Azərbaycan Respublikasının Gömrük Məcəlləsi



Yüklə 4,93 Kb.
Pdf görüntüsü
səhifə28/50
tarix02.01.2018
ölçüsü4,93 Kb.
#18988
1   ...   24   25   26   27   28   29   30   31   ...   50

prob və nümunələrin götürülməsi haqqında müvafiq icra hakimiyyəti orqanının müəyyən 
etdiyi formada akt tərtib olunur. 
158.6. Bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların 
nümayəndələri götürülən prob və nümunələr üzrə aparılmış ekspertizanın nəticələri ilə 
tanış olmaq hüququna malikdirlər. Digər dövlət nəzarəti orqanları tərəfindən götürülən 
prob və nümunələrin ekspertizasının nəticələri haqqında gömrük orqanlarına məlumat 
verilməlidir. 
158.7. Prob və nümunələrin gömrük ekspertizası ilə əlaqədar gömrük orqanlarının və 
gömrük laboratoriyalarının xərcləri bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər 
şəxslər və ya onların nümayəndələri tərəfindən ödənilmir. 
158.8. Mallardan götürülən prob və nümunələrin gömrük ekspertizası bəyannaməçinin, 
mallar barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin 
təşəbbüsü ilə aparıldıqda, gömrük laboratoriyalarına müvafiq icra hakimiyyəti orqanının 
müəyyən etdiyi məbləğdə gömrük yığımları ödənilir. 
158.9. Mallardan prob və nümunələrin götürülməsi, onların barəsində sərəncam verilməsi 
qaydasını, gömrük ekspertizasının aparılma müddətlərini müvafiq icra hakimiyyəti orqanı 
müəyyən edir. 
Maddə 159. Malların qismən (bir hissəsinin) yoxlanılması, onlardan prob və nümunələrinin 
götürülməsi 
159.1. Gömrük bəyannaməsində göstərilən malların bir hissəsinin yoxlanıldığı və ya 
onlardan prob və nümunələrin götürüldüyü hallarda qismən yoxlamanın, yaxud prob və 
nümunələrin yoxlanmasının nəticələri orada göstərilmiş bütün mallara şamil edilir. 
159.2. Bəyannaməçi qismən yoxlamanın, yaxud götürülmüş prob və nümunələrin 
yoxlanılmasının nəticələrinin bəyan edilmiş malların qalan hissəsinə münasibətdə tətbiq 
olunmasını mümkünsüz hesab edərsə, malların təkrar yoxlanılması, yaxud onlardan prob 
və nümunənin götürülməsi ilə bağlı gömrük orqanına müraciət edə bilər. Əgər malların 
buraxılışı həyata keçirilməyibsə, müraciət təmin olunmalıdır. Malların buraxılışından 
sonra edilən müraciət, malların hər hansı şəkildə dəyişdirilmədiyi bəyannaməçi 
tərəfindən sübuta yetirildiyi halda təmin olunur. 
159.3. Gömrük bəyannaməsində iki və ya daha çox adda mal bəyan edilərsə, hər bir mala 
aid məlumat bu Məcəllənin 159.1-ci maddəsinin məqsədləri üçün ayrı bəyanetmə hesab 
edilir. 
Maddə 160. Gömrük bəyannaməsində göstərilən məlumatların, müvafiq sənədlərin və 
malların yoxlanılma müddətləri 
160.1. Gömrük rəsmiləşdirilməsi zamanı gömrük orqanlarına təqdim olunan gömrük 
bəyannaməsində və digər sənədlərdə göstərilən məlumatların malların adlarına, 


mənşəyinə, sayına və dəyərinə uyğunluğunun yoxlanılması, gömrük bəyannaməsinin 
təsdiq edildiyi, sənədlərin və malların isə təqdim edildiyi vaxtdan 2 (iki) gündən gec 
olmayaraq həyata keçirilir. 
160.2. Gömrük qanunvericiliyində sənədlərin və malların yoxlanılması üçün daha qısa 
müddət müəyyənləşdirilə bilər. 
160.3. Gömrük rəsmiləşdirilməsi üçün təqdim olunan malların adlar və növlər üzrə ayrı-
ayrı qablaşdırılmaması gömrük orqanlarına gömrük bəyannaməsində göstərilən mallar 
haqqında məlumatların düzgünlüyünün yoxlanmasına imkan vermirsə, bu Məcəllənin 
160.1-ci maddəsində nəzərdə tutulan müddət mallar barəsində səlahiyyəti olan şəxslər və 
ya onların nümayəndələri tərəfindən malların adlar və növlər üzrə ayırması üçün tələb 
olunan müddətədək gömrük orqanının qərarı ilə uzadılır. Bu müddət 7 (yeddi) gündən 
çox olmamalıdır. 
160.4. Yoxlamanın nəticələri malların yerləşdirildiyi müvafiq gömrük prosedurunun 
tətbiqi üçün istifadə edilir. (2) 
Maddə 161. Eyniləşdirmə tədbirləri 
161.1. Gömrük orqanları və ya gömrük orqanları tərəfindən səlahiyyət verildiyi hallarda 
səlahiyyətli iqtisadi operatorlar malların bəyan edildiyi gömrük prosedurunu tənzimləyən 
şərtlərə əməl olunmasını təmin etmək məqsədi ilə eyniləşdirmə tələb olunan hallarda bu 
Məcəllənin 87-ci maddəsinə müvafiq olaraq malların eyniləşdirilməsi tədbirləri həyata 
keçirirlər. 
161.2. Həmin eyniləşdirmə tədbirləri bütün gömrük ərazisində eyni hüquqi qüvvəyə 
malikdir. 
161.3. Fors-major hallarında malların və nəqliyyat vasitələrinin mühafizəsini təmin 
etmək məqsədləri istisna olmaqla, onlara tətbiq edilmiş eyniləşdirmə vasitələrinin 
götürülməsi və ya məhv edilməsi yalnız gömrük orqanları tərəfindən, gömrük orqanları 
tərəfindən səlahiyyət verildiyi hallarda isə səlahiyyətli iqtisadi operatorlar tərəfindən 
həyata keçirilə bilər. 
161.4. Eyniləşdirmə vasitələri fors-major hallarında götürüldükdə və ya məhv edildikdə, 
dərhal gömrük orqanlarına məlumat verilməli və göstərilən halların mövcudluğunu sübut 
edən dəlillər təqdim olunmalıdır. 
Fəsil 25. Buraxılış 
Maddə 162. Malların buraxılışı 
162.1. Bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların 
nümayəndələri tərəfindən bu Məcəllənin 163-cü maddəsi ilə müəyyən edilmiş şərtlər 
yerinə yetirildikdən, bəyan olunan mallarla əlaqədar qanunvericiliklə qadağaların və 


məhdudiyyətlərin olmadığı müəyyən edildikdən, gömrük bəyannaməsindəki məlumatlar 
yoxlandıqdan dərhal sonra gömrük orqanları malların buraxılışını həyata keçirirlər. 
162.2. Gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdə, 
gömrük orqanları bəyannaməçidən müvafiq düzəlişlərin aparılmasını tələb edirlər. 
Buraxılış, həmin tələb yerinə yetirildikdən və müvafiq gömrük ödənişləri ödənildikdən 
dərhal sonra həyata keçirilir. 
162.3. Eyni gömrük bəyannaməsinin əhatə etdiyi bütün mallar gömrük orqanları 
tərəfindən eyni vaxtda buraxılır. 
162.4. Mallar gömrük bəyannaməsini təsdiq etmiş gömrük orqanına deyil, başqa gömrük 
orqanına təqdim edildikdə, aidiyyəti gömrük orqanları həmin malların buraxılışı üçün 
zəruri olan məlumatları öz aralarında mübadilə etməlidirlər. 
Maddə 163. Gömrük borcunun ödənilməsindən və yaxud bu borca görə təminatın 
verilməsindən asılı olan buraxılış 
163.1. Gömrük bəyannaməsinin təsdiqi gömrük borcu yaratdıqda malların buraxılışı 
həmin gömrük borcunu təşkil edən gömrük ödənişlərinin ödənilməsi və ya bu borca görə 
təminat verilməsi şərti ilə həyata keçirilir. 
163.2. Bu Məcəllənin 163.1-ci maddəsi idxal gömrük rüsumlarından və vergilərdən 
tamamilə və ya qismən azad edilməklə müvəqqəti idxal olunan mallara şamil edilmir. 
163.3. Gömrük orqanları malların bəyan edildiyi gömrük proseduruna və bu Məcəllənin 
45-ci fəslinə uyğun olaraq gömrük ödənişlərinə təminat verilməsini tələb etdikdə, həmin 
tələb yerinə yetirilməyənədək mallar müvafiq gömrük proseduruna buraxılmır. 
163.4. Gömrük ödənişləri üzrə güzəştlər verilərək şərti buraxılmış mallardan yalnız 
həmin güzəştlərin verilməsi məqsədləri üçün istifadə oluna bilər. Bu mallardan başqa 
məqsədlər üçün istifadəyə gömrük ödənişləri tam ödənildikdən, bu Məcəllə və digər 
qanunvericilik aktlarında nəzərdə tutulan tələblər yerinə yetirildikdən sonra, gömrük 
orqanlarının icazəsi ilə yol verilir. 
163.5. Gömrük ödənişləri üzrə güzəştlər verilərək şərti buraxılmış mallar barəsində 
sərəncam verilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, gömrük 
orqanlarının icazəsi ilə həyata keçirilir. 
Fəsil 26. Sərbəst dövriyyə üçün buraxılış 
Maddə 164. Sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunun əhatə dairəsi 
164.1. Daxili bazarda satılma, istifadə və ya istehlak üçün nəzərdə tutulan xarici mallar 
sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilir. 


Yüklə 4,93 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə