Azərbaycan Respublikasının Gömrük Məcəlləsi



Yüklə 4,93 Kb.
Pdf görüntüsü
səhifə10/50
tarix02.01.2018
ölçüsü4,93 Kb.
#18988
1   ...   6   7   8   9   10   11   12   13   ...   50

46.1.2. istifadəçi bu Məcəllənin 45.1-ci maddəsinə uyğun olaraq 
müəyyənləşdirilmiş şərtləri yerinə yetirmədikdə; 
46.1.3. istifadəçi gömrük orqanlarının elektron məlumat sisteminə qeyri-qanuni 
daxil olmağa və ya müdaxiləyə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada 
təqsirli bilindikdə. 
46.2. Şəxsin istifadəçi kimi təsdiqinin ləğvi barədə müvafiq icra hakimiyyəti orqanının 
bildirişində bunun səbəbləri göstərilməlidir. 
46.3. Müvafiq icra hakimiyyəti orqanının qərarı ilə razı olmayan istifadəçi həmin 
qərardan bu Məcəllənin 10-cu fəslinə uyğun olaraq inzibati qaydada və (və ya) 
məhkəməyə şikayət edə bilər. 
Maddə 47. Məlumatların qeydiyyatı 
47.1. Gömrük orqanları istifadəçi tərəfindən verilən və ya qəbul edilən məlumatların 
qeydiyyatını aparır. 
47.2. Bu Məcəllənin 47.1-ci maddəsində göstərilən qeydiyyat barədə müvafiq materiallar 
məlumatın verilmə və ya qəbul edilmə tarixindən etibarən 3 (üç) il müddətində 
saxlanmalıdır. 
IV bölmə. Gömrük orqanlarının qərarları və
 
onlardan şikayə
tverm
ə
 
Fəsil 9. Gömrük orqanlarının qərarları 
Maddə 48. Ümumi müddəalar 
48.1. Gömrük orqanlarının qərarları onların öz təşəbbüsü, yaxud maraqlı şəxslərin yazılı 
formada müraciəti əsasında qəbul olunur. Həmin şəxslər gömrük orqanlarını müvafiq 
qərarların qəbulu üçün zəruri olan məlumatlarla təmin etməlidirlər. 
48.2. Gömrük orqanlarının qərarları bir şəxs və ya şəxslər qrupu barəsində qəbul olunur. 
48.3. Bu Məcəllədə başqa müddət nəzərdə tutulmadıqda, qərar şəxsin yazılı formada 
müraciəti gömrük orqanına daxil olduğu tarixdən 30 (otuz) gün ərzində qəbul edilməlidir. 
Qərarların qəbulu ilə əlaqədar inzibati icraat «İnzibati icraat haqqında» Azərbaycan 
Respublikasının Qanununa uyğun olaraq aparılır. 
48.4. Gömrük orqanları tərəfindən qərarların qəbul edilməsi haqqında məlumatın maraqlı 
şəxsə (şəxslərə) və ya onların nümayəndələrinə verilməsi qaydası bu Məcəllə və «İnzibati 
icraat haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Qərar müraciət 
edən şəxs üçün əlverişsiz olduqda, onun qəbul edilməsinin səbəbləri göstərilməli və şəxsə 
qərarla bağlı yuxarı gömrük orqanına və ya məhkəməyə şikayət vermək hüququ haqqında 
məlumat verilməlidir. 


48.5. Gömrük orqanının qərarı şəxs (şəxslər) onu aldığı gündən qüvvəyə minir. 
48.6. Gömrük orqanının qərarı yazılı formada qəbul olunur və bütün gömrük ərazisində 
hüquqi qüvvəyə malikdir. 
48.7. Gömrük orqanları tərəfindən qərara düzəlişlərin və əlavələrin edilməsi, onun 
etibarsız sayılması və ləğvi qaydaları bu Məcəllə və «İnzibati icraat haqqında» 
Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 
48.8. Şəxsin (şəxslərin) gömrük orqanının qərarından bu Məcəllənin 10-cu fəslinə uyğun 
olaraq inzibati və (və ya) məhkəmə qaydasında şikayət etmək hüququ vardır. 
Maddə 49. Şəxsin xeyrinə çıxarılmış qanuni qərarın ləğvi və ona dəyişiklik edilməsi 
49.1. Gömrük orqanının şəxsin xeyrinə çıxardığı qərar aşağıdakı halların hamısı olduqda 
ləğv edilir: 
49.1.1. qərar qeyri-dəqiq və ya natamam məlumat əsasında qəbul edilmişdirsə; 
49.1.2. şəxs təqdim etdiyi məlumatın qeyri-dəqiq və ya natamam olduğunu bilirdi 
və ya bilməli idi; 
49.1.3. şəxsin təqdim etdiyi məlumat düzgün və tamam olsaydı, qərar fərqli 
olardı. 
49.2. Qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, bu Məcəllənin 49.1-ci 
maddəsində nəzərdə tutulan ləğvetmə barədə qərar, ilkin qərar qüvvəyə mindiyi tarixdən 
etibarən qüvvəyə minmiş sayılır. 
49.3. Şəxsin xeyrinə çıxarılan qərar onun icra edilməsi üçün orada nəzərdə tutulmuş bir 
və ya bir neçə öhdəliyin yerinə yetirilmədiyi təqdirdə də ləğv edilir və ya ona dəyişiklik 
edilir. Bir neçə şəxsin xeyrinə çıxarılmış qərar yalnız bu qərarla əlaqədar öhdəliyi yerinə 
yetirməyən şəxslə bağlı hissədə ləğv olunur və ya ona dəyişiklik edilir. 
49.4. Barəsində qərar çıxarılmış şəxs həmin qərarın ləğv edilməsi və ya ona dəyişiklik 
edilməsi haqqında «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 
müəyyən edilmiş qaydada məlumatlandırılır. 
Maddə 50. Məcburi qərarlar 
50.1. Şəxs konkret mallar və əməliyyatlarla əlaqədar malların təsnifatını, gömrük 
dəyərini, mənşə ölkəsini və gömrük ödənişlərinin məbləğini əvvəlcədən 
müəyyənləşdirmək məqsədilə gömrük orqanına yazılı formada müraciət edə bilər. 
Gömrük orqanları həmin müraciət əsasında bu mallar və əməliyyatlarla əlaqədar malların 
təsnifatının, gömrük dəyərinin, mənşə ölkəsinin və gömrük ödənişlərinin məbləğinin 
müəyyən edilməsi baxımından məcburi olan qərarlar qəbul edirlər. 


50.2. Məcburi qərar, müvafiq bildirişin və qərarın surətinin barəsində qərar çıxarılmış 
şəxsə təqdim olunduğu tarixdən qüvvəyə minir. Həmin tarixdən bu qərarın icrası gömrük 
orqanları üçün məcburidir. 
50.3. Bu Məcəllənin 50.1-ci maddəsində nəzərdə tutulan qərarlar yalnız həmin qərarlar 
qüvvəyə mindikdən sonra gömrük rəsmiləşdirilməsi tamamlanan mallara münasibətdə 
gömrük orqanları üçün məcburidir. 
50.4. Bu Məcəllənin 50.5-ci maddəsinə əsasən ləğv edilən qərarlar istisna olmaqla, 
malların təsnifatına, mənşə ölkəsinə dair məcburi qərarlar qüvvəyə mindiyi tarixdən 
etibarən 3 (üç) il müddətində, malların gömrük dəyərinə və gömrük ödənişlərinin 
məbləğinə dair məcburi qərarlar isə qüvvəyə mindiyi tarixdən etibarən 1 (bir) il 
müddətində qüvvədə olur. 
50.5. Məcburi qərarlar aşağıdakı hallarda ləğv edilir: 
50.5.1. bu Məcəllənin 49.1-ci maddəsində nəzərdə tutulmuş halda; 
50.5.2. qərar qəbul edildikdən sonra malların təsnifatı, gömrük dəyəri, mənşə 
ölkəsi və gömrük ödənişləri ilə bağlı məsələləri tənzimləyən gömrük 
qanunvericiliyində qərarla ziddiyyət yaradan dəyişiklik edildikdə. 
Fəsil 10. Gömrük orqanlarının, onların vəzifəli şəxslərinin qərarlarından, hərəkətlərindən 
və ya hərəkətsizliyindən şikayətvermə 
Maddə 51. Şəxsin şikayətvermə hüququ 
Maraqlı şəxslər hüquqlarını, azadlıqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək 
məqsədi ilə gömrük orqanlarının, onların vəzifəli şəxslərinin qərarlarından, 
hərəkətlərindən və ya hərəkətsizliyindən bu Məcəlləyə, Azərbaycan Respublikasının 
İnzibati Prosessual Məcəlləsinə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının 
Qanununa və digər qanunlara uyğun olaraq şikayət vermək hüququna malikdirlər. 
Maddə 52. Şikayətin verilməsi və qərarın qəbul edilməsi qaydaları 
52.1. Gömrük orqanlarının, onların vəzifəli şəxslərinin qərarlarından, hərəkətlərindən və 
ya hərəkətsizliyindən şikayət inzibati qaydada və (və ya) məhkəmə qaydasında verilir. 
52.2. İnzibati qaydada şikayət «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının 
Qanununa uyğun olaraq verilir. 
52.3. Qanunvericilikdə daha qısa müddət nəzərdə tutulmamışdırsa, inzibati şikayətə ən 
geci 15 (on beş) gün müddətində baxılmalı və mahiyyəti üzrə qərar qəbul edilməlidir. 
Şikayətin araşdırılması ilə əlaqədar əlavə sənədlər və materiallar tələb olunduqda, 
şikayətə baxan gömrük orqanının rəhbəri tərəfindən bu müddət daha 15 (on beş) gün 
uzadılır. 


Yüklə 4,93 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə