Azərbaycan Respublikasının Gömrük Məcəlləsi



Yüklə 4,93 Kb.
Pdf görüntüsü
səhifə13/50
tarix02.01.2018
ölçüsü4,93 Kb.
#18988
1   ...   9   10   11   12   13   14   15   16   ...   50

64.2. Gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən həyata keçirilən şəxsi yoxlama 
sanitar-gigiyenik tələblərə cavab verən təcrid olunmuş yerdə, iki hal şahidinin iştirakı ilə 
aparılır. Yoxlama aparılan yerə başqa fiziki şəxslərin daxil olmasına və yoxlamanı 
müşahidə etməsinə yol verilmir. 
64.3. Fiziki şəxsin bədənində narkotik vasitələri və psixotrop maddələri gizlətməsini 
müəyyən etmək məqsədilə tibbi müayinə tibb işçisi tərəfindən müvafiq icra hakimiyyəti 
orqanının müəyyən etdiyi qaydada həyata keçirilməlidir. 
64.4. Üzərində şəxsi yoxlama aparılan fiziki şəxsin bədən üzvləri tibb işçisi tərəfindən 
yoxlanılmalıdır. 
64.5. Gömrük orqanlarının şəxsi yoxlama aparan vəzifəli şəxsləri, hal şahidləri, bu 
prosesə cəlb edilən tibb işçiləri yoxlanılan fiziki şəxslə eyni cinsdən olmalıdır. 
64.6. Şəxsi yoxlama zamanı fiziki şəxs üzərində gizlətdiyi malları (əşyaları) könüllü 
surətdə təqdim etmədikdə, gömrük orqanlarının vəzifəli şəxsləri bu Məcəllənin 77-ci və 
78-ci maddələrində nəzərdə tutulmuş qaydada fiziki qüvvə tətbiq etmək hüququna 
malikdirlər. 
64.7. Şəxsi yoxlama aparılarkən, fiziki şəxsin üzərində aşkar edilən malın (əşyanın) bu 
Məcəllənin 64.1-ci maddəsində göstərilənlərə aid olması barədə kifayət qədər əsas 
olduğu halda, həmin mallar və əşyalar gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən 
qanunla nəzərdə tutulmuş qaydada götürülür. 
64.8. Şəxsi yoxlama aparılması haqqında bu Məcəllənin 99-cu maddəsinin tələbləri 
nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada protokol 
tərtib olunur. 
64.9. Protokol gömrük orqanının yoxlama aparan vəzifəli şəxsi, yoxlanılan fiziki şəxs, 
hal şahidləri, narkotik vasitələr və psixotrop maddələr gizlədilməsini müəyyən etmək 
məqsədilə tibbi müayinə aparıldıqda və ya fiziki şəxsin bədən üzvləri yoxlanıldıqda tibb 
işçisi tərəfindən imzalanır. 
Maddə 65. Gömrük nəzarətindən keçməli olan malların yoxlanılması 
65.1. Gömrük orqanlarının vəzifəli şəxsləri gömrük nəzarətindən keçməli olan malların 
yoxlanmasını, çəkisinin müəyyənləşdirilməsini, ölçülməsini, sayılmasını, onlardan prob 
və nümunələrin götürülməsini, gömrük ekspertizasının aparılmasını təmin edirlər. 
65.2. Gömrük orqanlarının vəzifəli şəxslərinin gömrük nəzarətindən keçməli olan malları 
müəyyənləşdirmək üçün içərisində mallar olan və ya olması ehtimal edilən istənilən 
yerləri, bağlamaları açmaq və ya açılmasını tələb etmək hüququ vardır. 
65.3. Gömrük orqanlarının vəzifəli şəxsləri yoxlamaların aparılması yerini təyin etmək və 
həmin malların, bağlamaların oraya gətirilməsini tələb etmək hüququna da malikdirlər. 


65.4. Malların təyin edilən yerə gətirilməsi ilə bağlı yaranan əsaslandırılmış zəruri xərclər 
onları idxal və ya ixrac edən şəxs tərəfindən ödənilir. 
65.5. Bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan səlahiyyətlər əl yüklərinə, müşayiət 
olunan və olunmayan baqajlara, poçt göndərişlərinə (poçt rabitəsi xidmətindən istifadə 
edənlərin yazışma sirrini, poçt vasitəsilə ötürülən məlumat sirrinin qorunması hüququnu 
pozmamaq şərti ilə) və istənilən nəqliyyat vasitələrinə də şamil edilir. 
65.6. Yoxlamaya fiziki və kimyəvi vasitələrlə analiz və testlərin aparılması, malların 
çəkilməsi, ölçülməsi daxil ola bilər. Yoxlamanın sürətləndirilməsi məqsədi ilə itlərdən, 
detektorlardan, kimyəvi maddələrdən, rentgen aparatlarından, surətçıxaran avadanlıqdan, 
mexaniki, elektrik, elektron cihazlardan, malların yerləşdirildiyi bağlamaların deşilməsi 
və sökülməsi üçün tətbiq olunan digər vasitələrdən istifadə edilə bilər. Həmin vasitələrin 
siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 
65.7. Gömrük nəzarətindən keçməli olan mallardan prob və nümunələr gömrük 
orqanlarının vəzifəli şəxsləri tərəfindən bu Məcəllə ilə müəyyən olunmuş qaydada 
götürülür. 
65.8. Götürülən prob və nümunələr onların ekspertizasını aparmağa imkan verən 
minimum miqdarda (sayda, ölçüdə) olmalıdır. 
65.9. Bu Məcəllə və gömrük işinə dair digər qanunvericilik aktları ilə onlara verilmiş 
səlahiyyətlərin həyata keçirilməsi məqsədi ilə gömrük orqanlarının vəzifəli şəxsləri 
gömrük nəzarətindən keçməli olan malların olduğu və ya olması ehtimal edilən bütün 
ərazilərə, tikililərə və başqa yerlərə sərbəst surətdə daxil olmaq və orada baxış keçirmək 
hüququna malikdirlər. 
65.10. Yaşayış binalarına (sahələrinə) orada yaşayan fiziki şəxslərin iradəsindən kənar və 
ya iradəsinə zidd gömrük orqanlarının vəzifəli şəxslərinin daxil olmasına yol verilmir. 
65.11. Yoxlama zamanı hüquqpozma faktı aşkar edilərsə, əlaqədar şəxslər qanunla 
müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. 
Maddə 66. Gömrük nəzarəti altında olan malların əlavə yoxlanılması 
66.1. Gömrük orqanlarının vəzifəli şəxslərinin gömrük nəzarəti altında olan mallarla 
əlaqədar bu Məcəllənin və gömrük işi üzrə digər qanunvericilik aktlarının tələblərinin 
pozulması barədə kifayət qədər əsası olduqda, şəxsdən həmin malların əlavə yoxlanılması 
üçün təqdim olunmasını tələb edirlər. 
66.2. Gömrük orqanlarının vəzifəli şəxsləri gömrük nəzarəti altında olan mallarla bağlı 
bu Məcəlləyə və gömrük işi üzrə digər qanunvericilik aktlarına uyğun olaraq onlara 
verilmiş səlahiyyətlərdən istifadə edirlər. 


66.3. Yoxlama bəyannaməçinin və ya bu əməliyyatlara birbaşa, yaxud dolayı yolla 
aidiyyəti olan, habelə bu Məcəlləyə uyğun olaraq tələb olunan sənədlərə malik istənilən 
şəxsin olduğu yerdə aparıla bilər. 
Maddə 67. Mallarla bağlı hesabatın təqdim olunması 
67.0. Gömrük orqanlarının vəzifəli şəxsləri gömrük ərazisində bu Məcəllədə nəzərdə 
tutulmuş lisenziyalaşdırılan fəaliyyəti həyata keçirən şəxsə bildiriş göndərməklə, ondan 
kağız üzərində yazılı, yaxud elektron formalarda aşağıdakıların dərhal təqdim olunmasını 
tələb etmək hüququna malikdirlər: 
67.0.1. gömrük ərazisinə gətirilmiş mallar haqqında hesabatı; 
67.0.2. malların gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması ilə 
bağlı bu Məcəlləyə uyğun olaraq tələb olunan sənədi. 
Maddə 68. Gömrük ödənişlərinin ödənilməsi üçün təminatın tələb edilməsi 
Gömrük orqanlarının vəzifəli şəxsləri gömrük borcunun ödənilməsi üçün təminatı bu 
Məcəllənin 45-ci fəslində nəzərdə tutulmuş qaydada şəxsdən tələb etmək hüququna 
malikdirlər. 
Maddə 69. Təmsilçiliklə bağlı sənədin təqdim edilməsi 
69.1. Bu Məcəlləyə və gömrük işi üzrə digər qanunvericilik aktlarına uyğun olaraq təmsil 
etdiyi şəxsin adından və ya öz adından onun mənafeyi üçün fəaliyyət göstərdiyini bildirən 
şəxs, təmsilçiliklə bağlı sənədləri gömrük orqanlarına təqdim etməlidir. 
69.2. Təmsilçiliklə bağlı sənədlər təqdim olunmadıqda, gömrük orqanlarının vəzifəli 
şəxsləri həmin təmsilçiliyi tanımaqdan imtina edirlər. 
Maddə 70. Sənədlərin təqdim edilməsinə dair tələblər 
70.1. Şəxsin və ya onun nümayəndəsinin bu Məcəllənin və gömrük işi üzrə digər 
qanunvericilik aktlarının tələblərini, o cümlədən digər prosedurları pozmaqla malları 
idxal və ixrac etməsi, gömrük dəyərini düzgün bəyan etməməsi, gömrük güzəştlərindən 
təyinatı üzrə, yaxud düzgün istifadə etməməsi barədə kifayət qədər əsas olduqda, gömrük 
orqanlarının vəzifəli şəxsləri yazılı bildiriş göndərməklə onlardan bu Məcəllənin 70.2-ci 
maddəsində göstərilən müddəti əhatə edən müvafiq sənədlərin təqdim olunmasını tələb 
edirlər. 
70.2. Gömrük orqanlarının vəzifəli şəxsləri bu Məcəllənin 70.1-ci maddəsində göstərilən 
bildirişin təqdim edildiyi tarixdən əvvəlki 3 (üç) il ərzində gömrük sərhədindən keçirilmiş 
malların gömrük dəyəri, gömrük ödənişləri və ya həmin mallarla bağlı digər 
əməliyyatlara dair məlumatların olduğu və ya olması ehtimal edilən mühasibat 


Yüklə 4,93 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə