Azərbaycan Respublikasının Gömrük Məcəlləsi



Yüklə 4,93 Kb.
Pdf görüntüsü
səhifə16/50
tarix02.01.2018
ölçüsü4,93 Kb.
#18988
1   ...   12   13   14   15   16   17   18   19   ...   50

həmin malları gömrük sərhədindən keçirən şəxsə bu barədə müvafiq normativ hüquqi 
aktın adını, maddəsini (bəndini) və qəbul edilmə tarixini əks etdirən protokolun surətini 
verməlidir. 
82.7. Bu Məcəllənin 82.5-ci maddəsində göstərilən siyahılarda nəzərdə tutulmayan 
malların gömrük ərazisinə gətirilməsinə və ya bu ərazidən aparılmasına məhdudiyyət 
qoyan vəzifəli şəxslər cinayət və ya inzibati məsuliyyətə cəlb edilirlər. 
82.8. Şəxs barəsində gömrük nəzarətinin müəyyən formalarının tətbiq olunmaması və ya 
onlardan azadetmə onu bu Məcəllənin müddəalarına, digər qanunvericilik aktlarına, 
beynəlxalq müqavilələrə riayət etmək vəzifəsindən azad etmir. 
Maddə 83. Malların və nəqliyyat vasitələrinin gömrük nəzarəti altında olma müddəti 
83.1. Gömrük ərazisinə gətirilən mallar və nəqliyyat vasitələri gömrük sərhədini keçdiyi 
andan başlayaraq aşağıdakı hallardan biri baş verənədək gömrük nəzarəti altında olurlar: 
83.1.1. sərbəst dövriyyəyə buraxılanadək; 
83.1.2. məhv edilənədək; 
83.1.3. dövlətin xeyrinə imtina olunanadək; 
83.1.4. malların dövlət mülkiyyətinə keçirilməsi, yaxud bu Məcəllənin 330-cu 
maddəsinə müvafiq olaraq onlar barəsində sərəncam verilməsinədək; 
83.1.5. mallar və nəqliyyat vasitələri gömrük ərazisindən faktiki çıxarılanadək. 
83.2. İxrac gömrük proseduru, daxili tranzit və ya xaricdə emal xüsusi gömrük 
prosedurları üçün bəyan edilən daxili mallar və nəqliyyat vasitələri müvafiq gömrük 
bəyannaməsi gömrük orqanı tərəfindən təsdiq olunduğu vaxtdan başlayaraq, gömrük 
ərazisindən aparılana, dövlətin xeyrinə imtina ya məhv edilənə, yaxud gömrük 
bəyannaməsinin bu Məcəllənin 154-cü maddəsinə uyğun olaraq ləğvinədək gömrük 
nəzarəti altında olurlar. 
83.3. Son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar bu Məcəllənin 
195-ci maddəsində nəzərdə tutulmuş müddətdə gömrük nəzarəti altında olurlar. 
83.4. Gömrük nəzarəti altında olan mallar və nəqliyyat vasitələrindən istifadə olunmasına 
və onlar barəsində sərəncam verilməsinə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada və 
şərtlər daxilində yol verilir. 
83.5. Əvvəllər gömrük ərazisindən çıxarılmış malların və nəqliyyat vasitələrinin, yaxud 
emal məhsullarının gömrük qanunvericiliyinə əsasən mütləq qaydada geri qaytarılması 
nəzərdə tutulduğu hallarda, gömrük orqanları həmin malların və nəqliyyat vasitələrinin
yaxud emal məhsullarının geri gətirilməsinə dair öhdəliklərin şəxslər tərəfindən bu 


Məcəllədə göstərilən qaydada, gömrük prosedurlarının şərtlərinə uyğun olaraq yerinə 
yetirilməsinə nəzarəti həyata keçirirlər. 
Maddə 84. Gömrük nəzarətinin müəyyən formalarından azadetmə 
84.1. Gömrük nəzarətinin müəyyən formalarından azadetmə bu Məcəllə, gömrük işi üzrə 
digər qanunvericilik aktları və beynəlxalq müqavilələrlə müəyyən olunur. 
84.2. Azərbaycan Respublikası Prezidentinin və onunla birlikdə gedən ailə üzvlərinin 
şəxsi baqajı gömrük yoxlamasından azaddır. 
84.3. Xidməti vəzifələrinin icrası ilə əlaqədar gömrük sərhədindən keçən Azərbaycan 
Respublikası Baş nazirinin, onun müavinlərinin, Azərbaycan Respublikası müvafiq icra 
hakimiyyəti orqanlarının rəhbərlərinin, Azərbaycan Respublikası Milli Məclisi 
deputatlarının və Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin 
(ombudsmanın) şəxsi baqajları gömrük yoxlamasından azaddır. 
84.4. Öz yoluna davam edən xarici hərbi gəmilərin, hərbi hava gəmilərinin, eləcə də digər 
hərbi texnikanın gömrük yoxlamasından azad edilməsi dövlətlərarası sazişlərlə 
tənzimlənir. 
84.5. Beynəlxalq müqavilələrə uyğun olaraq gömrük nəzarətinin müəyyən formalarından 
azadetmə bu sazişlər təsdiq edildikdən (ratifikasiya olunduqdan) sonra həyata keçirilir. 
Maddə 85. Gömrük nəzarətinin həyata keçirilməsində texniki nəzarət vasitələrindən istifadə 
85.1. Gömrük nəzarətinin səmərəliliyinin artırılması və həyata keçirilmə müddətinin 
azaldılması məqsədi ilə gömrük orqanları siyahısı və istifadə qaydaları müvafiq icra 
hakimiyyəti orqanı tərəfindən müəyyən olunan texniki vasitələrdən istifadə edirlər. 
85.2. Bu Məcəllənin 84.1-ci maddəsində nəzərdə tutulan texniki vasitələr insanların, 
bitkilərin, heyvanların həyatı və sağlamlığı üçün təhlükəli olmamalı, şəxslərə, mallara və 
nəqliyyat vasitələrinə ziyan vurmamalıdır. 
Maddə 86. Gömrük nəzarəti həyata keçirilərkən gömrük orqanları tərəfindən dəniz (çay) və 
hava gəmilərindən istifadə 
86.1. Azərbaycan Respublikasının daxili sularında və Xəzər dənizinin (gölünün) 
Azərbaycan Respublikasına mənsub olan bölməsində və gömrük sərhədinə yaxın ərazidə 
olan mallara və nəqliyyat vasitələrinə gömrük nəzarəti gömrük orqanlarının 
sərəncamında olan dəniz (çay) və hava gəmilərindən istifadə edilməklə, bu Məcəlləyə 
müvafiq olaraq həyata keçirilir. 
86.2. Gömrük orqanlarının dəniz (çay) və hava gəmilərindən istifadə olunmaqla gömrük 
nəzarətinin həyata keçirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 


Maddə 87. Malların, nəqliyyat vasitələrinin, binaların və başqa yerlərin eyniləşdirilməsi 
87.1. Gömrük nəzarətindən keçirilməli olan malların və nəqliyyat vasitələrinin olduğu və 
ya ola biləcəyi nəqliyyat vasitələri, binalar və digər yerlər, həmçinin icrasına nəzarət 
gömrük orqanlarına həvalə edilmiş fəaliyyətlərin həyata keçirildiyi yerlər, gömrük 
nəzarəti altında olan mallar və nəqliyyat vasitələri gömrük orqanları tərəfindən 
eyniləşdirilə bilər. 
87.2. Eyniləşdirmə, plombların qoyulması, rəqəmlə, hərflə nişanlama, markalama, 
eyniləşdirmə işarələri, möhürlərin və ştampların vurulması, prob və nümunələrin 
götürülməsi, malların və nəqliyyat vasitələrinin təsviri, çertyojların çəkilməsi, miqyaslı 
təsvirlərin, fotoşəkillərin, illüstrasiyaların hazırlanması, malların müşayiətedici və başqa 
sənədlərindən və digər eyniləşdirmə vasitələrindən istifadə yolu ilə həyata keçirilir. 
Maddə 88. Gömrük nəzarəti altında olan malların və nəqliyyat vasitələrinin 
inventarlaşdırılması 
Gömrük orqanları gömrük nəzarəti altında olan malların və nəqliyyat vasitələrinin, 
həmçinin gömrük ödənişləri ödənilməmiş və ya gömrük güzəştləri tətbiq edilmiş malların 
inventarlaşdırılmasını aparmaq hüququna malikdirlər. 
Maddə 89.Gömrük nəzarətinin minimum müddətdə həyata keçirilməsi tələbinə riayət 
olunması 
Gömrük orqanları, bəyannaməçi və mallar barədə səlahiyyəti olan digər şəxslər gömrük 
nəzarətinin həyata keçirilməsi üçün zəruri olan minimum müddətə riayət etməyə 
borcludurlar. 
Maddə 90. Gömrük nəzarəti həyata keçirilərkən qanunsuz zərər vurulmasına yol verilməməsi 
90.1. Gömrük nəzarəti həyata keçirilərkən şəxslərə, onlara məxsus olan mallara və 
nəqliyyat vasitələrinə qanunsuz zərər vurulmasına yol verilmir. 
90.2. Qanunsuz zərər vurmuş gömrük orqanları və onların vəzifəli şəxsləri 
qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. 
Maddə 91. Bəyannaməçinin, mal sahibinin, mallar və nəqliyyat vasitələri barəsində səlahiyyəti 
olan digər şəxslərin və ya onların nümayəndələrinin malların və nəqliyyat vasitələrinin 
yoxlanılmasında iştirakı 
91.1. Bəyannaməçi, mal sahibi, mallar və nəqliyyat vasitələri barəsində səlahiyyəti olan 
digər şəxslər və ya onların nümayəndələri gömrük orqanlarının vəzifəli şəxslərinin tələbi 
ilə malların və nəqliyyat vasitələrinin yoxlanılmasında iştirak etməli və onlara zəruri 
yardım göstərməlidirlər. 


Yüklə 4,93 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə