Azərbaycan Respublikasının Gömrük Məcəlləsi



Yüklə 4,93 Kb.
Pdf görüntüsü
səhifə19/50
tarix02.01.2018
ölçüsü4,93 Kb.
#18988
1   ...   15   16   17   18   19   20   21   22   ...   50

98.15. Xüsusi gömrük auditinin aparılması məqsədi ilə gömrük orqanları mallar 
barəsində səlahiyyəti olan və ya malların saxlancını həyata keçirən şəxslər, həmçinin 
dövlət nəzarəti tədbirlərini həyata keçirən orqanlar tərəfindən aparılmış 
inventarlaşdırmaların nəticələrindən, auditor rəylərindən, dövlət orqanları tərəfindən 
tərtib olunmuş aktlardan və rəylərdən istifadə etmək hüququna malikdirlər. (1) 
Maddə 99. Gömrük nəzarətinin həyata keçirilməsi üzrə hərəkətlərin icraatı zamanı tərtib 
edilən protokola dair ümumi tələblər 
99.1. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda gömrük nəzarətinin həyata keçirilməsi 
üzrə hərəkətlərin yerinə yetirilməsi zamanı protokollar tərtib olunur. Protokollar 
Azərbaycan Respublikasının dövlət dilində tərtib edilir. Protokolların formasını bu 
Məcəllənin 82.6-cı, 99.2-ci və 99.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla müvafiq 
icra hakimiyyəti orqanı müəyyən edir. 
99.2. Protokolda aşağıdakılar göstərilir: 
99.2.1. protokolun adı; 
99.2.2. konkret hərəkətlərin həyata keçirilməsinin yeri, tarixi və vaxtı; 
99.2.3. hərəkətin başlanması və başa çatmasının vaxtı; 
99.2.4. protokolu tərtib etmiş şəxsin vəzifəsi, adı, soyadı, atasının adı; 
99.2.5. barəsində müvafiq hərəkət aparılan şəxsin, hal şahidlərinin və hərəkətin 
həyata keçirilməsində iştirak edən digər şəxslərin adı, soyadı, atasının adı, habelə 
onların doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət 
növü və ya vəzifəsi, yaşadığı və qeydiyyatda olduqları ünvan, Azərbaycan 
Respublikasının dövlət dilində danışa bilib-bilməməsi; 
99.2.6. barəsində müvafiq hərəkət aparılan şəxsə, hal şahidlərinə və hərəkətin 
həyata keçirilməsində iştirak edən digər şəxslərə onların hüquq, vəzifə və 
məsuliyyətinin izah edilməsi haqqında qeyd; 
99.2.7. hərəkətin həyata keçirilməsinə əsas olan bu Məcəllənin müvafiq maddəsi; 
99.2.8. hərəkətin məzmunu, onun yerinə yetirilməsinin ardıcıllığı; 
99.2.9. hərəkətin yerinə yetirilməsi zamanı aşkar olunan və iş üçün əhəmiyyətli 
olan faktlar və hallar. 
99.3. Mallar və ya sənədlər bu Məcəlləyə uyğun olaraq götürüldükdə, protokolda bu 
Məcəllənin 99.2-ci maddəsində qeyd olunanlardan əlavə aşağıdakılar da göstərilməlidir: 


99.3.1. götürülən malların, prob və nümunələrin sayı, ölçüsü, çəkisi, fərdi 
əlamətləri və digər xüsusiyyətləri göstərilməklə ətraflı təsviri; 
99.3.2. götürülən sənədlərin növü və rekvizitləri. 
99.4. Şəxsi axtarış həyata keçirilərkən, həmçinin mallar və ya sənədlər götürülərkən işin 
nəticəsində maraqlı olmayan və yetkinlik yaşına çatmış iki hal şahidlərinin iştirakı 
məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən hərəkətləri, onların 
məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. 
99.5. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda gömrük nəzarətinin həyata keçirilməsi 
üzrə hərəkətlərin icraatı zamanı foto, kino və video çəkilişdən, yaxud digər yazan texniki 
vasitələrdən istifadə edildikdə müvafiq yazılar, fotoş?kill?r, çəkiliş lentləri və ya başqa 
məlumat daşıyıcıları protokola əlavə edilir. 
99.6. Protokol, barəsində müvafiq hərəkət aparılan şəxs, hal şahidləri və hərəkətin həyata 
keçirilməsində iştirak edən digər şəxslər tərəfindən imzalanır. Protokol bir neçə səhifədə 
tərtib edildikdə, onun hər bir vərəqi həmin şəxslər tərəfindən imzalanır. Onlar protokolu 
imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. 
99.7. Barəsində müvafiq hərəkət aparılan şəxsin, hal şahidlərinin və hərəkətin həyata 
keçirilməsində iştirak edən digər şəxslərin izahatlar və protokolun məzmunu bar?sind? öz 
mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin 
səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola 
əlavə olunur. 
99.8. Barəsində müvafiq hərəkət aparılan şəxsə protokolun surəti verilir. 
Fəsil 15. Risklərin idarə edilməsi 
Maddə 100. Ümumi müddəalar 
100.1. Gömrük işində risklərin idarə edilməsi (risk menecmenti) məlumatların 
toplanması, məlumat bazasının yeniləşdirilməsi, risklərin təhlili, müvafiq proseslər və 
onların nəticələrinin mütəmadi monitorinqi yolu ilə risklərin müəyyən edilməsi, onların 
təhlükəlilik ehtimalının və dövlətin iqtisadi, sosial və digər maraqlarına dəyəcək ziyanın 
dərəcəsinin qiymətləndirilməsi və riskə məruz qalmanın azaldılması və qarşısının 
alınması məqsədi ilə gömrük orqanları tərəfindən sistematik işlənib hazırlanan və 
mütəmadi həyata keçirilən tədbirlərdir. 
100.2. Müvafiq icra hakimiyyəti orqanı təhlükələrin təhlili mexanizmini, nəzarət 
formalarının seçilməsini, həmçinin daha səmərəli iş üsullarının müəyyən edilməsini 
özündə cəmləşdirən risklərin idarə edilməsi sistemini yaradır və avtomatlaşdırır. 
100.3. Gömrük işində risklərin idarə edilməsi sistemi aşağıdakı məqsədlər üçün tətbiq 
olunur: 


100.3.1. gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi zamanı diqqətin yüksək 
riskli sahələrə yönəldilməsi və gömrük orqanlarının sərəncamında olan 
vasitələrdən səmərəli istifadənin təmin edilməsi
100.3.2. gömrük işi sahəsində hüquqpozmaların aşkar olunması imkanlarının 
artırılması; 
100.3.3. gömrük qanunvericiliyinə riayət edən şəxslərə məxsus olan malların və 
nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsinə əlverişli şərait 
yaradılması. 
Maddə 101. Risklərin idarə edilməsi sahəsində gömrük orqanlarının fəaliyyəti 
101.1. Gömrük yoxlamasına məruz qalan malları, nəqliyyat vasitələrini, sənədləri və 
şəxsləri, habelə bu cür yoxlamanın dərəcəsini müəyyən etmək üçün gömrük orqanları 
riskləri təhlil edir və bu təhlilin nəticəsinə əsaslanaraq, gömrük nəzarətinin formasını 
müəyyən edir. 
101.2. Gömrük orqanları sistemində risklərin idarə edilməsi sisteminin tətbiqi qaydaları 
və formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 
101.3. Risklərin təhlilinin adekvatlığını təmin etmək məqsədilə, müvafiq icra hakimiyyəti 
orqanı gömrük orqanlarından, o cümlədən müvafiq beynəlxalq müqavilə əsasında digər 
ölkələrin gömrük xidmətlərindən malların və nəqliyyat vasitələrinin göndərişləri 
haqqında əvvəlcədən ilkin elektron məlumatlar alırlar. 
101.4. Beynəlxalq ticarət-təchizat zəncirində yüklərin etibarlı və fasiləsiz hərəkətinə
informasiya mübadiləsinin dəqiq və vaxtında həyata keçirilməsinə əlverişli şərait 
yaratmaq məqsədi ilə gömrük orqanları arasında risklərin idarə edilməsi üzrə razılaşma 
sistemi yaradılır. Bu razılaşma sistemi gömrük orqanlarına riskləri daha səmərəli idarə 
etmək, beynəlxalq ticarət-təchizat zənciri haqqında daha dolğun və ətraflı informasiya 
əldə etmək imkanı verir. 
VII bölmə. Gömrük rə
smil
əşdirilmə
si 
Fəsil 16. Gömrük rəsmiləşdirilməsinə dair əsas müddəalar 
Maddə 102. Gömrük rəsmiləşdirilməsinin aparılması qaydası 
102.1. Gömrük rəsmiləşdirilməsi bu Məcəllə və gömrük işi üzrə digər qanunvericilik 
aktları ilə müəyyən edilmiş qaydada aparılır. 
102.2. Gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi və sürətləndirilməsi məqsədi ilə 
bağlanılan beynəlxalq müqavilələrə uyğun olaraq, bir sıra dövlətlərdə gömrük 
rəsmiləşdirilməsi üçün nəzərdə tutulan gömrük sənədlərindən istifadə edilə bilər. 


Yüklə 4,93 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə