerləşdirilir. 
225.3. Mallar üzrə tarif güzəştləri, gömrük rüsumlarından azad edilmə, tarif 
preferensiyalarının və güzəştlərinin verilməsi halları və qaydaları «Gömrük tarifi 
haqqında» Azərbaycan Respublikasının Qanununa və müvafiq icra hakimiyyəti orqanının 
normativ hüquqi aktlarına uyğun olaraq tənzimlənir. 
Maddə 226. Gömrük rüsumlarının növləri 
226.0. «Gömrük tarifi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 
aşağıdakı gömrük rüsumları tətbiq edilir: 
226.0.1. advalor — malların gömrük dəyərinə görə nisbətən faizlə hesablanan; 
226.0.2. spesifik — malın vahidinə görə müəyyən olunmuş məbləğlə hesablanan; 
226.0.3. kombinə edilmiş – yuxarıda göstərilən hər iki gömrük rüsum növlərinin 
birləşdirilməsi yolu ilə hesablanan. 
Maddə 227. Gömrük orqanları tərəfindən alınan vergilər 
227.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə (bundan sonra — Vergi 
Məcəlləsi) uyğun olaraq gömrük orqanları tərəfindən bu Məcəllənin 228-230-cu 
maddələrində göstərilən vergilər alınır. 


Yüklə 4,93 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə