Azərbaycan Respublikasının Gömrük Məcəlləsi



Yüklə 4,93 Kb.
Pdf görüntüsü
səhifə20/50
tarix02.01.2018
ölçüsü4,93 Kb.
#18988
1   ...   16   17   18   19   20   21   22   23   ...   50

102.3. Bu Məcəlləyə əsasən ayrı-ayrı gömrük əməliyyatı və ya gömrük proseduru ilə 
bağlı gömrük orqanının icazəsi tələb olunursa, həmin icazə onun alınması üçün müəyyən 
edilmiş şərtlərin yerinə yetirilməsindən dərhal sonra verilməlidir. 
102.4. Bu Məcəlləyə əsasən ayrı-ayrı gömrük əməliyyatı və ya gömrük proseduru ilə 
bağlı gömrük orqanının icazəsinin verilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı 
müəyyən edir. 
Maddə 103. Gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinin xüsusiyyətləri 
103.1. Gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinin xüsusiyyətləri aşağıdakılardan 
asılı olaraq fərqləndirilir: 
103.1.1. gömrük sərhədindən keçirilən malların kateqoriyasına görə; 
103.1.2. gömrük sərhədindən keçirilmə üçün istifadə olunan nəqliyyat vasitəsinin 
növünə görə; 
103.1.3. malları keçirən şəxsə görə. 
103.2. Malların mənşəyindən, göndərilmə və təyinat ölkəsindən asılı olmayaraq, gömrük 
rəsmiləşdirilməsi eyni qaydada həyata keçirilir. 
Maddə 104. Gömrük rəsmiləşdirilməsinin başlanması və başa çatması 
104.1. Gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və 
nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq 
sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük 
rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına 
bildirdiyi vaxtdan başlanır. 
104.2. Malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun 
olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə 
tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. 
Maddə 105. Gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan, nəqliyyat vasitələrindən 
istifadə edilməsi və onlar barəsində sərəncam verilməsi 
105.1. Bu Məcəllədə və gömrük işi üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş 
hallar istisna olmaqla, gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan və nəqliyyat 
vasitələrindən istifadə edilə, habelə onlar barəsində sərəncam verilə bilməz. 
105.2. Müvafiq icra hakimiyyəti orqanı gömrük rəsmiləşdirilməsi başa çatmamış 
mallardan və nəqliyyat vasitələrindən istifadə edilməsi və onlar barəsində sərəncam 
verilməsinə dair şərtlər və məhdudiyyətlər müəyyən edir. 


Maddə 106. Gömrük rəsmiləşdirilməsinin aparıldığı yer və vaxt 
106.1. Gömrük rəsmiləşdirilməsi malları ixrac və ya idxal edənin, yaxud onların struktur 
bölmələrinin yerləşdiyi ərazi üzrə gömrük orqanlarının fəaliyyət zonasında, bu məqsədlər 
üçün ayrılmış yerlərdə aparılır. 
106.2. Gömrük orqanları tərəfindən gömrük rəsmiləşdirilməsinin aparıldığı iş vaxtını 
müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 
106.3. Gömrük orqanlarının icazəsi ilə gömrük rəsmiləşdirilməsi başqa yerlərdə və iş 
vaxtından kənar saatlarda aparıla bilər. 
106.4. Müvafiq icra hakimiyyəti orqanı malların və nəqliyyat vasitələrinin ayrı-ayrı 
kateqoriyalarının gömrük rəsmiləşdirilməsinin aparılmasını müəyyən gömrük orqanlarına 
həvalə edə bilər. 
106.5. Gömrük rəsmiləşdirilməsinin operativliyini və şəffaflığını artırmaq məqsədi ilə 
müraciət edən şəxslərin qəbul edilməsi ardıcıllığının müəyyən olunması üçün elektron 
idarəetmə sistemi («elektron növbə») tətbiq edilir. 
Maddə 107. Səlahiyyətli şəxslərin və onların nümayəndələrinin gömrük rəsmiləşdirilməsində 
iştirakı 
107.1. Mallar və nəqliyyat vasitələri barəsində səlahiyyəti olan şəxslər və ya onların 
nümayəndələri öz təşəbbüsləri ilə gömrük rəsmiləşdirilməsində iştirak edə bilərlər. 
107.2. Gömrük orqanları tələb etdikdə, bu Məcəllənin 107.1-ci maddəsində göstərilən 
şəxslər və ya onların nümayəndələri gömrük rəsmiləşdirilməsində iştirak etməli və bu 
işdə gömrük orqanlarının vəzifəli şəxslərinə yardım göstərməlidirlər. 
Maddə 108. Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üçün zəruri 
əməliyyatlar 
108.1. Gömrük sərhədindən malları keçirən şəxs, daşıyıcı, anbar sahibi, mallar və 
nəqliyyat vasitələri barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri 
gömrük orqanının tələbi ilə gömrük rəsmiləşdirilməsi nəzərdə tutulan malların və 
nəqliyyat vasitələrinin daşınmasını, çəkilməsini və ya kəmiyyət ölçüsünün başqa qaydada 
müəyyən edilməsini, yüklənməsini, boşaldılmasını, qablaşdırılmasını və ya yenidən 
qablaşdırılmasını, həmçinin bu cür malların və nəqliyyat vasitələrinin saxlandığı yerlərin 
açılmasını təmin etməlidir. 
108.2. Daşıyıcının və onun nəqliyyat vasitələrinin bu Məcəllənin tələblərinə cavab 
verməməsi barədə gömrük orqanlarının kifayət qədər əsasları olduqda, malların 
daşınması, həmin nəqliyyat vasitəsi gömrük daşıyıcısı tərəfindən lazımi vəziyyətə 
gətirildikdən sonra, gömrük müşayiəti altında (malların, nəqliyyat vasitələrinin və onlara 


aid sənədlərin gömrük orqanının vəzifəli şəxsi tərəfindən müşayiət edilməsi) davam 
etdirilir. 
108.3. Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üçün bu maddədə 
nəzərdə tutulmuş zəruri əməliyyatlar gömrük orqanlarının əlavə xərclərinə səbəb 
olmamalıdır. (2) 
Maddə 109. Gömrük rəsmiləşdirilməsinin aparıldığı dil 
Gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikasının dövlət dilində aparılır. 
Maddə 110. Gömrük rəsmiləşdirilməsi məqsədilə mallardan prob və nümunələrin götürülməsi 
110.1 Gömrük orqanları gömrük rəsmiləşdirilməsi məqsədi ilə mallardan prob və 
nümunələr götürmək və onların gömrük ekspertizasını aparmaq hüququna malikdirlər. 
110.2 Gömrük rəsmiləşdirilməsi məqsədi ilə mallardan prob və nümunələrin götürülməsi 
ilə bağlı məsələlər bu Məcəllənin 158-ci maddəsi ilə tənzimlənir. 
Maddə 111. Gömrük rəsmiləşdirilməsinin güzəştli və sadələşdirilmiş qaydası 
111.1. Təbii fəlakətlər və digər fövqəladə hallar zamanı zəruri olan malların və nəqliyyat 
vasitələrinin, canlı heyvanların, tez xarab olan malların, radioaktiv maddələrin, kütləvi 
informasiya məqsədləri üçün materialların, Azərbaycan Respublikasının qanunvericilik, 
icra və məhkəmə hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının 
ünvanlarına göndərilən və bu qəbildən olan başqa malların gömrük rəsmiləşdirilməsi 
güzəştli və sadələşdirilmiş qaydada həyata keçirilir. 
111.2. Bu Məcəllənin 111.1-ci maddəsində göstərilən hallarda gömrük 
rəsmiləşdirilməsinin güzəştli və sadələşdirilmiş qaydasını müvafiq icra hakimiyyəti 
orqanı müəyyən edir. 
Maddə 112. Yardım yükləri 
112.1. Təbii fəlakət zonalarında zərər çəkmiş əhaliyə yardım göstərilməsi üçün 
göndərilən ərzaq məhsulları, mallar və nəqliyyat vasitələri, habelə müvafiq orqanların 
təbii fəlakətin nəticələrinin ləğvi ilə məşğul olan şəxsi heyəti üçün nəzərdə tutulmuş 
avadanlıq, xüsusi nəqliyyat vasitələri, ehtiyat hissələri, şəxsi əşyalar və digər mallar 
yardım yükü hesab olunur. 
112.2. Yardım yüklərinin gömrük rəsmiləşdirilməsi bu Məcəllədə nəzərdə tutulan 
sadələşdirilmiş bəyannamələrdən istifadə olunmaqla aparılır. 
112.3. Yardım yüklərinə ticarət siyasəti tədbirləri, qadağa və məhdudiyyətlər, həmçinin 
gömrük ödənişləri tətbiq edilmir. 


Yüklə 4,93 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə