Azərbaycan Respublikasının Gömrük Məcəlləsi



Yüklə 4,93 Kb.
Pdf görüntüsü
səhifə12/50
tarix02.01.2018
ölçüsü4,93 Kb.
#18988
1   ...   8   9   10   11   12   13   14   15   ...   50

57.1. Gömrük orqanlarının vəzifəli şəxsləri aşağıdakı hallarda gömrük ərazisində olan 
nəqliyyat vasitələrinə daxil olmaq hüququna malikdirlər: 
57.1.1. nəqliyyat vasitəsi gömrük ərazisindən kənar ərazidən gömrük ərazisinə 
daxil olduqda; 
57.1.2. nəqliyyat vasitəsi gömrük ərazisindən kənara çıxdıqda; 
57.1.3. nəqliyyat vasitəsi gömrük ərazisindən kənar əraziyə daxil olmaq üçün 
gömrük ərazisindən tranzitlə keçdikdə
57.1.4. gömrük orqanlarının vəzifəli şəxsləri nəqliyyat vasitəsində gömrük 
ödənişləri ödənilməmiş, aparılması və ya gətirilməsi qadağan olunmuş malların 
daşınmasını ehtimal etdikdə; 
57.1.5. gömrük qanunvericiliyinin pozulmasına dair əməliyyat məlumatı olduqda. 
57.2. Nəqliyyat vasitəsinə görə məsul şəxs gömrük orqanlarının vəzifəli şəxslərinin 
nəqliyyat vasitəsinə, yaxud onun hər hansı hissəsinə təhlükəsiz daxil olmasını və tərk 
etməsini, lazımi hallarda onları orada qalmaq üçün münasib yerlə öz vəsaiti hesabına 
təmin etməlidir. 
Maddə 58. Nəqliyyat vasitələrinin saxlanılması və yoxlanılması 
58.1. Aşağıdakı hallardan birinin və ya bir neçəsinin mövcudluğuna dair əsası olduqda, 
gömrük orqanlarının vəzifəli şəxsləri nəqliyyat vasitəsini yoxlama aparmaq məqsədi ilə 
dayandırır və gömrük nəzarəti altında olma müddətindən çox olmamaq şərtilə həmin 
nəqliyyat vəsitəsini saxlayır: 
58.1.1. nəqliyyat vasitəsində gömrük ödənişləri ödənilməmiş, habelə aparılması 
və ya gətirilməsi qanunvericiliklə qadağan edilmiş mallar olduqda
58.1.2. nəqliyyat vasitəsində müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi 
qaydalara əsasən təhlükəli hesab edilmiş mallar olduqda; 
58.1.3. nəqliyyat vasitəsində qanunvericiliyə zidd olaraq idxalı və ya ixracı 
nəzərdə tutulan mallar olduqda; 
58.1.4. bu Məcəllənin və ya gömrük işi üzrə digər qanunvericilik aktlarının 
pozulması faktları barədə məlumatlar olduqda; 
58.1.5. malların qanunvericiliyə zidd qaydada idxalına və ya ixracına cəhdlə bağlı 
digər əsaslı dəlillər olduqda. 
58.2. Nəqliyyat vasitəsinin sürücüsü nəqliyyat vasitəsini gömrük orqanlarının vəzifəli 
şəxslərinin tələbi ilə könüllü dayandırmadıqda, bunun üçün bu Məcəllədə müəyyən 


edilmiş qaydada fiziki qüvvədən, gömrük orqanlarının sərəncamında olan xüsusi 
vasitələrdən və bu Məcəllədə 80.2.5-ci maddəsində müəyyən edilmiş hallarda odlu 
silahdan istifadə oluna bilər. 
58.3. Gömrük orqanlarının vəzifəli şəxsləri bu Məcəllənin 57.1-ci maddəsində göstərilən 
hallarda da nəqliyyat vasitələrində yoxlama aparmaq hüququna malikdirlər. 
58.4. Nəqliyyat vasitələrində yoxlama aparan gömrük orqanlarının vəzifəli şəxslərinin bu 
Məcəllənin 58.1.1 — 58.1.5-ci maddələrində göstərilən halların mövcudluğuna əsaslı 
şübhəsi olduqda, nəqliyyat vasitəsinin istənilən hissəsinə daxil ola, oradakı bütün 
bağlamaları, bağlı qutuları aça, malları yoxlaya bilərlər. 
58.5. Qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, gömrük orqanlarının 
vəzifəli şəxslərinin nəqliyyat vasitələrində yoxlama aparmaq səlahiyyətləri 
məhdudlaşdırıla bilməz. 
58.6. Yoxlama nəticəsində bu Məcəllənin 58.1.1 — 58.1.5-ci maddələrində göstərilən 
hallar aşkar olunmadıqda, gömrük orqanlarının vəzifəli şəxsləri nəqliyyat vasitəsinin 
marşrut üzrə hərəkətinin davam etməsini təmin etməlidirlər. 
Maddə 59. Nəqliyyat vasitələrində olan malların mühafizəsi 
Bu Məcəllə ilə müəyyən edilmiş səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar 
nəqliyyat vasitəsinə daxil olub, yoxlama aparan gömrük orqanlarının vəzifəli şəxsləri 
oradakı malların mühafizəsini təmin etməlidirlər. 
Maddə 60. Şəxslərin sorğu-sual edilməsi 
60.0. Gömrük orqanlarının vəzifəli şəxsləri gömrük ərazisinə daxil olan və ya bu ərazini 
tərk edən, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosedurlardan keçdiyi ərazidə və ya 
malların müvəqqəti saxlandığı ərazidə olan şəxsləri bu Məcəllənin 92.2.5-ci maddəsinə 
müvafiq olaraq aşağıdakı məsələlər barədə sorğu-sual etmək hüququna malikdirlər: 
60.0.1. həmin şəxsdə gömrük ödənişləri ödənilməmiş, gətirilməsi və ya aparılması 
qanunvericiliklə qadağan edilmiş, yaxud hər hansı digər malların mövcudluğu; 
60.0.2. malların xassələri, xüsusiyyəti, mənşə ölkəsi, qiyməti, ona mülkiyyət 
hüququ, nəzərdə tutulan təyinat yeri; 
60.0.3. şəxsin və ya onun təmsil etdiyi idarə, müəssisə və təşkilatın bu Məcəllə ilə 
müəyyən edilmiş ödənişlər üzrə gömrük borcunun olub-olmaması; 
60.0.4. gömrük borcu mövcuddursa, onun xüsusiyyəti və məbləği. 
Maddə 61. Şəxsin onun şəxsiyyəti, ünvanı, səyahət marşrutu, səyahət sənədi və digər məsələlər 
barədə sorğu-sual edilməsi 


61.1. Məcəllənin bu maddəsi gömrük ərazisinə daxil olan nəqliyyat vasitəsindən düşmüş 
və ya düşdüyü ehtimal edilən, həmçinin gömrük ərazisinə daxil olması faktını gizlətmiş 
və ya gizlətməsi ehtimal olunan şəxslərə şamil edilir. 
61.2. Gömrük orqanlarının vəzifəli şəxsləri bu Məcəllənin 61.1-ci maddəsində göstərilən 
şəxsləri aşağıdakı məsələlər barədə sorğu-sual etmək hüququna malikdirlər: 
61.2.1. şəxsin şəxsiyyətini təsdiq edən sənədlər; 
61.2.2. şəxsin yaşadığı ünvan; 
61.2.3. şəxsin səyahətinin məqsədi və marşrutu
61.2.4. şəxsin səyahət sənədi; 
61.2.5. şəxsin düşdüyü və ya düşməsi ehtimal edilən və gömrük ərazisindən yola 
düşməyə cəhd göstərdiyi və ya cəhd göstərməsi ehtimal edilən nəqliyyat vasitəsi. 
61.3. Gömrük orqanlarının vəzifəli şəxsləri eyni zamanda nəqliyyat müəssisələrinin 
sahiblərini və onların işçilərini də sorğu-sual etmək hüququna malikdirlər. 
Maddə 62. Sorğu-sualla bağlı sənədlərin təqdim olunması və yoxlanılması 
62.1. Şəxs, gömrük orqanlarının vəzifəli şəxslərinin sorğu-sual aparılması üçün bu 
Məcəlləyə uyğun olaraq tələb etdiyi aidiyyəti sənədləri onlara təqdim etməlidir. 
62.2. Şəxsin təqdim etdiyi sənədlər gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən 
dərhal yoxlanılır və yoxlama başa çatdıqdan sonra ona qaytarılır. 
Maddə 63. Köməkçi vasitələrdən istifadə etməklə, şəxslərin ilkin yoxlanılması 
63.1. Gömrük orqanlarının vəzifəli şəxsləri nəqliyyat vasitəsində olan şəxsin üzərində 
ilkin yoxlama keçirmək hüququna malikdirlər. 
63.2. İlkin yoxlama xidməti itlər, rentgen aparatı, surətçıxaran avadanlıq, mexaniki, 
elektrik, elektron cihazlar və digər vasitələrdən istifadə edilməklə aparılan yoxlamadır. 
Maddə 64. Şəxsi yoxlama 
64.1. İlkin yoxlamadan sonra fiziki şəxsin aparılması və ya gətirilməsi qanunvericiliklə 
qadağan edilmiş, yaxud məhdudlaşdırılmış, habelə barəsində gömrük ödənişləri 
ödənilməmiş malları, bu Məcəllənin və gömrük işi üzrə digər qanunvericilik aktlarının 
müddəalarının pozulması faktını təsdiq edən əşyaları üzərində gizlətməsi və daşıması 
barədə əsaslı şübhə yarandıqda, gömrük orqanlarının vəzifəli şəxsləri onu saxlayır və 
gömrük nəzarətinin müstəsna forması kimi, bu Məcəllənin 92.2.2-ci maddəsinə müvafiq 
olaraq üzərində şəxsi yoxlama aparırlar. 


Yüklə 4,93 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə