Azərbaycan Respublikasının Gömrük Məcəlləsi



Yüklə 4,93 Kb.
Pdf görüntüsü
səhifə11/50
tarix02.01.2018
ölçüsü4,93 Kb.
#18988
1   ...   7   8   9   10   11   12   13   14   ...   50

52.4. Qərardan şikayət üzrə gömrük orqanlarının qərarı yazılı formada qəbul edilir. 
52.5. Şikayətçi gömrük orqanlarının qərarı barədə qanunla müəyyən edilmiş qaydada 
məlumatlandırılmalıdır. Qərar müraciət edən şəxs üçün əlverişsiz olduqda, onun qəbul 
edilməsinin səbəbləri yazılı formada göstərilməli və şəxsə qərarla bağlı yuxarı gömrük 
orqanına və ya məhkəməyə şikayət vermək hüququ haqqında məlumat verilməlidir. 
52.6. Bu Məcəllənin 52.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində qərar qəbul 
edilmədikdə və ya şəxs qəbul edilmiş qərarla razılaşmadıqda, məhkəməyə şikayət edilə 
bilər. 
52.7. Gömrük orqanlarının qərarlarından məhkəmə qaydasında şikayət (inzibati iddia) 
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydada 
verilir. 
V bölmə. Gömrük orqanlarının və
zif
əli şə
xsl
ə
ri 
Fəsil 11. Gömrük orqanlarının vəzifəli şəxslərinin hüquqi statusu, dövlət və sosial 
müdafiəsi 
Maddə 53. Gömrük orqanlarının vəzifəli şəxslərinin hüquqi statusu 
53.1. Təhsil səviyyəsinə, peşəkarlığına, səhhətinə, işgüzar, fiziki və mənəvi 
keyfiyyətlərinə görə gömrük orqanlarına həvalə edilmiş vəzifələri yerinə yetirə bilən və 
Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən Azərbaycan Respublikasının 
vətəndaşları gömrük orqanlarının vəzifəli şəxsləri ola bilərlər. 
53.2. Gömrük orqanlarında ilk dəfə vəzifəyə təyin edilən Azərbaycan Respublikasının 
vətəndaşları aşağıdakı məzmunda and içirlər: «Mən Azərbaycan Respublikası gömrük 
orqanının vəzifəli şəxsinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan 
Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunvericiliyinə 
sözsüz riayət etməyə, Azərbaycan Respublikasının iqtisadi suverenliyini və 
təhlükəsizliyini müdafiə etməyə, öz xidməti vəzifələrimi vicdanla yerinə yetirməyə və 
gömrük xidməti intizamının tələblərinə əməl etməyə and içirəm». 
53.3. Andiçmə mərasimi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada 
keçirilir. 
53.4. Gömrük orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr verilir. Xüsusi rütbələr və 
onların verilməsi qaydaları «Gömrük orqanlarında xidmət haqqında» Əsasnamə ilə 
müəyyən edilir. 
53.5. Gömrük orqanlarının vəzifəli şəxsləri üçün xüsusi geyim forması müəyyən edilir. 
Xüsusi geyim formasının, fərqlənmə nişanlarının təsvirini müvafiq icra hakimiyyəti 
orqanı, onlarla təchizat normalarını müvafiq icra hakimiyyəti orqanı, xüsusi geyim 


formasının daşınması qaydalarını isə müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 
Xüsusi geyim forması və fərqlənmə nişanları pulsuz verilir. 
53.6. Bu Məcəllənin 53.4-cü və 53.5-ci maddələrinin müddəaları müvafiq icra 
hakimiyyəti orqanının strukturuna daxil olan digər qurumların vəzifəli şəxslərinə də şamil 
edilir. 
53.7. Gömrük orqanlarının vəzifəli şəxsləri öz xidməti vəzifələrini yerinə yetirərkən bu 
Məcəllə və gömrük işi üzrə digər qanunvericilik aktları ilə müəyyənləşdirilmiş 
səlahiyyətlərdən istifadə edirlər. 
53.8. Gömrük orqanlarının vəzifəli şəxsləri hüquqazidd qərarlarına, hərəkətlərinə
hərəkətsizliklərinə görə müvafiq qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. 
53.9. Gömrük orqanlarının vəzifəli şəxslərinin əxlaq prinsipləri və etik davranış qaydaları 
müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi Etik Davranış Kodeksi və digər 
normativ hüquqi aktlarla tənzimlənir. 
53.10. Gömrük orqanlarında xidmətə qəbul, xidmət keçmənin qaydaları və gömrük 
orqanlarının vəzifəli şəxslərinin hüquqi statusunun əsasları bu Məcəllə, «Gömrük 
orqanlarında xidmət haqqında» Əsasnamə və digər normativ hüquqi aktlarla tənzimlənir. 
Maddə 54. Gömrük orqanlarının vəzifəli şəxslərinin dövlət və sosial müdafiəsi 
54.1. Gömrük orqanlarının vəzifəli şəxsləri xidməti vəzifələrini yerinə yetirərkən 
hakimiyyət nümayəndəsidir və dövlətin mühafizəsi altında olurlar. 
54.2. Gömrük orqanlarının vəzifəli şəxslərinin əməyinin ödənilməsi, maddi-məişət 
təminatı, dövlət və sosial müdafiəsi müvafiq qanunvericiliklə tənzimlənir. 
Maddə 55. Gömrük orqanlarının vəzifəli şəxslərinin xidməti vəzifələrini lazımi səviyyədə 
yerinə yetirmələri üçün təminat 
55.1. Gömrük orqanlarının vəzifəli şəxsləri xidməti vəzifələrini yerinə yetirərkən bu 
Məcəlləni, digər qanunvericilik aktlarını və beynəlxalq müqavilələri rəhbər tuturlar. 
55.2. Gömrük orqanlarının vəzifəli şəxsləri xidməti vəzifələrini yerinə yetirərkən birbaşa 
rəhbərlərinə tabedirlər. 
55.3. Qanunvericiliklə səlahiyyət verilmiş müvafiq dövlət orqanlarının vəzifəli şəxsləri 
istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxslərinin fəaliyyətinə heç kəs müdaxilə 
edə bilməz. 
55.4. Gömrük orqanlarının vəzifəli şəxslərinin sahibkarlıq fəaliyyəti, o cümlədən 
təsərrüfat subyektlərinin idarəçiliyində birbaşa və ya dolayısı ilə (nümayəndədən, 
vasitəçidən istifadə etməklə) iştirakı, gömrük məsələləri üzrə üçüncü şəxslərin müvəkkili 


kimi çıxış etməsi, əvəzçiliklə istənilən haqqı ödənilən işi yerinə yetirməsi (elm-tədris və 
yaradıcılıq fəaliyyətindən başqa), gömrük işi ilə əlaqədar mülki-hüquqi xarakterli işləri 
müqavilə əsasında yerinə yetirməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, 
tətillərin təşkili və onların keçirilməsində iştirakı, siyasi partiyalar yaratması, yaxud 
onların işində iştirak etməsi qadağandır. 
55.5. Gömrük orqanlarının vəzifəli şəxslərinə xidməti vəzifələrini yerinə yetirərkən hədə-
qorxu gəlinməsi, onlara müqavimət göstərilməsi, bununla əlaqədar həyatına, sağlamlığına 
və əmlakına zorakılıq və ya qəsd edilməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə 
səbəb olur. 
Fəsil 12. Gömrük orqanlarının vəzifəli şəxslərinin səlahiyyətləri 
Maddə 56. Keşik çəkmə (patrulluq) və müşahidə 
56.1. Gömrük orqanlarının vəzifəli şəxsləri bu Məcəllənin və gömrük işi üzrə digər 
qanunvericilik aktlarının müddəalarının pozulmasının qarşısını almaq məqsədi ilə xidməti 
vəzifələrini yerinə yetirərkən, gömrük nəzarətinin bu Məcəllənin 92.2.7-ci maddəsində 
nəzərdə tutulmuş formasından istifadə etməklə, gömrük ərazisində aşağıdakı hərəkətləri 
həyata keçirmək hüququna malikdirlər: 
56.1.1. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan 
bölməsində, o cümlədən orada yerləşən adalarda, süni adalarda, qurğularda, 
tikililərdə və gömrük nəzarəti altında olan digər ərazilərdə keşik çəkmə 
(patrulluq) və müşahidə aparmaq; 
56.1.2. dəmiryol vağzallarına və stansiyalarına, orada yerləşən tikililərə daxil 
olmaq, həmin ərazidə, habelə dəmir yolunun müəyyən olunmuş hissələrində, 
ehtiyat yollarında keşik çəkmə (patrulluq) və müşahidə aparmaq; 
56.1.3. aeroportlara, aerodromlara, orada yerləşən tikililərə, təyyarələrin uçuş-
enmə zolağına daxil olmaq və müşahidələr aparmaq, bu məqsədlər üçün orada 
qalmaq. 
56.2. Bu Məcəllənin 56.1-ci maddəsində göstərilən məqsədlər üçün zəruri hesab edilən 
digər yerlərdə də keşik çəkmə (patrulluq) və müşahidə aparıla bilər. 
56.3. Qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, gömrük orqanlarının 
vəzifəli şəxslərinin keşik çəkmə (patrulluq) və müşahidə aparmaq hüququ 
məhdudlaşdırıla bilməz. 
56.4. Gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən keşik çəkmənin (patrulluğun) və 
müşahidələrin aparılması qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 
Maddə 57. Nəqliyyat vasitələrinə daxilolma 


Yüklə 4,93 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə